Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2166/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlər X3 və Cavabdeh2 oğlundan müştərək qaydada 7025 manat maddi, 5000 manat mənəvi və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünəəsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdətutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmış, 7000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu təqsirləndirilən şəxslər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X4 xeyrinə ödənilməsi ilə bağlı mülki iddia qismən təmin edilmiş və mülki iddia qalan hissədə rədd edilmişdir. Hökmlə həmçinin Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh2 xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2017-ciil tarixədək tutma altında saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasənBakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Cavabdeh2 tətbiq edilmiş şərti məhkum etmə ləğv edilmiş və həmin hökmlə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-cimaddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə Cavabdeh2 qəti olaraq 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq Cavabdeh2 təyin olunmuş 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 02 il sınaq müddəti müəyyən olunmuş, Cavabdeh2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddəti ərzində Cavabdeh2 davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra qrumuna tapşırılmışdır. Məhkum edilmiş Cavabdeh1 müdafiəçisi X7tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək aşağıdakı qaydada qərarla nəticələnmişdir: İsmayılovİsrafil Baba oğlu və Cavabdeh1 Azərbaycan Respublikası CinayətMəcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dairBakışəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü Cavabdeh1na aid hissədə dəyişdirilmiş, Cavabdeh1Allahverdi oğlunun xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədəkhəbsdə olduğu 01 (bir) ay 07 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etməcəzasının müddətinə hesablanmaqla çıxılmış və üzərində qəti olaraq 02 il 04 ay 23gün müddətəazadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh1Allahverdi oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsitətbiq olunmuş və onun üzərində saxlanılmış 02 il 04 ay 23 gün müddətinəazadlıqdan məhrum etmə cəzası iki il sınaq müddətinə şərti hesab edilmiş,Cavabdeh1barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından azadedilmişdir. Zərərçəkmişşəxsə vurulmuş ziyan tam ödənildiyindən hökmün mülki iddiaya aid hissəsi ləğv edilmiş və həmin hissədəicraata xitam verilmişdir. X1 hər iki təqsirləndirilən şəxs tərəfindən müştərək qaydada ödənilməli olan 7000 manat zərər İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixində "Rabitə Bank" vasitəsilə zərərçəkmişə ödənilmişdir, əslində təqsirləndirilən şəxslər tərəfindən müştərək qaydada ödənilməli olan pul cinayət işi üzrə aidiyyatı olmayan İddiaçı tərəfindən ödənilmişdir. Hal-hazırda hər iki şəxs tərəfindən sözügedən 7025 manatın İddiaçı ödənilmə öhdəliyi yaranmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7025 manat maddi, 5000 manat mənəvi və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin (ümumilikdə 12055 manat) tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izah etdi ki, İddiaçı atası Cavabdeh1 azadlığa çıxması üçün X1 pul ödəmişdir. Lakin o, iddiaçıdan xahiş etməmişdir ki, onun əvəzindən X1 pul ödəsin. O, iddiaçı qarşısında heç bir cavabdehlik daşımır. Ona görə də, iddiaçının hansı əsasla ondan pul tələb etməsi anlaşılan deyil. İddiaçının tələbinin hüququ əsası yoxdur və ona qarşı iddia təmin edilmədən saxlanılmalıdır. Cavabdeh1məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiyini və iddianın müştərək qaydada tutulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli köçürülmənin alınması barəsində bildirişdən görünür ki, İddiaçı tərəfindən X5 7000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan X4 19 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş qismində cəlb edildiyi cinayət işi üzrə təqsirləndirilən Cavabdeh1 tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmişdir. Onunla barışmışdır. Cavabdeh1 qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Onun azadlığa buraxılmasına etiraz etmir. İş materiallarında olan X3 və Cavabdeh2 AR CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı X8 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, 1(103)-1560/2019 №-li iş üzrə təqsirləndirilən şəxs Cavabdeh1 tərəfindən 7000 manat məbləğində pul xx.xx.2019-cu il tarixində ona ödənilmişdir. Ödənişi təsdiq edən sənədlər ərizəyə əlavə olunur. Bununla da ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Cavabdeh1 qarşı heç bir iddia, tələbi və ya şikayəti yoxdur, onunla barışmışdır. Bildirir ki, hazırki iş üzrə mülki iddiasından imtina edir və Cavabdeh1 Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, cəzasının şərti olaraq tətbiq edilməsi və onun azadlığa buraxılması haqqında qərar çıxarılmasına etiraz etmir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1560/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, məhkum edilmiş Cavabdeh1 müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İsmayılovİsrafil Baba oğlu və Cavabdeh1 Azərbaycan Respublikası CinayətMəcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dairBakışəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünün Cavabdeh1na aid hissədə dəyişdirilməsi, Cavabdeh1Allahverdi oğlunun xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədəkhəbsdə olduğu 01 ay 07 gün müddətin ona təyin edilmiş azadlıqdan məhrum etməcəzasının müddətinə hesablanmaqla çıxılması və üzərində qəti olaraq 02 il 04 ay 23gün müddətəazadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh1Allahverdi oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinintətbiq olunması və onun üzərində saxlanılmış 02 il 04 ay 23 gün müddətinəazadlıqdan məhrum etmə cəzasının iki il sınaq müddətinə şərti hesab edilməsi,Cavabdeh1barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından azadedilməsi, zərərçəkmişşəxsə vurulmuş ziyan tam ödənildiyindən hökmün mülki iddiaya aid hissəsinin ləğv edilməsi və həmin hissədəicraata xitam verilməs qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməii, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə vurğulayır ki, iddia tələbinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPMin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. İddiaçı müştərək pul ilə bağlı tələbinin əsası kimi istinad etdiyi sübutları təqdim edə bilməmiş və eləcə də, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, Cavabdeh2 iddiaçının qarşısında hər hansı pul məbləğinin qaytarılması ilə bağlı heç bir öhdəlik götürməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin X2rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Bununla yanaşı, Cavabdeh1 məhkəməyə ünvanladığı ərizəsində iddiatələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı 7025 manat borc tələbi hissəsində iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə hesab edir ki, dəymiş 5000 manat mənəvi zərərin tutulması hissəsində iddia tələbi əsassızdır, belə ki, iddiaçı həmin hissədə tələbini təsdiq edən sübutları təqdim etmədi. Məhkəmə iddianın mənəvi ziyan tələbi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. İddia tələbindən görünür ki, iddiaçı mənəvi zərərə görə cavabdehdən 5000 manat mənəvi ziyan tələbi irəli sürsə də, bununla yanaşı, iddiaçı cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi “dəymiş mənəvi ziyanla bağlı 5000 manat ödənilməsi” hissəsində təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 7025 manat borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, həmin məhkəmə xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 7025 (yeddi min iyirmi beş) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2166/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2166/2020
11.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver