Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-217/2025 27.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanda 36 saylı mənzildə yaşayan Cavabdeh mənzilindən onun mənzilinə su axıtması nəticəsində ona maddi ziyan dəymişdir. İş üzrə cavabdehin mərhum anası bundan əvvəl də onun mənzilinə su axıtmışdır. Ona dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1098/2024 saylı qətnaməsi ilə onun iddia tələbi qismən təmin olunmuş və X1 hüquqi varisi Cavabdeh onun xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 1218,4 manat məbləğində pul tutulması qət edilmişdir. Cavabdehə dəfələrlə mənzilinə suyun axılması ilə bağlı etdiyi müraciətlərə baxmayaraq heç bir tədbir görməmiş, mənzilini təmir etməmiş, müxtəlif bəhanələrlə məsuliyyətdən qaçmışdır, su isə axmaqda davam etmişdir. O, məcburiyyət qarşısında qalaraq Səbail rayon 1 saylı Mənzil İstismar Sahəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, üst mərtəbədən onun mənzilinə su axıdır. Onun müraciətinə əsasən 1 nömrəli MİS-nin mühəndisi Sarıyev R.M., texnik Şərifov N.H. və çilingər Hüseynova Ə. baxış zamanı akt tərtib edərək göstərmişlər ki, xx.xx.2024-cü il tarixdə həqiqətən mənzilin kanalizasiya xəttində baş vermiş qəza nəticəsində (mənzilin sahibi Cavabdeh) A.Abbaszadə küçəsi, ev 21, 28 nömrəli mənzilə su axmışdır və Səbail rayon 1 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları tərəfindən akt tərtib edərək öz imzaları ilə təsdiq etmişdirdər. Bundan əlavə mənzilinə dəymiş ziyanla bağlı mütəxəssisə müraciət etmişdir və mütəxəssisin tərtib etdiyi təmir smetasına əsasən dəymiş ziyan cəmi 2385 manat məbləğində təşkil etmişdir. Cavabdehin yol verdiyi təqsirli hərəkətləri nəticəsində onun mənzilinin divarına, tavanına və döşəməsinə ciddi ziyan dəymişdir. Mənzil yararsız vəziyyətə düşmüşdür. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 2385 manat təşkil etmişdir. Həmçinin mənzillə su basması ilə əlaqədar əsəbləşərək sarsıntı, əsəb keçirmişdir. O, cavabdehdən dəfələrlə ona dəymiş ziyanla bağlı mənzilini təmir etdirməsini, lakin cavabdeh heç bir əhəmiyyət verməmişdir. Ona görə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmiş və Cavabdeh ona dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən ona vurulmuş cəmi 2385 manat məbləğində maddi ziyanın, 1000 manat mənəvi ziyan məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hazırkı cavabdehdən su axma nəticəsində vurulmuş ziyana görə 1218,4 manat pul tutulmuş, lakin cavabdeh tərəfindən həmin pul hissə-hissə ödənilir. Qətnamə çıxdıqdan sonra o, evi təmir etdirmişdir, lakin bu ilin noyabr ayında cavabdehin mənzilindən təkrar su axıdılmış və onun mənzilinə yenidən ziyan dəymişdir. O, iddiasının ekspert rəyində müəyyən edilən ziyan nəzərə alınmaqla təmin olunmasını, məhkəmə xərclərinin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Bakı Qarnizonu MİH-nin 1 nömrəli MİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 121 nömrəli arayışından görünür ki, Cavabdeh, X5 (h/yoldaşı), X3 (oğlu), X7 (oğlu), X10 (qızı) Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 21 saylı evin 36 nömrəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə müxətəssis (usta ev boyacısı (malyar)) X4 tərəfindən tərtib edilmiş təmir smetasına əsasən Bakı şəhəri, A.Abbaszadə küçəsi, 21, mənzil 28 su basmadan sonra yararsız halda olan mənzilin təmir dəyəri (yararsız hala düşüb qonaq otağı, bir yataq otağı, dəhliz, dəhlizdə döşəmənin laminatı) 2385 manat təşkil etmişdir. İş üzrə Bakı Qarnizonu MİH-nin 1 nömrəli MİS-nin mühəndisi R.Sarıyev, texnik N.Sarıyev və çilingər Ə.Hüseynova tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktından görünür ki, xx.xx.2024-cü il tarixdə A.Abbaszadə küçəsində yerləşən 21 saylı binanın 36 saylı mənzilin kanalizasiya xəttində baş vermiş qəza nəticəsində (mənzilin sahibi Cavabdeh) A.Abbaszadə küçəsi, ev 21, 28 nömrəli mənzilə su axmışdır (mənzilin sahibi İddiaçı). İddiaçı müraciətinə əsasən mənzilə baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, həmin mənzilin qonaq otağın bir yataq otağı və dəhliz hissəsinə su axmışdır və baş vermiş qəza nəticəsində tavanlarına və divarlarına ziyan dəymişdir. 2020-ci ildən bu günə kimi həmin mənzildən mütəmdi olaraq evin içinə su sızmaları baş verir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1098/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X1 hüquqi varisi Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 1218,4 manat məbləğində pul tutulmuşdur. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10/10236 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən: -1-ci və 2-ci suallar üzrə: rəyin tədqiqat hissələrində göstərilənləri, o cümlədən tədqiq olunan 28 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş materialları nəzərə alaraq Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 21 saylı evin 28 saylı mənzilinin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 21 saylı evin 36 saylı mənzilin sanitar qovşağı tikilisinin faktiki olaraq söküldüyündən, təmir işlərinin aparıldığından, su-kanalizasiya xətlərinin yenisi ilə əvəz edildiyindən 28 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. - 3-cü sual üzrə: qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən, bu sual üzrə tədqiqat aparılmadı. İddiaçı müraciəti əsasında “X2” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ETM-014/TQ/25 nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 21 saylı evin 28 saylı mənzilinə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 3.558 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 21 saylı evin 28 saylı mənzili iddiaçının mülkiyyətindədir. Cavabdeh isə Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 21 saylı evin 36 saylı mənzildə yaşamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilinə su cavabdehin yaşadığı mənzildən axıdılmış, bunun nəticəsində mənzilə maddi ziyan dəymiş, bu səbəbdən iddiaçı vurulmuş maddi və mənəvi ziyanın tutulması ilə bağlı məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 1218,4 manat məbləğində pul tutulmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə iddiaçının yaşadığı mənzilinə təkrar su axıdılması nəticəsində mənzilin divarına, tavanına və döşəməsinə ziyan dəymişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2024-cü il tarixdə onun mülkiyyətində olan mənzilinə su cavabdehin yaşadığı mənzildən axıdılmış və bunun nəticəsində mənzilə maddi ziyan dəymişdir. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 2385 manat təşkil etmişdir. Həmçinin mənzillə su basması ilə əlaqədar o, əsəbləşərək sarsıntı, əsəb keçirmişdir. Bu səbəbdən iddiaçı vurulmuş 2385 manat məbləğində maddi və 1000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir . Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, iddiaçıya mülkiyyət hüququ üzrə məxsus olan 28 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yerləşən 21 saylı evin 36 saylı mənzilin sanitar qovşağı tikilisinin faktiki olaraq söküldüyündən, təmir işlərinin aparıldığından, su-kanalizasiya xətlərinin yenisi ilə əvəz edildiyindən 28 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. İddiaçının müraciəti əsasında “X2” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 21 saylı evin 28 saylı mənzilinə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin ümumi dəyəri təqribən 3.558 manat məbləğində müəyyən olunmuşdur. Eyni zamanda iddiaçının mənzilinə su sızmasının cavabdehin yaşadığı mənzilindən baş verməsi ərazi üzrə Bakı Qarnizonu MİH-nin 1 nömrəli MİS tərəfindən tərtib edilmiş aktla da öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzilinə su axıdılması cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən və həmin su axıdılması nəticəsində iddiaçının mənzilinə ziyanın vurulması təsdiq olunduğundan, iddiaçı həmin su axıdılmanın nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Mütəxəssis rəyi ilə su sızma nəticəsində iddiaçının mülkiyyətində olan mənzilinə dəymiş zərərin aradan qaldırılması üçün cəmi 3.558 manat lazım olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə mənzilinə vurulmuş maddi ziyana görə cəmi 2385 manat məbləğində pul tələb olunur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyi ilə iddiaçının mənzilinə dəymiş maddi zərər irəli sürülmüş tələbdən artıq olsa da, iddia tələbinin Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq artırılması barədə məhkəməyə yazılı ərizə təqdim edilmədiyindən, həmçinin həmin hal iddia tələbindən kənara çıxması üçün əsas olmadığından, yalnız tələbdə göstərilən ziyan məbləği iddianın predmeti kimi qəbul edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş maddi ziyanın ödənilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iddia tələbinin vurulmuş 1000 manat məbləğində mənəvi ziyanın tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb əsassızdır və rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində 1000 manat mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri – sübut kimi dəyərləndirilmiş mütəxəssis aktının tərtib edilməsi üçün ödənilmiş 350 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə habelə qeyd edir ki, cavabdehdən dövlət nəfinə iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası xərcinin əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 2385 manat, həmçinin mütəxəssis rəyinin tərtib edilməsi üçün ödənilmiş 350 manat, cəmi 2.735 (iki min yeddi yüz otuz beş) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası xərcinin əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-217/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-217/2025
27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver