Məhkəmə qərarları › İş №2(009)-2170/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2170/2024

19.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2170/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyən Cavabdeh 9000 (doqquz min) manat pulun bugünə qədər olan ödənilməmiş 1125 (min yüz iyirmi beş) manat pulun və qalan hissəsini müqavilə üzrə öhdəsinə götürdüyü hər ay üçün 375 (üç yüz yetmiş beş) manat pulu, ödədiyi 110 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddianın dəlilləri: Cavabdeh xx.xx.2024-cü il tarixdə “VOLKSWAGEN PASSAT” markalı 2005-ci il buraxılışlı ** TL *** dövlət qeydiyyat nişanlı avtomaşınını hissə-hissə ödəmək şərti ilə satmışdır. Aralarında bağlanmış avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı 24 ay ərzində 375 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. 9000 (doqquz min) manat. Ödəniş vaxtı zəng edib pulu tələb edərkən zənglərə cavab vermir. Dəfələrlə zəng etmişdir qəti surətdə telefonlara cavab vermir. Hesab edir ki, məhkəmə öhdəliyi yerinə yetirməyən Cavabdeh 9000 (doqquz min) manat borc pulun bugünə qədər olan ödənilməmiş 1125 (min yüz iyirmi beş) manat pulun və qalan hissəsini müqavilə üzrə öhdəsinə götürdüyü hər ay üçün 375 (üç yüz yetmiş beş) manat pulu və ödədiyi 110 manat dövlət rüsumunun ödənilərək ona qaytarılmasına dair qətnamə qəbul edilməlidir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan satın aldığı “Volkswagen Passat” minik markalı, 2005-ci il buraxılışlı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması, (avtomobil özü olmadıqda onun dəyəri 9000 AZN məbləğində pulun ödənilməsi) 30 dekabr 2024-cü il tarixə kimi yəni, 1875 manat ödəmədiyi pul məbləğində borcunun ödənilməsi və ödənilmiş olan 110 AZN dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 30 iyul 2024-cü il tarixli, 122905 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı tərəfindən “Volkswagen Passat” markalı, **- TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh 1 il 8 ay 13 gün müddətinə etibarnamə verilmişdir. - 30 iyul 2024-cü il tarixli avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamından görünür ki, Cavabdeh 2005-ci il buraxılışı olan ** TL *** qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtomobili öncə tam yoxlamış (yoxlatmış) qiyməti ilə razı olduqdan sonra qəbul etmişdir. Avtomobili qəbul etdikdən sonra 24 ay müddətinə hər ay 375 AZN olmaqla ayın 30-na kimi ödəniş etməyi öhdəsinə götürür. Əgər ödənişi 2 gün gecikdirdiyi halda qarşıdan gələn növbəti ayın ödənişi ödəməyi öhdəsinə götürür əks halda qarşıdan gələn ayların etibarnaməsinin ləğv olunacağını bilir. Ödənişi 2 gün və daha çox gecikdirdiyi halda "xxxx" MMC-nin istənilən əməkdaşı yerindən və vəziyyətindən asılı olmayaraq onun iştirakı olub-olmaması fərqi olmadan avtomobili götürmək ixtiyarına malikdir. Buna razıdır və belə razılaşmışdır. Ödənişi tam həyata keçirdikdən sonra idarəetmə etibarnaməsi ləğv edilir və ona 5 günlük baş etibarnamə verilir və avtomobil öz adına sənədləşdirilməlidir əks təqdirdə gələcəkdə yaranan problemlərə görə məsuliyyət daşımamağı bilir. (Ödəniş bitdikdə həmin gün baş etibarnamə alınmalıdır. Əks halda 250 AZN ödəməli olacağını bilir) Bütün notariat xərclər onun tərəfindən ödənilir. Ödənişi 3 gün gecikdirdiyi halda ona verilmiş etibarnamə ləğv edilə və avtomobilin qaytarılması haqda qərar qəbul edilə bilər. Bu halda ödədiyi pullar geri qaytarılmır. (İlkin və aylıq etdiyi ödənişlər) Əgər avtomobilin dalınca ünvana və yaxud hardasa axtarılarsa Bakı daxili 100 AZN şəhərdən kənar axtarışa 400-500 AZN xidmət haqqı müəyyən olunacaq. Avtomobili üçüncü şəxsə satmaq istədiyi zaman satıcıya müraciət etməlidir. Bu zaman 250 AZN və növbəti ayın ödənişi əvvəlcədən ödənilməlidir. (Sonradan gələcəkdə yaranan hər hansısa məhkəmə, sığorta, avtomobil cəriməsi və yaxud hər hansı məsələyə görə avtombil sahibi məsuliyyət daşımamasını bilir) - İddiaçı ünvan ünvanladığı ərizədən görünür ki, o, Cavabdeh verdiyi xx.xx.2024-cü il tarixli etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 30 iyul 2024-cü il tarixdə mülkiyyətində olan “Volkswagen Passat” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilini 1 il 8 ay 13 gün müddətinə cavabdehə idarə etmək üçün vermişdir. 30 iyul 2024-cü il tarixli avtonəqliyyat vasitəsinin icarə haqqında iltizama əsasən həmin avtomobilə dair cavabdeh 24 ay müddətinə hər ay 375 AZN olmaqla ayın 30-na kimi ödəniş etməyi öhdəsinə götürmüş, ödənişi tam həyata keçirdikdən sonra avtomobilin öz adına sənədləşdirilməsi barədə razılığa gəlmişlər. Lakin, cavabdeh ödəniş etməmiş və avtomobili də iddiaçıya qaytarmamışdır. Avtomobil hazırda cavabdehin qanunsuz sahibliyindədir. İddiaçı cavabdehin qanunsuz sahibliyində olan avtomobilin və ya onun dəyərinin, həmçinin hazırkı vaxtadək cavabdehin ödəməli olduğu məbləğin ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə, məhkəmə baxışı zamanı təqdim edilmiş sübutları tədqiq edərək, iddiaçıya məxsus olan “Volkswagen Passat” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin aralarında əldə edilmiş razılaşmaya əsasən cavabdeh öhdəliklərini icra etmədiyinə görə ona verilmiş müvafiq etibarnamənin iddiaçı tərəfindən ləğv edilməsini nəzərə alaraq belə qənaətə gəlir ki, avtomobil hazırda cavabdehin qanunsuz sahibliyindədir və iddiaçı haqlı olaraq avtomobilin ona qaytarılmasını, o olmadıqda isə 9000 manat olan dəyərinin ödənilməsini tələb edir. Məhkəmə, avtomobilin dəyərinin tərəflər arasında əldə edilmiş razılaşmada 9000 manat qiymətləndirildiyini nəzərə alaraq, iddiaçının bu mövqeyi ilə də razılaşır. Bundan başqa, məhkəmə iddianın “30 dekabr 2024-cü il tarixə kimi yəni, (5x375) 1875 manat ödəmədiyi pul məbləğində borcunun ödənilməsi” hissəsinin də əsaslı və təmin edilməli olması nəticəsinə gəlir. Belə ki, cavabdeh 30 iyul 2024-cü il tarixli razılaşma əldə edildikdən sonra hər ayın 30-na qədər 375 manat ödəməli olduğu halda, avtomobili təhvil alsa da, öhdəliyini icra etməmiş və iddiaçıya artıq beşinci aydır ki, heç bir pul məbləği ödəmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus 2005-ci il buraxılışlı, “Volkswagen Passat” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən ona qaytarılmalı, avtomobil olmadıqda onun dəyəri olan 9000 (doqquz min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməli, həmçinin Cavabdeh 1875 (bir min səkkiz yüz yetmiş beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu 110 (bir yüz on) manat tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus 2005-ci il buraxılışlı, “Volkswagen Passat” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Avtomobil olmadığı halda, onun dəyəri olan 9000 (doqquz min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh 1875 (bir min səkkiz yüz yetmiş beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 110 (bir yüz on) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar