Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-221/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin hazırlanması üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: uzun müddətdir ki, əlavə qazanc əldə etmək üçün usta olaraq fəaliyyət göstərir. Tanışı vasitəsilə Cavabdeh təxminən 26 sentyabr tarixində ona zəng edərək balkonunda şkaf yığılmasını xahiş etmişdir. Həmin tarixdə cavabdehin evinə gedərək müvafiq ölçü işlərini götürmüş və ümumi qiyməti 750 manata razılaşmışlar. Cavabdeh əvvəlcədən ona 300 manat məbləğində beh ödənişi vermişdir. Qalan məbləği də 20 gün müddətində şkafı təhvil verdikdən sonra verəcəyini bildirmişdir. Cavabdeh 07 oktyabr tarixində whatsapp tətbiqi vasitəsilə şkafin hazır olub-olmadığını soruşmuşdur. O da bildirmişdir ki, narahat olmasın hazır olanda gətirəcək. Təxminən 28 sentyabr tarixində şkafın hazırlanması üçün materialları Azsoft MMC-dən ümumi 665 manat məbləğə əldə etmişdir. Materialların yarı ödənişini cavabdehin verdiyi 300 manatla tamamlamış, qalan ödənişi isə özündən tamamlamışdır. Əlavə olaraq da 18 manat məbləği 6 metrlik dəmir profilə, 10 manat isə qaynaqçıya vermişdir (şkaf üçün dəmir dirəklər 6 ədəd) (çıxarışlar qoşmaya əlavə olunur). 13 oktyabr tarixində şkafı cavabdehin mənzilinə aparmışdır. Cavabdeh şkafa baxmış hər hansısa bir narazılıq olduğunu bildirməmişdir. O da şkafı quraşdırmışdır. Quraşdırdıqdan sonra cavabdeh başladı şkafda nöqsan tutmağa. Bildirmişdir ki, künclərini bəyənmir. Başla şkafı sök. O da şkafı sökməyə başlamışdır. Şkafı sökmüş və dəhlizə yığmışdır. Cavabdeh ona bildirmişdir ki, verdiyi behi, 300 manat məbləği geri qaytar. O da bildirmişdir ki, üzərində o qədər məbləğ yoxdur. Dedi şkafı aparsın pulunu gətirəcək. Cavabdeh ona demişdir ki, pulu gətir sonra şkafı götür. Ayın 20-nə kimi pulu qaytarıb şkafı aparmağı razılaşmışlar (həmin vaxt qardaşı X1 orada idi). 18 oktyabr tarixində 300 manat məbləği cavabdehə gətirmişdir. Cavabdeh ona demişdir ki, şkafı quraşdırmışdır. Lakin, bundan onun xəbəri yox idi. Yalnız ora getdikdən sonra xəbəri olmuşdur. Cavabdehə demişdir ki, şkafı bəyənməmisən, lakin quraşdırmısan. Belə olduğu təqdirdə, qalan 450 manat məbləğində ödənişini yerinə yetirsin. Lakin cavabdeh nə qalan ödənişini vermiş, nə də şkafı aparmağına icazə vermişdir. Göründüyü kimi cavabdeh öz öhdəliyini icra etməmişdir və dəfələrlə pulunu qaytarmasını tələb etməyinə baxmayaraq pul vəsaitini ona qaytarmamışdır və bununla da ona maddi ziyan vurmuşdur. Məsələ ilə bağlı Səbail rayon polis idarəsinə də müraciət etmişdir. Cavab məktubunda məhkəməyə müraciət edilməyi bildirilmişdir (cavab məktubunun surəti qoşmaya əlavə olunur). Göründüyü kimi cavabdehlə aralarında şifahi formada podrat müqaviləsi bağlanılmışdır. Gördüyü iş cavabdehin sifarişi ilə qüsursuz və keyfiyyətli olmuşdur. Bunun əyani sübutudur ki, cavabdeh gördüyü işi, şkafı qəbul etmişdir. Lakin gördüyü xidmət haqqını, 450 manat məbləği ona ödəməmişdir. İddia ərizəsindən və ona əlavə olunan sənədlərdən (whatsapp yazışmaları, çıxarışlar) aydın olur ki, şkafı təhvil verdikdən sonra isə cavabdeh ona 450 manat ödəniş etməli idi. Cavabdehin isə ona hazırda 450 manat məbləğində borcu var. İddia ərizəsinin hazırlanması üçün tərəfindən 50 manat məbləğində ödəniş edilmişdir, ərizənin məhkəməyə təqdim olunması üçün tərəfindən məhkəməyə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilən bu məsrəfləri tərəfindən məhkəməyə məhz cavabdehin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də hesab edir ki, Azərbaycan Respublikası MPM-nin yuxarıda sadalanan maddələrinə əsasən Cavabdeh 30 (otuz) məbləğində dövlət rüsumu da tutularaq mənə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh ilə dolabın hazırlanıb quraşdırılması üçün ümumi 750 manata razılaşmışlar. Dolabı quraşdırdıqdan sonra cavabdeh formasını bəyənməmişdir. Bundan sonra aralarında narazılıq yaranmış və ona dolabı sökməsini demişdir. O, dolabı sökdükdən sonra aparmaq istəmiş, cavabdeh isə 300 manat behinin qaytarılmasını tələb etmişdir. O, üzərində o qədər pul olmadığını bildirmiş, 20 gün müddətinə behi qaytarmağa və dolabı aparmağa razılaşmışlar. Daha sonra cavabdeh ona zəng edərək pulu qaytarmırsa dolabı başqa ustaya yığdıracağını bildirmiş, o isə etiraz etməmişdir. Hazırda ona ödənilməmiş pulun ödənilməsini tələb edir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçı ilə dolabın hazırlanıb quraşdırılması üçün ümumi 750 manata razılaşmışlar və 300 manat beh vermişdir. Dolab onun istədiyi formada olmadığından yığılmasına razı olmamışdır. İddiaçı ilə razılaşmışlar ki, 20 gün müddətinə 300 manat beh qaytarıldıqdan sonra dolabın materialını aparsın. Lakin, həmin müddətdən artıq vaxt keçməsinə baxmayaraq iddiaçı onun pulunu qaytarmamışdır. O, daha sonra iddiaçıya zəng edərək pulu qaytarmırsa dolabı başqa ustaya yığdıracağını bildirmiş, iddiaçı isə etiraz etməmişdir. Bundan sonra o, başqa ustaya dolabı istədiyi formada yığdırmış və 170 manat xidmət haqqı kimi ödəniş etmişdir. Materialın qalan məbləği nədirsə ödəyə bilər. Lakin hazırda iddiaçı şişirdilmiş məbləğ tələb edir. İddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 1 adda material üçün 228.50 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 9 adda material üçün 436.50 manat ödəniş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında dolab yığılıb quraşdırılması üçün razılıq əldə edilmişdir. Lakin, dolabın iddiaçı tərəfindən yığılıb başa çatdırılmasa da, alınmış materiallar cavabdeh tərəfindən istifadə edilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən material alınması üçün cəmi 665 (228.50 + 436.50) manat ödənilmişdir. Həmçinin, Cavabdeh tərəfindən İddiaçı 300 manat beh ödənilmişdir. Məhkəmə hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; - 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Bu baxımdan cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, dolabın hazırlanması üçün şərtləşdirilmiş muzdun ödənilməsini təmin etməli idi. Lakin iddiaçı dolabın materiallarını cavabdehə verməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilədə nəzərdə tutulan məbləği tam ödəməyərək, müqavilə üzrə müəyyən edilmiş vəzifələrini vicdanla yerinə yetirməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin materiallarından görünür ki, müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, öhdəliklərin icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, cavabdehdən müqavilə üzrə yerinə yetirilən işlərə görə ödənilməmiş pul məbləği ilə bağlı qeyd edir ki, qeyd edilən müqavilənin icrası qaydasında ötən dövr ərzində qəbzlərə əsasən iddiaçının müqavilə üzrə müəyyən material alması və bu materialların dəyərinin 665 manat olması müəyyən edilmişdir. Məhkəmə, belə qənaətə gəlir ki, alınmış materialların ümumi dəyəri məhz 665 manat təşkil etdiyindən, 300 manat ödənilmiş beh məbləği çıxılmalı, qalan 365 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin iddia ərizəsinin hazırlanması üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti hissəsi ilə bağlı bildirir ki, iddiaçı tələbinin həmin hissəsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə həmçinin iddianın qismən təmin edilməsini nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə dövlət rüsumu 30 (otuz) manat tutulması qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh digər ustaya dolabın quraşdırılması üçün 170 manat xidmət haqqı ödəməsini bildirsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 365 (üç yüz altmış beş) manat pul və dövlət rüsumu 30 (otuz) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88, 217.4 və 218.1-ci -cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 365 (üç yüz altmış beş) manat pul və dövlət rüsumu 30 (otuz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-221/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-221/2025
09.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver