Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-222/2022 24.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Buxtinski – 5 döngəsində yerləşən 3 saylı evin 8 saylı mənzilinin otaqları arasında cavabdehlər tərəfindən qanunsuz olaraq inşa edilmiş arakəsmənin sökülüb otağa giriş qapısının əvvəlki, yeni texniki pasportda göstərilən vəziyyətə gətirilməsi, otaqda olan əşyaların boşaldılması vəzifəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.01.2022-ci il tarixdə iddiaçı dəqiqləşmə ərizəsi verərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Buxtinski–5 döngəsində yerləşən 3 saylı evin 8 saylı mənzilinin otaqları arasında cavabdehlər tərəfindən qanunsuz olaraq inşa edilmiş arakəsmənin sökülüb əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, mübahisə gedən ərazidə olan əlavə tikili Cavabdeh2 tərəfindən inşa edilmişdir. Sonradan məhkəmə qətnaməsinə əsasən cavabdehlər həmin evdən çıxarılmışlar. Hazırda həmin əlavə tikilidə yaşayırlar. Məhkəmə qətnaməsində göstərilən otaqda cavabdehlər yaşamırlar. Lakin, cavabdeh tərəfindən inşa olunan əlavə tikili sonradan çıxarışa daxil edilmişdir. Bu səbəbdən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edib, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 03 iyul 2014-cü il tarixli, 2(009)-1706/2014 saylı qətnamədən görünür ki, iddia təmin edilmiş, Cavabdeh2, X8, X5, X9, X6, X3 və X4 ünvan 1n çıxarılması, ünvan 1n Cavabdeh2, X8, X5, X9, X6, X3 və X7 məxsus əşyaların boşaldılması, ünvan 2 ünvanının İddiaçı təhvil verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən ünvan 3 ünvanına baxış keçirilən zaman mənzilin cavabdehlərin yaşadıqları hissəsinin qapısında qıfıl olduğu, otağın giriş qapısının hörüldüyü müşahidə olunmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehlərin həmin ünvandan çıxarılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var və cavabdehlər tərəfindən könüllü icra olunmursa, həmin qətnamə məcburi icra olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının xüsusi mülkiyyətində olan mənzilin otağının giriş qapısı özünün vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə (texniki pasporta uyğun olaraq) qaytarılmalıdır. Əvvəlki vəziyyətə qaytarılması üçün çəkilən xərclər cavabdehlərdən tələb edilə bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-222/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-222/2022
24.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver