Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-222/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “məhkəmə xərclərinin cavabdehdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “məhkəmə xərclərinin cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi xidmət üçün ödəmiş olduğu 3000 (üç min) manat vəsaitin, məhkəmə qərarlarından vermiş olduğu şikayətlər üzrə ödənilmiş dövlət rüsumlarının əvəzi 45 manat və hazırki iddia tələbi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmişdi. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.N.Qafarova) iddia qismən təmin edilərək, cavabdehdən mənəvi zərərə görə 300 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdi. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsinə mənəvi zərərin məbləğinə aid hissədə dəyişdirilərək, cavabdehdən mənəvi zərərə görə 1.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, mənəvi zərərin məbləğini düzgün müəyyən etməyib. Ona görə də qətnaməyə mənəvi zərərin məbləğinə aid hissədə dəyişiklik edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3017/2022 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Göründüyü kimi nəticə etibarı ilə onun iddia tələbləri təmin edilmişdir. Bütün bu müddət ərzində o məhkəmələrdə vəkil ilə təmsil edilmək üçün “Çernin və X3” MMC ilə "xxxx" Müqavilə bağlamışdı ki, məhkəmədə öz hüquqlarının müdafiəsi zamanı tək iştirak etməsin və hüquqi yardımdan istifadə etsin. Məhkəmədə iştirak və hüquqi xidmətlə bağlı o MMC-yə 3000 (üç min yüz iyirmi beş) Manat məbləğində vəsait ödəmiş və bununla bağlı müvafiq qəbz hazırki iddia ərizəsinə əlavə edilir. Məhkəmə çəkişməsinin müddətindən də göründüyü kimi 2021-ci ildən etibarən 2022-ci ilin sentyabr ayına qədər onun tərəfindən hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə çəkişmələri məhz cavabdehin iddia tələblərini əsassız olaraq qəbul etməməsi və şikayətlər verməsi səbəbindən uzanmışdır. Bütün bu müddət ərzində o məcbur olaraq öz hüquqlarının bərpası üçün hüquqi xidmətdən istifadə etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh "Azərpoçt” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqlarının bərpası üçün çəkdiyi məhkəmə xərclərinin əvəzinin ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında hər üç instansiya məhkəməsi icraatlarında iddiaçının hüquqlarının müdafiəsi üçün çəkilən, vəkilə (hüquq firması və ya vəkil bürosuna) nağd qaydada ödənilmiş 3000 (üç min) manat və əlavə olaraq ödənilən dövlət rüsumunun cavabdeh tərəfindən alınıb iddiaçıya ödənilməlidir. Əlavə olaraq iddiaçının hüquqlarını müdafiə edən Vəkil məhkəmə iclası zamanı müvafiq xidmət haqqı ödənişinin təsdiq edən xx.xx.2021 -ci il tarixli, Ns 26/03 saylı hüquqi xidmətlərin göstərilməsi haqqında Müqavilə və Vəkil (bundan sonra “iddiaçının nümayəndəsi”) ilə “Çernin və partnyorları” hüquq firması (bundan sonra “hüquq firması") arasında bağlanmış xx.xx.2016-cı tarixli Əməkdaşlıq Müqaviləsi təqdim edilmişdir. Təqdim edilən müvafiq sənədlərə əsasən iddiaçının nümayəndəsi bildirmişdir ki, hüquq firması iddiaçı ilə hüquqi xidmətlərin göstərilməsi ilə bağlı xidməti müqavilə imzalamış, Vəkil ilə bağlanmış əməkdaşlıq müqaviləsi ilə bu xidmətlərin göstərilməsi təmin edilmiş və Vəkil ilə iddiaçı E.Vallenberq ilə “vəkil xidmətlərinin göstərilməsi ilə” bağlı Müqavilə bağlanmışdır. Məhkəmə baxışı zamanı son qeyd “vəkil xidmətlərinin göstərilməsi ilə” bağlı Müqavilələrin və həmin Müqavilərə aid müvafiq ödəniş qəbzlərinin sübutlar qismində təqdim edilməsi tələb edilsə də, iddiaçının nümayəndəsi həmin sənədin məxfi olduğunu və təqdim edə bilməyəcəyini bildirmişdir. E.Vallenberq ilə “Çernin və partnyorları” hüquq firması arasında bağlanmış xx.xx.2021-ci il tarixli, NQ 26/03 saylı Müqavilə üzrə xidmət haqqı iddia ərizəsinə əlavə edilən qəbzdən də aydın olur ki, həmin bu Müqavilə üzrə xidmət haqqı ödənişi mənəvi zərərin ödənilməsi ilə bağlı müvafiq məhkəmə icraatı yekunlaşdıqdan sonra xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən E.Vallenberq tərəfindən həyata keçirilmişdir. Həmçinin vəkil xidmətləri ilə bağlı müvafiq Müqavilə nümunələri konkret olaraq AR Vəkillər Kollegiyasının rəsmi veb-saytında göstərilən şablon forma və şərtlərlə tərəflər arasında imzalanmalıdır. Buna müvafiq olaraq, tərəfimizdən pərdələnən əqd hesab edilən həmin müqavilənin məxfi hesab edilərək işə aid olan sənədlərə təqdim edilməməsi əhəmiyyətsiz hesab edilməli və həmin müqavilələr, ödəniş qəbzləri ilə birlikdə iddiaçı tərəfindən təqdim edilməlidir. Yuxarıda qeydə olunanlar əsas verir ki, İddiaçının və/və ya iddiaçının nümayəndəsinin (vəkil) təqdim etdiyi sənədlər və müvafiq şifahi izahatlar tərəfimizdən tam əsassız/etibarsız hesab edilməli, həmçinin İddiaçı E.Vallenberq ilə Hüquq Firması arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, N° 26/03 saylı Müqavilə mülki qanunvericiliyinin şərtlərini pozmaqla bağlanmış əqd olduğu üçün yalan əqd kimi əhəmiyyətsiz hesab edilməlidir. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; Hal-hazırki halda Pərdələyən əqd qismində xx.xx.2021-ci il tarixli, N° 26/03 saylı “hüquqi xidmətlərin göstərilməsi” haqqında Müqavilə çıxış edir. gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; Hal-hazırki vəziyyətdə Pərdələnən əqd qismində Vəkil ilə iddiaçı E.Vallenberq ilə bağlanmış vəkil xidmətlərinin göstərilməsi haqqında Müqavilələr və bu müqavilə əsasında mövcud olan ödəniş qəbzləri çıxış edir. yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Hal-hazırki vəziyyətdə bu niyyət qəsdən cavabdehə artıq ziyan vurmaqla vəkilə ödənilmiş mövcud real xidmət haqqı məbləğinin deyil də, pərdələyən əqddə göstərilən məbləğin 3000 (üç min) AZN cavabdehdən tutulması kimi göstərilir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. İddiaçı ona vurulmuş 30 000 (otuz min) manat mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı Səbail Rayon Məhkəməsində baxılmış və xx.xx.2021-ci il tarixli, N° 2(009)-1463/2021 saylı qətnamə ilə iddia qismən təmin edilərək 300 (üç yüz) manat məbləğində zərərin cavabdehə ödənilməsi qət edilmişdir. İddiaçı məhkəmə aktından verdiyi apellyasiya şikayəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.01,2022-ci il tarixli, Ne 2(103)-1440/2022 saylı qətnaməsilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək cavabdehə dəyən mənəvi zərər 1000 (min) manat olaraq qət edilmişdir. Tərəflərin hər ikisi kassasiya instansiya qaydasında şikayət etsələr də, AR Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2022-ci il tarixli, Ns 2(102)- 3017/2022 saylı qərarı ilə hər iki şikayət təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Nəticə etibarı ilə iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə işinə hər üç instansiya məhkəməsi icraatında baxılsa da, iddiaçının mülki-prosessual qanunvericiliyin nəzərdə tutuduğu qaydada hüququ olmasına baxmayaraq bu hüququndan istifadə etməmiş və məhkəmə icraatı gedişində deyil, kassasiya icraatı yekunlaşdıqdan 3 (üç) ay sonra çəkilən xərclərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi ilə məhkəmə qaydasında müraciət etmişdir. Həmin müddət ərzində iddiaçının müvafiq hüquq firmasından yuxarıda qeyd edilən məhkəmə işlərinə aidiyyəti olmayan digər işlər barəsində də xidmətləri alıb-almamasını qeyri-müəyyən hesab edirlər. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Səbail Məhkəməsinin 2(009)-1463/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə, mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsinə mənəvi zərərin məbləğinə aid hissədə dəyişdirilərək, cavabdehdən mənəvi zərərə görə 1.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3017/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Vallenberq Edvard Aleksandroviç və Cavabdeh MMC-nin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(103)-1440/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan hüquqi xidmətlərin göstərilməsi haqqında 01 aprel 2021-ci il tarixli müqavilədən görünür ki, “Çernin və X3” MMC ilə İddiaçı arasında müqavilə bağlanmışdır. İş materiallarında olan hüquqi xidmətlərin göstərilməsi haqqında 01 avqust 2016-cı il tarixli müqavilədən görünür ki, “Çernin və X3” MMC ilə Vəkil arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. 01 sentyabr 2022-ci il tarixli, 087315 saylı kassa mədaxil orderi qəbzindən görünür ki, İddiaçı tərəfindən “Çernin və X3” MMC-yə 3000 manat ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-222/2023 saylı, 18 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “məhkəmə xərclərinin cavabdehdən tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, İddiaçı nümayəndəsi və vəkili Vəkil qərardaddan şikayət verərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-222/2023 saylı, 18 aprel 2023-cü il tarixli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-222/2023 saylı, 11 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “məhkəmə xərclərinin cavabdehdən tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 222/2023 saylı, 18 aprel 2023-cü il tarixli qərardadı ləğv edilmiş və iş üzrə baxılması üçün məhkəmə iclası təyin edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı məhkəmələrdə ona hüquqi yardım göstərilməsi və vəkillə təmsil edilmək üçün “Çernin və X3” MMC ilə "xxxx" Müqavilə bağlamış və hüquqi xidmətlə bağlı o, MMC-yə 3000 (üç min) manat məbləğində vəsait ödəmişdir. Hal hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin məbləğin və məhkəmədə iddia irəli sürülməsi üçün ödədiyi dövlət rüsumunun ona qaytarılmasını tələb edir. Məhkəmə iddiaya münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının: -61-ci maddəsinin İ bəndinə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: - 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər; - 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar xərclər; - 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər məsrəflərə daxildir. - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, mübahisənin mahiyyəti iddiaçının məhkəmə çəkişmələri zamanı ona hüquqi xidmətin göstərilməsi məqsədilə hüquq şirkətinə müraciət etməsi, nəticədə xidmət haqqı ödəməli olması, həmçinin iddia qaldırılması ilə bağlı dövlət rüsumu da ödəməsi və bununla da ona maddi ziyan dəyməsi ilə bağlı hallardan ibarətdir. Belə ki, iddiaçı ilə "Çernin və X3” MMC arasında 01 aprel 2021-ci il tarixdə bağlanmış "Hüquq xidmətlərinin göstərilməsinə dair” müqavilənin təyinatı özündə tərəflər arasında məhkəmə çəkişməsi ilə bağlı məhz iddiaçıya hüquqi yardım göstərilməsini nəzərdə tutmuşdur. Buna görə də, iddiaçı hazırkı iş üzrə cavabdehdən xidmət haqqının əvəzi kimi maddi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddianın dəlilləri ilə bağlı qeyd edir ki, "Çernin və X3” MMC ilə Vəkil arasındakı işgüzar münasibətlərin necə tanzimlənməsindən asılı olmayaraq iddiaçı öz hüquqlarının müdafiəsi üçün adı çəkilən hüquq Firması ilə müqavilə bağlamış və 3000 manat ödəniş etmişdir, buna görə də Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən edilmiş ödəniş, eləcə də məhkəməyə müraciət etməsi üçün ödəməli olduğu dövlət rüsumunu ödəməsi hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər kimi ona dəymiş zərər hesab edilməli və cavabdehdən tutulmalıdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi və verilmiş şikayətlərə görə 45 manat dövlət rüsumu ödədiyini göstərmiş, lakin bununla bağlı 30 manat dövlət rüsumu ödənilməsinə dair qəbz əlavə etmişdir. Odur ki, məhkəmə iddianın bu hissədə qismən, yəni 30 manat hissəsində əsaslı olmasını hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçı olan İddiaçı hüquqi xidmətlər göstərən şirkətə müraciət etməklə özünün hüquqi yardım almaq hüququnu realizə etmişdir. İddiaçının şirkətə ödədiyi pulu cavabdehdən tələb edə bilməsi üçün o şirkətdə çalışan vəkillə təmsil edilməsi mütləq hesab edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsində məhkəmə xərclərinə dövlət rüsumu və işə baxılması ilə bağlı digər məsrəflər aid edilmişdir. Belə olan halda işə baxılması ilə bağlı məsrəflər özündə hüquqi məsləhətlər, iddia ərizəsinin tərtibi, məhkəmədə təmsil olunmaq və sair hərəkətləri də ehtiva edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 45 (qırx beş) manat hissəsi Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməli, 5 (beş) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh MMC-dən hüquqi xidmət üçün ödənilmiş 3000 (üç min) manat, digər iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat, cəmi 3030 (üç min otuz) manat pul və hazırki iş üzrə ödənilmiş dövlət rüsumunun 45 (qırx beş) manat hissəsi tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən hüquqi xidmət üçün ödənilmiş 3000 (üç min) manat, digər iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat, cəmi 3030 (üç min otuz) manat pul və hazırki iş üzrə ödənilmiş dövlət rüsumunun 45 (qırx beş) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-222/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-222/2023
08.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver