Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2238/2020 18.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdelər “X19” MMC və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıAçıq Səhmdar Cəmiyyəti cavabdehlər “X19” MMC və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, zərərçəkənin aldığı xəsarət və nəqliyyat vasitələrinə dəymiş zərərə görə 3750 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumu, cəmi 3780,40 manatın cavabdehlər “X19" MMC və Cavabdeh2 Hundan müştərək qaydada tutularaq “İddiaçı" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixində Cavabdeh1-yə məxsus “Shacman” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonun ərazisindən keçən 296-cı km-də Səmədabad kəndinin bərabərliyində olan yolayrıcında Yevlax şəhərinə dönmə əməliyyatı aparan zaman yol nəqliyyat hadisəsi törətmiş, “VAZ 21154" markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu maşındakı piyada X9 az ağır dərəcəli xəsarət, X14 yüngül dərəcəli xəsarət almışdır. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etdiyi və “X19” MMC tərəfindən etibarnamə olmadan avtomobili Cavabdeh2 verildiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Yevlax rayon məhkəməsinin 1(039)-16/2015 saylı hökmündə öz əksini tapmışdır. xx.xx.2014-cü il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabata uyğun olaraq, “VAZ 21154” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilə 1500 manat ziyan dəymişdir. Sığorta məbləği 5000 manat olduğundan X5 yüngül dərəcəli xəsarət almasına görə sığorta məbləği 750 manat təşkil edir. Sığorta məbləği 5000 manat olduğundan X3 az ağır dərəcəli xəsarət almasına görə sığorta məbləği 1500 manat təşkil edir. PAT ********** sığorta müqaviləsinin 012961, 012633 və 012634 saylı sığorta aktlarına əsasən “İddiaçı" Sığorta Şirkəti cəmi 3750 manat sığorta ödənişi həyata keçirmişdir. Göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “İddiaçı" Sığorta Şirkətinə dəymiş 3750 manat zərər məbləği cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X10 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, “X19” MMC-nin nümayəndəsi gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Cavabdeh2 isə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Sığorta Şirkəti xx.xx.2014-cü il tarixli, 012961 saylı sığorta aktından görünür ki, PAT ********** saylı sığorta müqaviləsi üzrə, sığortalı Cavabdeh1, faydalanan şəxs X11 olmaqla, xx.xx.2014-cü il tarixdə, Yevlax rayonunda baş vermiş sığorta hadisəsi ilə əlaqədar texniki ekspertiza ilə müəyyən edilmiş maddi zərərin miqdarı 1500 AZN təşkil etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 6500 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti X4 hesabına 1500 manat ödəmişdir. İş materiallarında olan 07.12.14-cü il tarixli, nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, VAZ 21015 markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1500 manat təşkil etmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamədən görünür ki, VAZ 21015 markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobil X1 tərəfindən X6 etibar edilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti xx.xx.2014-cü il tarixli, 012633 saylı sığorta aktından görünür ki, PAT ********** saylı sığorta müqaviləsi üzrə, sığortalı “X19” MMC, faydalanan şəxs X14 olmaqla, xx.xx.2014-cü il tarixdə, Bakı-Qazax yolunda baş vermiş sığorta hadisəsi ilə əlaqədar xəsarət almış X8 dəyən maddi ziyan 750 AZN təşkil etmişdir. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertizası X13 tərəfindən verilmiş xx xxxxxxxx 2014-cü il tarixli, 243 saylı canlı şəxsin ekspertiza aktından görünür ki, X5 bədənində aşkar olunan xəsarətlər Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 6224 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti X5 hesabına 750 manat ödəmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti xx.xx.2014-cü il tarixli, 012634 saylı sığorta aktından görünür ki, PAT ********** saylı sığorta müqaviləsi üzrə, sığortalı “X19” MMC, faydalanan şəxs X9 olmaqla, xx.xx.2014-cü il tarixdə, Bakı-Qazax yolunda baş vermiş sığorta hadisəsi ilə əlaqədar xəsarət almış X7 dəyən maddi ziyan 1500 AZN təşkil etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 6228 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti X3 hesabına 1500 manat ödəmişdir. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertizası X13 tərəfindən verilmiş xx xxxxxxxx 2014-cü il tarixli, 244 saylı canlı şəxsin ekspertiza aktından görünür ki, X3 bədənində aşkar olunan xəsarətlər Az Ağır zərər vurmaya aiddir. İş materiallarında olan nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin AC 086023 seriya nömrəli icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı SŞ tərəfindən “X19” MMC-yə məxsus “Shacman” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobil 300 manat sığorta haqqı olmaqla xx.xx.2014-cü il tarixdən xx.xx.2015ci il tarixədək sığorta edilmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmdən görünür ki, Cavabdeh2 AR Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixində cavabdeh “X19” MMC-yə məxsus “Shacman” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonun ərazisindən keçən 296-cı km-də Səmədabad kəndinin bərabərliyində olan yolayrıcında Yevlax şəhərinə dönmə əməliyyatı aparan zaman yol nəqliyyat hadisəsi törətmiş, “VAZ 21154" markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu maşındakı piyada X9 az ağır dərəcəli xəsarət, X14 yüngül dərəcəli xəsarət almışdır. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Yevlax rayon məhkəməsinin 1(039)-16/2015 saylı Hökmündə öz əksini tapmışdır. xx.xx.2014-cü il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabata uyğun olaraq, “VAZ 21154” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilə 1500 manat ziyan dəymişdir. Sığorta məbləği 5000 manat olduğundan X5 yüngül dərəcəli xəsarət almasına görə sığorta məbləği 750 manat təşkil edir. Sığorta məbləği 5000 manat olduğundan X3 az ağır dərəcəli xəsarət almasına görə sığorta məbləği 1500 manat təşkil edir. PAT ********** sığorta müqaviləsinin 012961, 012633 və 012634 saylı sığorta aktlarına əsasən “İddiaçı" Sığorta Şirkəti cəmi 3750 manat sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Res-publikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Res-publikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, nəqliyyat vasitələrinin toqquşması Cavabdeh2 hüquqa zidd hərəkətləri nəticəsində baş verdiyindən və qanunvericiliyin tələbinə görə cavabdeh məsuliyyət daşıdığından, İddiaçı ASC sığortalının avtomaşınına dəymiş zərərin aradan qaldırılması üçün ödənilən pul vəsaitini subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki‑Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki‑Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki‑Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər “X19” Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə dəymiş zərərə görə 3750 (üç min yeddi yüz əlli) manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2238/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2238/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver