Məhkəmə qərarları › İş №2(009)-2240/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2240/2025

05.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2240/2025 05.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X22 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X11 və 3-cü şəxs X12 nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabeh “Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı”na (X13 və X18 3-cü şəxs qismində) qarşı “qərarın etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabeh “Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı”na (X13 və X18 3-cü şəxs qismində) qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 17 saylı qərarın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, mən Şəki Rayon İctimai X14 balansında olan Şəki rayonu, Aşağı Küngüt postunda yerləşən 34 saylı yeməkxananı 07 oktyabr 2003-cü il tarixdə 700.000 manat məbləğində pulu ödəməklə satın almışam. Şəki Rayon Kooperativlər Cəmiyyətinin Müvəkkillər yığıncağının xx.xx.2003-cü il tarixli, 1 saylı iclas protokolundan çıxarış mənə təqdim olunmuş, eləcə də bununla bağlı 554985 nömrəli, xx.xx.2003-cü il tarixli kassa mədaxil orderinin qəbzi mənə verilmişdir. Bununla da sözügedən əmlaka hüquq əldə etmişəm. Bir müddət sonra həmin obyektdə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş X13 adlı şəxs məskunlaşmış və mənə həmin yeməkxana otaqlarından sinif otağı kimi istifadə edəcəyi və istənilən vaxt heç bir mübahisə yaratmadan əmlakımı mənə təhvil verəcəyinə sös vermişdi. X6 əmlakımdan müvəqqəti istifadəsinə razılıq vermişdim. Lakin 2024-cü ilin noyabr ayında mənə məlum olmuşdur ki, 700.000 manat ödəyərək satın aldığım Aşağı Küngüt postunda yerləşən 34 saylı yeməkxanada naməlum şəxs tərəfindən təmir tikinti işləri aparılır. Həmin qanunsuz hərəkətin qarşısının alınması üçün tərəfimdən 102-yə zəng edərək şikayət edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, yeməkxananı təmir edən şəxs Şəki rayonu, Baş Küngüt kənd sakini X15r. Sonuncu yeməkxananı başqa şəxsdən qeyri-rəsmi olaraq almışdır. Mən də məcburiyyət qarşısında qalaraq dəyərini ödəməklə əldə etdiym əmlakımın X12 qanunsuz sahiblikdən alınaraq mənə qaytarılması tələbi barədə Şəki Rayon Məhkəməsində iddia aldırmışam. İddia ərizəm əsasında başlanmış mülki işə baxmış Şəki Rayon Məhkəməsi, iş üzrə qəbub etdiyi 2(075)-294/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbimin təmin edilməməsini qət etmişdir. Şəki Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tanış olduqda mənə məlum olmuşdur ki, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (“Azərittifaq”) İdarə Heyəti tərəfindən xx.xx.2023-cü il tarixli 17 saylı qərar qəbul edilmişdir. Sözügedən qərarla Şəki Rayon Kooperativlər Cəmiyyətinin İdarə Heyəti xx.xx.2023-cü il tarixli 03 saylı məktubla X17 müraciət edərək, Cəmiyyətin xx.xx.2005- ci il tarixli (protokol №1) qərarı ilə Künqüt kəndində yerləşən ümumi sahəsi 300 kv.m., yardımçı sahəsi 150 kv.m olan yeməkxana binasının payçı X1 dair qərarı və təhvil-təslim aktı qüvvədə saxlanılmış, əvvəlki ödənilmiş məbləğ nəzərə alınaraq əlavə olaraq 1.000 manat ödənilməsi, Şəki Rayon Kooperativlər Cəmiyyətinin İdarə Heyətinin sədri N.Xəlilov tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasının təmin edilməsi, satışdan daxil olan vəsaitin Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) İdarə Heyyətinin hesabına ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Bildirirəm ki, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) İdarə Heyətinin xx.xx.2023-cü il tarixli 17 saylı qərarı etibarsızdır. Belə ki, Şəki rayonu, Aşağı Küngüt postunda yerləşən 34 saylı yeməkxananı xx.xx.2003-cü il tarixdə 700.000 manat məbləğində pulu ödəməklə əldə etmişəm. Bununla bağlı Şəki Rayon Kooperativlər Cəmiyyətinin Müvəkkillər yığıncağının xx.xx.2003-cü il tarixli, 1 saylı iclas protokolundan çıxarış, habelə 554985 nömrəli, xx.xx.2003-cü il tarixli kassa mədaxil orderinin qəbzi mənə təqdim olunmuşdur. Şəki rayonu, Aşağı Küngüt postunda yerləşən 34 saylı yeməkxananın mənə satılması barədə Şəki Rayon Kooperativlər Cəmiyyətinin Müvəkkillər yığıncağının xx.xx.2003-cü il tarixli, 1 saylı qərarı ləğv edilməmiş, habelə etibarsız hesab olunmamışdır. Həmin qərar bu gün də qüvvədədir. Göründüyü kimi, Şəki rayonu, Aşağı Küngüt postunda yerləşən 34 saylı yeməkxana mənim mülkiyyət hüququmla yüklü olmasına baxmayaraq, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) İdarə Heyyəti həmin əmlakla bağlı yeni qərar qəbul etmiş və əmlak yüklü vəziyyətdə X2 ki, bu hal qərarın qanunsuz hesab edilməsi üçün əsasdır. Bundan başqa onu da qeyd etməyi vacib hesab edirəm ki, xx.xx.2025- ci ilin yanvar ayında Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına (“Azərittifaq”) müraciət edərək Aşağı Küngüt postunda yerləşən 34 saylı iaşə obyektinin növbəti sənədləşmə prosesinə köməklik etməsini xahiş etmişəm, lakin həmin vaxt mənə həmin əmlakla bağlı xx.xx.2005-ci il tarixli (protokol №1) qərarı, habelə xx.xx.2023-cü il tarixli 17 saylı qərarın mövcudluğu barədə məlumat verilməmişdir. Beləliklə də göstərilənlərə əsasən məlum olur ki, 700.000 manat ödəməklə əldə etdiyim Şəki rayonu, Aşağı Küngüt postunda yerləşən 34 saylı yeməkxana mənim razılığım və məlumatım olmadan X2. X13 isə yeməkxaknada məcburi köçkün kimi məskunlaşarkən mənə bildirmişdir ki, müvvəqəti istifadə edəcək, mənim ilk tələbim ilə isə əmlakı dərhal boşaldacaqdır. Lakin göründüyü kimi, X13 mənim etibarımdan sui-istifadə etmiş, məni aldatmış, mənim məlumatım və razılığım olmadan əmlaka dair öz adına qərar qəbul etdirmişdir. Daha sonra isə həmin əmlakı X5. Cavabdeh etirazda qeyd etmişdir ki, iddiaçı Şəki Rayon İctimai X14 balansında olan Şəki rayonu, Aşağı Küngüt postunda yerləşən 34 saylı yeməkxananı 07 oktyabr 2003-cü il tarixdə 700.000 manat məbləğində pulu ödəməklə satın almışam. Şəki Rayon Kooperativlər Cəmiyyətinin Müvəkkillər yığıncağının xx.xx.2003-cü il tarixli, 1 saylı iclas protokolundan çıxarış mənə təqdim olunmuş, eləcə də bununla bağlı 554985 nömrəli, xx.xx.2003-cü il tarixli kassa mədaxil orderinin qəbzi mənə verilmişdir. Bununla da sözügedən əmlaka hüquq əldə etmişəm. Bir müddət sonra həmin obyektdə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş X13 adlı şəxs məskunlaşmış və mənə həmin yeməkxana otaqlarından sinif otağı kimi istifadə edəcəyi və istənilən vaxt heç bir mübahisə yaratmadan əmlakımı mənə təhvil verəcəyinə sös vermişdi. X6 əmlakımdan müvəqqəti istifadəsinə razılıq vermişdim. Lakin 2024-cü ilin noyabr ayında mənə məlum olmuşdur ki, 700.000 manat ödəyərək satın aldığım Aşağı Küngüt postunda yerləşən 34 saylı yeməkxanada naməlum şəxs tərəfindən təmir tikinti işləri aparılır. Həmin qanunsuz hərəkətin qarşısının alınması üçün tərəfimdən 102-yə zəng edərək şikayət edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, yeməkxananı təmir edən şəxs Şəki rayonu, Baş Küngüt kənd sakini X15r. Sonuncu yeməkxananı başqa şəxsdən qeyri-rəsmi olaraq almışdır. Mən də məcburiyyət qarşısında qalaraq dəyərini ödəməklə əldə etdiym əmlakımın X12 qanunsuz sahiblikdən alınaraq mənə qaytarılması tələbi barədə Şəki Rayon Məhkəməsində iddia aldırmışam. İddia ərizəm əsasında başlanmış mülki işə baxmış Şəki Rayon Məhkəməsi, iş üzrə qəbub etdiyi 2(075)-294/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbimin təmin edilməməsini qət etmişdir. Şəki Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tanış olduqda mənə məlum olmuşdur ki, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (“Azərittifaq”) İdarə Heyəti tərəfindən xx.xx.2023-cü il tarixli 17 saylı qərar qəbul edilmişdir. Sözügedən qərarla Şəki Rayon Kooperativlər Cəmiyyətinin İdarə Heyəti xx.xx.2023-cü il tarixli 03 saylı məktubla X17 müraciət edərək, Cəmiyyətin xx.xx.2005- ci il tarixli (protokol №1) qərarı ilə Künqüt kəndində yerləşən ümumi sahəsi 300 kv.m., yardımçı sahəsi 150 kv.m olan yeməkxana binasının payçı X1 dair qərarı və təhvil-təslim aktı qüvvədə saxlanılmış, əvvəlki ödənilmiş məbləğ nəzərə alınaraq əlavə olaraq 1.000 manat ödənilməsi, Şəki Rayon Kooperativlər Cəmiyyətinin İdarə Heyətinin sədri N.Xəlilov tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasının təmin edilməsi, satışdan daxil olan vəsaitin Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) İdarə Heyyətinin hesabına ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Bildirirəm ki, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) İdarə Heyətinin xx.xx.2023-cü il tarixli 17 saylı qərarı etibarsızdır. Belə ki, Şəki rayonu, Aşağı Küngüt postunda yerləşən 34 saylı yeməkxananı xx.xx.2003-cü il tarixdə 700.000 manat məbləğində pulu ödəməklə əldə etmişəm. Bununla bağlı Şəki Rayon Kooperativlər Cəmiyyətinin Müvəkkillər yığıncağının xx.xx.2003-cü il tarixli, 1 saylı iclas protokolundan çıxarış, habelə 554985 nömrəli, xx.xx.2003-cü il tarixli kassa mədaxil orderinin qəbzi mənə təqdim olunmuşdur. Şəki rayonu, Aşağı Küngüt postunda yerləşən 34 saylı yeməkxananın mənə satılması barədə Şəki Rayon Kooperativlər Cəmiyyətinin Müvəkkillər yığıncağının xx.xx.2003-cü il tarixli, 1 saylı qərarı ləğv edilməmiş, habelə etibarsız hesab olunmamışdır. Həmin qərar bu gün də qüvvədədir. Göründüyü kimi, Şəki rayonu, Aşağı Küngüt postunda yerləşən 34 saylı yeməkxana mənim mülkiyyət hüququmla yüklü olmasına baxmayaraq, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) İdarə Heyyəti həmin əmlakla bağlı yeni qərar qəbul etmiş və əmlak yüklü vəziyyətdə X2 ki, bu hal qərarın qanunsuz hesab edilməsi üçün əsasdır. Bundan başqa onu da qeyd etməyi vacib hesab edirəm ki, xx.xx.2025- ci ilin yanvar ayında Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına (“Azərittifaq”) müraciət edərək Aşağı Küngüt postunda yerləşən 34 saylı iaşə obyektinin növbəti sənədləşmə prosesinə köməklik etməsini xahiş etmişəm, lakin həmin vaxt mənə həmin əmlakla bağlı xx.xx.2005-ci il tarixli (protokol №1) qərarı, habelə xx.xx.2023-cü il tarixli 17 saylı qərarın mövcudluğu barədə məlumat verilməmişdir. Beləliklə də göstərilənlərə əsasən məlum olur ki, 700.000 manat ödəməklə əldə etdiyim Şəki rayonu, Aşağı Küngüt postunda yerləşən 34 saylı yeməkxana mənim razılığım və məlumatım olmadan X2. X13 isə yeməkxaknada məcburi köçkün kimi məskunlaşarkən mənə bildirmişdir ki, müvvəqəti istifadə edəcək, mənim ilk tələbim ilə isə əmlakı dərhal boşaldacaqdır. Lakin göründüyü kimi, X13 mənim etibarımdan sui-istifadə etmiş, məni aldatmış, mənim məlumatım və razılığım olmadan əmlaka dair öz adına qərar qəbul etdirmişdir. Daha sonra isə həmin əmlakı X5. 3-cü şəxs L.Lətifov etirazda qeyd etmişdir ki, iş materiallarına iddiaçı tərəfindən təqdim olunmuş Şəki RKC nin 10 fevral 2003 cü il müvəkkillr yığıncaq protokolundan çıxarış sənədinin etibarsız və hüquqi qüvvəsi olmayan sənəd olduğunu bildirirəm. Şəki Rayon Məhkəməsinin qərarı Həmin sənəd daha əvvəl Şəki Rayon Məhkəməsində araşdırılmış və ona hüquqi qiymət verilmişdir. İddiaçı həmin sənədlə iddiasını əsaslandırsa da, məhkəmə onu sübut kimi qəbul etməmiş və iddia rədd olunmuşdur. Bu fakt sübut edir ki, sözügedən sənədin hüquqi qüvvəsi yoxdur. Sənədin əsli yox, yalnız kserosurəti təqdim edilib Mülki Prosessual Məcəlləyə əsasən, sübut yalnız sənədin əsli və ya qanuni qaydada təsdiqlənmiş surəti olduqda hüquqi qüvvəyə malikdir. İddiaçı isə yalnız kserosurət təqdim etmiş, əslini göstərməmişdir. Bu səbəbdən kserosurət sübut kimi qəbul edilə bilməz. Tarixlərin uyğunsuzluğu və hüquqi absurdluluq Sənəddə göstərilmişdir ki, guya 10 fevral 2003-cü il tarixli yığıncaq 31 iyul 2003-cü il tarixli qərara əsaslanaraq obyektin satılmasına dair qərar qəbul edib. Bu isə hüquqi və məntiq baxımından mümkünsüzdür, çünki sonrakı tarixdə qəbul ediləcək qərara əvvəlki tarixdə istinad edilə bilməz. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki,iddiaçı “Azərittifaq”ın üzvü deyil. Sözügedən əmlak hələ də cavabdehin mülkiyyətindədir və heç kimə satılmamışdır. Həmin əmlak cavabdehin qərarı ilə 3-cü şəxsin sadəcə istifadəsinə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi-vəkili etirazın məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Digər 3-cü şəxs məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Şəki rayon kooperativ cəmiyyətinin müvəkkillər yığıncağının 10 fevral 2003-cü il tarixli 1 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, Azərittifaq idarə heyətinin 31 iyul 2003-cü il tarixli 127 saylı qərarına əsasən Aşağı Küngüd postunda yerləşən 1984-cü ildə istifadəyə verilmiş 34 saylı yeməkxananın İddiaçı Tofik oğluna satılması qərara alınmışdır. Şəki rayon kooperativ cəmiyyətinin müvəkkillər yığıncağının 08 fevral 2005-ci il tarixli 01 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, Küngüd postu ərazisində yerləşən, 1986-cı ildən tikilib istifadəyə verilən yeməkxananın X4 qərara alınmışdır Şəki rayon kooperativ cəmiyyətinin müvəkkillər yığıncağının 08 fevral 2005-ci il tarixli qərarının qüvvədə saxlanılması haqqında 08 may 2023-cü il tarixli X9 qərarına əsasən Şəki rayon kooperativ cəmiyyətinin müvəkkillər yığıncağının 08 fevral 2005-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Şəki rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)-294/2025 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh X16 qarşı “əmlakın sahiblikdən geri qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Şəki rayon kooperativ cəmiyyətinin müvəkkillər yığıncağının 10 fevral 2003-cü il tarixli 1 saylı iclas protokoluna istinad edərək, Aşağı Küngüd postunda yerləşən 1984-cü ildə istifadəyə verilmiş 34 saylı yeməkxananın ona satıldığını qeyd edir və bu alqı-satqı qüvvədə ola-ola həmin əmlakın X3 qanunsuz hesab edərək, bu barədə X9 08 may 2023-cü il tarixli qərarının etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Şəki rayon kooperativ cəmiyyətinin müvəkkillər yığıncağının 10 fevral 2003-cü il tarixli 1 saylı iclas protokolundan çıxarışı və Şəki rayon kooperativ cəmiyyətinin müvəkkillər yığıncağının 08 fevral 2005-ci il tarixli 01 saylı iclas protokolu nəzərdən keçirərkən müəyyən olunur ki, 2003-cü il tarixdə iddiaçıya satılması qərara alınmış əmlakın yerləşdiyi yer kimi Aşağı Küngüd kəndi, 2005-ci il tarixdə X4 qərara alınmış əmlakın yerləşdiyi yer kimi isə Küngüd kəndi qeyd edilmişdir. Bu iki ünvan isə fərqli ünvanlardır və bu barədə Şəki rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)- 294/2025 saylı qətnaməsində də qeyd edilmişdir. Əmlakların (yeməkxananın) fərqli əmlaklar olduğu həm də ondan görünür ki, 2003-cü il tarixli protokolda əmlakın 1984-cü ildə istifadəyə verildiyi, 2005-ci il tarixli protokolda isə əmlakın 1986-cı ildə tikilib istifadəyə verildiyi qeyd olunmuşdur. Göründüyü kimi, əmlakların yerləşdiyi ünvandan savayı eyni zamanda əmlakların tikilib istifadəyə verildiyi tarixlər də fərqlidir. İddiaçının hazırda mübahisələndirdiyi X9 08 may 2023-cü il tarixli qərarı ilə isə Şəki rayon kooperativ cəmiyyətinin müvəkkillər yığıncağının 08 fevral 2005-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. İşdən görünür ki, Şəki rayon kooperativ cəmiyyətinin müvəkkillər yığıncağının 08 fevral 2005-ci il tarixli qərarının etibarsızlığına əsas mövcud deyildir. Belə olan halda həmin qərarın qüüvədə saxlanılması barədə X9 08 may 2023-cü il tarixli qərarı da etibarsız sayılmamalıdır. Bundan başqa Şəki rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)-294/2025 saylı qətnaməsində eyni zamanda qeyd edilmişdir ki, Şəki rayon kooperativ cəmiyyətinin müvəkkillər yığıncağının 10 fevral 2003-cü il tarixli 01 saylı iclas protokolu əsasında qəbul edilmiş qərarı etibarsızdır. Mövcud halda məlum olan odur ki, iddiaçının istinad etdiyi xx.xx.2003-cü il tarixli 01 saylı iclas protokol həmin tarixdən 5 aydan çox vaxt sonra xx.xx.2003-cü il tarixdə qəbul edilmiş qərara əsaslanır. Bu isə mümkün olan hal deyildir. Həm özündən 5 ay sonra qəbul ediləcək hansısa qərara əsaslandığından, həm də Şəki rayon kooperativ cəmiyyətin eyni adlı əmlakının fərqli ərazilərdə yerləşməsi mümkün olmadığından əqdin məzmunu mümkünsüzdür. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AR Mülki Məcəlləsinin: 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. 111.2-ci maddəsinə əsasən kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 111.10-cu maddəsinə əsasən kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin edilən) sədr həyata keçirir. Kooperativin idarə heyətinin və (və ya) onun sədrinin (təyin edilməsi), onların səlahiyyətləri və səlahiyyət müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti, habelə vaxtından əvvəl vəzifədən azad edilməsi (istefa verməsi) əsasları və qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Məhkəmə xüsusilə qeyd edir ki, mübahisəli əqdin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Bundan başqa məhkəmə eyni zamanda qeyd edir ki, “Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı”nın Nizamnaməsinin 6.2.8-ci bəndinə əsasən Azərittifaqla müştərək olan əmlak barədə sərəncam verməzdən əvvəl X10 bildirmək və İdarə Heyətinin razılıq barədə qərarını almaq lazımdır. Lakin işdə Şəki rayon kooperativ cəmiyyətinin müvəkkillər yığıncağının 10 fevral 2003-cü il tarixli 1 saylı qərarı ilə iddiaçıya əmlak satışı edərkən cəmiyyətin X9 razılığını aldığına dair hər hansı sübuta da rast gəlinməmişdir. Bu hal da Şəki rayon kooperativ cəmiyyətinin müvəkkillər yığıncağının 10 fevral 2003-cü il tarixli 1 saylı protokolu əsasında qəbul etdiyi qərarın etibarlılığını da şübhə altına salır. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunmadığından, hazırkı iş üzrə çəkilmiş xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabeh “Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı”na (X13 və X18 3-cü şəxs qismində) qarşı “qərarın etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar