Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2251/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı cavabdehlər Bakı şəhər BPİ-nin Dövlət X4 və Bakı Nəqliyyat Agentliyinə qarşı cərimənin miqdarının azaldılması tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının nümayəndəsi X1 ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər BPİ-nin Dövlət X4 və Bakı Nəqliyyat Agentliyinə qarşı cərimənin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının etibarnamə əsasında nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Hakim ərizəni araşdıraraq hesab edir ki, iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarmalıdır. AR MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 152.1.9-cu amddəsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhər BPİ-nin Dövlət X4 və Bakı Nəqliyyat Agentliyinə qarşı cərimənin miqdarının azaldılması barədə iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2251/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2251/2020
14.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver