Məhkəmə qərarları › İş №2(009)-2251/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2251/2023

02.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2251/2023 02.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Səbail rayon İcra şöbəsinə qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair verdiyi iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Səbail rayon İcra şöbəsinə qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddiaçı cavabdeh qismində həm Səbail rayon İcra şöbəsini, həm də "xxxx" MMC-ni göstərsə də, tələb yalnız "xxxx" MMC-yə qarşı irəli sürülmüş Səbail rayon İcra şöbəsinə qarşı yönələn tələb iddia ərizəsində qeyd edilməmişdir. Bu hal iddia ərizəsini geri qaytarılma əsaslarından biridir. (İrəli sürülən tələb üzrə hərracın sifarişçisi olan Səbail rayon İcra şöbəsi 3-cü şəxs qismində göstərilə bilər). Belə ki, AR MPM-nin 149.2.3-cü mddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hakim həmçinin məlumat üçün qeyd edir ki, iddia ərizəsində iddiaçı cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27 kimi göstərmişdir. “Məhkəmə Elektron İnformasiya Sistemindən” əldə olunan məlumatdan görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) hüquqi ünvanı ünvan 4mışdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.3 maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Səbail rayon İcra şöbəsinə qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar