Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2252/2021 27.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1, Cavabdeh2 qarşı “çıxarışların etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1, Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən yarımzirzəmi hissə daxil olmaqla ümumi sahəsi 54.9 kv.m kimi göstərilən evə dair Cavabdeh1 verilmiş ********** qeydiyyat nömrəli və Cavabdeh2 verilmiş ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin fəaliyyətinin təmin edilməsi haqqında", 2017-ci ilin 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən abidələrin qanunvericiliyə uyğun özəlləşdirilməsinə, icarəyə və istifadəyə verilməsinə razılıq vermək, Qoruqlar üçün müəyyənləşdirilmliş xüsusi rejimə riayət olunmasına nəzarət etmək vəzifəsini "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinə tapşırılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən adı çəkilən ünvan üçün 2005-ci ildə X8 040139 №-li, 34,6 m2 sahəsi olan yaşayış evinə mülkiyyət hüququ haqqında çıxarış verilmişdir. 2010-cu ildə X1 Ramil Bəybala oğluna sözügedən evi satmışdır. İdarənin razılığı olmadan Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh1 məxsus sözügedən evin, İdarənin balansında olan yarımzirzəmi hissəsinin, mülkiyyət hüququnu tanımış və Cavabdeh1 10.12.2019-cu il tarixli 195630 seriyalı yeni çıxarış təqdim etmişdir. Yeni çıxarışda sözügedən evin ümumi sahəsi 34.6 m2 deyil, artırılaraq 54.9 m2 göstərilmişdir. Cavabdeh1 isə öz növbəsində 07.01.2020-ci il tarixində 8-ci Kiçik Qala döngəsi, ev 7 ünvanındakı şəxsi mülkiyyətini öz anası Cavabdeh2 Məhəmmədəli qızına ********** qeydiyyat nömrəsi ilə hədiyyə etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş İddiaçı Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinin 3.1.15-ci bəndinə müvafiq olaraq Qoruq ərazisində yerləşən dövlət mülkiyyətində olan abidələrin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsinə razılıq vermək səlahiyyəti müstəsna olaraq İdarəyə məxsusdur. İdarəyə isə yuxarıda göstərilən ünvan üzrə özəlləşdirmə ilə bağlı müraciət daxil olmamış və təbii ki, heç bir razılıq verilməmişdir. Göründüyü kimi, cavabdeh, yerli əhəmiyyətli abidə olan yaşayış evinə, mənzilin mülkiyyətinin tanınmasına dair çıxarışı İddiaçı Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin rəsmi icazəsi olmadan vətəndaşa təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmə və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, yarımzirzəmi hissəsi daxil olmaqla ümumi sahəsi 54.9 kv.m göstərilən evin Cavabdeh1 təqdim olunmuş 10.12.2019-cu il tarixli, 195630 seriyalı çıxarışının və sonradan Cavabdeh2 Məhəmmədəli qızına 07.01.2020-ci ildə hədiyyə edilmiş ********** qeydiyyat nömrəli son çıxarışın qanunsuz olması sübuta yetirilir və bu səbəbdən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh1 vəkili 27.10.2021-ci il tarixdə iddia ərizəsinə etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 10.12.2019-cu il tarixli və 07.01.2020-ci il tarixli çıxarışların ləğvinə dair iddia verilmişdir. İddia tələbindən və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizələrdən görünür ki, iddiaçı iddianın əsası kimi Nizamnamənin 3.1.15-ci bəndinə əsaslanmışdır. Həmin bəndə əsasən qoruqların ərazisində yerləşən obyektlər icarəyə verilərkən və özəlləşdirilərkən Qoruqlar üçün müəyyənləşdirilmiş rejimə riayət olunmasına nəzarət etmək, İdarənin balansına verilmiş abidələrin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsinə və istifadəyə verilməsinə razılıq vermək və qoruma öhdəliklərinə dair müqavilələr bağlamaq, qanunvericiliyə uyğun olaraq, İdarənin razılığı olmadan abidələrin istifadəyə, o cümlədən icarəyə verilməsinə aid işləri dayandırmaq İdarənin vəzifəsidir. Göründüyü kimi qeyd edilən Nizamnamənin bəndinə görə İdarənin balansına verilmiş abidələrin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsinə və istifadəyə verilməsinə razılıq vermək İdarənin vəzifəsidir. Hazırkı vəziyyətdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin razılıq almaq vəzifəsi müəyyən edilməmişdir. İdarənin razılığı olmadan istifadəyə, o cümlədən icarəyə verilməsinə aid işləri dayandırmaq İdarənin vəzifəsidir. İdarənin razılığı olmadan xüsusi mülkiyyətdə olan əmlakın özəlləşməsi üçün mülkiyyətçinin razılıq alması vəzifəsi Nizamnamənin 3.1.15-ci bəndində hər hansı qeyd yoxdur. Bundan başqa cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iş materiallarına əlavə edilən sənədlərdən müəyyən olunur ki, mübahisəli ünvanda yerləşən mənzil 1942-ci il tarixdən məhkəmə qərarına əsasən xüsusi mülkiyyət kimi qeydiyyadan keçmişdir. 08.11.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Cavabdeh1 tərəfindən mübahisəli mənzil alınarkən fərdi yaşayış evi artıq özəlləşmiş olmuşdur, heç bir özəlləşmə icraatı aparılmamışdır. Əksinə əvvəlki mülkiyyətçi tərəfindən təmir edilən və iddiaçı tərəfin də bu təmirə razılıq verdiyi sahə mülkiyyət sənədində qeyd edilmədiyi üçün Cavabdeh1 müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeydiyyata alınmışdır. 1942-ci il tarixdən qeydiyyata alınmaqla xüsusi mülkiyyətdə olan mənzilin təkrar özəlləşməsinə zərurət yoxdur. Mövcud özəlləşmiş mənzilin sahəsinin dəqiqləşdirərək sənədləşdirilməsi özəlləşmə hesab edilmir. Ona görə iddiaçının bu əsasla iddianın təmin edilməsini tələb etməsi əsassızdır, təmin edilə bilməz. Mövcud sahənin qeydiyyata alınması ərazinin hər hansı rejim qaydalarını pozmayıb. Nizamnamənin 3.1.6-cı bəndinə əsasən qanuna uyğun olaraq, mühafizə məqsədi ilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılması üçün dövlət mülkiyyətində olan abidələrin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında qərar qəbul etmək, xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlərin həyata keçirilməsinə razılıq vermək və gedişinə nəzarət etmək İdarənin vəzifələrindın biridir. Bu günədək mənzildə görülən bütün təmir işləri barədə razılıq olmuş, iddiaçı tərəfindən hər hansı irad bildirilməmişdir. Ərazi mühafizə olunduğundan bu günədək görülən büün işlər iddiaçının nəzarəti ilə həyata keçirilmişdr. Bu günədək görülən işlər nəticəsində mühafizə altına alınan mənzilin konstruksiyasında, ölçüsündə, və s. heç bir dəyişiklik olmamış, heç bir özəlləşmə işi aparılmamşdır. İllərdir özəlləşmiş xüsusi mükiyyətdə olan əmlakın sənədlərinə düzəliş edilməsi üçün razılıq alnması barədə Nizamnamədə göstəriş mövcud deyildir və bu cavabndehlərin vəzifəsi də deyildir. Əksinə belə bir hal olarsa idiaçının razılıq vermək vəzifəsidir. Nizamnamənin 3.1.15 bəndində həmçinin müəyyən edilir ki, Qoruqların ərazisində yerləşən obyektlər icarəyə verilərkən və özəlləşdirilərkən Qoruqlar üçün müəyyənləşdirilmiş rejimə riayət olunmasına nəzarət etmək İdarənin vəzifəsidir. Hazırkı vəziyyətdə hesab etsək ki, cavabdehlər özəlləşdiriliblər, hansı rejimin pozulmasına dair də hər hansı əsaslar təqdim edilməmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 07.01.2020-ci il tarixli, ********** nömrəli qeydiyyata əsasən xüsusi mülkiyyətimdədir. Bir ildən artıqdır ki, iddiaçı xüsusi mülkiyyətə sərbəst sərəncam vermək hüququndan müxtəlif bəhanələrlə imtina edir. Hələ 2020-ci ilin əvvəllərində dəfələrlə müraciətlər edilməsinə baxmayaraq heç bir əsas olmadan müxtəlif bəhanələrlə və şəxsi maraqlar qarşılılğında ərizələrə cavab verməmişlər. Məqsəd mənzilin satışında maraqlarını təmin etmək və onların dediyi qiymətə və dedikləri adama satmağa məcbur etmək olmuşdur. Lakin bununla razılaşmamış və məcburən dövlət idarəsindən müxtəlif dövlət orqanlarına müraciət edilmişdir. Qeyd edilən əmlak cavabdeh tərəfindən dövlət mühafizəsinə götürülməsi ilə əlaqədar Forma 2 arayışın alınması üçün xüsusi ərizə formasında müraciətə əməl edərək ilkin olaraq 24.02.2020-ci il tarixdə arayış verilməsi tələb edilmişdir. Lakin bu günədək cavab verilməmişdir. Müxtəlif dövlət orqanlarına müraciətdən sonra tutduqları vəzifədən sui istifadə edən idarənin məmurları inzibati məhkməyə müraciət edərək xüsusi mülkiyyətdə olan mənzilin mülkiyyət sənədinin ləğv edilməsinə cəhd etmişlər. Onlardan müraciəltərə cavab verən orqanlara isə guya iş məhkəmədədəir adı ilə hamsına rəsmi cavablar verməklə ziyan vurmaqda davam etmişlər. Saxta və əsassız iddia verən cavabdeh sonradan təqdim edilən sənədlər qarşısında aciz qalaraq iddiadan imtina etmək məcburiyyətində qalmışdır. “İş məhkəmədədir” bəhanəsi bitdikdən sonra yenidən Arayış verilməsi tələb edilmiş və artıq bu proseslərdən bir il keçmişdir. Bir ildən sonra “yenidən müraciət edin cavab verəcəyik” bildirmişlər, lakin bu dəfə də aldadaraq şəxsi maraqlarını güdmüşlər. 2021-ci iln Aprel ayında özləri arayış verəcəklərini bildirərək yeni ərizə verməyi bildirmişlər, yenidən rəsmi ərizə verilmiş, ərizəyə cavab olaraq 27.04.2021 tarixdə bildirmişlər ki, müraciətin təmin edilməsi “məqsədə müvafiq deyildir”. Bir il müddət bunlara araşdırmanı bitirməyə imkan verməmişdir. İddiaçının hüquqdan kənar əməlləri nəticəsində bir ildən artıq müddətdir ki, xüsusi mülkiyyətdə olan mənzil üzərində sərəncam hüququnun keçirilməsinə imkan verilmir. İnzibati məhkəmədə uğursuz iddiadan sonra indi də ümumi məhkəmədə xüsusi mülkiyyətçinin hüquqlarına dair əsassız iddia verilmişdir. Cavabdehin bu hərəkəti cavabdehlərə maddi və mənəvi ziyan vurmuşdur ki, bu məhkəmə qaydasında tələb olunacaq. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Göründüyü kimi cavabdeh vəzifəsini yerinə yetirmək əvəzinə ona verilən səlahiyyətlərdən istifadə edərək şəxsi maraqları üçün istədiyi süründürməçiliyi edir, əsaslı əsassız məhkəməyə müraciətlər edir, süni maneələr yaratmaqla mülkiyyətiçinin Konstitusiya ilə verilmiş hüquqlarını pozmaqda davam edir. İddiaçının əsassız hərəkələri nəticəsində sərəncam hüququma məhdudiyyət qoymuş, özəlləşmiş əmlaka düzəliş edilərək verilmiş yeni çıxarış və onun nəticələri mübahisə edilir. Məhkəmə iclasında İddiaçı Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi X3 iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, 8-ci Kiçik Qala döngəsi, ev 7 ünvanı üçün 2005-ci ildə Əliyev Çingizə 34.6 kv.m sahəsi olan yaşayış evinə çıxarış verilmişdir. 2010-cu ildə Çingiz Əliyev həmin evi Cavabdeh1 satmışdır. İdarənin razılığı olmadan Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 1 saylı Bakı Ərazi İdarəsi evin yarımzirzəmi hissəsinə mülkiyyət hüququnu tanımış və Cavabdeh1 2019-cu il tarixdə sahəni artıraraq 54.9 kv.m sahə yazılmış yeni çıxarış vermişdir. Cavabdeh1 isə anası Cavabdeh2 hədiyyə etmişdir. Onların razılığı olmadan zirzəmini çıxarışa daxil etdiklərindən, çıxarışın zirzəmi hissəsində ləğvini xahiş etmişdir. Məhkəmənin 14 oktyabr 2021-ci il tarixli iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Həmin yerin sahəsi əvvəlcə 34.6 kv.m olub, Cavabdeh1 aldıqdan sonra müraciət edib, müvafiq sənədlər təqdim edib. İdarə həmin sənədləri məqbul sayıb və cari dəyişiklik olunaraq yeni çıxarış verilib. Cavabdeh1 isə anasına bağışlayıb. Məhkəmənin 14 oktyabr 2021-ci il tarixli iclasında üçüncü şəxs Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, o zirzəmi əvvəlcə də olub, onlar sonradan zirzəmi tikməyiblər. Çingiz Əliyev əvvəl sənədləri təqdim etməyib, Cavabdeh1 isə aldıqdan sonra mövcud sənədləri təqdim edərək müraciət edib. O vaxtında müraciət etməyib, Ramil isə düzəliş edilməsi üçün aldıqdan sonra müraciət edib. Əvvəlki mülkiyyətçiyə qarşı məhkəmədə iddia qaldıra bilərlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan DƏDRX 1saylı Bakı Ərazi İdarəsindən məhkəməyə ünvanlanmış 20.10.2021-ci il tarixli, **********40 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 46 saylı DNK-nın 4Ə-03-584 reyestr nömrəli 01.10.2005-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi X7 adına qeydiyyatdan keçmişdir. Notarius Əli A.Hüseynov tərəfindən təsdiqlənmiş 4Ə-04-1077 reyestr nömrəli 08.11.2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 53 saylı DNK-nın 07.01.2020-ci il tarixli 4Ə-01 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi Cavabdeh2 Məhəmmədəli qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan X10 ilə X13 arasında bağlanmış AN-İ ******* alğı-satqı müqaviləsindən görünür ki, X13 01.10.2005-ci il tarixdə ümumi sahəsi 34.60 kv.m olan ünvan 1 X5 160.000.000 manata almışdır. İş materiallarında olan İddiaçı Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin X8 ünvanlanmış 12.01.2010-cu il tarixli, 06/2/22 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında aparılmış dəyişikliklər əsas yükdaşıyan divarlara və bünövrəyə toxunmadan aparılmışdır. Görülmüş işlər abidənin konstruktiv vəziyyətinə, həcm-planlaşma həllinə və memarlıq-estetik görünüşünə heç bir xələl gətirmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, ünvan 1 (ümumi sahəsi 30.1 kv.m) X7 adına 04.10.2012ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan X13 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 08.11.2012-ci il tarixdə ümumi sahəsi 30.1 kv.m olan ünvan 1 X6 70.000 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, ünvan 1 (ümumi sahəsi 30.1 kv.m) Cavabdeh1 adına 20.11.2012-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 1 (ümumi sahəsi 54.9 kv.m) Cavabdeh1 adına 10.12.2019-cu il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh2 Məhəmmədəli qızı arasında bağlanmış bağışlama müqaviləsindən görünür ki, Cavabdeh1 07.01.2020-ci il tarixdə ümumi sahəsi 54.9 kv.m olan ünvan 1 Cavabdeh2 Məhəmmədəli qızına bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 1 (ümumi sahəsi 54.9 kv.m) Cavabdeh2 Məhəmmədəli qızının adına 07.01.2020-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama) əsasında aparıldığından mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən “Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (maddə 2.4). Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya qanunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Beləliklə göstərilənləri və iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlar ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnaməsinə əsasən Qoruğun ərazisində yerləşən abidələr və dövlət mülkiyyətində olan, o cümlədən dövlət yaşayış fonduna daxil olan tikililər idarənin balansındadır. İş materiallarında olan İddiaçı Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinə əsasən qoruqların ərazisində yerləşən abidələrin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsinə razılıq verir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən mühəndis kommunikasiyaları, müdafiə obyektləri, şəhərsalma, dini və xatirə abidələri, hidrotexniki qurğular istisna olmaqla, yerli əhəmiyyətli memarlıq abidələri qanunvericiliyə uyğun olaraq özəlləşdirilə bilər. Həmin Qanunun 11-ci maddəsinə əsasən Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına 2443 inventar nömrə altında Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsi daxil edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin X8 ünvanlanmış 12.01.2010-cu il tarixli, 06/2/22 saylı məktubundan isə görünür ki, ünvan 1 ünvanında aparılmış dəyişikliklər əsas yükdaşıyan divarlara və bünövrəyə toxunmadan aparıldığı və görülmüş işlərin abidənin konstruktiv vəziyyətinə, həcm-planlaşma həllinə və memarlıq-estetik görünüşünə heç bir xələl gətirilmədiyi qeyd edilmişdir. 08.11.2012-ci il tarixdə isə X13 ilə Cavabdeh1 arasında 30.1 kv.m olan evə dair alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh tərəfindən isə yarımzirzəmi hissənin ümumi sahəyə əlavə edilməsinə dair "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə özəlləşdirilməyə dair razılıq üçün hər hansı müraciət olmamışdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 adına verilmiş çıxarış etibarsız hesab edilməli və bu çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 Məhəmmədəli qızının arasında bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən yarımzirzəmi hissə daxil olmaqla ümumi sahəsi 54.9 kv.m kimi göstərilən evə dair Cavabdeh1 verilmiş ********** qeydiyyat nömrəli və Cavabdeh2 verilmiş ********** qeydiyyat nömrəli çıxarışlar etibarsız hesab edildiyindən dövlət reyestrində aparılmış qeydlər ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2252/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2252/2021
27.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver