Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2261/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMMC-nin – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 07 noyabr 2024-cü il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMMC - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1138 manat və Cavabdeh2 1138 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMMC ünvan 1 ünvanında yerləşən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi və ondan İstifadəni təmin etmək məqsədilə həmin binanın sahə mülkiyyətçilərinin xx.xx.2019- cu ildə keçirilən ümumi yığıncağında yaradılmış xx.xx.2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. Məlumat üçün bildirilir ki, İddiaçı MMMC-nin idarəçiliyini həyata keçirdiyi çoxmənzilli yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilərək mənzil mülkiyyətçilərinə təhvil verilmişdir. Hazırda İddiaçı MMMC çoxmənzilli binada qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərir. İddiaçı MMMC-nin ümumi yığıncağı tərəfindən qəbul edilən xx.xx.2019-cu il tarixli qərara əsasən çoxmənzilli binanın mənzil mülkiyyətçilərinin (cəmiyyət üzvlərinin) mütləq ödənişlərinin və haqlarının miqdarı müəyyən edilmiş və bu barədə eyni tarixli protokol tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli Protokolda da göstərildiyi kimi, 1 otaqlı mənzilə görə 25 mariat, 2 otaqlı mənzilə görə 33 manat, 3 otaqlı mənzilə görə 40 manat, 4 otaqlı mənzilə görə isə 47 manat kommunal xidmət haqqı müəyyən olunmuşdur və hər bir mənzil mülkiyyətçisi həmin məbləği MMMC- yə ödəməlidir. Bundan əlavə, qeyd olunan çoxmənzilli binanın mənzil mülkiyyətçiləri ilə, eyni zamanda cavabdehlərlə "xxxx" “Yaşayış binasının sakinlərinin birgə yaşayış qaydaları haqqında” müqavilələr imzalanmış və kommunal xidmət haqlarının ödənilməsi vəzifəsi həmin müqavilədə göstərilmişdir. Cavabdehlərlə MMMC arasında təkrar müqavilənin bağlanması tələb edilsə də, onlar müqaviləni imzalamaqdan imtina etmişlər. Buna baxmayaraq, onlar bu günədək iddiaçı tərəfindən göstərilən kommunal xidmətlərdən istifadə etməkdədirlər. Cavabdehlərin həmin müqaviləni imzalamaqdan imtina etməsi xx.xx.2019-cu il tarixli müvafiq aktlarla rəsmiləşdirilmişdir. Sakinlərin əksəriyyəti kommunal xidmətlərə görə müəyyən olunan haqqı vaxtında ödəsə də, cavabdehlər artıq uzun müddətdir ki, həmin haqqı ödəmirlər. Onların iddiası əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixədək olan borca görə cavabdehlərin hər birindən 1692 manat pulun İddiaçı MMMCnin hesabına tutulması qət edilmiş, qətnamə qüvvəyə minərək icra olunmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 xx.xx.2024-cü il tarixə kimi ödənilməmiş 1128 manat pulun və Cavabdeh2 1128 manat pulun və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: "xxxx" MTK ilə Cavabdeh2 (sakin) arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli,çoxmənzilli yaşayış binasının 37 saylı mənzilin sakini bu müqavilədə göstərilən norma, standartlara və qaydalara əməl edir, “MTK” isə bu müqavilənin icra olunmasını və bu müqavilənin 5.1 bəndində sadalanan kommunal xidmətlərin göstərilməsini təmin edir. "xxxx" MTK ilə Cavabdeh1 (sakin) arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli,çoxmənzilli yaşayış binasının 19 saylı mənzilin sakini bu müqavilədə göstərilən norma, standartlara və qaydalara əməl edir, “MTK” isə bu müqavilənin icra olunmasını və bu müqavilənin 5.1 bəndində sadalanan kommunal xidmətlərin göstərilməsini təmin edir. 14 iyun 2019-cu il tarixli aktda qeyd edilir ki, İddiaçı MMMC-nin 19 saylı mənzilin sahibi Cavabdeh1 “Birgəyaşayış və xidmət” müqaviləsini imza etməkdən imtina edib. 14 iyun 2019-cu il tarixli aktda qeyd edilir ki, İddiaçı MMMC-nin 37 saylı mənzilin sahibi Cavabdeh2 “Birgəyaşayış və xidmət” müqaviləsini imza etməkdən imtina edib. AR Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı MMMC xx.xx.2019-cu il tarixdə qeydiyyat keçmişdir. Fəaliyyət predmeti və ərazisi ünvan 3 ünvanında daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlər barəsində sərəncam verilməsini tələb etməkdir. İddiaçı MMMC tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıqda qeyd edilir ki, cavabdehlərin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan dövr üçün 1091 manat kommunal xidmət borcu yaranıb. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli,çoxmənzilli yaşayış binasının 19 saylı mənzili Cavabdeh1, 37 saylı mənzili isə Cavabdeh2 məxsusdur. İddiaçı MMMC həmin mənzillərin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına kommunal xidmətlər göstərir. İddiaçı göstərilən xidmətlərin müqabilində aylıq kommunal haqqı 47 manat hesablanmaqla cavabdehlər tərəfindən xx.xx.2024-cü il tarixə kimi ödənilməyən məbləğin cavabdehlərdən tutulmasını xahiş edir. AR Mənzil Məcəlləsinin: 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək kimi hüququ vardır. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal xidmətlərə görə haqqdan ibarətdir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Məhkəmə qeyd edir ki, cavabdehlər onlara məxsus mənzillərdə yaşamaqla həmin mənzillərin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına iddiaçı tərəfindən göstərilən kommunal xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə haqq ödəmək öhdəliyi daşıyır. Lakin onlar heç bir əsassız səbəb olmadan göstərilən kommunal xidmətlərə görə ödəməli olduğu haqqı ödəməkdən yayınaraq, mənzil qanunvericiliyi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdirlər. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən kommunal xidmətlərə görə 1 təqvim ayı üçün 47 manat hesablanmaqla xx.xx.2024-cü il tarixə yaranmış borc cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1128 manat məbləğində pul vəsaiti Cavabdeh1, 1128 manat məbləğində pul vəsaiti isə Cavabdeh2 tutulub İddiaçı MMMC-yə ödənilsin. 43 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2261/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2261/2024
07.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver