Məhkəmə qərarları › İş №2(009)-2268/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2268/2021

29.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2268/2021 29.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X23 Rüstəmlinin sədrliyi ilə Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçıların və İddiaçı1 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdehlər Cavabdeh1 və «Təhsil Şurası» İB-nə qarşı «protokolun və qərarların etibarsız hesab edilməsi» barədə iddia ərizəsi üzrə mülki işə 29 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 - cavabdehlər Cavabdeh1 və «Təhsil Şurası» İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.02.2021-ci il tarixli protokolun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Təhsil Şurası” İB 25.05.2021-ci il tarixdə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçərək qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlə reyestrindən çıxarış almışdır. Nizamnaməyə əsasən 22.11.2013-cü il tarixdə keçirilmiş Ümumi X1 X17 sədri, X5 Heyətinin sədr müavini və X3 heyətinin katibi vəzifələrinə 5 il müddətinə olmaqla seçilmişlər. Həmin vaxt Birliyin 144 üzvüü olmuş və onların adlı siyahısı təsdiq olunaraq Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınmışdır. Daha sonra cavabdeh X17 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokollarının və onların əsasında qəbul edilmiş yekun qərar əsasında Birliyin üzvlərinin sayı 89 nəfər artaraq 233 nəfər olmuşdur. Qeyd olunan qərarlar bugünədək mübahisələndirilməmişlər. Birliyin üzvlərinin sayı 233 olsa da, üzvlər arasında vəfat edənlər olduğundan faktiki 229 olmuş və həmin sayda qeydə alınmışdır. Daha sonra 16.02.2019-cu il tarixdə Birliyin növbəti Ümumi yığıncağı keçirilmiş və həmin Yığıncağın nəticəsi olaraq müvafiq qərarlar qəbul edilmişdir. Birliyin üzvü Cavabdeh1 həmin protokolu və qərarları mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin 22.01.2020-ci il tarixli qətnaməsi əsasında qeyd olunan protokol və qərarlar etibarsız hesab edilmiş və iclasın nəticələri ləğv edilmişdir. Daha sonra Cavabdeh1 Birliyin idarəçiliyini öz əlinə keçirtmək və öz maraqları üçün istifadə etmək məqsədi ilə özünün təşəbbüsü ilə guya təşəbbüs qrupu yaratmış və bir çox Birliyin üzvü olmayan şəxsin iştirakı ilə iclas keçirmiş və 25.02.2021-ci il tarixə Ümumi Yığıncağın keçirilməsi barədə qərar qəbul etmişlər. 25.02.2021-ci il tarixdə “ZOOM” proqram vasitəsilə Cavabdeh1 sədrliyi ilə saxta Ümumi Yığıncaq keçirilmiş və qərarlar qəbul edilmişdir. Birliyin üzvlərinin sayı 144 deyil, 229 nəfər olmuşdur. Həmin 85 üzv Birliyin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokollarının və onların əsasında qəbul edilmiş yekun qərar əsasında qəbul olunmuşlar. Belə ki, Ümumi Yığıncağın keçirilməsi üçün yetərsay olmamışdır və protokola əsasən cəmi 72 nəfər iştirak etmişdir. Həmin Yığıncağın gündəliyində olan 2-ci məsələ X17 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokollarının və onların əsasında qəbul edilmiş yekun qərarların etibarsız hsab edilməsi olmuşdur ki, Nizamnaməyə əsasən X14 İdarə heyətinin belə bir səlahiyyəti olmamışdır. Bundan başqa 25.02.2021-ci il tarixdə keçirilmiş Ümumi Yığıncaqda birliyin üzvü olmayan şəxslər iştirak etmişlər. X24, Hikmət Haqverdiyev, Asiman Paşayev və Cavad adlı şəxslər olmuşlar. X6 eyni adla 3 müxtəlif profillərlə Yığıncağa qatılmışdır. Bu yollarla cavabdehlər süni say artırmışlar. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddia ərizəsinin məzumuna uyğun izahat verərək, iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia ərizəsinin məzumuna uyğun izahat verərək, iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5ci maddəsinə əsasən isə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İlk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə protokolun etibarsız hesab edilməsi ilə bağlı konkret norma nəzərdə tutulmasa da Mülki Məcəllənin 11.5-ci maddəsində qeyd olunur ki, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Bu səbəbdən məhkəmə hazırki tələbə məhkəmə qaydasında baxılmasını mümkün hesab edir. İş materiallarında olan: “Təhsil Şurası” İB-nin Nizamnaməsinin 5.4-cü bəndində qeyd edilmişdir ki, Ümumi Yığıncağın səlahiyyətlərinə birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi, birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi, birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması, birliyin NTK-nın və onun say tərkibinin açıq səsvermə ilə müəyyənləşdirilməsi, illik hesabatın təsdiq edilməsi, başqa təşkilatlarda iştirak, birliyin yenidən təşkili və ləğv edilməsi, birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi aiddir. “Təhsil Şurası” İB-nin İdarə Heyətinin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokollarında qeyd olunmuşdur ki, Birliyin üzvlərinin sayı 89 nəfər artaraq 233 nəfər olmuşdur. “Təhsil Şurası” İB-nin 25.02.2021-ci il tarili Ümumi Yığıncağının 1 №li İclas protokolundan görünür ki, gündəlikdə olan məsələlərdən biri də “Təhsil Şurası” İB-nin İdarə Heyətinin 27.01.2018ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokollarının və onların əsasında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi olmuşdur. Həmin Protokolun 3 saylı Qərarında qeyd edilmişdir ki, Şuranın 144 üzvü vardır. Onlardan 6 nəfəri vəfat etmişdir. 138 üzvdən iclasda 72 nəfər iştirak edir ki, bu say üzvlərin ümumi sayının yarısından çoxdur. Beləliklə, yetərsay var, Ümumi yığıncağın iclası səlahiyyətlidir. Həmin Protokolun 5 saylı Qərarında qeyd edilmişdir ki, “Təhsil Şurası” İB-nin İdarə Heyətinin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokolları və onların əsasında qəbul edilmiş qərarlar etibarsız hesab edilsin və iclasın nəticələri ləğv edilsin. Ədliyyə Nazirliyi X4 Reyestrindən Çıxarışda qeyd olunmuşdur ki, 09.04.2019-cu il tarixə edilmiş dəyişikliklərə əsasən “Təhsil Şurası” İB-nin üzvlərinin əvvəlki sayı 144, hazırki sayı isə 229 nəfərdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Təhsil Şurası” İB 25.05.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Birlik öz fəaliyyətini nizamnaməsi və qanunvericilik əsasında qurur. X19 25.02.2021-ci il tarixdə iclas keçirmiş və iclasda 72 nəfər iştirak etmişdir. İclasın nəticəsində qəbul edilmiş qərarlardan biri də “Təhsil Şurası” İB-nin İdarə Heyətinin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokollarının və onların əsasında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi olmuşdur. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, Birliyin üzvlərinin sayı “Təhsil Şurası” İB-nin İdarə Heyətinin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokolları əsasında qəbul edilmiş qərarlarla 233 nəfər müəyyən edilmişdir. Sonradan həmin üzvlərdən 4 nəfər vəfat etmiş və nəticədə 229 nəfər üzv qalmışdır. Həmin qərarlar mübahisələndirilməyərək bugünki vaxta kimi qüvvəsindədir. Lakin Birlik iş materiallarından göründüyü kimi cəmi 72 nəfər üzvün iştirakı ilə Ümumi yığıncaq keçirmişdir ki, bununla da yığıncaq yetərsay olmadan əsassız olaraq səlahiyyətli hesab edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Birliyin nizamnaməsində protokollar əsasında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi səlahiyyəti nizamnamə ilə Birliyin səlahiyyətlərinə aid edilməmişdir. Lakin buna baxmayaraq Birlik 25.02.2021-ci il tarixdə keçirmiş olduğu İclasda “Təhsil Şurası” İB-nin İdarə Heyətinin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokolları və onların əsasında qəbul edilmiş qərarları etibarsız hesab etmək barədə qərar qəbul etməklə nizamnamənin tələblərinə zidd hərəkət etmişdir. Sadalananlara əsasən məhkəmə yekunda qeyd edir ki, 25.02.2021-ci il tarixli ümumi yığıncaq qanunvericiliyin və Birliyin nizamnaməsinin tələblərinə uyğun şəkildə keçirilmədiyindən yığıncağın 25.02.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilməli və iclasın nəticələri ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Təhsil Şurası” X20 Yığıncağının 25.02.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilsin və iclasın nəticələri ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar