Məhkəmə qərarları › İş №2(009)-227/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-227/2023

13.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-227/2023 13.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X6, X13 və X9 işə cəlb olunmaqla Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X6, X13 və X9 işə cəlb olunmaqla Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6335,58 manat məbləğində pulun və ödənilmiş 85 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X12 ilə aralarında səmimi münasibət var idi. Bir gün Lətif ona bildirdi ki, onun yaxın adamları var, onun və onların adına bir neçə maşını var. Onun adına bankdan pul götürək maşın alaq, narahat olma pulunu onun yaxın adamları ödəyəcəklər. O, aralarında olan münasibətə görə Lətifə inandı. 28 oktyabr 2013-cü il tarixdə “Nikoyl” X2 21% olmaqla 36 aylıq 8600 manat kredit müqaviləsi əsasında 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı 99FZ203 dövlət qeydiyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil alaraq etibarnamə əsasında X11 və X5 vermişdir. Bir müddət keçəndən sonra ona bəlli oldu ki, onu aldadıblar və onun mülkiyyətində qalan maşının krediti ödənilmir. Cavabdehlər X13 və X9 ilə şifahi razılığa əsasən 22 ay hər ay 280 manat kredit müqaviləsi üzrə ödəniş öhdəliyini öz üzərinə götürmüşdür. Mülkiyyətində olan 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı 99FZ203 dövlət qeydiyat nişanlı avtomaşını Bakı şəhəri 32 saylı xüsusi notariat kontoru tərəfindən verilmiş 04 fevral 2014-cü il tarixli etibarnamə əsasında cavabdehlərə vermişdir. 2015-ci ilin fevral ayında ona bəlli oldu ki, cavabdeh öz öhdəliyini yerinə yetirmir, banka olan borcu ödəmir. O, cavabdehlərə banka olan borcu ödəməsinin vacib olduğunu bildirsə də, lakin cavabdehlər krediti ödəməkdən və ona məxsus avtomaşını qaytarmaqdan boyun qaçırır. Həmin etibarnamə 11 noyabr 2016-cı il tarixli ərizəsi əsasında ləğv edilmişdir. Sonradan ona bəlli olmuşdur ki, mübahisə predmeti olan 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı 99FZ203 dövlət qeydiyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil hal hazırda etibarnamə əsasında Cavabdeh istifadəsindədir. “Nikoyl” X1 qarşı iddiası Nizami rayon məhkəməsinin qətnaməsi ilə təmin edilərək, ondan 6355,58 manat pulun “Nikoyl” X3 xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan ona məxsus 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı 99FZ203 dövlət qeydiyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərracda satılması, əldə olunan pul vəsaiti hesabına ümumilikdə 6335,58 manat məbləğində borcun “Nikoyl” X4 ödənilməsi qət edilmişdir. Buna görə də cavabdehdən 6335,58 manat məhkəmə qərarı əsasında ona qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və eləcə də, izah etmişdir ki, “Nikoyl” X1 qarşı iddiası Nizami rayon məhkəməsinin qətnaməsi ilə təmin edilərək, ondan 6355,58 manat pulun “Nikoyl” X3 xeyrinə tutulması və tutma ipoteka predmeti olan ona məxsus 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı 99FZ203 dövlət qeydiyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması əldə olunan pul vəsaiti hesabına ümumilikdə 6335,58 manat məbləğində borcun “Nikoyl” X4 ödənilməsi qət edilmişdir. Göstərilən məbləğ ondan yox, Cavabdeh tutulmalıdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 nümayəndəsi və vəkili Nümayəndə Mirələlm oğlu iddia tələbini qəbul etməyərək, onun əsassız olduğundan təmin edilmədən saxlanılmasını xahiş etmiş və izah etmişdir ki, iddiaçı tərəfindən iddia düzgün olaraq qaldırılmayıb,iddiaçı pul tələbi formasında iddia tələbi yox, avtomobilin qanunsuz sahiblikdən qaytarılması barədə iddia irəli sürməlidir. Avtomobilin indiki bazar dəyəri tələb olunan borcu qarşılayır. Avtomobil tapılmalı və pul tələbi ona yönəldilməlidir. Bütün bunları nəzərə alaraq hesab edir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Cavabdeh və 3-cü şəxslər X7 və X5 məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-6873/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı «Nikoyl» X3 xeyrinə cavabdeh İddiaçı 5026,86 manat əsas borc, 1220,52 manat faiz borcu, 50 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 38,20 manat, ümumilikdə 6335,58 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus «VAZ-21214» markalı 99FZ203 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, XTA212140D2152357 ban və ******* mühərrik nömrəli ağ rəngli minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 6335,58 manat məbləğində borcun «Nikoyl» X4 ödənilməsi, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdeh İddiaçı verilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda, qətnamənin ümumi qaydada icra edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi tərəfindən vəkil Yusif İsmayılova ünvanlanmış xx.xx.2022-ci il tarixli, 115905-1222 nömrəli məktubdan görünür ki, DİN Baş X19 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «VAZ-21214» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdən ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1976-cı il təvəllüdlü İddiaçı adında qeydiyyatdadır. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2014-cü il tarixdə etibarnamə verilmişdir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1976-cı ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 819/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X16 oğlunun apellyasiya şikayəti təmin olunmayaraq, iddiaçı X16 oğlunun cavabdehlər X13 və X5 qarşı avtomobilin qaytarılması və 6335,58 manat məbləğində pulun cavabdehlərdən alınıb ona verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(011)- 5818/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Təqdim olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-4740/2021 saylı qərarından görünür ki, iddiaçı X16 oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 819/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-6873/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı «Nikoyl» X3 xeyrinə cavabdeh İddiaçı 5026,86 manat əsas borc, 1220,52 manat faiz borcu, 50 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 38,20 manat, ümumilikdə 6335,58 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus «VAZ-21214» markalı 99FZ203 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, XTA212140D2152357 ban və ******* mühərrik nömrəli ağ rəngli minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 6335,58 manat məbləğində borcun «Nikoyl» X4 ödənilməsi, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qanunvericiliyin qeyd olunan müddəalarının qarşılıqlı təhlilindən aydın olur ki, müqavilə çərçivəsində bir şəxsin digər şəxsdən borcun ödənilməsini tələb etməsi üçün tərəflər arasında müqavilə münasibətlərinin yaranmasına istiqamətlənmiş qarşılıqlı iradə ifadəsi olmalıdır. Çünki tərəf iradə ifadəsi nəticəsində müqavilədən irəli gələn tələb üzrə öhdəlik daşıya bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən halın mülki mübahisənin hüquqi həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alınmalıdır. Məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh ilə hər hansı müqavilə bağlamamış, bu səbəbdən cavabdehin müqavilədən irəli gələn öhdəliyi yaranmamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iclasında iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X6, X13 və X9 işə cəlb olunmaqla) Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X6, X13 və X9 işə cəlb olunmaqla Cavabdeh qarşı pul tələbinə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar