Məhkəmə qərarları › İş №2(009)-2300/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2300/2025

24.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2300/2025 24.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair verdiyi iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, verilmiş iddia ərizəsi AR MPM-nin tələblərinə uyğun deyil. Belə ki, iddia ərizəsi AR MPM-nin 149.2.2-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. AR MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)göstərilməlidir. İddiaçı cavabdeh qismində Cavabdeh göstərsə də, onun qeydiyyat ünvanı barədə sübutu iddia ərizəsində əlavə etməmiş, cavabdehin ünvanı kimi təmir işləri aparılmış “ART-Studio”nun ünvanını göstərmişdir. Yəni cavabdehin həmin ünvan üzrə qeydiyyatda olmasını təsdiq edən sübutları ərizəyə əlavə etməmiş, həmçinin ərizədə şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları (şəxsiyyət vəsiqəsinin nömrəsi və ya FİN nömrəsi) da qeyd etməmişdir. Halbuki bu məlumatın iddia ərizəsində göstərilməsi qanunun qeyd edilən maddəsində imperativ norma kimi müəyyən edilmişdir. AR MPM-nin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən Məcəllənin 151.1-ci madəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi AR MPM-nin tələblərinə uyğun olmadığından onun məhkəmə icraatı mümkün deyil. Bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Hakim həmçinin qeyd edir ki, xx.xx.2025-ci il tarixdə məhkəmələr xidməti üçün 234 manat məbləğində ödənişin həyata keçirilməsini təsdiq edən qəbzin kserosurəti təqdim edilmişdir. Bu səbəbdən həmin kserosurət olan qəbz hazırda qaldırılan iddia ilə əlaqədar dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut kimi qəbul edilə bilmədiyindən həmin rüsumun geri qaytarılması barədə məsələyə baxılması da mümkünsüz olmuşdur. Şərh olunanlara əsasən və AR MPM-nin 149.2.2, 152.1.1, 263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair verdiyi iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyət qaydalarına riayət edilməklə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar