Məhkəmə qərarları › İş №2(009)-2310/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2310/2022

10.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2310/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı Əmiraslanova (Məmmədova) Tamam Camal qızının Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı Əmiraslanova (Məmmədova) Tamam Camal qızı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-1126/2022 saylı xx.xx.2022ci il tarixli qərardadına əsasən iddiaçı Əmiraslanova (Məmmədova) Tamam Camal qızının Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və icraata qəbul edilmişdir. İddiaçı icraata da olan yuxarıda qeyd edilən iddia ərizəsinə analoji olaraq eyni iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmişdir. AR MPM-nin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, məhkəmə iddianın yolverilməzilyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hakim qeyd edir ki, qanunvericiliyin tələbləri eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair digər məhkəmənin icraatında iş olduğu halda, analoji iddia ərizəsinin icraata götürülməsini istisna edir. Bu səbəbdən hakim hesab edir ki, hazırki iddia ərizəsinin məhkəmə icraatı yolverilməzdir və bu səbəbdən onun qəbulundan imtina olunmalıdır. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Hakim qeyd edir ki, iddiaçıya digər hakimin icraatında olan analoji iddia ərizəsinə dair mülki iş üzrə həyata keçirilən prosessual tədbirlərdə iştirak etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü madədsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Əmiraslanova (Məmmədova) Tamam Camal qızının Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya digər hakimin icraatında olan analoji iddia ərizəsinə dair mülki iş üzrə həyata keçirilən prosessual tədbirlərdə iştirak etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar