Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2321/2021 27.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail rayon Məhkəməsinin hakimi Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı ifadə azadlığının məhdudlaşdırılması və ayrı-seçkiliyə məruz qoyulması barədə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ifadə azadlığının məhdudlaşdırılması və ayrı-seçkiliyə məruz qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən iddia ərizəsində göstərilən cavabdehin “Facebook” sosial şəbəkəsindəki səhifəsindən blok edilmənin qanunsuz sayılması; bu addımın siyasi baxışlara görə ayrıseçkilik sayılması; bu addımın informasiya əldə etmək, ifadə azadlığının məhdudlaşdırılması kimi qəbul edilməsi və qeyd edilən sosial şəbəkə hesabındakı blokun aradan qaldırılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə müvafiq olaraq, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi göstərilməlidir. Mülki-prosessual qanunvericilikdə «cavabdeh» ifadəsi cavab verən mənasında işlədilir, yəni cavabdeh ona qarşı yönələn tələbə cavab verən şəxsdir. Lakin iddiaçının iddia ərizəsində cavabdeh qismində göstərdiyi şəxsin iddia ərizəsində qeyd edilən tələblərə məhkəmədə cavab verməli olması ərizədən görünmür. Əksinə, iddiaçının iddia ərizəsində irəli sürdüyü dəlilə görə, cavabdehin Facebook səhifəsi digər şəxslər tərəfindən idarə olunur, onun şəxsi hesabı sayıla bilməz. Belə olduğu halda, iddia ərizəsinin hansı əsaslara görə iddia ərizəsində qeyd edilən cavabdehə qarşı verilməsi göstərilməmişdir. Beləliklə hakim hesab edir ki, iddiaçının irəli sürdüyü tələblərə iddia ərizəsində göstərilən şəxsin cavab verməli olan şəxs olmadığı üçün iddia ərizəsi qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, hakim… QƏRARA ALDİ: İddiaçı ifadə azadlığının məhdudlaşdırılması və ayrı-seçkiliyə məruz qoyulması barədə iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2321/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2321/2021
27.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver