Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-233/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı əşyaların çıxarılması, həmçinin iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 qarşı əmlakın geri götürülməsi barədə qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı əşyaların çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh1 əvvəllər tanımamışdır. Mərhum atası X18 2016-cı il tarixdə vəfat etmişdir. Atası sağlığında onlara məxsus İçəri Şəhərdə yerləşən “Hanım eli” kafesini Günel adlı şəxsə icarəyə vermişdir. 2019-cu ilin noyabr ayında icarə müqaviləsi bitdikdən sonra isə Günel xarici ölkəyə çıxıb getmişdir. Bir müddət sonra Cavabdeh1 ona zəng edərək bildirmişdi ki, onların kafedə olan bir neçə əşyalar və cam balkon şüşəsi ona məxsusdur. Onun bu barədə məlumatı olmasa da, onunla razılaşmış və demişdir ki, gəlib əşyalarını götürsün. Lakin bir ilə yaxındır ki, cavabdeh həmin deməsinə görə ona məxsus əşyaları gəlib aparmadı. Bu səbəbdən o, həmin əşyaları gətirib hazırda yaşadığı ünvana yerləşdirmişdir. Belə ki, həmin kafe əvvəllər mənzil olmuşdur və həmin mənzili kirayə verməsi fikri vardır. Həmin əşyalar hazırda onun evindədir və bu səbəbdən darısqallıq yaradır. O, dəfələrlə cavabdehə əşyalarını gəlib aparmasını desə də, sonuncu hər dəfə bəhanə gətirərək məsələdən yayınmışdır. Cavabdeh1 məxsus əşyalar hələ də hal-hazırda yaşadığı ünvan 1 mənzil 11 ünanında yerləşən evində qalmışdır. Cavabdeh şəxsə əşyalarını evdən çıxarılması ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh şəxs bu vaxtadək əşyalarını götürməmişdir. Yalnız aşadığakı əşyalar ona məxsus mənzildə qalmışdır: Stol - 15 ədəd, Stul - 30 ədəd, Qaz plitəsi - 2 ədəd, Divan - 4 ədəd, Televizor - 1 ədəd, Dəzgah - 5 ədəd, “Moyka” - 2 ədəd, Şüşə (cam balkon) - 21 ədəd, Şüşə qapı - 1 ədəd. Qeyd olunan əşyaların ona məxsus olan ünvan 1 mənzil 11 ünvanında yerləşən mənzilində qalması onun birbaşa olaraq mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı qeyd edilmiş əşyaların cavabdehin hesabına ünvan 1 mənzil 11 ünvanında yerləşən mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı əmlakın geri götürülməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən sahəsi 33 kv m olan, ictimai iaşə obyekti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçəri Şəhər” DTMQ X21 Mərkəzinə aiddir. xx.xx.2013-cü il tarixdə X8 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçəri şəhər” DTMQ X21 Mərkəzi ilə “X17” müqavilə imzalayaraq göstərilən obyekti icarəyə götürmüşdür. 2013-cü ilin sonlarına yaxın o, həmin obyekti baxıb görmüş və icarədar olaraq götürüb işlətmək qərarına gəlmişdir. Anar Kərimov ilə aralarında olan razılığa əsasən bütün onun biznesinə, o cümlədən hazırda mübahisə predmeti olan əşyalara hamısına birlikdə 150.000 ABŞ dolları pul vəsaiti ödəmiş və həmin biznesi satın almışdır. 2013-cü ilin dekabr ayında bu dəfə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçəri Şəhər” DTMQ X1, yəni Cavabdeh1la BFA-55 nömrəli “X17” müqavilə, sonrada isə xx xxxxxxxx 2014-cü il tarixdə həmin müqaviləyə əlavələr imzalayaraq fəaliyyətə başlamışlar. 2015-ci ilin sonlarında səhətində yaranan problemlərlə əlaqədar həmin ticarət obyektini işlətmək məqsədilə digər Cavabdeh2 təhvil vermişdir. Təhvil verərkən onunla arasında təhvil-təslim aktı tərtib etmişlər. Sonradan 2020-ci ilin yanvar ayında o, xaricdə olarkən oğlunu həmin obyektə onlara məxsus olan əmlakı götürməyə göndərərkən iddiaçı telefon vasitəsilə onu hədələyərək oğlunun bura gəlməməsini, gələcəyi təqdirdə isə onu polis orqanlarına verəcəyini bildirmişdir. Bir müddət sonra o, əmlakını götürmək istədikdə onun əmlakı vermədiyini və əmlakın bir hissəsinin olmadığını başa düşmüş və fikirləşmişdir ki, yalnız qanuni yolla əmlakı bundan almaq mümkündür. Artıq 2 ilə yaxındır ki, onun əmlaklarını istifadə edir və əmlakına ziyan vurur. Hesab edir ki, siyahıda göstərdiyi əmlaklar cavabdeh İddiaçı geri alınmalı və əmlakın istifadəsinə görə ona dəyən maddi ziyan İddiaçı alınaraq ona ödənilməlidir. Göstərilən əmlaklar vaxtında ona verilsəydi onları icarəyə verə bilərdi və gəlir əldə edə bilərdi. Belə ki, göstərilən restoran əmlaklarını ən azından istifadə üçün icarəyə vermiş olsaydı, o, bu müddət ərzində 10.000 manat gəlir əldə etmiş olardı. Siyahıda göstərilən əmlaklar cavabdeh İddiaçı alınıb ona qaytarılmalı, əldən çıxmış fayda kimi 10.000 manat pul və mənəvi zərərə görə 50.000 manat vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. № Adı Sayı Materialı İstehsal yeri Dəyəri 1 Stol 18 ədəd 4 nəfərlik Taxta Türkiyə 200x18=3600 2 Stul 56 ədəd Həsirli Yerli 52 X56=2912 3 Divan 4 ədəd 4 nəfərlik Parça Yerli 350 X4=1400 4 Külqabı 25 ədəd Şüşə Türkiyə 5 azn/125 azn 5 Duz qabı 20 ədəd Şüşə Türkiyə 2 azn/40 azn 6 Salfetka qabı 18 ədəd Şüşə Türkiyə 2 azn/36 azn 7 Qənd qabı 18 ədəd Xrustal Türkiyə 4 azn/72 azn şüşə 8 Qaşıq balaca 40 ədəd Dəmir Türkiye 2.5mX40=100 9 Limon çəngəl 15 ədəd Dəmir Türkiyə 2 azn/30 azn 10 Limon qabı 15 ədəd Şüşə Türkiyə 1 azn/15 azn 11 Çörək qabı 18 ədəd Həsirli Türkiyə 6 azn/108 azn 12 Mürəbbə qabı(balaca) 40 ədəd Şüşə Türkiyə 6 azn/240 azn 13 Mürəbbə qabı 18 ədəd Şüşə Türkiyə 8 azn/ 144azn 14 Dərin boşqab 40 ədəd Çini Türkiyə 10azn/400azn 15 Dayaz boşqab böyük 150 ədəd Çini Türkiyə 6 azn/900 azn 16 Dayaz boşqab 150 ədəd Çini Türkiyə 8azn/1200azn 17 Kasa 30 ədəd Çini Türkiyə 4 azn/120 azn 18 Nəlbəki 150 ədəd Çin 2 azn/300 azn `19 Stəkan (çay) 150 ədəd Şüşə Çin 2 azn/300 azn 20 Çaynik 30 ədəd Türkiyə 10azn/300azn 21 Çaydan 1 ədəd Türkiyə 15 azn 22 Samovar 1 ədəd Türkiyə 80 azn 23 Qaşıq böyük 150 ədəd Dəmir Türkiyə 4 azn/600 azn 24 Çəngəl 150 ədəd Dəmir Türkiyə 4 azn/600 azn 25 Bıçaq 150 ədəd Dəmir Türkiyə 5 azn/750 azn 26 Şərab stəkanı 120 ədəd Şüşə Türkiyə 10X120=1200 27 Stəkan (su üçün) 150 ədəd Şüşə Türkiyə 6 azn/900 azn 28 Araq stəkanı 150 ədəd Şüşə Türkiyə 4 azn/600 azn 29 Çaxır stəkanı 40 ədəd Şüşə Türkiyə 6 azn/240 azn 30 Pivə stəkanı 30 ədəd Şüşə Türkiyə 10azn/300azn 31 Kofe dəmləyən 1 ədəd Türkiyə 450 azn 32 Böyük plov boşqabı 20 ədəd Çini Türkiyə 20azn/400azn 33 Souz boşqabı 20 ədəd Çini Türkiyə 20azn/400azn 34 Sirkə üçün qab 10 ədəd Şüşə Türkiyə 6 azn/60 azn 35 Qazan böyük 4 ədəd Metal Türkiyə 50azn/200azn 36 Qazan balaca 6 ədəd Metal Türkiyə 30azn/180azn 37 Tava böyük 5 ədəd Tefal(ke- Çin 60 azn/300 ramik) azn 38 Tava balaca 20 ədəd Tefal(ke- Rusiya 40 azn/ 80 ramik) azn 39 Sac 6 ədəd Çin 40azn/240azn 40 Sac (qutab üçün) 1 ədəd Çin 120 azn 41 Şiş (kabab) 50 ədəd Yerli 3 azn/150 azn 42 Setkalar(kabab) 7 ədəd Türkiyə 15azn/105azn 43 Tabaka üçün tava 2 ədəd Yerli 60azn/120azn 44 Aş qazan 1 ədəd Metal Yerli 50 azn 45 Aşsüzən 1 ədəd Metal Yerli 30 azn 46 Ləyənlər 5 ədəd Plasmas Yerli 10 azn/50azn 47 Kantenerlər 10 ədəd Plasmas Türkiyə 15azn/150azn 48 Zibil yeşiyi 1 ədəd Türkiyə 10 azn 49 Limon bıçaq 2 ədəd Çin 6 azn/12 azn 50 Balta 2 ədəd Türkiyə 30azn/ 60 azn 51 Dəsmallar 5 ədəd Türkiyə 10 azn/50 azn 52 Süfrə 36 ədəd Parça Yerli 20azn/720azn 53 Sarımsaq əzən 1 ədəd Dəmir Türkiyə 5 azn 54 Kartof əzən 1 ədəd Türkiyə 10 azn 55 Abkərdən 5 ədəd Dəmir Türkiyə 30/40 azn/60 böyük2/balaca3 azn/120 azn 56 Duz, istiot qabı/dəst 2 ədəd Çin 3 azn/6 azn 57 Xemir Mikser 1 ədəd Dəmir Çin 2500 azn 58 Şirəçəkən 1 ədəd Çin 150 azn 59 Ətçəkən 1 ədəd Türkiyə 180 azn 60 Kofemolka 1 ədəd Çin 80 azn 61 Blender 1 ədəd Çin 50 azn 62 Tərəzi 1 ədəd Çin 50 azn 63 Kartof fri bişirən 1 ədəd Türkiyə 150 azn 64 Mikrodalğalı soba 3 ədəd Çin 150X3=450 65 Qaz sobası 2 ədəd Çin 650X2=1300 66 Elektrosamovar 1 ədəd Türkiyə 300 azn 67 Şirniyyat peçi 1 ədəd Çin 4000 azn 68 Soyuducu vakum 1 ədəd Türkiyə”UĞUR” 2800 azn böyük 69 Dondurma soyuducu 3 ədəd Türkiyə 500 azn/ 1500 azn 70 Su soyuducusu 2 ədəd Türkiyə 400 azn/800 azn 71 Televizor 2 ədəd 80”/64” Çin 800 azn/ 600 azn 72 Moyka 2lik Türkiyə 60 azn 73 Dəzgah 5 ədəd Türkiyə 150 X5= 750 74 Piti qabı 10 ədəd Yerli 4 azn / 40 azn 75 Maqqaşlar(qaşıq) 2 ədəd Türkiyə 10 azn/ 20azn 76 Yuxayayan 1 ədəd taxta Yerli 30 azn 77 Qutab kəsən 1 ədəd Türkiyə 6 azn 78 Çil-çıraq böyük 3 ədəd Çin 150 X3=450 79 Çil-çıraq balaca 10 ədəd Çin 80 azn/800 azn 80 Kalkulyator 1 ədəd Çin 10 azn 81 Balıq bişirmək üçün 2 ədəd Türkiyə 15 azn/30 azn setka 82 Divar şəkilləri 6 ədəd Yerli 70 azn/ 420 azn 83 Tok peçi 2 ədəd Çin 650X2=1300 84 Dəzgah ət 1 ədəd 500 azn doğramağa 85 Meyvə qabı 5 ədəd Şüşə, Çin 20 azn/100 xrustal azn 86 Kassa aparatı stolu 1 ədəd taxta Yerli 230 azn 87 Kofe çaşka dəst 24 ədəd Çin 40 azn 88 Çörək bıçağı 2 ədəd Çin 5 azn 89 Çapacaq 1 ədəd Çin 50 azn 90 Su sayğacı Çəkilmə 250 azn xərcləri 91 3 fazalı işıq sayğacı Çəkilmə 5000 azn xərcləri 92 Tort soyuducusu 850 azn Ümumilikdə: 48056 manat. Hesab edir ki, siyahıda qeyd olunan əşyalar cavabdeh İddiaçı alınıb ona verilməli, İddiaçı 10.000 manat əldən cıxmış faydasın və mənəvi zərərə görə 50.000 manat vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh İddiaçı Fərhad qızından siyahıdan № Adı Sayı Materialı İstehsal Dəyəri yeri 1 Stol 18 ədəd 4 nəfərlik Taxta Türkiyə 200 azn/3600 2 Stul 56 ədəd Həsirli Yerli 52 azn/2912 3 Divan 4 ədəd 4 nəfərlik Parça Yerli 350 azn/1400 azn 4 Külqabı 25 ədəd Şüşə Türkiyə 5 azn/125 azn 5 Duz qabı 20 ədəd Şüşə Türkiyə 2 azn/40 azn 6 Salfetka qabı 18 ədəd Şüşə Türkiyə 2 azn/36 azn 7 Qənd qabı 18 ədəd Xrustal şüşə Türkiyə 4 azn/72 azn 8 Qaşıq balaca 40 ədəd Dəmir Türkiye 2.50 azn/100 9 Limon çəngəl 15 ədəd Dəmir Türkiyə 2 azn/30 azn 10 Limon qabı 15 ədəd Şüşə Türkiyə 1 azn/15 azn 11 Çörək qabı 18 ədəd Həsirli Türkiyə 6 azn/108 azn 12 Mürəbbə qabı(balaca) 40 ədəd Şüşə Türkiyə 6 azn/240 azn 13 Mürəbbə qabı 18 ədəd Şüşə Türkiyə 8 azn/ 144 azn 14 Dərin boşqab 40 ədəd Çini Türkiyə 10 azn/400 azn 15 Dayaz boşqab böyük 150 ədəd Çini Türkiyə 6 azn/ 900 azn 16 Dayaz boşqab 150 ədəd Çini Türkiyə 8 azn/ 1200 azn 17 Kasa 30 ədəd Çini Türkiyə 4 azn/120 azn 18 Nəlbəki 150 ədəd Çin 2 azn/300 azn `19 Stəkan (çay) 150 ədəd Şüşə Çin 2 azn/300 azn 20 Çaynik 30 ədəd Türkiyə 10 azn/300 azn 21 Çaydan 1 ədəd Türkiyə 15 azn 22 Samavar 1 ədəd Türkiyə 80 azn 23 Qaşıq böyük 150 ədəd Dəmir Türkiyə 4 azn/600 azn 24 Çəngəl 150 ədəd Dəmir Türkiyə 4 azn/600 azn 25 Bıçaq 150 ədəd Dəmir Türkiyə 5 azn/750 azn 26 Şərab stəkanı 120 ədəd Şüşə Türkiyə 10 azn/1200 27 Stəkan (su üçün) 150 ədəd Şüşə Türkiyə 6 azn/900 azn 28 Araq stəkanı 150 ədəd Şüşə Türkiyə 4 azn/600 azn 29 Çaxır stəkanı 40 ədəd Şüşə Türkiyə 6 azn/240 azn 30 Pivə stəkanı 30 ədəd Şüşə Türkiyə 10 azn/300 azn 31 Kofe dəmləyən 1 ədəd Türkiyə 450 azn 32 Böyük plov boşqabı 20 ədəd Çini Türkiyə 20 azn/400 azn 33 Souz boşqabı 20 ədəd Çini Türkiyə 20 azn/400azn 34 Sirkə üçün qab 10 ədəd Şüşə Türkiyə 6 azn/60 azn 35 Qazan böyük 4 ədəd Metal Türkiyə 50 azn/200 azn 36 Qazan balaca 6 ədəd Metal Türkiyə 30 azn/180 azn 37 Tava böyük 5 ədəd Tefal(keramik) Çin 60 azn/300 azn 38 Tava balaca 20 ədəd Tefal(keramik) Rusiya 40 azn/ 80azn 39 Sac 6 ədəd Çin 40azn/240azn 40 Sac (qutab üçün) 1 ədəd Çin 120 azn 41 Şiş (kabab) 50 ədəd Yerli 3 azn/ 150 azn 42 Setkalar(kabab) 7 ədəd Türkiyə 15 azn/105 azn 43 Tabaka üçün tava 2 ədəd Yerli 60 azn/ 120 azn 44 Aş qazan 1 ədəd Metal Yerli 50 azn 45 Aşsüzən 1 ədəd Metal Yerli 30 azn 46 Ləyənlər 5 ədəd Plasmas Yerli 10 azn/ 50 azn 47 Kantenerlər 10 ədəd Plasmas Türkiyə 15 azn/150 azn 48 Zibil yeşiyi 1 ədəd Türkiyə 10 azn 49 Limon bıçaq 2 ədəd Çin 6 azn/12 azn 50 Balta 2 ədəd Türkiyə 30 azn/ 60 azn 51 Dəsmallar 5 ədəd Türkiyə 10 azn/50 azn 52 Süfrə 36 ədəd Parça Yerli 20 azn/720 azn 53 Sarımsaq əzən 1 ədəd Dəmir Türkiyə 5 azn 54 Kartof əzən 1 ədəd Türkiyə 10 azn 55 Abkərdən 5 ədəd Dəmir Türkiyə 30/40 azn/60 böyük2/balaca3 azn/120 azn 56 Duz, istiot qabı/dəst 2 ədəd Çin 3 azn/6 azn 57 Xemir Mikser 1 ədəd Dəmir Çin 2500 azn 58 Şirəçəkən 1 ədəd Çin 150 azn 59 Ətçəkən 1 ədəd Türkiyə 180 azn 60 Kofe molka 1 ədəd Çin 80 azn 61 Blender 1 ədəd Çin 50 azn 62 Tərəzi 1 ədəd Çin 50 azn 63 Kartof fri bişirən 1 ədəd Türkiyə 150 azn 64 Mikrodalğalı soba 3 ədəd Çin 150 azn/ 450 65 Qaz sobası 2 ədəd Çin 650 azn/ 1300 66 Elektro samovar 1 ədəd Türkiyə 300 azn 67 Şirniyyat peçi 1 ədəd Çin 4000 azn 68 Soyuducu vakum 1 ədəd Türkiyə(uğ 2800 azn böyük ur firma) 69 Dondurma soyuducu 3 ədəd Türkiyə 500 azn/ 1500 70 Su soyuducusu 2 ədəd Türkiyə 400 azn/800 71 Televizor 2 ədəd 80”/64” Çin 800 azn/ 600 72 Moyka 2lik Türkiyə 60 azn 73 Dəzgah 5 ədəd Türkiyə 150 azn/ 750 74 Piti qabı 10 ədəd Yerli 4 azn / 40 azn 75 Maqqaşlar(qaşıq) 2 ədəd Türkiyə 10 azn/ 20 azn 76 Yuxayayan 1 ədəd taxta Yerli 30 azn 77 Qutab kəsən 1 ədəd Türkiyə 6 azn 78 Çil-çıraq böyük 3 ədəd Çin 150 azn/450 79 Çil-çıraq balaca 10 ədəd Çin 80 azn/800 azn 80 Kalkulyator 1 ədəd Çin 10 azn 81 Balıq bişirən setka 2 ədəd Türkiyə 15 azn/30 azn 82 Divar şəkilləri 6 ədəd Yerli 70 azn/ 420 azn 83 Tok peçi 2 ədəd Çin 650 azn / 1300 azn 84 Dəzgah ət 1 ədəd 500 azn doğramağa 85 Meyvə qabı 5 ədəd Şüşə,xrustal Çin 20 azn/100 azn 86 Kassa aparatı stolu 1 ədəd taxta Yerli 230 azn 87 Kofe çaşka dəst 24 ədəd Çin 40 azn 88 Çörək bıçağı 2 ədəd Çin 5 azn 89 Çapacaq 1 ədəd Çin 50 azn 90 Su sayğacı Çəkilmə 250 azn xərcləri 91 3 fazalı işıq sayğacı Çəkilmə 5000 azn xərcləri 92 Tort soyuducusu 850 azn Ümumilikdə 48.056 manat, göstərilən əmlaklar,onlar olmadıqda dəyəri geri alınması, cavabdehlərdən əldən cıxmış faydaya görə 10000 manat, mənəvi ziyana görə 50.000 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, mübahisəli sahə olan yaşayış yeri ona məxsusdur. Onun qarşısında olan cam balkon dövlətə məxsusdur.Onlar hər ay pul ödəyirdilər. 2015-ci ildə Cavabdeh1 restoranda olan əmlaklar ona məxsus olduğunu bildirmişdir. O, mübahisəli sahəni Günel Ərdəmə icarəyə vermişdir, Cavabdeh1 əşyaları verib icarəyə. 2015-ci ildə restoranı icarəyə verəndə orada heç bir əmlak olmayıb. O, heç bir əmlak verməmişdir. Cavabdeh1 öz əşyalarını pulun muqabilində Cavabdeh2 icarəyə vermişdir. Cavabdeh1 restoranda olan stol, stul, şüşə, cam balkon ona məxsus olduğunu bildirmişdir. Günel də ona bunu bildirmişdir. Sonradan Cavabdeh1 cam balkonu 150 min manata satılmasını bildirmişdir. O, xx.xx.2019-cu il tarixdə 9-cu Polis Bölməsindən Rahib İsmayılov adında polis əməkdaşını dəvət etmiş, Cavabdeh1 oglunu da dəvət etmişdir, restoranda olan əmlakları siyahıya almışlar. Bu barədə akt tərtib olunmuşdur. Aktda Cavabdeh1 oglu da imza etmişdir, lakin əmlakları götürməmişdir. Qarşılıqlı iddia ərizəsində sadalanan və ondan tələb olunan əmlaklar onda deyil və o barədə məlumatsızdır. Cavabdeh1 ümumiyyətlə tanımamışdır, atasından vəfatından sonra onu görmüşdür. Cavabdeh1 ona bildirmişdir ki, əmlaklar ona məxsusdur, o isə demişdir ki, həmin əmlakları gəlib aparsınlar. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddianı isə tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 həmçinin izahatında göstərmişdir ki, onunla Anar Kərimov arasında olan razılıga əsasən o, bütün Anarın biznesinə, o cümlədən hazırda mübahisə predmeti olan əşyalara hamısına birlikdə 150.000 ABŞ dolları pul vəsaiti ödəmişdir və həmin biznesi satın almışdır və işləməyə başlamışdır. Sonradan o, xəstələnmişdir, iddiaçı olan Aynurun atası gəlib işlətmişdir. O, işə başlayanda bir xanım gəlib ona bildirmişdir ki, mübahisəli sahəni o, icarəyə götürmüşdür. O, cambalkonu Anardan almışdır və əmlakla bərabər cambalkonu da Günelə icarəyə vermişdir. Orada şəkillər, qab-qaşıq, tablolar və s. əmlaklar olub. Padvaldan restoran kimi istifadə edilirdi. Cavabdeh2 cambalkona görə ona ayda 400 manat pul ödəyirdi. O, cambalkonla baglı icarə haqqını 2500 manat iddiaçının atasına, padvala görə isə 600 manat qoruğa verirdi. İddiaçı üstəki sahəyə heç bir aidiyyəti yoxdur, qanunsuz olaraq ona məxsus əmlakları ordan çıxarmışdır. İlkin iddia ərizəsində göstərilən əmlaklar ona məxsus əmlakların yalnız az bir hissəsidir. O həmin yerə 150.000 pul xərcləmişdir, bunun əvəzini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə qarşılıqlı iddia üzrə Cavabdeh2, qarşılıqlı iddia üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X20, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçəri şəhər” DTMQ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında izahatı alınmış qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşılıqlı iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, 2015-ci ildə o, mülkiyyətçi iddiaçı olduğundan Aynurla atasının vasitəsi ilə müqavilə bağlamışdır.Danışıqlarda atası iştirak edirdi.Dekabr ayında danışıqlar olmuşdur. Qoruqdan onlara bildirmişlər ki, həmin sahə mübahisəlidir. İntiqam adlı şəxs şüşəli yeri tikib, onunla danışmaq lazımdır. Mübahisəli sahə ilə bağlı danışıqlarda o özü, İntiqam və Fuad iştirak etmişlər. Aynur aşağıda öz otağında olmuşdur, yuxarı gəlməmişdir. Söhbət zamanı İntiqam mübahisəli sahədə olan əşyaların ona aid olmasını bildirmişdir. Onlar Aynurla müqavilə bağlamışlar. Hər ay 400 manat İntiqama, 600 manat qoruğa icarə haqqı ödəməklə 2 il işlətmişdir və 2019-cu ildə çıxmışdır. İcarəyə götürdüyü vaxt mövcud olan əmlakları qeyri-yaşayış sahəsinin tərk etdikdən sonra aktla Aynura təhvil vermişdir. Məhkəmənin əvvəlki iclasında izahatı alınmış qarşılıqlı iddia üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X20 öz izahatında göstərmişdir ki, o, 2011-ci ildə İçəri Şəhərdə işləyirdi, bir nəfər tanış ona demişdir ki, bir yer var, onu göturub işlədək. Onlar gəlib baxanda görmüşdür ki, bu Fuadın yeridir. Həmin yerdə olan cambalkonu o, 27.000 manata tikmişdir. Orada yalnız torpaq qoruğundur. 2012-ci ildən o, təmir edərək podvalı işlətməyə başlamışdır. Onunla Fuad arasında müqavilə olmuşdur, şüşəli sahənin icarəsini o, özü ödəmişdir. O, sonradan oranı 150.000 dollara İntiqama satanda orada 100 nəfərlik oturaq yeri olmuşdur. Orada olan əmlakların hamısını o, almışdı. Orada divan, kreslo, stol-stul hamısı olub. Həmin yeri İntiqama satarkən orada olan əmlakların İntiqama verilməsi barədə rəsmi sənəd tərtib edilməmişdir. O, Aynuru orada görməmişdir, bacısını görmüşdür. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ilk iddia tələbləri tam, qarşılıqlı iddia tələbləri isə qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, Cavabdeh1 onun atasıdır. 2019-cu ildə atası burada olmadığına görə təhvil-təslim edilməsini ona tapşırmışdır. Təhvil-təslimdə Günel iştirak etmişdir. Atasına məxsus əmlaklar həm restoranda, həm də qarajda olmuşdur. Yəni əmlakların bir hissəsi qarajda idi. Obyektdə olan əmlaklar aktda sadalanan əmlaklar olmuşdur və akt onun tərəfindən imzalanmışdır. Qarajda olan əmlaklara açar olmadığına görə baxış keçirə bilməmiş. Akt tərib edərkən orada olan polis ona bildirmişdir ki, sabah gəlib qarajdakı əmlakları da götürsün. Restoranda o işləmişdir, qarşılıqlı iddia ərizəsində göstərilən əmlaklar orda mövcud olmuşdur. İş üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Həqiqət Rzayeva küçəsində yerləşən 7 saylı evin 30,5 kv.m. ümumi sahəsindən ibarət 11 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə X11 ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsinin Elmi-mədəni mərkəzi arasında bağlanılmış xx.xx.2013-cü il tarixli X17 BFA-36 nömrəli müqaviləsinin kserosurətindən görünür ki, tərəflər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna gələn turistlərin və yerli sakinlərin mənalı istirahətini, Azərbaycan mədəniyyətinin nümunələrinə olan marağının və tələbatının təmin edilməsi ilə bağlı bu müqavilənin 2.1.2-ci bəndində göstərilən ərazidən istifadə olunmaqla müvafiq xidmətlərin göstərilməsinin təşkili məqsədi ilə birgə fəaliyyət göstərmək və bu məqsədlə nail olmaq üçün lazımi hüquqi və faktiki hərəkətləri razılaşdırılmış şəkildə həyata keçirilməsini öhdəsinə götürmüşlər. Həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən Mərkəz müvafiq xidmətlərin təşkili üçün Ellada Əsədovaya H.Rzayeva küçəsi, 7/11 ünvanında yerləşən 1 mərtəbəli, 33 kv.m. olan yerli əhəmiyyətli (“Şur” kafesinin qurşısındakı açıq sahə) abidəni turizm infrastrukturu obyekti kimi ayrılması, idarənin qurumları və E.Əsədovann fəaliyyətinin əlaqələndirilməsi və qarşıya çıxan problemlərin həllində qanunvericiliklə müəyyən olunmuş qaydada və çərçivədə köməklik göstərilməsi və s. öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2013-cü il tarixədək bağlanılmışdır. İş üzrə Cavabdeh1 ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsinin Elmi-mədəni mərkəzi arasında bağlanılmış xx.xx.2013-cü il tarixli X17 BFA-55 nömrəli müqaviləsinin kserosurətindən görünür ki, tərəflər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna gələn turistlərin və yerli sakinlərin mənalı istirahətini, Azərbaycan mədəniyyətinin nümunələrinə olan marağının və tələbatının təmin edilməsi ilə bağlı bu müqavilənin 2.1.2-ci bəndində göstərilən ərazidən istifadə olunmaqla müvafiq xidmətlərin göstərilməsinin təşkili məqsədi ilə birgə fəaliyyət göstərmək və bu məqsədlə nail olmaq üçün lazımi hüquqi və faktiki hərəkətləri razılaşdırılmış şəkildə həyata keçirilməsini öhdəsinə götürmüşlər. Həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən Mərkəz müvafiq xidmətlərin təşkili üçün Cavabdeh1 H.Rzayeva küçəsi, 7/11 ünvanında yerləşən 1 mərtəbəli, 33 kv.m. açıq sahənin ictimai iaşə obyekti kimi ayrılması, idarənin qurumları və Cavabdeh1 fəaliyyətinin əlaqələndirilməsi və qarşıya çıxan problemlərin həllində qanunvericiliklə müəyyən olunmuş qaydada və çərçivədə köməklik göstərilməsi və s. öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2013-cü il tarixədək bağlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsinin Elmimədəni mərkəzi və fiziki şəxs Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli BFA-55 saylı X17 müqaviləyə xx.xx.2014-cü il tarixli 1 saylı Əlavədən görünür ki, tərəflər Cavabdeh1 istifadəsinin müvafiq xidmətlərin göstərilməsinin təşkili məqsədilə turizm infrastrukturu obyektinin ayrılması müqabilində xx.xx.2014-cü il tarixdən etibarən Mərkəzə aylıq 530 manat həcmində sabit pul məbləğini, əldə etdiyi aylıq ümumi gəliri 5% (lakin 60 manatdan az olmamaq şərti ilə) mərkəzə odəyəcəyi barədə razılığa gəlmişlər. Əlavə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2014-cü il tarixədək qüvvədə qalmışdır. İş üzrə xx.xx.2013-cü il tarixli aktın kserosurətindən görünür ki, “İçəri Şəhər” DTMQ-nun mülkiyyətində olan 50 kv.m. sahəsi “Şur Kafesi”ndə fəaliyyət göstərmiş X13 məxsus olan tikilinin, içərisində olan müəyyən avadanlıqların, həmçinin obyektin giriş hissəsində olan metal konstruksiyanı istifadə və sahiblik edilməsi məqsədi ilə “Qoruğun” razılığı ilə biznesin alınması şərti ilə razılaşaraq Cavabdeh1 150.000 ABŞ dolları məbləğində pul vəsaitini X13 vermiş və bu gündən etibarən həmin sahəni istifadə edərək orada öz biznesini qurulması və gəlir əldə edilməsi razılaşmışlar. İş üzrə İddiaçı, X14 və Cavabdeh1 oğlu tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş aktın kserosurətindən görünür ki, ünvan 3 mənzil 11 ünvanında yerləşən “Xanım eli” restoranında olan 15 ədəd stol, 30 ədəd stul, 1 ədəd qaz plitəsi, 4 ədəd divan, 1 ədəd televizor, 5 ədəd dəzgah, 2 ədəd “moyka”, bundan əlavə 1 ədəd qaz plitəsi X6 təhvil verilmişdir. İş üzrə İddiaçı, X4, X15, X19 və şahid Elçin Səmədov tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş aktın kserosurətindən görünür ki, ünvan 1 mənzil 11 ünvanında yerləşən “Hanım eli” restoranında olan 21 ədəd şüşə cam balkon və bir ədəd şüşə qapı İddiaçı məxsus Yasamal rayonu, 2-ci Alatavada yerləşən evə “Qazel” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla göndərilmişdir. İş üzrə “İçərişəhər” Dövlət X3 Elmi-mədəni mərkəzi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019cu il tarixli məktubun kserosurətindən görünür ki, sözügedən 33 kv.m. açıq sahənin İddiaçı tərəfindən birgə fəaliyyət müqaviləsi əsasında istifadəyə götürülməsinə etiraz etmirlər. İş üzrə “İçərişəhər” Dövlət X3 Elmi-mədəni mərkəzi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019cu il tarixli məktubun kserosurətindən görünür ki, H.Rzayeva, 7/11 ünvanında yerləşən 33 kv.m. açıq sahəni əhatə edən şüşə və yüngül metal konstruksiyanın müraciətinə əlavə etdiyi eskizdə əks olunmuş şəkildə dəyişdirilməsi Mərkəz tərəfindən məqsədəuyğun hesab edilir. Məhkəmə verilmiş ilkin və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Həqiqət Rzayeva küçəsində yerləşən 7 saylı evin 11 syalı mənzili tam mülkiyyət hüququ üzrə xx.xx.2007-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin qabağında yerləşən sahə (“Şur” kafesinin qarşısındakı açıq sahə) “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu ilə bağlanmış xx.xx.2013-cü il tarixli X17 müqaviləyə əsasən X5 istifadəsinə verilmişdir. Həmin açıq sahə şüşə ilə (cam dalkon) bağlanılmış və həmin həmin sahəni Ellada Əsədova restoran kimi işlədərək sahibkarlıq fəaliyyətini həyata kençirmişdir. Sonradan həmin sahə (tikili, içərisində olan müəyyən avadanlıqlar, həmçinin obyektin girişində olan metal konstruksiya) və orada yerləşən avadanlıqlar 150.000 ABŞ dolları məbləğində pula Ellada Əsədovanın etibarnamə əsasında nümayəndəsi Anar Kərimov tərəfindən Cavabdeh1 satılmışdır. Əmlak satıldıqdan sonra orada yerləşən bütün əmlaklar Cavabdeh1 təhvil verilmişdir. Sahə ona təhvil verildikdən sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə onun arasında xx.xx.2013-cü il tarixli X17 müqavilə bağlanılmış və Cavabdeh1 orada fəaliyyət göstərməyə başlamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 icarəyə götürdüyü sahədə fəaliyyət göstərdikdən 2015-ci ilin sonlarında həmin sahəni işlətmək məqsədilə Cavabdeh2 vermiş, lakin bununla bağlı onlar arasında hər hansı müqavilə bağlanmamışdır. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Cavabdeh2 də Cavabdeh1 ona işlətmək üçün verdiyi sahədə müəyyən müddət fəaliyyət göstərdikdən sonra oradan çıxmış və həmin yerdə bir müddət fəaliyyət dayandırılmışdır. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o cavabdeh İddiaçı qarşılıqlı iddia tələbində ümumi dəyəri 48056 manat olan 90 adda əmlakların ona qaytarılmasını tələb edir və iddiasını onunla əsaslandırır ki, İddiaçı onun xaricdə olmasından istifadə edərək ona məxsus əmlaklardan qanunsuz olaraq istifadə etmiş və həmin əmlaklarına ziyan vurmuşdur. O, özünə məxsus əmlakları götürmək üçün oğlunu mübahisəli yerə göndərsə də, İddiaçı onu telefon vasitəsi ilə hədələmiş və oğluna həmin yerə bir daha gəldiyi halda polisə verəcəyini bildirmişdir. Bu səbəbdən qarşılıqlı iddia tələbi üzrə iddiaçı əmlakların İddiaçı alınaraq ona qaytarılması, həmin əmlaklar mövcud olmadığı halda onların dəyərinin tutulmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh1 qarşılıqlı iddia ərizəsində göstərilən əmlakların mübahisəli sahədə yerləşməsini göstərsə də, həmin əmlakların həqiqətən də orada olması, həmin əmlaklardan İddiaçı tərəfindən istifadə edilməsi və ya həmin əmakların onun istifadəsinə Cavabdeh1 tərəifndən verilməsini təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 istifadəsində olan sahədə fəaliyyət göstərmək üçün müxtəlif növ daşınar əmlaklardan istifadə edilməsi mübahisəsizdir. Lakin həmin əmlakların sayı, növü və çeşidi və həmin əmlakların həqiqətən də orada olması hər hansı mötəbər sübutla təsdiq olunmur. İş materiallarından olan aktlardan da göründüyü kimi Cavabdeh1 fəaliyyət göstərdiyi yerdə müxtəlif əmlaklar əvvəlki icarədar Ellada Əsədova tərəfindən ona təhvil verilmişdir. Lakin bununla bağlı tərtib edilmiş xx.xx.2013-cü il tarixli aktda təhvil verilmiş əmlaklar barədə hər hansı məlumat aktda göstərilməmişdir. Digər tərəfdən iş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Aytən Üzeyirova tərəfindən Cavabdeh1 oğlu Rəşad Talıbova restoranda olan 15 ədəd stol, 30 stul, 1 divan, 1 televizov, 5 ədəd dəzgah və 2 ədəd moyka təhvil verilsə də, onun tərəfindən qəbul olunmamışdır. Eyni zamanda xx.xx.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı tərəfindən 12 ədəd şüşə (cam balkon) onun tərəfinhdən “Qazel” markalı 90 BB-621 dövlət nömrə nişanlı avtoamşınla müvafiq ünvan üzrə göndərilmişdir. Qarşılıqlı iddia tələbində iddiaçı Cavabdeh1 həmin şüşələrlə bağlı göründüyü kimi hər hansı tələb irəli sürməmişdir. Göründüyü kimi qarşılıqlı iddia ərizəsində göstərilən əmlakların mövcudluğu qismən təsdiq olunsa da, həmin əmlakların hamısının İddiaçı istifadəsində olması öz təsdiqini tapmamışdır. Yəni ilk və qarşılıqlı iddia tələbində göstərilən əmlakların (15 ədəd stol, 30 ədəd stul, 2 ədəd qaz plitəsi, 4 ədəd divan, 1 ədəd televizor, 5 ədəd dəzgah, 2 ədəd moyka) iddiaçının mülkiyyətində olan sahədə olması müəyyən olunduğundan, həmin əmlakların qaytarılması və mənzildən çıxarılması ilə bağlı ilk və qarşılıqlı iddia tələbləri əsaslıdır və təmin edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X27 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə qarşılıqlı iddia tələbi üzrə iddiaçı tələb etdiyi bütün əmlakların İddiaçı olmasını, ona təhvil verilməsini, yaxud həmin əmlakların onun tərəfindən özbaşına olaraq istifadə edilməsi hər hansı mötəbər sübutla təsdiq olunmadığından, qarşılıqlı iddia tələbi yalnız ilk iddia tələbində göstərilən əmlakların cavabdehdən alınaraq ona verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. X27 Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar). Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X16rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları). Beləliklə məhkəmə X2 və Avropa Məhkəməsinin formalaşan hüquqi mövqelərini əsas qeyd hesab edir ki, Cavabdeh1 irəli sürdüyü tələbləri təsdiq edəcək güclü, təkzibolunmaz sübutlar təqdi edə bilməmişdir. Onun gətirdiyi arqumentlər isə iş üzrə olan sübutlarla təsdiq olunmur və bu səbəbdən də irəli sürülmüş tələblərin tam şəkildə təmin oulnması üçün kifayət deyil. Bu səbbədən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi yalnız ilk iddia tələbi üzrə iddiaçının etiraf etdiyi hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. AR MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə eyni zamanda qeyd edir ki, mövcudluğu təsdiq olunmuş və iddiaçının mülkiyyətində olan mənzildə yerləşən əmlakların təhvil alınaraq götürülməsi İddiaçı tərəfindən Cavabdeh1 təklif olunsa da, sonuncu həmin əmlakların qəbul etmədiyinə görə, ilk iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə hesab edir ki, göstərilən əmlakların heç bir əsas olmadan İddiaçı mülkiyyətində olan mənzildə qalması onun mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən o, mülkiyyət hüquqlarının həyata keçirilməsinə olan maneçiliyin aradan qaldırılmasını tələb etməkdə tam haqlıdır. AR Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qarşılıqlı iddia tələbində işıq sayğacının və su sayğacının çəkilmə xərclərinin əvəzi kimi 5000 və 250 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də qarşılıqlı iddia əsassızdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 tərəfindən belə xərclərin çəkilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Digər tərəfdən həmin xərclərin İddiaçı mülkiyyətində olan əmlaka çəkilməsi, bununla bağlı İddiaçı tərəfindən sifariş verilməsinə dair hər hansı mötəbər sübutlar təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə də qarşılıqlı iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin cavabdehlərdən əldən çıxmış faydaya görə 10000 manat, mənəvi ziyana görə 50000 manat pulun tutulması hissələri üzrə hesab edir ki, bununla da bağlı sübutlar Cavabdeh1 tərəfindən məhkəməyə təqdim olunmadığından, həmin hissələrdə də qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Beləliklə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından məhkəmə hesab edir ki, ilk iddia tələbi tam şəkildə, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İlk iddia tam, qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı Cavabdeh1 xeyrinə aşağıdakı əmlaklar natura şəklində alınaraq verilsin və həmin əmlaklar Cavabdeh1 hesabına ünvan 1 11 saylı mənzilindən çıxarılsın: - 15 ədəd stol; 30 ədəd stul; 2 ədəd qaz plitəsi, 4 ədəd divan, 1 ədəd televizor, 5 ədəd dəzgah, 2 ədəd moyka, 21 ədəd şüşə (cam balkon) və 1 ədəd şüşə qapı. Qarşılıqlı iddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-233/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-233/2021
05.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver