Məhkəmə qərarları › İş №2(009)-236/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-236/2020

16.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-236/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı Ləğv prosesində olan QSC «xxxxxxxxxxxxx» ASC-nin ləğvedicisi X1 nümayəndəsi X6, Cavabdeh “X5 Mərkəzi” MMC-nin nümayəndəsi X7, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxxxxxxxxx» QSC BOKT-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Ləğv prosendə olan QSC “xxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Cavabdeh3, “xxxxxxxxxxx” QSC BOKT, “Ozcan LTD” firması və Maraqlı şəxs3 işə cəlb edilməklə cavabdehlər “X5 Mərkəzi” MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi və əmlakın qiymətləndiriməsi barədə rəyin ləğv edilməsi, əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosendə olan QSC “xxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Cavabdeh3, “xxxxxxxxxxx” QSC BOKT, “Ozcan LTD” firması və Maraqlı şəxs3 işə cəlb edilməklə cavabdehlər “X5 Mərkəzi” MMC-yə və Cavabdeh2 MMC-yə qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X5 Mərkəzi” tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və Maraqlı şəxs3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 479,480, 480a və 671a/479a bağ evlərinə dair Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş 132-19 nömrəli, xx.xx.2019-cu tarixli Qiymətləndirmə rəyinin ləğv edilməsi, həmin əmlakların hazırki real bazar qiyməti əsasında yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 2315/2009 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən QSC “Bank Standard” KB ilə X15 arasında bağlanmış xx.xx.2007-ci il tarixli ********** saylı kredit müqaviləsini ləğv edərək, cavabdehdən 666990 manat məbləğində əsas borc, 53117 manat məbləğində faiz borcu, 5838 manat məbləğində cərimə üzrə borc ümumilikdə isə 725945 manat məbləğində pul və 19.80 manat dövlət rüsumu QSC “Bank Standard” KB-nin xeyrinə tutulması və cavabdeh Tam xarici İnvestisyalı Maraqlı şəxs2 firmasından kredit üzrə yaranmış 324690 ABŞ dolları əsas kredit borcu, 85405.59 ABŞ dolları faiz borcu, 21213.08 ABŞ dolları cərimə borcu, cəmi 431308.67 ABŞ dolları kredit borcu “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması, tutmanın Maraqlı şəxs3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən 479, 480, 480a və 671a/479a bağ evlərinə yönəldilməsi və bağ evlərinin satışından əldə edilmiş məbləğdən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin borcu ödənildikdən sonra qalan məbləğ QSC “Bank Standard” KB-yə ödənilməsi qərara alınmışdır. İcra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Cavabdeh3nə göndərilmiş, Cavabdeh3 tərəfindən 10/11 B saylı, xx.xx.2019-cu il tarixli əmlakın qiymətləndirilməsinə dair sifariş məktubuna əsasən əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi Cavabdeh2 MMC-yə həvalə edilmişdir. "Cavabdeh2” MMC-nin xx xxxx 2019-cu il tarixli, 132-19 saylı qiymətləndirmə aktına əsasən Maraqlı şəxs3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən 479, 480, 480a və 671a/479a bağ evlərinin ilkin satış qiyməti 282000 manat müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2315/2009 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsinin icrasını təmin etməq məqsədi ilə Cavabdeh3 35/11B nömrəli, xx.xx.2019-cu il tarixli hərracın keçirilməsinə dair sifariş məktubu “X5 Mərkəzinə göndərilmişdir. Hesab edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2315/2009 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən tutmanın yönəldildiyi Maraqlı şəxs3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən 479, 480, 480a və 671a/479a bağ evlərinin qiymətləndirilməsinə dair Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş 132-19 nömrəli, xx.xx.2019-cu il tarixli Qiymətləndirmə rəyi predmetin real bazar qiymətini özündə əks etdirmir, əsassızdır və tənasübsüz qaydada dəyərindən aşağı qiymət qoyulmuşdur. Bundan başqa, Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş tutmanın yönəldildiyi Maraqlı şəxs3 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən 479, 480, 480a və 671a/479a bağ evlərinin qiymətləndirilməsinə dair 132-19 nömrəli, xx.xx.2019-cu il tarixli Qiymətləndirmə rəyinə nəzər yetirdikdə məlum olur ki, qiymətləndirici daşınmaz əmlakı qiymətləndirərərkən vizual baxış metodu ilə kifayətlənmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin qiymətini nəzərə almamış, statistik təhlil aparmamış, rəy əsas etibarilə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Başqa sözlə, qiymətləndirmə rəyində qiymətləndirici mübahisəli daşınmaz əmlaka dair zəruri bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən daşınmaz əmlakın dəyərinə təsir edən bütün amillər müəyyən edilməmiş, daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi üçün analoji daşınmaz əmlakların bazar dəyəri təhlil edilməmiş, müvafiq əmlakların müqayisəli təhlili aparılmamış və daşınmaz əmlakın cari dövrdəki dəyəri də qeyri-obyektiv təyin edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2315/2009 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən tutmanın yönəldildiyi Maraqlı şəxs3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən 479, 480, 480a və 671a/479a bağ evlərini naməlum vaxtda, naməlum şəraitdə qiymətləndirilmiş və qiymətləndirmə prosesində iştirak etmiş şəxslərin dairəsi məchuldur. Başqa sözlə həmin əmlakın qiymətləndirici tərəfindən hansı vaxtda, hansı şəraitdə, kim tərəfindən və kimin iştirakı ilə qiymətləndirilməsi məlum deyil. Halbuki “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmışk, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2315/2009 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı həyata keçirilən icra hərəkətlərinin tərkib hissəsi olan tutmanın yönəldildiyi ipoteka predmetinin qiymətləndirilməsi prosesində tələbkar kimi iştirakları təmin edilməmiş, bununla da “İcra haqqında” Qanunun 29.1-ci maddəsində təsbit edilmiş hüquqlarını həyata keçirmək mümkün olmamışdır. Hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2315/2009 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən tutmanın yönəldildiyi Maraqlı şəxs3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən 479, 480, 480a və 671a/479a bağ evlərinin real bazar qiyməti, Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş 132-19 nömrəli, xx.xx.2019-cu tarixli Qiymətləndirmə rəyində müəyyən edilmiş qiymətdən xeyli yüksəkdir. Beləliklə, Cavabdeh2 MMC tərəfindən qiymətləndirmə düzgün aparılmamlş, mübahisəli əmlakın dəyəri qiymətləndirmə qaydalarına müvafiq təyin edilməmiş, Xətai rayon icra və probasiya şöbəsi tərəfindən əmlak qeyri-adekvat qiymətə açıq hərracdan satılmaq üçün sifariş verilmişdir. «X5 Mərkəzi» tərəfindən “İpoteka haqqında” Qanunun tələbləri pozularaq 3 dəfə hərracın keçirilməsinə dair bildiriş daxil olmuşdur. Göründüyü kimi hərracın keçirilməsi qaydaları «X5 Mərkəzi» tərəfindən kobudcasına pozulmuşdur. Belə ki, ilkin hərrac olaraq «X5 Mərkəzi»nin xx.xx.2019-cu il tarixdə əmlakların ilkin satış qiyməti 282000 manat olmaqla xx xxxx 2019-cu il tarixdə saat 11:00-da hərracın keçirilməsinə dair bildiriş daxil olmuşdur. Təkrar hərrac bildirişi əmlakların ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 239700 manata xx xxxxxx 2019-cu il tarixə saat 11:00da keçirilməsinə dair bildiriş xx xxxx 2019-cu il tarixdə tərtib edilmişdir. Eyni zamanda növbəti bildiriş təkrar olaraq əmlakların ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 239700 manata xx xxxxxx 2019-cu il tarixə saat 11:00-da keçirilməsinə dair bildiriş xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmişdir. Göründüyü kimi qanunda 3-cü hərrac anlayışı nəzərdə tutulmamışdır. Buna baxmayaraq, «X5 Mərkəzi» tərəfindən xx.xx.2019-cu il tarixə saat 11:00-da hərracın keçirilməsi nəzərdə tutularaq hərracın keçirilməsi qaydaları kobud şəkildə pozulmuşdur. Ona görə də, hesab edir ki, «X5 Mərkəzi» tərəfindən keçirilmiş hərraclar etibarsız hesab edilərək nəticələri ləğv edilməli, Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş tutmanın yönəldildiyi Maraqlı şəxs3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən 479, 480, 480a və 671a/479a bağ evlərinə dair 132-19 saylı, xx.xx.2019-cu il tarixli Qiymətləndirmə rəyi ləğv edilməli və həmin əmlak yenidən qiymətləndirilməlidir. xx xxxxxxx 2019-cu il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ilə müracəit edərək bildirmişdir ki, «X5 Mərkəzi» tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və X2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 479, 480, 480a və 671a/479a bağ evlərinə dair Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş 132-19 nömrəli, xx.xx.2019-cu il tarixli Qiymətləndirmə rəyinin ləğv edilməsi, həmin əmlakların hazırki real bazar qiyməti əsasında yenidən qiymətləndirilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Sözügedən işlə bağlı iddia ərizəsi icraata qəbul edilməsinə baxmayaraq, «X5 Mərkəzi» tərəfindən İpoteka haqqında Qanunun tələbləri pozularaq növbəti 4-cü hərracın keçirilməsinə dair daha bir bildiriş daxil olmuşdur. Göründüyü kimi, hərracın keçirilməsi qaydaları «X5 Mərkəzi» tərəfindən kobudcasına pozulmaqda davam etməkdədir. Ona görə də, “X5 Mərkəzi” tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və Maraqlı şəxs3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 479,480, 480a və 671a/479a bağ evlərinə dair Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş 132-19 nömrəli, xx.xx.2019-cu tarixli Qiymətləndirmə rəyinin ləğv edilməsi, həmin əmlakların hazırki real bazar qiyməti əsasında yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1 nümayəndəsi X12 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh «X5 Mərkəzi» MMC-nin nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək göstərdi ki, hərrac qanuni şəkildə keçirilib, tərəflərə də bu barədə məlumat verilib. Dördüncü dəfə ona görə tərəflərə bildiriş göndərilmişdir ki, əvvəlki hərracın tarixi düzgün təyin olunmamışdı. Əmlakın alıcısı olmadığından əmlak «xxxxxxxxxxx» QSC BOKT-a təklif olunmuşdur, belə ki, icra vərəqəsinə əsasən əmlakın satışından əldə edilmiş məbləğdən «xxxxxxxxxxx» QSC BOKT-un borcu ödənildikdən sonra qalan məbləğ QSC «xxxxxxxxxxxxx» ASC-yə ödənilməlidir. Ona görə də, hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxxxxxxxxx» QSC BOKT-nin nümayəndəsi X14 bildirdi ki, təkrar hərracda əmlakın alıcısı olmadığından əmlak onlara təklif olunmuşdur, belə ki, məhkəmə qətnaməsinə və icra vərəqəsinə əsasən əmlakın satışından əldə edilmiş məbləğdən «xxxxxxxxxxx» QSC BOKT-un borcu ödənildikdən sonra qalan məbləğ QSC «xxxxxxxxxxxxx» ASC-yə ödənilməlidir. Ona görə də, iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh2 MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş «Ozcan LTD» firması, Maraqlı şəxs3 və Cavabdeh3nə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, həmin qurumların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə adı çəkilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Beləliklə, məhkəmə, iddiaçının tələbinin bir neçə hissədən ibarət olduğunu nəzərə alaraq, ilk növbədə qiymətləndirmənin rəyinin ləğv edilməsi hissəsinə hüquqi qiymət verməyi zəruri sayır. Mülki işin materiallarında olan“xxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 132-19 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”dan aydın olur ki, X3 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsində yerləşən 479, 480, 480a və 671a/479a bağ evlərinhəmin günə satış qiyməti 282000 manat təşkil edir. Məhkəmə, aşağıdakılara əsasən hesab edir ki, qətnamənin icrası mərhələsində Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsində yerləşən 479, 480, 480a və 671a/479a bağ evlərin dəyəri “xxxxxxxx” MMC tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Qeyd olunan Qanunun 9-cu maddəsinə əsasən qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. Göründüyü kimi, qanunverici məhkəmə tərəfindən sözügedən qanunun və mövcud prosessual qanunvericiliyin göstərişlərini diqqətə alaraq, aparılmış qiymətləndirmənin nəticələri haqqında hesabatdakı əmlakın dəyərinin yekun göstəricisinin həqiqi olmadığını müəyyən edildikdə qiymətləndirmə hesabatının ləğv edilməsi barədə qərar qəbul edilməsini nəzərdə tutmuşdur. Bu baxımdan, məhkəmə sözügedən qənaətə gələrkən ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsiplərini rəhbər tutmalı və proses tərəflərindən hər hansı birinə müəyyən imtiyaz və ya üstünlük verməməlidir. Odur ki, adı çəkilən prinsiplər, aparılmış qiymətləndirmə hesabatının ləğvi ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Bu baxımdan, prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə: işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanlarını təmin edir. Bu imkanın qanunvericilik qaydasında müəyyən edilməsi ədalət mühakiməsinin səmərəliyini təmin etməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuş həqiqətin müəyyən edilməsi prinsipinin təmininə yönəlmişdir. İş materiallarında olan Qiymətləndirmə Xidməti Mərkəzi MMC-nin xx.xx.2020-ci il tarixli, QXM/298M nömrəli rəyindən görünür ki, apardıqları araşdırmalar, təhlillər və hesablamalar nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəs əbəsində yerləşən 479, 480, 480a, 671a/479a saylı tikili (istifadəyə yararsız torpaq nəzərə alınmadan) bazar dəyəri 290000.0 (iki yüz doxsan min) manat müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, “xxxxxxxx” MMC tərəfindən X4 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsində yerləşən 479, 480, 480a və 671a/479a bağ evlərin qiymətləndirilməsinə dair hesabatda göstərilən qiymətlər həqiqi sayıla bilməz və həmin qiymətləndirməyə dair hesabat ləğv edilməlidir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, “X5 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərrac və hərracın yekunları barədə protokol da ləğv edilməlidir. Belə ki, əvvəla, mübahisə predmeti olan evlər həqiqi olmayan qiymətlə hərraca çıxarılmışdır. Həm ilkin, həm də təkrar hərracda evlərin satış qiymətləri “xxxxxxxx” MMC-nin etibarsız sayılan hesabatı əsasında müəyyən edildiyi üçün bu qiymətlər üzərindən aparılan hərrac qanuni və əsaslı sayıla bilməz. İkincisi, hərrac keçirilərkən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələbləri pozulmuşdur. İpoteka haqqında AR Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra əmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinədair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığıgündən 30 təqvim günündəngec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. İpoteka haqqında AR Qanununun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı lallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini amamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. İpoteka haqqında AR Qanununun 43.2. Bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. İpoteka Haqqında AR Qanununun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka Haqqında AR Qanununun 43.4-cü maddəsinə əsasən İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. İpoteka Haqqında AR Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. İpoteka Haqqında AR Qanununun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. İş materiallarında göründüyü kimi, “X5 Mərkəzi” MMC tərəfindən qanunun yuxarıda qeyd olunan normalarının tələbləri kobud səkildə pozularaq, Bakı şəhəri Cavabdeh3 35/11B saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 479, 480, 480a və 671a/479a bağ evlərinə dair hərracın xx.xx.2019cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə keçirilməsi barədə bildirişlər tərəflərə göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi hərracın nəticələrinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh3 35/11B saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 479, 480, 480a və 671a/479a bağ evlərinə dair «X5 Mərkəzi» tərəfindən keçirilmiş hərracın nəticələri ləğv edilsin. Maraqlı şəxs3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsində yerləşən 479, 480, 480a və 671a/479a bağ evlərinə dair qiymətləndirilməsinin nəticələri haqqında Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş 132-19 nömrəli, xx.xx.2019-cu il tarixli Qiymətləndirmə rəyi ləğv edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsində yerləşən 479, 480, 480a, 671a/479a saylı tikili 290000.0 manat qiymətlə yenidən hərraca çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar