Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2364/2025 18.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(009)-2170/2024 saylı qətnaməsi ilə İddiaçı məxsus 2005-ci il buraxılışlı “Volkswagen Passat” markalı, 90TL534 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq İddiaçı qaytarılması, avtomobil olmadığı halda onun dəyəri olan 9000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 1875 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 110 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İcra vaxtı, yəni maşın ona təhvil verilən zaman maşının qəzalı vəziyyətdə olması aşkar olunmuş və vurulmuş ziyan və avtomaşının təmir olunması üçün lazım olan vəsait barədə “Express Servis” tərəfindən qüsur aktı tərtib edilmişdir. Qüsur aktı müstəqil qiymətləndirici X3 (VÖEN: **********) tərəfindən tərtib edilmiş və möhürlə təsdiq edilmişdir. Qüsur aktında göstərilir ki, avtomobilin təmiri üçün lazım olan ehtiyyat hissələri 1715 manat, zəhmət haqqı 1085 manat, cəmi 2800 manat vəsait lazımdır. Cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ona məxsus 2005-ci il buraxılışlı “Volkswagen Passat” markalı, 90TL534 dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu ziyana görə 2800 manat məbləğində pulun və ödənilmiş 48 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh icra prosesində icra yerinə getməmiş, məcburi gətirilmə qərarı əsasında icra şöbəsinə gətirilmiş, avtomaşın aktı əsasında tam nasaz vəziyyətdə onlara təqdim edilmişdir. Həmin nasazlığın aradan qaldırılması servisin aktı əsasında 2800 manat pul vəsaiti tələb edilir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“Bu ünvanda yaşamır”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Passat” minik markalı, 90TL534 dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2170/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı məxsus 2005-ci il buraxılışlı “Volkswagen Passat” markalı, 90TL534 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılması, avtomobil olmadığı halda, onun dəyəri olan 9000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 1875 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 110 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə Səbail rayon icra şöbəsinin icra məmuru X6, tələbkar İddiaçı, hal-şahidləri X2, X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)-2170/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra sənədində göstərilən “Volkswagen Passat” minik markalı, 90TL534 dövlət qeydiyyat nişanlı avtomobil tələbkar İddiaçı təhvil verildi. Avtomobil təhvil verilərkən akkumulyatoru üzərində olmadığından maşının işlək vəziyyətdə olub-olmamasını yoxlamaq mümkün olmadı. Eyni zamanda avtomobilin ön bamperində və arxa bamperində zədələr, həmçinin salonda oturacaqları zədəli olduğu müəyyən olundu. İş üzrə Express Servis tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, “Volkswagen Passat” minik markalı, 90TL534 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 1.085 manat və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 1.715 manat, cəmi 2.800 manat vəsait hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı məxsus 2005-ci il buraxılışlı “Volkswagen Passat” markalı, 90TL534 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılması, avtomobil olmadığı halda, onun dəyəri olan 9000 manat məbləğində pul Cavabdeh alınaraq Surəyyə Salamzadəyə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, avtomobil təhvil verilən zaman avtomobilin qəzalı olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan “Volkswagen Passat” markalı, 90TL534 dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymiş, qüsur aktına əsasən həmin ziyan 2800 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərə onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir:
1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır.
2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.
3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.
4. Hüququpozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Eyni zamanda zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqə olmalıdır. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Göründüyü kimi yuxarıda göstərilən mülki qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsinin qərarında zərər vuranın üzərinə vurulmuş real ziyanın ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə qeyd edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan avtomaşına 2.800 manat məbləğində ziyan dəyməsi təsdiq olunduğundan, cavabdeh tərəfindən avtomaşın nasaz və zədələnmiş vəziyyətdə iddiaçıya qaytarıldığından, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurulan ziyanla bağlı mülki hüquq məsuliyyəti daşıyır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2800 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 48 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 2800 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 48 manat, cəmi 2.848 (iki min səkkiz yüz qırx səkkiz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev