Məhkəmə qərarları › İş №2(009)-2377/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2377/2022

20.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2377/2022 20.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı maraqlı şəxs qismində Bakı şəhər Səbail rayon İcra və Probasiya şöbəsi cəlb olunmaqla Cavabdeh qarşı qətnamənin icrası ilə əlaqədar müvafiq tədbirlərin görülməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı maraqlı şəxs qismində Bakı şəhər Səbail rayon İcra və Probasiya şöbəsi cəlb olunmaqla Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsində olan icra işi üzrə müvəqqəti təminat tədbiri haqqında qərardad qəbul edilməsini; Bakı şəhəri Səbail rayon məhkəmənin 11 avqust 2021-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar mülkiyyətində olan yaşayş mənzilinə onun və ailə üzvülərinin girişi məhdudlaşdığından, həmin əraziyə məhkəmə tərəfindən mütəxəssislərin iştirakı ilə yerli baxış keçirilməsini, mövcud məhkəmə qətnaməsinin icrası ilə əlaqədar yaranan qarşısıalınmaz çətinliklərin aradan qaldırılmasının çıxış yollarının müəyyən edilməsi, onun və ailə üzvülərinin yaşadığı mənzilə giriş-çıxışın təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. İddia tələbinin 1-ci hissəsi ilə əlaqədar iddiaçıya izah olunur ki, icra sənədinin icrası ilə əlaqədar müəyyən hərəkətlərin edilməsi ilə bağlı icra məmuruna müraciət edə bilər. Qətnamənin icrası qaydasında icra məmurunun hərəkətindən şikayət olunduğu halda isə, icra məmurunun hərəkətlərindən şikayət qaydasında məhkəməyə müraciət olunmalıdır. İddia tələbinin 2-ci hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı maraqlı şəxs qismində Bakı şəhər Səbail rayon İcra və Probasiya şöbəsi cəlb olunmaqla Cavabdeh qarşı qətnamənin icrası ilə əlaqədar müvafiq tədbirlərin görülməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddianın yolverilməzliyinə görə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, icra məmurunun hərəkətlərindən şikayət qaydasında məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar