Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2384/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail rayon Məhkəməsinin hakimi Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı ifadə azadlığının məhdudlaşdırılması və ayrı-seçkiliyə məruz qoyulması barədə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ifadə azadlığının məhdudlaşdırılması və ayrı-seçkiliyə məruz qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehin “Facebook” sosial şəbəkəsindəki səhifəsindən blok edilmənin qanunsuz sayılmasını; iddia ərizəsində iddiaçının cavabdeh qismində göstərdiyi şəxsin bu addımın siyasi baxışlara görə ayrı-seçkilik sayılmasını; iddia ərizəsində iddiaçının cavabdeh qismində göstərdiyi şəxsin bu addımın informasiya əldə etmək, ifadə azadlığının məhdudlaşdırılması kimi qəbul edilməsini; qeyd edilən sosial şəbəkə hesablarındakı blokun aradan qaldırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, İddiaçı analoji ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 27.08.2021-ci il tarixli qərardadı ilə onun iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermiş və Səbail Rayon məhkəməsinin 03.09.2021-ci il tarixli qərardadı ilə şikayət ərizəsi əsassız olduğundan təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hakim digər tərəfdən qeyd edir ki, İddiaçı analoji, eyni məzmunlu ərizə ilə əvvəllər də Səbail rayon Məhkəməsinə müraciət etdiyindən və məhkəmə qərardadı ilə onun ərizəsinin qəbulundan imtina edildiyindən, qərardaddan verilən şikayəti isə təmin edilmədiyindən və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildiyindən, hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152-ci madədsini rəhbər tutaraq, hakim… QƏRARA ALDİ: İddiaçı ifadə azadlığının məhdudlaşdırılması və ayrı-seçkiliyə məruz qoyulması barədə iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2384/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2384/2021
06.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver