Məhkəmə qərarları › İş №2(009)-2400/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2400/2024

04.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2400/2024 04.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Daxili İşlər Nazirliyinə qarşı “zərər” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Daxili İşlər Nazirliyinə qarşı “zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasında xx.xx.2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkisi zamanı onun seçki kompaniyasına (eləcə də müşahidə missiyasına) qeyri-qanuni müdaxilə etmiş “polis əməkdaşlarının” əhatə dairəsi müəyyənləşdirilməklə onlara qarşı qanunçuluğun nəzərdə tutduğu qaydada cərimə və ya cəza verilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının xx.xx.2024-cü il tarixdə keçirilmiş növbədənkənar prezident seçkisi zamanı ona qarşı etdikləri qeyri-qanuni hərəkətlər nəticəsində ona vurulmuş maddi və mənəvi zərərə görə 30000 manat (20000 manat maddi və 10000 manat mənəvi olmaqla) təzminat ödənilməsinin cavabdehin üzərinə vəzifə öhdəçiliyi qoyulması barədə qərar çıarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. - 6. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının tələbi “xx.xx.2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkiləri zamanı seçki kompaniyasına (eləcə də müşahidəçi kimi fəaliyyətinə) qeyri-qanuni müdaxilə etmiş polis əməkdaşlarının əhatə dairəsinin müəyyənləşdirilməsi, cərimə və cəzaların verilməsi və qeyri-qanuni hərəkətlər nəticəsində dəymiş maddi və mənəvi zərərə görə 30000 manat (20000 manat maddi və 10000 manat mənəvi olmaqla) təzminat ödənilməsi” ilə bağlıdır. İddia tələbinin “xx.xx.2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkiləri zamanı seçki kompaniyasına (eləcə də müşahidəçi kimi fəaliyyətinə) qeyri-qanuni müdaxilə etmiş polis əməkdaşlarının əhatə dairəsinin müəyyənləşdirilməsi, cərimə və cəzaların verilməsi” hissəsi qanunvericiliyə əsasən mülki məhkəmə icraatı qaydasında işə baxılması ümumi məhkəmələrin səlahiyyəti xaricindədir. İddia tələbinin “qeyri-qanuni hərəkətlər nəticəsində dəymiş maddi və mənəvi zərərə görə 30000 manat (20000 manat maddi və 10000 manat mənəvi olmaqla) təzminat ödənilməsi” hissəsi isə tələbin ilk hissəsindən törəmə tələb olduğundan və iddianın ilk hissəsində göstərilən məsələlər araşdırılmadan törəmə tələbə baxılması mümkün olmadığından göstərilən hissədə də tələbin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməlidir. Hazırda İddiaçı inzibati - dövlət orqanının əməkdaşlarının hərəkətlərindən şikayət edir və onlara cərimə və ya cəza tətbiq edilməsini xahiş edir. Odur ki, İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlarla bağlı müvafiq hüquq mühafizə orqanına müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə olan halda, İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Daxili İşlər Nazirliyinə qarşı “zərər” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalı və həmin iddia tələbi ilə onun müvafiq hüquq mühafizə orqanlarına müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Daxili İşlər Nazirliyinə qarşı “zərər” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, həmin iddia tələbi ilə onun müvafiq hüquq mühafizə orqanlarına müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar