Məhkəmə qərarları › İş №2(009)-2403/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2403/2024

06.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2403/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli, İddiaçı – Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki iş materialını nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsin geri qaytarılmalıdır. Belə ki iddia ərizəsinə pretenziya qaydasına riayət edilməsini və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə edilməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı ilə cavabdehlər arasında borc müqaviləsindən irəli gələln münasibətlər yaranmışdır. Cavabdehlər isə bu günə kimi borcunu qaytarmamışdır. Qeyd olunan kateqoriya işlər üzrə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsi nəzərdə tutulduğu halda, iddia ərizəsinə pretenziya qaydasına riayət edilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Bundan başqa iddiaçı tərəfindən əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz (953 nömrəli), dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 2136/2024 saylı qərardadına əsasən İddiaçı tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 123 (yüz iyirmi üç) manat dövlət rüsumunun (ödəniş qəbzinin nömrəsi 953) İddiaçı geri qaytarılması qərara alınmış və qərardad icra edilməsi üçün AR Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə gönədrilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı – Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar