Məhkəmə qərarları › İş №2(009)-2404/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2404/2022

26.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2404/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh SOCAR-ın “Azneft” İstehsalat Birliyinə qarşı ailə başçısını itirməyə görə zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh SOCAR-ın “Azneft” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh SOCAR-ın “Azneft” İstehsalat Birliyi tərəfindən mərhum Qürbət Rəsulovun ailə üzvlərinə ailə başçısının itirilməsinə görə dəymiş zərərin əvəzinin ödənilməsi, əldən çıxmış fayda kimi İddiaçı3 mərhum əri Qürbət Rəsulovun orta aylıq əmək haqqı miqdarında ömürlük pensiya təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçılar ailə başçısının itirilməsinə görə dəymiş zərərin əvəzinin ödənilməsi və orta aylıq əmək haqqı miqdarında ömürlük pensiya təyin edilməsi barədə bir-biri ilə əlaqədar olmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsində bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, bir biri ilə əlaqədar olmayan tələblər bir ərizədə birləşdirilə bilməz və onlara məhkəmənin eyni icraat çərçivəsində baxması mümkün deyildir. Başqa sözlə iddiaçılar ərizənin qanunla nəzərdə tutulmuş forma və məzmununa əməl etməyərək bir-biri ilə əlaqədar olmayan bir neçə xahişi bir ərizədə birləşdirmişlər. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh SOCAR-ın “Azneft” İstehsalat Birliyinə qarşı ailə başçısını itirməyə görə zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçılara izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar