Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2408/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, ərizəçi Azərbaycan Respublikasının Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Ərizəçi “internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması” barədə ərizəsi üzrə (Maraqlı şəxs internet informasiya ehtiyatının sahibi göstərilən) mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikasının Ərizəçi “internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması” barədə ərizə ilə (Maraqlı şəxs internet informasiya ehtiyatının sahibi göstərilən) məhkəməyə müraciət edərək internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, vətəndaş Natiq Camalov tərəfindən pornoqrafiyaya aid məlumatların yerləşdiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə 14 noyabr 2023-cü il tarixli 3- 27/1 -C-5168/1-41/2023 qeydiyyat nömrəli məktubla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət ünvanlanmışdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçi Azərbaycan Respublikasının Ərizəçi nümayəndəsi X2 ərizəyə uyğun izahat verərək həmin internet informasiya ehtiyatının məhdudlaşdırılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə internet informasiya ehtiyatınızda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə dair müraciət daxil olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 355-20.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir. Həmin Məcəllənin 355-20.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir. Müəyyən edilmişdir ki, Maraqlı şəxs internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.7-ci (qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar) və 13-2.3.11 -ci (Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya) maddələrində nəzərdə tutulan yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi aşkar edilmişdir. Bu səbəbdən yuxarıda domen adı qeyd olunan internet informasiya ehtiyatlarının və (və ya) onların host provayderlərinin elektron poçt ünvanlarına yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasına dair tələbin göstərildiyi xəbərdarlıq edilmişdir. Maraqlı şəxsə müvafiq xəbərdarlıqlar edilməsinə baxmayaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi istiqamətində heç bir tədbir görülməmişdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.1 -ci maddəsinə əsasən internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini, o cümlədən dövlət dili normalarına riayət edilməsini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. 13-2.2- ci maddəyə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı, fiziki şəxsdirsə adı, soyadı və atasının adı və elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirməlidir. Qanunun 13-2.4 və 13-2.5-ci maddələrinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə ormasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir, host provayder isə öz ıformasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.6-cı maddəsinə əsasən (pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar) yayılması qadağan edilən informasiya hesab olunur. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ərizəçi haqqında Əsasnamə”yə uyğun olaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında müəyyən etmək, yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etmək və onlardan bu cür halların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsini tələb etmək, eləcə də yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmasını həyata keçirmək Xidmətin vəzifələrindəndir. Araşdırma nəticəsində “Maraqlı şəxs” internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.6-cı (pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar) maddəsində nəzərdə tutulan yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi aşkar edilmişdir. Bu səbəbdən internet informasiya ehtiyatının və onun domen adının sahibinə dair, eləcə də elektron poçt ünvanına dair məlumatların əldə edilməsi mümkün olmadığından host provayderə (Reg.ru şirkətinə) müvafiq xəbərdarlıq edilmişdir. Buna baxmayaraq Elektron Təhlükəsizlik Xidməti tərəfindən göndərilmiş xəbərdarlıq məktubundan sonra yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi istiqamətində heç bir tədbir görülməmişdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-3.2-ci maddəsinə əsasən xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qanunla qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılmadıqda, müvafiq icra hakimiyyəti orqanı informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə ərizə ilə rayon (şəhər) məhkəməsinə müraciət edir. Həmin Qanunun 13-3.5-ci maddəsinə əsasən məhkəmə internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən internet informasiya ehtiyatında Qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi müəyyən edilidyindən və bu hal Xidmət tərəfindən aparılmış araşdırma nəticəsində öz təsdiqini tapdığından, yuxarıda göstərilən Qanunun tələblərinə əsasən həmin informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması Qanuna uyğundur. Məhkəmə eyni zamanda qeyd edir ki, yuxarıda qeyd edilən internet informasiya ehtiyatına–http://www.ofseks.ruMaraqlı şəxs saytına müraciətin məhdudlaşdırılması yalnız Azərbaycan Respublikası ərazisində tətbiq edilir və həmin müraciətin məhdudlaşdırılması hər hansı şəxsin Konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin fikir və söz azadlığı Konstitusiya ilə qorunur, lakin həmin azadlıq həyata keçirilərkən nəzərə alınmalıdır ki, bu irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilməsinə səbəb olmasın. Məhkəmə qeyd edir ki, belə hərəkətlər heç bir zaman söz və fikir azadlığı kimi qiymətləndirilə bilməz, əksinə bu əməllər məsuliyyətə səbəb olur. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs (öz fikrini - tərc.) ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Konvensiyanın tələblərindən də göründüyü kimi, fikir və söz azadlığı həyata keçilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq, eləcə də sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün məhdudlaşdırıla bilər. Bundan başqa məhkəmə qeyd edir ki, «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»a görə, insanın fikir və söz azadlığı hüququ digər şəxslərin hüquqlarına və adına hörmət edilməsi və dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, mənəviyyatının qorunması məqsədilə yalnız qanun çərçivəsində məhdudlaşdırıla bilər (19-cu maddə). Beləliklə məhkəmə hesab edir ki, adı göstərilən internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarının olması təsdiq olunduğundan qanunun yuxarıda göstərilən tələbləri baxımından internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması ilə bağlı verilmiş ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Nəticə hissə: Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 355-22-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. http://www.ofseks.ruMaraqlı şəxs internet informasiya ehtiyatına müraciətin edilməsi məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2408/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2408/2023
27.11.2023 · Yayılması qanunla qadağa edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver