Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2455/2025 25.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23400 (iyirmi üç min dörd yüz) manat məbləğində pulun, mənə dəymiş mənəvi zərərə görə 600 (altı yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 162 (bir yüz altmış iki) manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, cavabdehi qardaşı Çərkəzin vasitəsilə tanımışdır. Belə ki, 2023cü ilin aprel ayında oğlu İsmayılın Bakı şəhəri Sabunçu rayonu ərazisində törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində onun barəsində cinayət işi başlanılmışdı. Cavabdeh oğlu barəsində başlanılmış cinayət işinə xitam veriləcəyinə kömək edəcəyini bildirərək ondan ümumilikdə 23400 (iyirmi üç min dörd yüz) manat pul almışdır. Bir müddət sonra Cavabdeh onu aldatdığını, əslində verdiyi vədə əməl etmədiyi bilmiş və bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Aparılmış araşdırma zamanı cavabdehin ondan başqa daha 2 nəfəri də müxtəlif bəhanələrlə aldatdığı müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-541/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı da cavabdehin ondan 23400 manat pulu alması faktı öz sübutunu tapmışdır. Lakin bu günə kimi cavabdeh ona verdiyi puldan hər hansı məbləği ona geri qaytarmamışdır. Həmçinin bildirmək istəyir ki, cavabdehin bu əməlləri nəticəsində o və ailəsi uzun müddət mənəvi iztirablar çəkmişlər və çəkməkdə davam edirlər. Belə ki, cavabdehin vədlərinə görə oğlu barəsində başlanılmış cinayət işinə xitam veriləcəyinə inanmış və nəticədə əlində olan bütün pulunu ona vermişdir. Cavabdeh hər dəfə oğlunun məhkəmə iclasına getməsinə ehtiyаc olmadığını bildirdikdə ona arxayın olmuşlar, nəticədə oğlu barəsində başlanılmış cinayət işinə xitam verilməmiş və üstəlik oğlu azadlıqdan məhrumetmə cəzasına məhrum edilmişdir. Yuxarıda göstərdiyi hallara görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Etirazın dəlilləri: o, Elyaz adlı şəxsdən 23400 pul almamışdır. Elyaz adlı şəxsin qardaşı Çərkəz ona külli miqdarda pul borclu olduğuna görə Elyaz onun kartına 4200 manat pul atıb. Bu ifadəsini məhkəmədə bildirmişdir, yenə də deyir iddiaçı ona şər böhtan ataraq bildirir ki, guya o, onlardan 23400 manat pul almışdır. Halbuki, onun qardaşı Çərkəz ona pul borclu olduğuna görə onun kartına 4200 manat pul atıb. Elyaz adlı şəxs özündən söz çıxarıb bildirir ki, guya o, ondan 23400 manat pul almışdır. Bunlar hamısı yalan və böhtandır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Abşeron Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, 1(012)-541/2025 saylı hökmündən görünür ki, hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş, ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş. Cavabdeh Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)- 34/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş və ödənilməmiş 4500 (dörd min beş yüz) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə üzərində qəti olaraq 4500 (dörd min beş yüz) manat cərimə cəzası və 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 4500 (dörd min beş yüz) manat cərimə cəzası müstəqil icra olunması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəli 09 dekabr 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 24 fevral 2026-cı il tarixli məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-541/2025 nömrəli hökmündən apellyasiya şikayəti (protesti) daxil olmadığından hökm 07 oktyabr 2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, 1(012)-541/2025 saylı hökmü ilə, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş, ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş. Cavabdeh Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)- 34/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş və ödənilməmiş 4500 (dörd min beş yüz) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə üzərində qəti olaraq 4500 (dörd min beş yüz) manat cərimə cəzası və 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 4500 (dörd min beş yüz) manat cərimə cəzası müstəqil icra olunması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəli 09 dekabr 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmə əsasən Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə İddiaçı sonuncunun oğlu ismayıl Abdullayevin barəsində Sabunçu RPİ-nin istintaq şöbəsində araşdırması aparılan cinayət işində məsuliyyətini yüngülləşdirmək üçün zərərçəkmiş şəxslə barışıq əldə etdirilməsinə və icraata xitam verilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə Elyaz Abdullayevin ona məxsus 4169 7388 6470 6308 saylı bank kartına xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məmmadli qəsəbəsində «Spar» marketdə yerləşən terminaldan köçürdüyü 1500 manat, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli qəsəbasində «Mini» marketdə yerləşən terminaldan ona məxsus eyni bank kartına köçürülmüş 500 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvanda yerləşən terminaldan ona məxsus 4169 7388 6470 6308 saylı bank kartına köçürülmüş 2000 manat, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli qəsəbəsində «Spar» marketdə yerləşən terminaldan ona məxsus eyni bank kartına köçürülmüş 200 manat, 2023-cü ilin sentyabr ayının ortalarında Elyaz Abdullayevin yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerlaşən evində 5000 manat, həmin ilin oktyabr ayının ortalarında eyni ünvanda 3000 manat, həmin ilin oktyabr ayının sonunda eyni ünvanda 2800 manat, həmin ilin noyabr ayının ortalarında eyni ünvanda 900 manat, həmin ilin noyabr ayının sonunda eyni ünvanda 7500 manat, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 23.400 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyərək, zərərçəkmiş İddiaçı həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. ... İddiaçı cavabdehin qanunsuz və hüquqazidd əməlləri nəticəsində ona maddi zərər yetirilməsinə baxmayaraq istər cinayət işi üzrə məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə icraatı dövründə zərəri ödəmədiyi üçün hazırki iddia tələbi ilə müraciət edərək cavabdehin qanunazidd əməlləri ilə ona yetirilmiş maddi zərərin əzəvinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Abşeron Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, 1(012)-541/2025 saylı hökmü ilə müəyyən edilmiş hallara əsasən, iddiaçıya cavabdeh tərəfindən vurulmuş 23.400 manat məbləğində maddi zərər iddiaçıya ödənilməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Hazırki işdə iddiaçı məhz cavabdehin hərəkətlərinin onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia bu hissədə də təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, maddi zərərin əvəzi olaraq 23.400 (iyirmi üç min dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 160 (bir yüz altmış) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərin əvəzi olaraq 23.400 (iyirmi üç min dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 160 (bir yüz altmış) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2455/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2455/2025
25.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver