Məhkəmə qərarları › İş №2(009)-2485/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2485/2021

20.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2485/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdehnə qarşı icra sənədi üzrə icraata xitam verilməsi barədə tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı Bakı Ağır cinayətlər məhkəməsinin 27.03.2007-ci il tarixli A-0081 saylı icra sənədi üzrə İddiaçı hissəsində tam icra olunduğu üçün icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hakim iddia ərizəsini və iş materiallarını araşdıraraq hessb edir ki, iddia tələbinə məhkəmədə baxılmalı olmadığından yolverilməzliyinə görə geri qaytarılmalıdır. “İcra haqqında” AR Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göstərilən Qanununu 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. “İcra haqqında” AR Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 10.10.2017-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Hakim Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında formalaşmış hüquqi mövqeyi və qanunvericilik aktlarının tələblərini əsas tutaraq qeyd, məhkəmə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarəti həyata keçirən orqandır və bu səbəbdən icra məmurunun qəbul etdiyi qərarların “İcra haqqında” AR Qanunun tələblərinə uyğun olub-olmamasını yoxlamaq məhz məhkəmənin səlahiyyətindədir. Lakin hakim qeyd edir ki, icra məmuru tərəfindən qəbul edilmiş qərarın yoxlanılması məsələyə, eyni zamanda icra prosesi zamanı icra məmurunun hərəkət və hərəkətsizlikliyi ilə bağlı şikayətə qətnamənin icrası qaydasında baxılır(bu kateqoriyada olan işlər məhkəmədə 8 kodu ilə açılır). Yəni həmin məsələyə AR MPM-nin 231-ci maddəsinə əsasən baxılır. Hazırki iddiada iddiaçı icra sənədi üzrə icraata xitam verilməsini xahiş edir. Halbuki həmin məsələyə baxmaq və belə qərar qəbul etmək icra məmurunun müstəsna səlahiyyətidir. Yəni qanunla belə qərar qəbul etmək səlahiyyəti icra məmurunu aiddir. Belə olan halda iddiaçı tərəfindən qaldırılmış tələbə məhkəmə qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin icraata götürülməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hakim eyni zamanda qeyd edir ki, iddia tələbinə məhkəmə qaydasında baxılmalı olmadığı üçün, iddiaçıya ilk növbədə belə qərar qəbul edilməsi ilə bağlı icra məmuruna müraciət etmək hüququ izah edilməlidir. Həmin müraciətə dair icra məmurunun qərarı, yaxud hərəkət və ya hərəkətsizliyi məhkəmədə mübahisələndirilə bilər. Bu halda maraqlı şəxs qətnamənin icrası qaydasında (məhkəmədə 8 kodu üzrə qeydiyyata alınır) icra məmurunun qərarından, yaxud hərəkət və ya hərəkətsizliyindən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı icra sənədi üzrə icraata xitam verilməsi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı məmurunua müraciət etmək, eyni zamanda icra məmurunun qərarından, yaxud hərəkət və ya hərəkətsizliyindən qətnamənin icrası qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar