Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2486/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkət Cavabdeh qarşı 7300.0 manat vurulmuş ziyanın və ödənilən 30 manat dövlət rüsumunun, ümumilikdə 73.30 manat pulun LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05.11.2019-cu il tarixdə, saat 20:30 radlərində ünvan 1 ünvanında, Cavabdeh, hazırda ləğvetmə prossesində olan (LPO)ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış “X21” minik markalı, **-GT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə edərkən, qəza şəraiti yaradaraq X4 darə etdiyi “Mercedes” markalı **-GH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, hadisə yerindən yayınmışdır. Nəticədə “Mercedes” markalı **-GH-*** dövlət nömrə nişanlı avtomobilə maddi zərər dəymiş, həmçinin, sürücü X10, avtomobildə olan sərnişinlər X2, X11, X9 müxtəlif bədən xəsarətləri almışlar. Səbail RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi O.Süleyınanlının qəbul etdiyi 30.12.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarla müəyyən edilmişdir ki, Cavabdeh etibarnamə olmadan atomobili idarə etməklə qəza törətmiş və xəsarət almış şəxslərə yardım göstərmədən və müvafiq orqanlara məlumat vermədən hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində bədən xəsarəti almış şəxslərin xəsarətləri yüngül qiymətləndirildiyindən, Cavabdeh barəsində cinayət işinin başlanmasından imtina olunmuş, barəsində İXM-in 327.8-ci maddənin tətbiqi qanunauyğun hesab edilmişdir Cavabdeh etibarnamə olmadan avtomobili idarə etməsi, qəza baş verdikdən sonra hadisə yerindən yayınması ekspertiza rəyləri, özünün etirafedici ifadəsi və müstəntiqi 30.12.2019-cu il tarixli qərarı ilə sübut olunmuşdur. “Hyundai Sonata” markalı **-RG-*** dövlət nömrə nişanlı avtomobilə maddi zərər dəymiş, həmçinin həmin avtomobildə olan X12 yüngül dərəcəli bədən xəsarəti almışdır. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar avtomobilə dəymiş maddi zərər və bədən xəsarətləri almış şəxslərə ödənilməli sığorta ödənişləri müəyyənləşmişdir. ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X5 750 manat; zərərçəkən X4 avtomobilinə dəymiş zərərə görə 4700 manat, səhhətinə dəymiş zərərə görə 650 manat; Səhhətinə dəymiş zərərə görə zərərçəkən X13ma 600 manat; Mustafayev Elşənin səhhətinə dəyən zərərə görə 600 manat sığorta ödənişləri ödənilmişdir. Beləliklə, Cavabdeh mülki məsuliyyəti üzündən baş vermiş sığorta hadisəsinə görə ASC "xxxx" Sığorta Şirkəti tərəfindən 4 nəfər zərərçəkmişin sağlamlığına dəymiş zərərə və avtomobilə dəymiş maddi ziyana görə cəmi 7300 (750+650+600+600+4700) manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi cəmi 7300 manat sığorta ödənişi ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkənlərə ödənildiyindən, Cavabdeh etibarnaməsiz avtomobil idarə etdiyindən və hadisə yerindən yayındığından, hazırda LPO ASG "xxxx" Sığorta Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına əsasən Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, asağıdakılara görə iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28.01.2020-ci il tarixli sığorta aktından görünür ki, ** GH *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 200 markalı avtomobilinə dəyən zərərin ümumi həcmi cəmi 4 700,00 manat müəyyən edilmişdir. İş materiallarında olan əmlaka dair qiymətləndirmə aktından görünür ki, ** GH *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 200 markalı avtomobilə cəmi 4700 manat ziyan dəymişdir. İş materiallarında olan 10.02.2020-ci il tarixli 11 nömrəli ödəniş tapşırığından görünür ki, zərərçəkən X7 ASC Standart İnsurance Sığorta Şirkəti tərəfindən 650 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 11.02.2020-ci il tarixli 22 nömrəli ödəniş tapşırığından görünür ki, zərərçəkən X7 ASC Standart İnsurance Sığorta Şirkəti tərəfindən 4700 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 10.02.2020-ci il tarixli 9 nömrəli ödəniş tapşırığından görünür ki, zərərçəkən X6 ASC Standart İnsurance Sığorta Şirkəti tərəfindən 750 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 28.01.2020-ci il tarixli 92 nömrəli ödəniş tapşırığından görünür ki, zərərçəkən X1 ASC Standart İnsurance Sığorta Şirkəti tərəfindən 600 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 27.01.2020-ci il tarixli 18 nömrəli ödəniş tapşırığından görünür ki, zərərçəkən X3 ASC Standart İnsurance Sığorta Şirkəti tərəfindən 600 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Yol-Nəqliyyat Hadisəsinə dair ərizədən görünür ki, ləğvetmə prossesində olan (LPO)ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış “X21” minik markalı, **-GT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə edərkən, qəza şəraiti yaradaraq X4 darə etdiyi “Mercedes” markalı **-GH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, hadisə yerindən yayınmışdır. Nəticədə “Mercedes” markalı **-GH-*** dövlət nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. İş materiallarında olan Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi Orxan Süleymanlının cinayət işinin başlanmasının rədd edilməsi barədə 30.12.2019-cu il tarixli qərardadn görünür ki, toplanmı material üzrə Cavabdeh əməllərində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Cavabdeh barəsində AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Səbail RPİ-ninDYPŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsi əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə hesab edir ki, nəqliyyat vasitələrinin toqquşması Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində baş verdiyindən və qanunvericiliyin tələbinə görə cavabdeh məsuliyyət daşıdığından, İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin dəymiş zərərin aradan qaldırılması üçün ödənilən pul vəsaitini reqres qaydasında cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 7300 (yeddi min üç yüz) manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2486/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2486/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver