Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2488/2022 14.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “qərarın ləğv edilməsi, qadağanın götürülməsi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “qərarın ləğv edilməsi, qadağanın götürülməsi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayon Məhkəməsinin 5(001)- 442/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli qərarının ləğv edilməsi, qadağanın götürülməsi, 2000 manat maddi, 3000 manat mənəvi ziyan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədləri məhkəmə nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Binəqədi rayon Məhkəməsinin 5(001)- 442/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli qərarının ləğv edilməsini, mülkiyyətində olan əmlak üzərinə qoyulmuş qadağanın götürülməsini və Azərbaycan Respublikası Baş Prokurorluğundan maddi və mənəvi ziyan tələb edir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə uyğun olaraq ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddialarainzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, Binəqədi rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər, Baş Prokurorluğuna qarşı maddi və mənəvi ziyanın tutulması ilə bağlı Bakı İnzibati Məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 266-268-ci maddələrinə əsasən, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “qərarın ləğv edilməsi, qadağanın götürülməsi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya aidiyyəti üzrə qərardadda qeyd edilən məhkəmələrə müraciət etmək hüququ izah olunsun. Qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2488/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2488/2022
14.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver