Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2517/2022 27.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi ilə, İddiaçı Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin cavabdehlər “X1 Kompleksi” MTK-ya, Cavabdeh1 qarşı “mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi və yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti cavabdehlər “X1 Kompleksi” MTKya, Cavabdeh1 qarşı “mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi və yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “X1 Kompleksi” MTK tərəfindən Cavabdeh1 203.000 (iki yüz üç min) manat kompensasiya ödənilməklə sonuncunun Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 2 saylı evin 36 nömrəli mənzilin üzərindəki mülkiyyət hüququna xitam verilməsi və həmin mənzilin boşaldılaraq cavabdeh MTK-ya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin baxılmamış saxlanılmasını və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin cavabdehlər “X1 Kompleksi” MTK-ya, Cavabdeh1 qarşı “mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi və yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) şikayət verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2517/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2517/2022
27.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver