Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2521/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, ərizəçi Azərbaycan Respublikasının Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, ərizəçi Azərbaycan Respublikasının Ərizəçi (maraqlı-şəxs: “Maraqlı şəxs1” internet informasiya ehtiyatının sahibi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) «internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində 11 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının Ərizəçi ərizə və ərizəyə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, “Maraqlı şəxs1” domen adı altında fəaliyyət göstərən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, yayılması qadağan edilən məlumatların yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə 01 dekabr 2023-cü il tarixli məktubla Azərbaycan Respublikasının Ərizəçinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən müraciət ünvanlanmışdır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Bu səbəbdən domen adı qeyd olunan internet informasiya ehtiyatının elektron poçt ünvanına yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasına dair tələbin göstərildiyi xəbərdarlıq edilmişdir. Lakin maraqlı şəxs tərəfindən yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizəyə uyğun məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə Azər. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda “Maraqlı şəxs1” internet informasiya ehtiyatının bloklanmasının zəruriliyi qeyd edilmişdir. Məktubda eyni zamanda qeyd edilmişdir ki, təqsirləndirilən şəxs Əziz Orucovun faktiki rəhbərliyi və nəzarəti altında, media subyekti kimi Media Reyestrinə daxil edilmədən ünvan 1 ünvanında fəaliyyət göstərən “Maraqlı şəxs1” onlayn media portalında “Kütləvi İnformasiya vasitələri haqqında” və “Media haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbləri mütəmadi və qərəzli şəkildə pozularaq tənqid obyektlərinin mövqeyinin öyrənilib bildirilməsinə önəm verilməməklə peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verilmiş, müxtəlif dövlət orqanlarında çalışan şəxslər barəsində təhqir və böhtan xarakteri daşıyan, şəxsi həyatın toxunulmazılığını pozan, fiziki şəxslərin şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan və ya təhrif edilmiş, məzmununda nüfuzdansalıcı, yalnış və qərəzli fikirlərin yer aldığı xəbər və materiallar dərc edilmiş, nəticədə həmin xəbər portalının fəaliyyəti insanlar arasında mətbuata və jurnalist peşəsinə qarşı inamsızlıq yaradıb uzun müddət vətəndaş cəmiyyətini dəqiq və qərəzsiz informasiya ilə təmin etmək qabiliyyətinə mənfi təsir göstərmişdir. Məhkəmə işin hüquqi həlli ilə bağlı bildirir ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. Bununla yanaşı, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Qanun eyni zamanda yayılması qadağan edilən informasiyaların siyahısını müəyyənləşdirir. Eyni Qanunun 13-2.4 və 13-2.5-ci maddələrinə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir, host provayder isə öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.9-cu maddəsinə əsasən təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiya hesab olunur. «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 19-cu maddəsinə əsasən, insanın fikir və söz azadlığı hüququ digər şəxslərin hüquqlarına və adına hörmət edilməsi və dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, mənəviyyatının qorunması məqsədilə yalnız qanun çərçivəsində məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Konvensiyasının tələblərindən də göründüyü kimi, fikir və söz azadlığı həyata keçilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 355-20.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir. Beləliklə məhkəmə qeyd edir ki, “Maraqlı şəxs1” internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.9-cu maddəsinin tələbi pozulmuşdur. Məhkəmə hesab edir ki, informasiya ehtiyatlarının istifadə olunması, işlənməsi, informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin istehsalı və tətbiqi sahəsində fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi və qanun pozuntularının qarşısının alınması, pozulmuş hüquqların bərpa edilməsi, habelə cəmiyyətin ümumi maraqlarını təmin etmək məqsədilə internet informasiya ehtiyatına müracətin məhdudlaşdırılması təmin olunmalı, “Maraqlı şəxs1” informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməlidir. Qanunverici informasiyanın yayılması əsasında informasiya ehtiyatlarının mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətlərin tənzimlənməsi və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını təmin etmək baxımından internet informasiya ehtiyatına müracətin məhdudlaşdırılması haqqında işlər üzrə xüsusi icraat qaydasını müəyyən etmiş xüsusi institutu nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-22.3-cü və 355-22.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 35520- 355-22-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Maraqlı şəxs1” informasiya ehtiyatına müraciət məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən apellyasiya şikayəti tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2521/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2521/2023
11.12.2023 · Yayılması qanunla qadağa edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver