Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2531/2021 23.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdehr Həsən oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 200 manat məbləğində verilmiş sığorta ödənişinin və 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 06 may 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış «Kia Optima» markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 22 aprel 2021-ci il tarixdə Bakı şəhərində Şahid tərəfindən idarə olunan «Toyota Prius» markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Nəsimi rayon DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerini tərk etmişdir. Zərərçəkənə avtomobilinin zədələnməsi ilə bağlı 200 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə və verilmiş iddia tələbinə dair uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, 22.04.2021-ci il tarixdə, saat 17.21 radələrində özünə məxsus «Kia Optima» markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Səməd Vurğun küçəsi ilə hərəkət etdiyi zaman sola manevr etmiş və nəticədə onun avtomobilinin sol güzgüsü ondan solda hərəkət edən «Toyota Prius» markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünə toxunmuşdur. Hadisə nəticəsində onun avtomobilinin sol yan güzgüsünün şüşəsi sınmışdır. «Toyota Prius» markalı avtomobilin də yalnız güzgüsü zədələnmiş, avtomobildə başqa zədə olmamışdır. Bu hadisə barəsində heç bir dövlət orqanına məlumat verməmişdir. Hadisə nəticəsində avtomobillərin yalnız güzgüləri zədələndiyindən və «Toyota Prius» markalı avtomobilin sürücüsü ilə heç bir razılığa gəlmədikləri üçün o, hadisə yerindən çıxıb getmişdir. Hadisə nəticəsində «Toyota Prius» markalı avtomobilin yalnız güzgüsü zədələndiyindən və bu öz əksini həmçinin X1 əməkdaşının tərtib etdiyi arayışda da öz əksini tapdığından, o, qüsur aktında göstərilənlərlə razı deyil, belə ki, həmin avtomobildə heç bir sürtünmə izləri olmamışdır. Məhkəmə iclasında şahid qismndə dindirilən Şahid ifadəsində göstərdi ki, o, 22.04.2021-ci il tarixdə, saat 17.25 radələrində özünə məxsus «Toyota Prius» markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobillə Səməd Vurğun küçəsi ilə Nəsimi heykəli istiqamətində düzünə hərəkət etdiyi zaman, sağ tərəfində gedən qara rəngli “Kia Optima” markalı 99 EJ188 dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin sağ tərəfini vurdu. Onlar hadisə yerində maşınlarını saxladılar və o, həmin sürücüyə bildirdi ki, günah ondadır, yerində məsələni həll etsinlər, lakin həmin sürücü onunla razılaşmadı və hadisə yerini tərk etdi və yol polisinin gəlməyini də gözləməkdən imtina etdi. O bu hadisə barədə, hadisə yerini tərk etmədən 102 məlumat mərkəzinə zəng etdi. Hadisə nəticəsində onun avtomobilinin sağ güzgüsü tamamilə sındı, maşınların sürtünməsi nəticəsində onun avtomobilində ön sağ qanadın, arxa sağ qanadın, ön sağ qapının üzərində sürtünmə izləri olduğundan həmin hissələri təmir etdirməli oldu. Məhkəmə işə baxıb, tərəflərin izahatını, şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan 29.05.2021-ci il tarixli sığorta ödənişi ilə bağlı aktdan görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən avtomobilin zədələnməsi ilə əlaqədar zərərçəkən Şahid ödənilməsi üçün 200 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. İş materiallarında olan 01 iyun 2021-ci il tarixli, 85616 №-li ödəniş tapşırığından görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən Şahid 200 manat ödənilmişdir. İş materiallarında olan dəymiş zərərin hesablanmasına dair 05.05.2021-ci il tarixli aktdan görünür ki, «Toyota Prius» markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobilə 200 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Nəsimi rayon DYPŞ-nın 23.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, 22.04.2021-ci il tarixdə, saat 17.21 radələrində Cavabdeh «Kia Optima» markalı 99 EJ188 dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Nəsimi rayon DYPŞ-nın əməkdaşının 23 aprel 2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh 22.04.2021-ci il tarixdə, saat 17.21 radələrində, «Kia Optima» markalı 99 EJ188 dövlət qeydiyyat nişanlı avtomobillə S.Vurğun küçəsi ilə hərəkət edərkən sola manevr edib, özündən solda duran, hərəkətdə olan «Toyota Prius» markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerin tərk etmişdir. Hadisə zamanı xəsarət alan olmayıb. İnzibati xəta nəticəsində Şahid maddi zərər yetirilmişdir. İş materiallarında olan Nəqliyyat vasitələrinin zəədələnməsi barədə 22.04.2021ci il tarixli, 043453 №-li arayışdan görünür ki, 22.04.2021-ci il tarixdə, saat 17.21 radələrində, S.Vurğun küçəsində yol-nəqliyyat hadisəsində «Toyota Prius» markalı 99 UL624 dövlət qeydiyyat nişanlı avtomobil qeyd olunan xarici əzintilər almışdır: sağ güzgünün zədələnməsi. İş materiallarında olan 23.04.2021-ci il tarixli Nəsimi RPİ DYPŞ-nə Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, 22,04.2021-ci il tarixdə təxminən saat 17.21 radələrində S.Vurğun küçəsi ilə özünə məxsus «Kia Optima» markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdiyi zaman sola manevr edərkən nəticədə sol güzgüsü solda hərəkət edən «Toyota Prius» markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünə toxundu. Hadisədə onun sol yan güzgüsünün şüşəsi sındı. Sığortanın çağırılmasından imtina etdi. Bu səbəbdən o, hadisə yerindən getdi. Bu hadisə barəsində heç bir dövlət orqanına məlumat verməmişdir. Hadisədən bir saat sonra ona zəng vuraraq şöbəyə dəvət etmişlər. Hadisə yerində xəsarət alan yoxdur. Ziyan ancaq onun maşınının yan güzgüsüdür. Təqdim olunmuş 23.04.2021-ci il tarixli Nəsimi RPİ DYPŞ-nə Şahid Firuddin oğlu tərəfindən verilmiş izahatdan görünür ki, 22.04.2021-ci il tarixdə, saat 17.25 radələrində özünə məxsus «Toyota Prius» markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobillə Səməd Vurğun küçəsi ilə Nəsimi heykəli istiqamətində düzünə hərəkət etdiyi zaman sağ tərəfində gələn qara rəngli «Kia Optima» markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin sağ tərəfini vurdu. Onlar hadisə yerində maşınlarını saxladılar və o ona bildirdi ki, günah ondadır yerində həll etsinlər, lakin o onunla razılaşmadı və hadisə yerini tərk etdi və yol polisinin gəlməyini də gözləməkdən imtina etdi. O da bu hadisə barədə, hadisə yerini tərk etmədən 102 məlumat mərkəzinə zəng etdi. Hadisə zamanı xəsarət alan yoxdur, onun avtomobilinə maddi zərər dəymişdir. Məhkəmə iclasında sübutlarən tədqiqi ilə müəyyən olundu ki, "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitələrinin tam sığortası» növü üzrə sığortalanmış «Kia Optima» markalı 99 EJ188 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 22 aprel 2021-ci il tarixdə Bakı şəhərində Şahid tərəfindən idarə olunan «Toyota Prius» markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Nəsimi rayon DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerini tərk etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar 200 manat məbləğində sığorta ödənişi Şahid Firuddin oğluna ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, nəqliyyat vasitələrinin toqquşması Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində baş verdiyindən və qanunvericiliyin tələbinə görə Cavabdeh məsuliyyət daşıdığından, "xxxx" ASC dəymiş zərərin aradan qaldırılması üçün ödənilən pul vəsaitini subroqasiya qaydasında delikt törətmiş şəxs Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 200 (iki yüz) manat sığorta haqqı və ödənilmiş 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2531/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2531/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver