Məhkəmə qərarları › İş №2(009)-254/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-254/2023

13.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-254/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı3 Cavabdehnə qarşı ailə başçısını itirməyə görə zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdehnə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin təqsiri səbəbindən həlak olmuş X2 orta aylıq əmək haqqının 100% 1497 manat miqdarında aylıq ödəncin Cavabdehndən tutularaq ailə başçısını itirmiş İddiaçı3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbi belə əsaslandırmışlar ki, xx.xx.2020-ci il tarixdə Qürbət Rəsulov iş vaxtı, yeni nasosxananın quraşdırılması zamanı nasosxananın paylayıcı quruluş hissəsində montaj işləri apararkən yüksək gərginlikli elektrik təsirinə məruz qalmış, “təcili yardım”la tibb məntəqəsinə aparılarkən aldığı xəsarətdən yolda vəfat etmişdir. Faktla bağlı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayt işi başlanılmış və cavabdehin işçisi, 1 saylı şəbəkə rayonunun rəis müavini Baxşəliyev Əlzamin cinayət məsuliyyətinə cəlb edilmişdir. İstintaq orqanının xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı1 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Həmin iş üzrə Cavabdehın işçisi olan Baxşəliyev Əlzamin təqsirli bilinmiş və Pirallahı rayon Məhkəməsinin 1(094)-18/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmişdir. Mərhumun arvadı və digər iddiaçı 1937-ci təvəllüdlü mərhumun anası, İddiaçı2 X25in himayəsində olmuş və onun ölümü nəticəsində ailə başçısı itirilmiş, ailə yeganə gəlir mənbəyindən məhrum olmuşdur. Ailənin heç bir yerdən qazancı və gəliri yoxdur. Qanunvericiliyin tələblərinə görə cavabdehin təqsiri nəticəsində ailə başçısını itirmiş şəxslərə, mərhumun arvadına ailə başçısını itirməyə görə əldən çıxan fayda kimi dəymiş zərərin əvəzi ödənilməlidir. Mərhumun orta aylıq əmək haqqı miqdarında arvadına ömürlük ödənc təyin edilməlidir. Cavabdehin verilmiş sorğuya xx.xx.2022-ci il tarixli cavabından görünür ki, işəgötürənin təqsiri səbəbindən həlak olmuş X2 orta aylıq əmək haqqı 1497 manat olmuşdur. 20 fevral 2023-cü il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə barədə əlavə təqdim edərək, iddia ərizəsinə dəqiqləşdirmə apararaq iddia tələbi üzrə iddiaçı qismində işə yalnız İddiaçı3 cəlb olunmasını, digər iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiaçılar siyahısından çıxarılmasının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə hazırlıq iclasında cavabdehin etirazını təqdim edərək bildirmişdir ki, iddia tələbini əsassız hesab edir, belə ki, xx.xx.2020-ci il tarixdə X5 əmək mühafizəsi qaydalarını pozması nəticəsində X2 ağır xəsarətlər alaraq ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. X7 barəsində Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işi başlanılmış və o, törətdiyi cinayət əməlinə görə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 1(094)- 18/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilinərək, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan əlavə, Qürbət Rəsulovun vəfatı ilə əlaqədar sığorta şirkəti tərəfindən iddiaçılara 29082.69 manat məbləğində pul ödənilmişdir. X1 orta aylıq əmək haqqı ödəncinin ödənilməsini xahiş edilən mərhumun həyat yoldaşı İddiaçı3 Q.Rəsulovun vəfat etdiyi xx.xx.2020-ci il tarixədək əmək qabiliyyəti olduğundan, hətta hazıradək əmək qabiliyyəti olduğundan İddiaçı3nm mərhum Qürbət Rəsulovun orta aylıq əmək haqqını alma hüququ yoxdur. Belə ki, DSMF-nin 1 saylı X6 xx.xx.2023-cü il tarixli sorğuya cavabından görünür ki, İddiaçı3 əlilliyə görə heç bir növ pensiya və müavinət almır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.1.2-ci maddəsinə əsasən, Zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər zərərin əvəzinin ödənilməsi hüququ vardır. İddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçı tərəfin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X26 1 saylı X6 vəkil sorğusuna xx.xx.2023-cü il tarixli, 3-17-1/2-15950/2023 nömrəli cavab məktubundan görünür ki, Xacmaz rayonu Həsənqala kəndində doğulmuş və Həsənqala kəndində qeydiyyatda olan İddiaçı3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X27 Şəxsinin 1 saylı Quba-Xaçmaz regional filialından əlilliyə görə heç bir növ pensiya və müavinət almır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3, xx.xx.1963-cü ildə Xaçmaz rayonu, Həsənqala kəndində anadan olmuş, Xaçmaz rayonu, Həsənqala kəndində qeydiyyatdadır. İş materiallarında olan İV JQ 425868 nömrəli, xx.xx.1988-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X13 arasında nikah 20 iyul 1988-ci il tarixdə bağlanmış, 41 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan AZ-İİ 123806 nömrəlixx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 08 oktyabr 2020-ci il tarixdə elektrik cərayanının təsirindən ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 oktyabr 2020-ci il tarixdə 75 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 18 yanvar 2021-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərarın surətindən görünür ki, İddiaçı1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması qərara alınmışdır. İş materiallarında olan AZE seriyalı, 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1, xx.xx.1989-cu ildə Xaçmaz rayonu, Həsənqala kəndində anadan olmuş, Xaçmaz rayonu, Həsənqala kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, BD16 nömrəli ödəniş tapşırığından görünür ki, Paşa Həyat Sığorta ASC tərəfindən İddiaçı2 29082.69 manat məbləğində pul ödənişi edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3794/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı (X22 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə aktından görünür ki, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 1(094)-18/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən X10 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyətlə məşğul olma hüququndan məhrum edilməməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, X3 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş cəza şərti hesab olunmuş və ona 2 il sınaq müddəti müəyyən edilmişdir. “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsinin 1/2020 saylı “İstehsalatda bədbəxt hadisə haqqında“ Aktın surətinə əsasən 1964-cü il təvəllüdlü X9 xx.xx.2020-ci il tarixdə, saat 17:30 radələrində, X24 ilkin hazırlanması və nəqli sahəsində yerləşən Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin 1 saylı şəbəkə rayonunda yerləşən PQ-40-ın daxilində bədbəxt hadisə nəticəsində elektrik gərginliyinin təsirinə məruz qalaraq, tibb məntəqəsinə aparılmış və aldığı xəsarətdən yolda vəfat etmişdir. İş materiallarında olan “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsinin vəkjil sorğusuna xx.xx.2022-ci il tarixli, 01-12/57 nömrəli cavab məktubundan görünür ki, «28 May» NQÇİ-nin keçmiş işçisi mərhum X4 2018-2020-ci illər üzrə hesablanmış orta əmək haqqıaşağıdakı kimi olmuşdur: 2018-ci il üzrə 15182,97 manat, 2019-cu il üzrə 16 249,74 manat və 2020-ci il üzrə 14 896,27 manat, cəmi 46328 manat. Beləliklə, İddiaçı3 hazırkı iddia tələbini irəli sürərkən onun faktiki əsası kimi həyat yoldaşı X2 iş vaxtı, yeni nasosxananın quraşdırılması zamanı nasosxananın paylayıcı quruluş hissəsində montaj işləri apararkən yüksək gərginlikli elektrik təsirinə məruz qalaraq ölməsi və onun ölümü nəticəsində ailənin yeganə gəlir mənbəyindən məhrum olmasını göstərmiş və tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1099, 1108.1, 1121, 1122-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinin tələblərinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.1.1-ci maddəsinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərin zərərin əvəzinin ödənilməsi hüququ vardır. Bu baxımdan, məhkəmə, “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinin önəmini vurğulayıb, mülki işin faktiki hallarını nəzərə alaraq, mübahisənin düzgün hüquqi həlli üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində həlak olmuş işçinin ailə üzvlərinə dəymiş zərərə görə ödənclərin verilməsi qaydalarını özündə əks etdirən, ayrı-ayrı normativ aktlarda nəzərdə tutulmuş müddəaların bir-biri ilə əlaqəli şəkildə təhlilini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ və Vİ hissələrinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ əmək hüququnun mühüm tərkib hissəsidir. Təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ sahəvi qanuvericilik aktı olan əmək qanunvericiliyinın bir sıra normalarında da öz əksini tapmışdır. Belə ki, Əmək Məcəlləsində təhlükəsiz və sağlam şəraitdə işləmək hüququndan yaranan, “əməyin mühafizəsi“ adlanan müstəqil hüquq institutu təsis edilmişdir. Əməyin mühafizəsi ilə əlaqədar normaların icrasını təmin edən vasitələrdən biri də əmək qanunvericiliyində nəzərdə tutulmuş əməyin mühafizəsi normalarına və qaydalarına əməl olunmasına nəzarət və işəgötürənin məsuliyyət institutudur. Əmək Məcəlləsinin qeyd edilən fəslində nəzərdə tutulmuş 239-cu maddənin 1-ci hissəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin maddənin 2-ci hissəsinə görə, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191ci maddəsində göstərilən şərtlər olduqda yaranır. ƏM-nin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Göründüyü kimi, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində işəgötürənin işçi qarşısında tam maddi məsuliyyət daşıması üçün sonuncunun təqsirli şəkildə, yəni qəsddən və ya ehtiyatsızlıqla hər hansı əməl törətməsi, işçiyə ziyanın həqiqətən vurulması, işəgötürənin əməlinin, yəni hərəkət və ya hərəkətsizliyinin qanuna zidd olması və bu əməllə onun nəticəsi arasında səbəbli əlaqənin müəyyən olunması zəruridir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin sözügedən qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Digər tərəfdən, mülki qanunvericiliyin ayrı-ayrı müddəalarında zərərin ödənilməsi tələbini özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Hazırkı mübahisə üzrə iddiaçının tələbi (tələbin hüquqi əsası) isə mülki hüquq pozuntusuna (deliktə) söykənir. İddia ərizəsində də tələb Mülki Məcəllənin Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər fəslində yer alan 1121-ci və digər maddələrinə əsaslanmaqla irəli sürülmüşdür. Mülki hüquq pozuntusunun anlayışını, ünsürlərini və ümumi qaydalarını müəyyən edən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1121.1.1-ci və 1121.1.3-cü maddələrinə əsasən, ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər, habelə zərərçəkənin öldüyü halda ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanların rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq zərərin əvəzinin ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğinin təsdiq edilməsi haqqında 09 yanvar 2003-cü il, 3 №-li qərarının 1.1-ci bəndinə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Həmin qərarın 1.3-cü bəndinə görə, aşağıdakı sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə. Göründüyü kimi, qeyd edilən normativ hüquqi aktlara görə, mülki hüquq pozuntusu üzrə tələbin hüquqi əsası kimi aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə və ya həyatına vurulan zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu səbəbdən, Əmək Məcəlləsinin 191 və 239-cu maddələrinin, habelə Nazirlər Kabinetinin İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında 09 yanvar 2003-cü il, 3 №-li qərarının müddəaları ilə Mülki Məcəllənin 1096, 1097 və 1121-ci maddələrinin tələblərinin bir-biri ilə sistemli şəkildə əlaqəli olduğunu diqqətə alaraq, məhkəmə hesab edir ki, hazırkı iş üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində işçinin sağlamlığının pozulmasına və ya bu səbəbdən işçinin həlak olmasına görə işəgötürənin məsuliyyət daşıması üçün ilk növbədə işəgötürənin əməli, yəni hərəkəti və ya hərəkətsizliyi olmalı və bu əməl qeyri-hüquqi (qanunvericiliyə zidd) olmalıdır. Əməlin qeyri-hüquqi olması dedikdə, onu törədən şəxs tərəfindən hansısa hüquq normasının pozulması başa düşülür. Bundan əlavə, Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında vurğulanmışdır ki, əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. Əmək Məcəlləsinin 215-ci maddəsində işəgötürənin əməyin mühafizəsi sahəsində konkret vəzifələri müəyyən edilmişdir. Həmin vəzifələrin yerinə yetirilməməsi (və ya lazımınca yerinə yetirilməməsi) Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa əsasən işəgötürənin maddi məsuliyyət daşımasına səbəb ola bilər. Nazirlər Kabinetinin də adı çəkilən qərarının 1.3-cü bəndində açıqca göstərilmişdir ki, zərərin ödənilməsi üçün peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi ilə yanaşı, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarı (yəni, hər iki sənəd) olmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə X5 əmək mühafizəsi qaydalarını pozması nəticəsində X2 ağır xəsarətlər alaraq ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. X7 barəsində Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işi başlanılmış və o, törətdiyi cinayət əməlinə görə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 1(094)-18/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilinərək, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qürbət Rəsulovun vəfatı ilə əlaqədar sığorta şirkəti tərəfindən mərhumun ailə üzvlərinə 29082.69 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən olundu ki, X1 orta aylıq əmək haqqı ödəncinin ödənilməsini xahiş edilən mərhumun həyat yoldaşı İddiaçı3 Q.Rəsulovun vəfat etdiyi xx.xx.2020-ci il tarixədək əmək qabiliyyəti olduğundan, hətta hazıradək əmək qabiliyyətlidir. Belə ki, DSMF-nin 1 saylı X6 xx.xx.2023-cü il tarixli sorğuya cavabından görünür ki, İddiaçı3 əlilliyə görə heç bir növ pensiya və müavinət almır. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı3nm mərhum həyat yoldaşı Qürbət Rəsulovun orta aylıq əmək haqqını alma hüququ yoxdur. Ona görə də, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı3nm mərhum həyat yoldaşı Qürbət Rəsulovun orta aylıq əmək haqqını alma hüququ yoxdur.Ona görə də, İddiaçı3 Cavabdehnə qarşı ailə başçısını itirməyə görə zərərin əvəzinin ödənilməsi tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı3 Cavabdehnə qarşı ailə başçısını itirməyə görə zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar