Məhkəmə qərarları › İş №2(009)-2545/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2545/2022

22.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2545/2022 22.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" KB ASC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun, əmlakın qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələrinin və onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələblərinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" KB ASC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun, əmlakın qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələrinin və onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıdakı əsaslara görə iddiaçıya geri qaytarılmalıdır. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Prosessual qanunvericiliyin tələbinə əsasən hüquqi şəxsə qarşı iddia onun rəsmi ünvanı üzrə verilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet portalından əldə edilmiş axtarışın nəticələrindən müəyyən olunur ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1 cavabdeh "xxxx" MMCnin hüquqi ünvanı iddia ərizəsində ünvan 2 ünvanı ünvan 3ayətzadə küçəsi 156 (20A), saylı ünvan Səbail rayonu ərazisində deyil, Nərimanov rayon ərazisində yerləşir. Digər tərəfdən hakim qeyd edir ki, cavabdeh "xxxx" MMC -nin rəsmi hüquqi ünvanı isə ünvan 6 ikinci cavabdehin hüquqi ünvanı da Nəsimi rayonu ərazisində yerləşdiyi üçün irəli sürülmüş iddia tələbinə Səbail rayon Məhkəməsində baxıla bilməz. Belə ki, prosessual qanunvericiliyin yuxarıda göstərilən tələbinə əsasən iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir və iddia bir neçə cavabdehə qarşı verilirsə iddiaçı seçim hüququndan istifadə edərək iddianı cavabdehlərdən birinin hüquqi ünvanı üzrə yerləşən məhkəməyə verə bilər. AR MPM-nin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Beləliklə hakim hesab edir ki, iş üzrə cavabdeh hüquqi şəxsinlərin hüquqi ünvanları Səbail rayonunda olmadığından, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı cavabdehin hüquqi ünvanı olduğu ərazi üzrə seçim hüququndan istifadə edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə və ya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunan iddianı təmini tədbiri barədə vəsatət də AR MPM-nin tələblərinə uyğun deyil. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş AR MPM-nin 157-ci maddəsinin yeni redaksiyasına görə iddianı təmini tədbiri müvəqqəti təminat tədbiri kimi ayrıca icraat şəklində baxılır. AR MPM-nin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmələ iddia ərizəsi verilənədək, idida ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri haqqında əsaslandırılmış ərizə mübahisəni həll edən hakim tərəfindən daxil olduğu gündən təxirə salınmadan ayrıca icraatda baxılır. Göründüyü kimi qanunun tələblərinə əsasən müvəqqəti təminat tədbirinə dair verilən ərizə, iddia ərizəsi ilə birlikdə bir icraatda baxıla bilməz. Həmin ərizə ayrıca icraatda baxılmalı və həll edilməlidir. İddiaçı tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə əvəzinə iddianı təmini tədbiri barədə vəsatət verilmişdir. AR MPM-nin 159.4.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri barədə ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə, məhkəmə müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir. Beləliklə, hakim hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi və iddianı təmini tədbiri kimi verilmiş ərizə AR MPM-nin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" KB ASC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun, əmlakın qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələrinin və onun əsasında bağlanmış müqavilənin etibarsız heab edilməsi və çıxarışın ləğv edilməsi tələblərinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyət qaydalarına riayət edilməklə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar