Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2556/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı Azərbaycan Respublikasının X1, Azərbaycan Respublikasının Baş X2 qarşı kompensasiya ödənilməsi və aylıq pensiyanın təyin edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Azərbaycan Respublikasının X1, Azərbaycan Respublikasının Baş X2 qarşı kompensasiya ödənilməsi və aylıq pensiyanın təyin edilməsi tələbinə dair iddia iddia ilə məhkəməyə müraciət edərək, ona vurulmuş ******* manat kompensasiyanın ödənilməsi və aylıq pensiyasının 1709 manat təyin edilməsi barədə qərar verilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx xxxx 2011-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən “Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsiszliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” haqqında 27-ci fəsil çıxarılmışdır. Belə olduğu təqdirdə, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılması üçün prosessual normalar mövcud deyildir. Məhkəmə qeyd edir ki, xx xxxx 2009-cu ildən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qəbul edilmişdir və həmin Məcəllə x xxxxxx 2011-ci il tarixdən qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, milki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 261, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının X1, Azərbaycan Respublikasının Baş X2 qarşı kompensasiya ödənilməsi və aylıq pensiyanın təyin edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2556/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2556/2020
19.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver