Məhkəmə qərarları › İş №2(009)-256/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-256/2022

14.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-256/2022 14.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının və onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «kompensasiya» tələbinə dair iddiası üzrə mülki işə 14 yanvar 2022-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «kompensasiya» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Məmmədyarov küçəsində yerləşən 13 saylı mənzilin əvəzinə ona düşən 53.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, onlar Bakı şəhəri, Səbail rayonu, Məmmədyarov küçəsində yerləşən 13 saylı mənzildən çıxarıldıqları gündən bugünədək mənzillə təmin olunmamışlar. Səbail rayon Məhkəməsinin 09.11.2007-ci il tarixli qətnaməsi ilə İddiaçı və X2 ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Məmmədyarov küçəsində yerləşən 13 saylı mənzilin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin olunmaları vəzifəsi Bakı şəhər İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə həvalə edilmişdir.Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin bu müddət ərzində icra başçısı onları mənzil sahəsi ilə təmin etmək üçün boş yaşayış sahəsinin olmadığını,əgər iddiaçılar kompensasiya tələbinə dair məhkəməyə müraciət edərlərsə, İcra Hakimiyyətinin bu tələbi qəbul edərək, kompensasiyanı ödəyəcəklərini bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə Azər. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2009-cu il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın məzmunundan görünür ki, İddiaçı və X4 Bakı şəhər İcra Hakimiyyətinə və “İçərişəhər” X1rşı “başqa yaşayış sahəsi ilə təmin edilmələri vəzifəsinin həvalə edilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin 09 noyabr 2007-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçıların ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Səbail rayonu, Məmmədyarov küçəsində yerləşən 13 saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin etmək vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinə və “İçərişəhər” X5 Qoruğuna həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin 09 noyabr 2007-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş və qətnamə iddiaçıların ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Səbail rayonu, Məmmədyarov küçəsində yerləşən 13 saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin etmək vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2008-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli qətnaməsi icraya yönəldilmişdir. "xxxx" Şirkətinin ƏEM/İ 43-599/21 saylı 11 iyun 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Məmmədyarov küçəsində yerləşən 13 saylı evin (hazırda sökülmüş) 11 iyun 2021-ci il tarixinə hesablanmış bazar dəyəri 229,500 manat təşkil edir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Məmmədyarov küçəsində yerləşən 13 saylı evdə qeydiyyatda olmuşdur. Sözügedən ev əsaslı təmir üçün “Bərpaçı” baş idarənin planına salınmış və boşaldılmışdır. Mənzil boşaldıqdan sonra İddiaçı heç bir mənzillə təmin olunmadığından məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə sökülmüş evlərinin əvəzinə onların yaşayış sahəsi ilə təmin olunmaları vəzifəsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİ bəndinə əsasən Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Qeyd olunan hüquq normalarına istinad edərək məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli qətnaməsi qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir və icra mərhələsindədir. Hazırki halda iddia tələbinin təmin olunması həmin qətnamənin icrasını lüzumsuz edə bilər ki, belə olan halda məhkəmə qətnaməsinin icrasının məcburiliyinə xələl gələ bilər. Beləliklə, iddiaçının ərizəsində dəyərinin tutulmasını xahiş etdiyi evin əvəzinə onun abad yaşayış sahəsi ilə təmin olunması vəzifəsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edildiyi, habelə məhkəmə qətnaməsinin icrası məcburi olduğu üçün iddia tələbinin təmin olunması Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli qətnaməsinin icrasına manelər yarada biləcəyindən təmin olunmamalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nın 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırki işdə hər iki iddia tələbi təmin olunmadığından, ödənilmiş dövlət rüsumları və ekspert tədqiqatının dəyəri tərəflərin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «kompensasiya» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar