Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2570/2025 19.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Səbail rayon Sukanal idarəsinə və Cavabdeh2 qarşı su və kanalizasiya xətlərinin çəkilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Səbail rayon Sukanal idarəsinə və Cavabdeh2 qarşı su və kanalizasiya xətlərinin çəkilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8, mənzil 54 onun xüsusi şəxsi mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli, xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarışı da vardır. Xüsusi mülkiyyətində olan mənzildən tam istifadə edə bilmir. Mənzilində su və kanalizasiya xətti mövcud deyildir. O, bu hüquqdan məhrum olmuşdur. Bu barədə səlahiyyətli bütün dövlət inzibati orqanlarına tərəfindən rəsmi məlumatlar, müraciətlər və ərizələr verilmişdir. Son ərizə xx.xx.2025-ci il tarixdə ərazi üzrə Bakı şəhəri Səbail rayon Su kanal idarəsinə verilmişdir. Cavabdeh tərəf inzibati orqan xx.xx.2025-ci il tarixli məktubu ilə ərizəsinə imtina cavabı vermişdir. Cavabdeh tərəfin imtinasını aşağıda göstərilən əsaslara görə tamamilə əsassız sayır, imtina məktubunda X5 İdarəsi göstərir ki, mənzilin daxilində “sanitar” otağı yaratmaq və yeni su kanalizasiya xətti çəkmək idarənin səlahiyyətinə aid deyildir, mənzildə hər hansı bir dəyişiklik edərək qazıntı işlərinin icra edilməsinə görə Su Kanal İdarəsi məsuliyyət daşımır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizaiı xidməti” X4n xx.xx.2025-ci il tarixdə ərizəsinə baxılmış və Səbail rayon Su Kanalına göstəriş verilmişdir ki, mənzilin yaşayış binasının daxilində yerləşdiyi və həmin binanın su və kanalizasiya şəbəkələrinə qoşulduğunu abonent qeydiyyatına alındığını nəzərə alaraq mənzilin su və kanalizasiya xətləri yaşayış binasının daxili su və kanalizasiya şəbəkələri ilə əlaqələndirilməsi barədə iş Səbail rayon Su Kanalı idarəsinə göstəriş vermişdir. Daha sonra mülkiyyətində olan mənzilin su və kanalizasiya xəttinin çəkilməsi ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında X2, inkişafı və bərpası üzrə Dövlət xidməti idarəsinin xx.xx.2024-cü il tarixdə etdiyi müraciətinə baxaraq, sənədlərin hazırlanması ilə bağlı konsultasiyası üçün müvafiq sahədə böyük təcrübəyə malik "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinə müraciət etməsi tövsiyyə edilmişdir. "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinə etdiyi müraciətə xx.xx.2024-cü il tarixdə baxılmış, mütəxəssis göndərilmiş, mənzilə yerində baxış keçirilmişdir. Mənzil bir otaqdan ibarətdir və ikinci mərtəbədə yerləşir. Binada daxili su və kanalizasiya xətləri mövcud deyildir. Xətlər həyət tərəfdə binanın fasadına sonradan quraşdırılmışdır. Mənzil mövcud su və kanalizasiya xəttindən aralıda küçə tərəfdə yerləşir. Bununla əlaqədar olaraq yaşadığı rayon üzrə su və kanalizasiya idarəsinə lazımi layihə sənədlərinin hazırlanması üçün müraciət edə bilməsi tövsiyə edilmişdir. Onun Səbail rayon Su Kanal idarəsinə etdiyi whatsapp danışığında ona cavabları bu oldu ki, “Salam. Biz heç bir mənzildə kanalizasiya ya da ki, su şəbəkəsi qurmuruq. Əgər deyirsiniz ki, bütün qonşuların mənzilində sanitar qovşağı var, onda siz də, xəttinizi mənzilinizin daxilində çəkin və xəttinizi bizim şəbəkəyə yaxın yerə çıxardın, biz gəlib qoşarıq”. Ona görə də cavabdeh tərəfindən ərizəsinə (müraciətinə) etdiyi imtinanı tamamilə qanunsuz və əsassız hesab edir. Cavabdehin bilavasitə borcu idi ki, ərizəni təmin etsin və üzərinə düşən öhdəliyi yerinə yetirsin. Belə ki, mənzilinin qapısından koridor vasitəsilə X6 idarəsinin şəbəkəsinə yaxın məsafəyədək kanalizasiya xətti mövcuddur. Bu barədə onlara dəfələrlə məlumat vermişdir. Lakin hesab edir ki, onlar bu xəttin tam işlək halına gətirilməsi işlərindən qəsdən yayınırlar. Ona verilən cavab məktubunda həmçinin qeyd olunub ki, bu işlərin görülməsi üçün qonşusu da icazə vermir. Beləliklə hesab edir ki, iddia təmin edilməli və xüsusi mülkiyyətində olan mənzilə su və kanalizasiya xəttinin çəkilməsini cavabdeh Sçbail rayon Su Kanal İdarəsinin üzərinə öhdəlik qoyulmalıdır. X6 İdarəsinə qarşı qaldırdığı iddiada həmçinin 3 ildən çoxdur ki, onu məhkəmələr və polis idarələri qapılarında sürünməyə vadar edən usta Cavabdeh2 da bu məhkəmə prosesinə cəlb edilməsini çox vacib hesab edir. Belə ki, 2021-ci ilin fevral-mart aralığında ünvan 1 ünvanındakı mənzili kanalizasiya xətti ilə təmin etmək məqsədilə koridorda usta Cavabdeh2 öz üzərinə bütün cavabdehliyi, məsuliyyəti götürərək onun tərəfindən işlər həyata keçirilmişdir. Kanalizasiya xəttinin və koridordakı digər işlərin görülməsi üçün o, Cavabdeh2 hissə-hissə cəmi 2900 manatdan çox məbləğdə pul ödəmişdir. 4 il 7 ay keçməsinə baxmayaraq o, ona xəttin işlək vəziyyətini təhvil verməyib. Həmçinin koridorda döşəmə işlərini düzgün yerinə yetirməyib. Belə ki, güclü yağışlar zamanı sel nəticəsində yağış suları ümumi giriş qapısından içəri vurarkən koridora müxtəlif narahatçılıqlar yaradır. X3 Kanal İdarəsindən baxış üçün əməkdaşları dəvət etmişdir. Onlar Ramiz tərəfindən çəkilmiş kanalizasiya xəttinin işlək olacağına 100% zəmanət vermirlər. Ramiz isə israr edir ki, xətt tam qaydasında çəkilib və işlək vəziyyətdədir. Lakin heç vaxt çağırışlarına məhəl qoymur və gəlib xətti ona təhvil vermir. Sonuncu dəfə dəvəti ilə X6 idarəsindən xx.xx.2025-ci il tarixdə texniklər yenidən xəttə baxış keçirdilər və xəttin işlək olmasına təkrar olaraq zəmanət vermədilər. Ramizin özünə də zəng edib bu barədə onun nəzərinə çatdırmışlar. Ramiz yenə israr etmiş və texniklərin xəttə baxışlarının nəticəsini qərəzli hesab etmiş və onunla xx.xx.2025-ci il tarixdə ünvanında görüşüb işini düzgün gördüyünü sübut edəcəyinə söz vermişdir. xx.xx.2025-ci il tarixdə səhər saat 9-dan 11-ə qədər onu ünvanda gözləmişdir. Gəlmədi. Dəfələrlə zəng etməyə çalışmışdır. Lakin telefonunu söndürmüşdür. Xatırladır ki, məhz bu kanalizasiya xəttinin ona təhvil verməməsi və koridordakı digər işlərin düzgün yerinə yetirməməsinə görə o, bütün təmir işlərini yarıda dayandırmışdır. Öhdəçiliyini düzgün yerinə yetirməyən bu adam ona külli məbləğdə maddi və mənəvi ziyan vurmuşdur. Onun qəsdən yaratdığı səhvlərə görə o, 5 ilə yaxındır ki, mənzilinə köçüb yaşaya bilmir. Şəxsi hesablamalarına görə mənzilini kirayə vermiş olsaydı, 2021-ci ilin sentyabr ayından bu günə kimi təxmini 37000 manata yaxın gəlir əldə etmiş olardı. Göstərilənləri nəzərə alaraq iddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8, 54 saylı mənzilə su və kanalizasiya xəttinin çəkilməsi öhdəliyini cavabdehlər Bakı şəhəri Səbail rayon Su Kanal idarəsinə və ünvan 2 ünvanında qeydiyyatda olan usta Cavabdeh2 həvalə edilməsi barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, 2021-ci ildə ev almışdır, evin içərisində mətbəx və sanitar qovşaq olmamışdır, mətbəx və sanitar qovşaq ümumi dəhlizdə yerləşmişdir. Onun tərəfindən mənzildə mətbəx və sanitar qovşaq yaradılıb, lakin kanalizasiya və su xətti mövcud deyil. Pandemiya vaxtı Cavabdeh2 mənzilə kanalizasiya xətti çəkməyi və işlək vəziyyətdə təhvil verməsini öhdəsinə götürmüş, qonşu bildirmişdir ki, ev “drankalı” evdir, kanalizasiya xətti döşəmə qazılmaqla çəkilməlidir, lakin aşağıdakı obyekt var, çox qazılarsa obyektə zərər yetirilər. Ramiz usta ondan pul alaraq kanalizasiya xəttini çəkmiş, lakin maillik olmadığı üçün istifadə edilməsi mümkün olmamışdır. Sukanal İdarəsinin əməkdaşı gəlib baxış keçirilərkən bildirmişdir ki, xətt düzgün çəkilməmişdir, maillik yoxdur. O, da Cavabdeh2 məhkəməyə vermiş və onun xeyrinə ziyan tutulmuşdur. Evdə yaşamaq üçün normal şərait olsa da, kanalizasiya xətti və su olmadığı üçün həmin evdə yaşaya bilmir. Ona görə də qaldırdığı iddianı əsaslı hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Səbail rayon Sukanal idarəsinin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsində yerləşən 8 saylı evin ümumi sahəsi 28,80 kv.m. olan 54 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Həsən-zadə Natiq Lətif oğlunun adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən İddiaçı, surəti: Bakı Regional İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmış, ünvan 4 ünvanında yerləşən binanın (3320 inventar nömrəli) 54 nömrəli mənzilinin kanalizasiya xətlərində təmir işlərinin aparılmasına icazənin verilməsi barədə xx.xx.2024-cü il tarixli müraciətinə aidiyyəti üzrə Mədəniyyət Nazirliyi yanında X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində baxılmışdır. Bildirirlər ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinə əsasən abidələrin üzərində aparılacaq işlərin layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla Mədəniyyət Nazirliyi (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla) tərəfindən təsdiq edilir. Görüləcək təmir işlərinə dair AZS ГОСТ 21.101-2010 standartlarına cavab verən layihə, mövcud vəziyyəti göstərən fotoşəkillər, cizgilər, görüləcək işlər barəsində izahat yazısı və texniki pasport qısa bir zamanda Dövlət Xidmətinə təqdim olunduqdan sonra məsələyə münasibət bildiriləcəkdir. Sənədlərin hazırlanması ilə bağlı konsultasiyası üçün müvafiq sahədə böyük təcrübəyə malik "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmasını tövsiyə edirlər. İş üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı müraciətində Bakı şəhəri, R.Behbudov küçəsi, 8, 54 saylı mənzildə su və kanalizasiya xətlərinin olmamasını qeyd edərək, köməklik göstərilməsi xahiş etmişdir. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidəsi kimi (inv.3320) dövlət qeydiyyatına götürülmüşdür. Müraciətə əsasən Cəmiyyətinin mütəxəssisi tərəfindən mənzilə yerində baxış keçirilmişdir. Mənzil bir otaqdan ibarətdir və ikinci mərtəbədə yerləşir. Binada daxili su və kanalizasiya xətləri mövcud deyil. Xətlər həyət tərəfdə binanın fasadına sonradan quraşdırılmışdır. Mənzil mövcud su və kanalizasiya xəttindən aralıda küçə tərəfdə yerləşir. Bununla əlaqədar olaraq İddiaçı yaşadığı rayon üzrə, su və kanalizasiya idarəsinə lazımi layihə sənədlərinin hazırlanması üçün müraciət edə bilər. İş üzrə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 tərəfindən İddiaçı, surəti Səbail rayon Sukanal İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 4/54 saylı binada yerləşən mənzilin su və kanalizasiya şəbəkələrinə qoşulması ilə bağlı daxil olmuş xx.xx.2025-ci il tarixli 3-53-4/1-H-45xxxx/2025 nömrəli məktuba “iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4ndə baxılmışdır. Qeyd olunan mənzilin yaşayış binasının daxilində yerləşdiyini və həmin binanın su və kanalizasiya şəbəkələrinə qoşulduğunu, abonent qeydiyyatına alındığını nəzərə alaraq mənzilin su və kanalizasiya xətləri yaşayış binasının daxili su və kanalizasiya şəbəkəsi ilə əlaqələndirilsin. İş üzrə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Səbail rayon Sukanal İdarəsi tərəfindən Namiq Həsənzadəyə ünvanlanmış xx.xx.2025ci il tarixli məktubun surətindən görünür ki, Səbail rayon Sukanal İdarəsi bildirir ki, daxil olmuş müraciətlə əlaqədar R.Behbudov küçəsi, 8 mənzil 54 saylı ünvanda kanalizasiya xətləri əməkdaşları tərəfindən müvafiq qaydada araşdırılmışdır. Məlumat üçün bildirirlər ki, bu bina qədim və arxitekturalı binadır və burada “sanitar” otaq mənzillərdə deyil, ümumi dəhlizdə nəzərdə tutulmuşdur. Bu səbəbdən mənzildə daxildə yenidən “sanitar” otağı yaratmaq və yeni kanalizasiya xətti çəkmək idarənin səlahiyyətinə aid deyil. Nəzərinə çatdırırlar ki, bina tarixi dəyərli olduğu üçün mənzildə hər hansı bir dəyişiklik edərək qazıntı işlərinin icra olunmasına görə Sukanal İdarəsi məsuliyyət daşımır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, qərardadda ekspert qarşısında qoyulumş məsələlər xüsusir bilik tələb etməməklə hər hansı tədqiqat metodu ilə həll edilmir və tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Bu səbəbdən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsində yerləşən 8 saylı evin ümumi sahəsi 28,80 kv.m. olan 54 saylı mənzili xx.xx.2021-ci il tarixdən iddiaçının mülkiyyətindədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xüsusi mülkiyyətində olan mənzildən tam istifadə edə bilmir. Mənzilində su və kanalizasiya xətti mövcud deyildir. O, bu hüquqdan məhrum olmuşdur. Bu barədə səlahiyyətli bütün dövlət inzibati orqanlarına tərəfindən rəsmi məlumatlar, müraciətlər və ərizələr verilmişdir. Son ərizə xx.xx.2025-ci il tarixdə ərazi üzrə Bakı şəhəri Səbail rayon Su kanal idarəsinə verilmişdir. Cavabdeh tərəf inzibati orqan xx.xx.2025-ci il tarixli məktubu ilə ərizəsinə imtina cavabı vermişdir. Cavabdeh tərəfin imtinasını aşağıda göstərilən əsaslara görə tamamilə əsassız sayır, imtina məktubunda Səbail Sukanalı İdarəsi göstərir ki, mənzilin daxilində “sanitar” otağı yaratmaq və yeni su kanalizasiya xətti çəkmək idarənin səlahiyyətinə aid deyildir, mənzildə hər hansı bir dəyişiklik edərək qazıntı işlərinin icra edilməsinə görə Su Kanal İdarəsi məsuliyyət daşımır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizaiı xidməti” X4n xx.xx.2025-ci il tarixdə ərizəsinə baxılmış və Səbail rayon Su Kanalına göstəriş verilmişdir ki, mənzilin yaşayış binasının daxilində yerləşdiyi və həmin binanın su və kanalizasiya şəbəkələrinə qoşulduğunu abonent qeydiyyatına alındığını nəzərə alaraq mənzilin su və kanalizasiya xətləri yaşayış binasının daxili su və kanalizasiya şəbəkələri ilə əlaqələndirilməsi barədə iş Səbail rayon Su Kanalı idarəsinə göstəriş vermişdir. Daha sonra mülkiyyətində olan mənzilin su və kanalizasiya xəttinin çəkilməsi ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında X2, inkişafı və bərpası üzrə Dövlət xidməti idarəsinin xx.xx.2024-cü il tarixdə etdiyi müraciətinə baxaraq, sənədlərin hazırlanması ilə bağlı konsultasiyası üçün müvafiq sahədə böyük təcrübəyə malik "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinə müraciət etməsi tövsiyyə edilmişdir. "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinə etdiyi müraciətə xx.xx.2024-cü il tarixdə baxılmış, mütəxəssis göndərilmiş, mənzilə yerində baxış keçirilmişdir. Mənzil bir otaqdan ibarətdir və ikinci mərtəbədə yerləşir. Binada daxili su və kanalizasiya xətləri mövcud deyildir. Xətlər həyət tərəfdə binanın fasadına sonradan quraşdırılmışdır. Mənzil mövcud su və kanalizasiya xəttindən aralıda küçə tərəfdə yerləşir. Bununla əlaqədar olaraq yaşadığı rayon üzrə su və kanalizasiya idarəsinə lazımi layihə sənədlərinin hazırlanması üçün müraciət edə bilməsi tövsiyə edilmişdir. Onun Səbail rayon Su Kanal idarəsinə etdiyi whatsapp danışığında ona cavabları bu oldu ki, “Salam. Biz heç bir mənzildə kanalizasiya ya da ki, su şəbəkəsi qurmuruq. Əgər deyirsiniz ki, bütün qonşuların mənzilində sanitar qovşağı var, onda siz də, xəttinizi mənzilinizin daxilində çəkin və xəttinizi bizim şəbəkəyə yaxın yerə çıxardın, biz gəlib qoşarıq”. Ona görə də cavabdeh tərəfindən ərizəsinə (müraciətinə) etdiyi imtinanı tamamilə qanunsuz və əsassız hesab edir. Cavabdehin bilavasitə borcu idi ki, ərizəni təmin etsin və üzərinə düşən öhdəliyi yerinə yetirsin. Belə ki, mənzilinin qapısından koridor vasitəsilə X6 idarəsinin şəbəkəsinə yaxın məsafəyədək kanalizasiya xətti mövcuddur. Bu barədə onlara dəfələrlə məlumat vermişdir. Lakin hesab edir ki, onlar bu xəttin tam işlək halına gətirilməsi işlərindən qəsdən yayınırlar. Ona verilən cavab məktubunda həmçinin qeyd olunub ki, bu işlərin görülməsi üçün qonşusu da icazə vermir. Beləliklə hesab edir ki, iddia təmin edilməli və xüsusi mülkiyyətində olan mənzilə su və kanalizasiya xəttinin çəkilməsini cavabdeh Səbail rayon Su Kanal İdarəsinin üzərinə öhdəlik qoyulmalıdır. X6 İdarəsinə qarşı qaldırdığı iddiada həmçinin 3 ildən çoxdur ki, onu məhkəmələr və polis idarələri qapılarında sürünməyə vadar edən usta Cavabdeh2 da bu məhkəmə prosesinə cəlb edilməsini çox vacib hesab edir. Belə ki, 2021-ci ilin fevral-mart aralığında ünvan 1 ünvanındakı mənzili kanalizasiya xətti ilə təmin etmək məqsədilə koridorda usta Cavabdeh2 öz üzərinə bütün cavabdehliyi, məsuliyyəti götürərək onun tərəfindən işlər həyata keçirilmişdir. Kanalizasiya xəttinin və koridordakı digər işlərin görülməsi üçün o, Cavabdeh2 hissə-hissə cəmi 2900 manatdan çox məbləğdə pul ödəmişdir. 4 il 7 ay keçməsinə baxmayaraq o, ona xəttin işlək vəziyyətini təhvil verməyib. Həmçinin koridorda döşəmə işlərini düzgün yerinə yetirməyib. Belə ki, güclü yağışlar zamanı sel nəticəsində yağış suları ümumi giriş qapısından içəri vurarkən koridora müxtəlif narahatçılıqlar yaradır. X3 Kanal İdarəsindən baxış üçün əməkdaşları dəvət etmişdir. Onlar Ramiz tərəfindən çəkilmiş kanalizasiya xəttinin işlək olacağına 100% zəmanət vermirlər. Ramiz isə israr edir ki, xətt tam qaydasında çəkilib və işlək vəziyyətdədir. Lakin heç vaxt çağırışlarına məhəl qoymur və gəlib xətti ona təhvil vermir. Sonuncu dəfə dəvəti ilə X6 idarəsindən xx.xx.2025-ci il tarixdə texniklər yenidən xəttə baxış keçirdilər və xəttin işlək olmasına təkrar olaraq zəmanət vermədilər. Ramizin özünə də zəng edib bu barədə onun nəzərinə çatdırmışlar. Ramiz yenə israr etmiş və texniklərin xəttə baxışlarının nəticəsini qərəzli hesab etmiş və onunla xx.xx.2025-ci il tarixdə ünvanında görüşüb işini düzgün gördüyünü sübut edəcəyinə söz vermişdir. xx.xx.2025-ci il tarixdə səhər saat 9-dan 11-ə qədər onu ünvanda gözləmişdir. Gəlmədi. Dəfələrlə zəng etməyə çalışmışdır. Lakin telefonunu söndürmüşdür. Xatırladır ki, məhz bu kanalizasiya xəttinin ona təhvil verməməsi və koridordakı digər işlərin düzgün yerinə yetirməməsinə görə o, bütün təmir işlərini yarıda dayandırmışdır. Öhdəçiliyini düzgün yerinə yetirməyən bu adam ona külli məbləğdə maddi və mənəvi ziyan vurmuşdur. Onun qəsdən yaratdığı səhvlərə görə o, 5 ilə yaxındır ki, mənzilinə köçüb yaşaya bilmir. Şəxsi hesablamalarına görə mənzilini kirayə vermiş olsaydı, 2021-ci ilin sentyabr ayından bu günə kimi təxmini 37000 manata yaxın gəlir əldə etmiş olardı. Bu səbəbdən iddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8, 54 saylı mənzilə su və kanalizasiya xəttinin çəkilməsi öhdəliyini cavabdehlər Bakı şəhəri Səbail rayon Su Kanal idarəsinə və ünvan 2 ünvanında qeydiyyatda olan usta Cavabdeh2 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya mülkiyyət hüququ üzrə məxsus olan mənzilin yerləşdiyi ev Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən tarix və mədəniyyət abidələri arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir. Abidələr daşınar (səyyar) və daşınmaz (stasionar) ola bilər. Həmin Qanunun 4-cü maddəsinə əsasən özəlləşdirilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı hərəkət etmək qadağandır. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən abidələrin üzərində aparılacaq işlərin layihəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1.7-ci maddəsinə əsasən fiziki şəxslər, hüquqi şəxslər, o cümlədən qeyri-kommersiya qurumları mədəniyyət sahəsində xalq yaradıcılığının inkişafı və təbliği, mədəniyyətin inkişafında xalq ənənələrindən yaradıcı şəkildə istifadə edilməsi, tarixi abidələrin qorunub saxlanılması və zənginləşdirilməsi ilə bağlı təşkilati fəaliyyətləri həyata keçirə bilərlər. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daşınmaz mədəni irs abidələri yerləşdirildiyi və ya inşa olunduğu məkanlarda qorunur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən yerli əhəmiyyətli memarlıq abidələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı hərəkət etməyi, abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla razılaşdırılmadan onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasını qadağandır. İddiaçı tələbində mənzilinin daxilində cavabdeh qismində göstərdiyi Cavabdeh2 tərəfindən qonşunun razılığı ilə kanalizasiya xəttinin çəkildiyini, lakin həmin xəttin işlək vəziyyətdə olmadığını əsas gətirərək, həm onun üzərinə, həm də Bakı şəhər Su Kanal İdarəsi üzərinə su və kanalizasiya xəttinin çəkilmə öhdəliyinin qoyulmasını xahiş edir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının mənzilinin yerləşdiyi ev tarixi abidə kimi qeydiyyata alındığından, onun daxilində hər hansı rekonstruksiya işlərinin aparılması yalnız müvafiq razılaşdırılmış və təsdiq edilmiş layihə əsasında həyata keçirilə bilər. Su axınını aparan kanalizasiya xətti yalnız maili olaraq çəkildiyi halda işlək vəziyyətdə olacaqdır. İddiaçının mülkiyyətində olan mənzildə mailliyin əldə edilməsi üçün onun döşəməsində qazıntı işləri aparılmalıdır. Bu isə faktiki olaraq tarixi abidənin daxilində rekonstruksiya işlərinin həyata keçirilməsi deməkdir. Bunun üçün isə müvafiq tarixi abidəyə xələl gətirmədiyini müəyyən edən razılaşdırılmış müvafiq layihə əldə edilməlidir. İş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanlandığı ərizədə də göstərilmişdir ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinə əsasən abidələrin üzərində aparılacaq işlərin layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla Mədəniyyət Nazirliyi (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla) tərəfindən təsdiq edilir. Görüləcək təmir işlərinə dair AZS ГОСТ 21.101-2010 standartlarına cavab verən layihə, mövcud vəziyyəti göstərən fotoşəkillər, cizgilər, görüləcək işlər barəsində izahat yazısı və texniki pasport qısa bir zamanda Dövlət Xidmətinə təqdim olunduqdan sonra məsələyə münasibət bildiriləcəkdir. Yəni belə bir rekonstruksiya işlərinin aparılması yalnız standartlara cavab verən layihənin mövcudluğu və təsdiq olunduğu təqdirdə mümkündür. İddiaçı tərəfindən isə bunu təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsaslı olması müəyyən olunmadığından, həmin tələb əsassız hesab olunmalı və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Səbail rayon Sukanal idarəsinə və Cavabdeh2 qarşı onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsində yerləşən 8 saylı evin 54 saylı mənzilə su və kanalizasiya xəttinin çəkilməsi öhdəliyini cavabdehlər Bakı şəhəri Səbail rayon Sukanal İdarəsinə və ünvan 2 ünvanında qeydiyyatda olan usta Cavabdeh2 həvalə edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2570/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2570/2025
19.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver