Məhkəmə qərarları › İş №2(009)-2574/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2574/2021

26.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2574/2021 26.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “25 manat maddi ziyan və 300000 manat mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 25 (iyirmi beş) min manat məbləğində maddi ziyanın 300 (üç yüz) min manat məbləğində mənəvi ziyanın alınraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2007-ci il tarixdə öyrəndi ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində çox mərtəbəli bina tikilir. Həmin çox mərtəbəli binaya getmiş və öyrənmişdir ki, binanı Nəsib Əliyev tikir. Onun yanına getmiş və ona həmin binadan 2 otaqlı mənzil almaq istədiyini bildirmişdir. O dedi ki, mənzil var, verə bilərlər və mənzilin dəyərini dedi, onlar razılaşdılar. 2007-ci il tarixdə mən "xxxx" MTK ilə 3 giriş 4-cü mərtəbədə iki otaqlı, 1 kv.metr 41.412 manat dəyərində olan, 172 saylı mənzili almaq üçün müqavilə bağladılar. 41.412 (qırx bir min dörd yüz on iki) manat pulu tam ödəməyi barədə MTK ona maliyyə arayışı verdi. Bundan sonra "xxxx" MTK ilə mütəmadi əlaqə saxladı. 2010-cu ildə MTK-nı Korrupsiya idarəsi yoxladı, saxtakarlıq ortaya çıxdı. O cümlədən ona da saxta sənədlər vermişdilər. Pulu MTK-nın hesabına köçürməmişlər. Korrupsiyaya qarşı mübarizə idarəsi onu zərərçəkmiş şəxs qismində tanıdı. Korrupsiya qarşı mübarizə idarəsi işi başa çatdırıb, Ağır Cinayətlər Məhkəməsinə verdi. Ağır Cinayətlər Məhkəməsi MTK-nın ona satdığı 172 saylı mənzilin ona verilməsi barədə qərar qəbul etdi. "xxxx" MTK 24 may 2012-ci il tarixdə məhkəməin qərarını icra etdi. "BADU KUBƏ” MTK onunla qanuni halda müqavilə bağladı, ona maliyyə arayışı verdi. Bakı şəhəri Suraxanı rayon Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində 13 M saylı bina, 3 giriş İV mərtəbəsində yerləşən 2 otaqlı, 172 saylı 101 kv.metr olan mənzil İddiaçı məxsusdur. Bununla bərabər "xxxx" MTK 2012-ci ilin axırı binanı tikib başa çatdırdı. O, öz üzvlərinə mənzilləri təhvil verdi. O cümlədən də ona da 3-cü giriş 4-cü mərtəbədə yerləşən, 2 otaqlı 101 kv.metr olan 172 saylı mənzili təhvil verdi. "xxxx" MTK-ya Ədalət Qənbərov başçılıq edirdi. 2013-cü il tarixdə mənzili təmir etməyə başladı və 2015ci il tarixdə mənzili təmir edib başa çatdırdı, ailəsilə birlikdə qeyd edib göstərdiyi mənzilə köçdü. Hal- hazırda həmin mənzildə yaşayır. 02.11.2017-ci il tarixdə ailəsi ilə birlikdə evdə idi. Birdə gördülər ki, qapı döyülür. Qapını həyat yoldaşı açdı. Gördü bir nəfər formada yanında bir qadın. Yoldaşı qorxub həyəcanlandı, uşaqlar qorxuya düşdülər. Ailə, uşaqları dedilər kimdir bu formada qapıya gələn. O qapıya gəldi və formalı şəxs özünü təqdim etdi, bildirdi ki, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru İlqar Muxtarovdur. Yanında olan qadın da Cavabdehdir. Suraxanı rayon Məhkəməsinin qətnaməsini qısa ona dedi və bildirdi ki, mənzil Cavabdeh məxsusdur, mənzili boşaldın, Rəhiləyə təhvil verin. O çox çalışdı ki, onu ailəsini məcburi halda zorla evdən çıxarsın. Ona çox hədə qorxu gəldi ki, polis çağıracaq, polis gücünə çıxardacaq. O dedi ki, mənzili qanuni şəkildə almış, mənzil ona məxsusdur, mənzil nə vaxtdan Rəhilənin olub. Bu vaxtı uşaqları, yoldaşı qorxudan ağlayıb əsirdilər. Onlar isə icra məmuruna yalvarırdılar ki, polis çağırmasınlar. O, icra məmurundan xahiş etdi ki, o icra sənədi ilə qətnaməni ver oxusun, ona qətnamə ilə icra sənədini verdi, oxudu və sonra İcra Məmuruna dedi ki, özü indi polis çağıracaq, dövlət orqan işçilərini bura tökəcək. Qətnamədə qeyd olunub 3-cü mərtəbə 144.5 kv.metr, 3 otaqlı mənzil, Dedi ki, «sizin nə ixtiyarınız var, mənim qapıma gəlib mənim ailə uşaqlarımı narahat edirsiz, onları qorxuya salırsız, gedin mənim qapımdan.» Dedilər ki, polis gətirəcəyik, dedim gedin gətirin. Lakin onlar polis gətirmədilər. Sonra öyrəndi ki, Cavabdeh 30 dekabr 2006-cı il tarixdə "xxxx" MTK ilə saxta müqavilə bağlayıb. Həmin saxta müqaviləyə əsasən "xxxx" MTK ünvan 1 ünvanda inşa edilmiş binadan mənzil almaq barədə razılığa gəlib. 30 dekabr 2006-cı ildə tarixdə iki müqavilə bağlamışdır. Həmin müqavilələrə görə qeyd olunan binanın üçüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144.5 kv.m olan 172 saylı və 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 144.5 km.v olan 177 saylı mənzillərin hər birinin dəyəri 44.500 manat olmaqla ümumilikdə 89.000 manatı cavabdehə "xxxx" MTK-ya ödəməyi, MTK isə qeyd edilən mənzilləri ona təhvil verməyi öhdəsinə götürmüşdür. Guya "xxxx" MTK Cavabdeh bu saxta müqaviləsini icra etməliymiş, icra etməyib. Cavabdeh MTK-nı məhkəməyə verib. Məhkəmədə 03.02.2016-cı il tarixdə işə baxıb, Cavabdeh iddiasını təmin edib. O, məhkəmə ilə Cavabdeh bu saxta sənədlərininn icrasına imkan vermədi. Suraxanı rayon məhkəməsinin 03.02.2016-cı il tarixli 2(010)-475/2016 saylı qətnaməsini tələb etdikdə ona bildirdilər ki, «sən işdə tərəf deyilsən». O, dövlətin ayrı-ayrı təşkilatlarına şikayət yazdı və ərizəsində göstərdi ki, o, işdə tərəf olmasa da, məhkəmə onun evini Cavabdeh satıb. onun ailə-uşaqlarını zorla evdən çıxarır. O işdə maraqlı tərəfdir. Bundan sonra Suraxanı rayon məhkəməsi 27 oktyabr 2017-ci il tarixdə 03.02.2016-cı il tarixli qətnamənin surətini ona verdilər. Suraxanı rayon məhkəməsi onun şikayətini qəbul etmədi, 31 oktyabr 2017-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərardadından şikayət verdi. Suraxanı rayon məhkəməsi öz qərardadını qüvvədə saxladı. Onun qərardadından Apellyasiya şikayəti verdi, Bakı Apellyasiya Məhkəməsi 23 noyabr 2017-ci il tarixdə işə baxıb, Suraxanı rayon Məhkəməsinin Qərardadını ləğv edib, onun şikayətini təmin etdi. Apellyasiya Məhkəməsinin 23 noyabr 2017-ci il tarixdə Qərardadından Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Kassasiya şikayəti verdi. Ali Məhkəmənin Mülki Kollegiyası 02 mart 2018-ci il tarixdə işə baxıb Cavabdeh və onun vəkili Quliyev Sahib Şahbala oğlunun kassasiya şikayətini təmin etmədi Apellyasiya məhkəməsinin qərardadını öz qüvvəsində saxladı. O, fevral 2018-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə vəsatət verib xahiş etdi ki, 03.02.2016-cı il tarixli qətnaməsindən verdiyi Apellyasiya şikayətinə baxılıb, yekun qərar qəbul olunana kimi, işin icrası dayandırılsın. Lakin Suraxanı rayon məhkəməsi vəsatətini təmin etmədi. O Bakı Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti yazdı. Apellyasiya Məhkəməsi 02.08.2019-cu ildə işə baxıb Apellyasiya şikayətini təmin etmədi. O, Apellyasiya şikayəti verəndə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.02.2014-cü il 1(101)-69-2014 saylı hökmünü şikayətə əlavə etdi. Qeyd etdiyi hökmdə sözügedən mənzilin ona verilməsi, ona məxsus olması göstərilmişdir. Apellyasiya məhkəməsi bu qanuni məhkəmə aktna da əhəmiyyət vermədi. Deməli, məhkəmə Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə Rəhilənin işinə xitam verməliydi. Əksinə Suraxanı rayon məhkəməsinin qərarını qüvvədə saxladı. O, məhkəmələrə şikayətlərini ilə bərabər Ali Məhkəməyə, Apellyasiya məhkəməsinə ərizələr yazıb bildirdi ki, Rəhilə saxta qətnamələrlə onun mənzilini əlindən alır, kömək edin. Cavabdeh 30 dekabr 2006-cı il tarixdə "xxxx" MTK ilə bağladığı müqavilənin saxtalığını sübut edən faktlardan biri aşağıda qeyd etdiyi hallardır. Cavabdeh 30.12.2016-cı il tarixdə "xxxx" MTK-nın heç vaxt sədri olmayan X6 ilə müqavilə bağlamışdır. "xxxx" MTK-nın haqqında Korrupsiyaya qarşı mübarizə idarəsi istintaq işi aparanda X1 MTK-nın adından müqavilə bağlamışdırsa Korrupsiya idarəsi müqavilələrin hamısını saxta çıxartdı. Telman Səfərovla müqavilə bağlamışdırsa, niyə o vaxt müqaviləni meydana çıxartmadı. Telman Səfərov öləndən sonra müqavilələr ortaya çıxır. Deməli Rəhilə ilə bağlanan müqavilə saxtadır. Müqavilə MTK-nın işçisi tərəfindən yazılıb yoxsa başqa şəxs tərəfindən yazılıb. "xxxx" MTK 2012-ci il tarixdə binanı tikib başa çatdırıb. "xxxx" MTK adından MTK-nın heç vaxt sədri olmayan Telman Səfərovla müqavilə bağlamışdırsa, bu məsələ 2012-ci ildə, 2014-cü ildə, 2015-ci ildə və 2016-cı ilin dekabrına kimi niyə ortalığa çıxartmırdı. X13 öləndən sonra müqavilələr ortaya çıxır. Deməli məhkəmələr özləri də bilirdilər ki, bu müqavilələr saxtadır, lakin əhəmiyyət vermirdilər, əhəmiyyət vermək onlara sərf etmirdi. Apellyasiya məhkəməsi özünün 18 iyul 2018-ci il tarixli qətnaməsində qeyd edir ki, kollegiya hesab edir ki, binada mənzillərin nömrələnməsinin düzgün aparılmaması nəticəsində sonradan meydana çıxmış bu dəyişikliklərə görə iddiaçıya təhvil verilməli, mənzillərin maraqlı şəxslərin müqavilərində təsvir olunan mənzillərin eyni olduğu qərarına gəlmək mümkün deyil, lakin Suraxanı rayon məhkəməsinin 03.02.2016-cı il tarixli qətnaməsini öz qüvvəsində saxladı. Cavabdeh görək bundan sonra onun mənzilini qanunsuz yolla zəbt etməkdən əl çəkirmi ? yox. O halhazırda ayda 2-3 dəfə icra məmuru ilə gəlib, onu ailəsilə məcburi halda evindən çıxartdırır. O, evin sənədləri ilə Apellyasiya məhkəməsinin qətnaməsini icra məmuruna göstərir, O, baxıb oxuyub gedir. Deyir «bizi bura Cavabdeh məcbur gətirir.» Suraxanı rayon İcra məmuru ilə Cavabdeh hər qapıya gələndə onun ailə uşağı qorxu həyəcan keçirirlər. Deməli Cavabdeh ona həm maddi həm, də mənəvi ziyan vurmaqda davam edir. X2 ona vurduğu maddi və mənəvi ziyan qeyd etdiyi bütün faktlarla sübut olunur. O, maddi ziyanı onunla əsaslandırır ki, 2016-cı ildən bu günə kimi yollara verilən nəqliyyat xərci, özünün ərzaq xərci, müdafiə olunmaq üçün vəkilə verdiyi xərcləri 25 (iyirmi beş) min manat qiymətləndirir. Mənəvi ziyanı onunla əsaslandırır ki, 2016-cı ildən bu günə kimi Cavabdeh Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru ilə onun mənzilə gəlib, onun ailəsin və uşaqlarının evdən çıxmasını tələb edib. Hətta məhkəmələr qarşısında iddia qaldırıb ki, ailə uşaqları ilə birlikdə məcburi qaydada evdən çıxarılsınlar. Onun ailəsi stress keçirib, əsəb xəstəliyinə düşüb. Buna görə də Cavabdeh tərəfindən ona vurulan mənəvi ziyanı 300 (üç yüz) min manat qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 152, 1096, Azərbaycan Respublikasının Konstitusiyasının 29, 33, 43,, MPM-nin 6, 9, 14, 76, 80, 81, 85, 87, 88, 216, 217, 218 və 220-ci maddələrini rəhbər tutaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, 2007-ci ildə iddiaçı 172 saylı mənzili yox, 212 və 187 saylı mənzilləri o vaxtlar "xxxx" MTK-nin rəhbəri Telman Səfərovdan almışdır. Daha sonra Ağır Cinayətlər Məhkəməsində zərərçəkən sayıldığından Baş prokurorluq yanında KQMİ "xxxx" MTK-yə məktub ünvanlayaraq zərəçəkənləri mənzillə təmin etməsini tövsiyə etmişdir. Lakin Ə.Qəmbərovun onunla düşmənçilik apardığına, habelə İddiaçıla həmkəndlisi olduğundan istintaqda adı keçən 172 və 177 saylı mənzillərini İddiaçı və İkram Mahmudova təkrarən satmışdır. Sözügedən 172 saylı mənzili o, 2006-cı ildə almış, həmin pula binanın təməli qoyulması üçün armatur materialı alınmışdır ki, bu da istintaq materialarında öz əksini tapmışdır. 172 saylı mənzilin onun mülkiyyətinə verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var və icraya yönəlmişdir. Daha sonra onun sənədinin saxta olduğu və onun T.Səfərovun imzaladığını söyləməsinə cavab olaraq bildirir ki, elə İddiaçı ilk sənədlərinin məhz T.Səfərov imzalamışdır. Onu da qeyd edir ki, istintaq zamanı mərhum T.Səfərovun öz etirafı və Bakı şəhər İcra Hakimiyyəti ilə bağlanmış müqavilədə sədr kimi imzası var. Əslində Ə.Qəmbərovun təqdim etdiyi Vergi Departamentinin Reyestrinə görə 02.02.2011ci ildən 04.10.2012-ci ilə qədər "xxxx" MTK-nin sədri X9 olmuşdur. Deməli 24.05.2012-ci ildə Ə.Qəmbərov tərəfindən imzalanmış 172 saylı mənzillə bağlı İddiaçı müqaviləsi saxta və əhəmiyyətsizdir. Onun İddiaçıla heç bir şəxsi-qərəzliyi yoxdur və olmayıb. O, "xxxx" MTK-dən öz haqqını tələb edir. MTK-nin özünün verdiyi siyahıya görə (Suraxanı rayon məhkəməsini hakimi Nərminə Rzayeva) binanın 15 və 16 mərtəbələrinin mənzil bölgüləri ayrı-ayrılıqda göstərilmişdir. Layihə üzrə bina 16 mərtəbə tikilməliydi. Həmin bölgüyə görə 172 saylı mənzil onun müqaviləsində olduğu kimi 3-cü mərtəbədə olmalıydı. Çünki binanın 15 mərtəbə tikiləcəyini Ə.Qəmbərov 2010-12-ci illərdə öncədən bilə bilməzdi. Buna baxmayaraq İddiaçı yazılan müqavilədə 172 saylı mənzilin 4-cü mərtəbədə yerləşməsi göstərilmişdir. Həmin müqavilədə 172 saylı mənzilin hansı mərtəbədə yerləşməsi və hansı sahəyə malik olmasını dəqiqliyi ilə göstərilməsi, bu müqavilənin sonradan arxa tarixlə saxta yolla hazırlanmasından xəbər verir. İcraçının İddiaçı narahat etməsinə gəldikdə deyə bilər ki, onun İcraçının əməlindən şikayət vermək hüququ vardır. Onun icraya yönəlmiş məhkəmə qərarı var, heç kimə, o cümlədən İddiaçı ziyan vurmamışdır. Haqqını Badukübə”dən tələb edir. 177 saylı mənzilinin çatışmayan sahəsinə görə məhkəmə qərarı ilə "xxxx" MTK-dən 24.000 AZN məbləğin borcludan alınaraq ona verilməsi qət edilmiş və icraya yönəlmişdir. Bunun İddiaçı heç bir aidiyyatı yoxdur. Hal-hazırda 172 saylı mənzilə görə də çatışmayan sahənin pulunu "xxxx" MTK-dən geri almaq üçün Suraxanı rayon məhkəməsində, hakim Nərminə xanım Rzayevanın icraatında məhkəmə prosesi gedir. Bütün bunları nəzərə alaraq xahiş edir ki, İddiaçı ona qarşı böhtan xarakterli iddiası rədd edilsin. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı tədqiq edilmiş: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə və X3 qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi “V” y/s, ev 13 M, 4-cü mərtəbədə yerləşən 3 otaqlı 177 saylı mənzilin və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, 3-cü mərtəbədə yerləşən 3 otaqlı 172 saylı mənzilin "xxxx" MTK-dan alınaraq Cavabdeh təhvil verilməsi qət olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və X4 apellyasiya şikayətləri təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, 4-cü mərtəbədə yerləşən 3 otaqlı 177 saylı mənzilin və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, 3-cü mərtəbədə yerləşən 3 otaqlı 172 saylı mənzilin cavabdeh "xxxx" MTK-dan alınaraq iddiaçı Cavabdeh təhvil verilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(10)-475/2016 nömrəli 28.03.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(10)- 475/2016 nömrəli 03.02.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, İV mərtəbədə yerləşən 3 otaqlı, 177 saylı mənzil və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, İİİ mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzil cavabdeh "xxxx" MTK-dan alınaraq iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2019-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılma tələbi barədə» iddiası təmin edilərək cavabdehin ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının İİİ mərtəbəsindəki 3 otaqlı 172 saylı mənzildən ailə üzvləri ilə birlikdə çıxarılmaları qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 avqust 2019-cu il tarixli qətnaməsindən həmçinin görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə və X3 qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi “V” y/s, ev 13 M, 4-cü mərtəbədə yerləşən 3 otaqlı 177 saylı mənzilin və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, 3-cü mərtəbədə yerləşən 3 otaqlı 172 saylı mənzilin "xxxx" MTK-dan alınaraq Cavabdeh təhvil verilməsi qət olunmuş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(10)-475/2016 nömrəli 28.03.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(10)-475/2016 nömrəli 03.02.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, İV mərtəbədə yerləşən 3 otaqlı, 177 saylı mənzil və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “V” y/s, ev 13 M, İİİ mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzil cavabdeh "xxxx" MTK-dan alınaraq iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Başqa sözlə iddiaçının hazırda yaşadığı mübahisəli mənzil daha əvvəl məhkəmə baxışının predmeti olmuş, iş üzrə yekun məhkəmə aktı qəbul edilmiş, qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hazırda iddiaçı icra məmurunun tələbkar ilə birlikdə ondan qətnamənin icrasını tələb etməsini qanunsuz olmaqla onun və ailə üzvlərinin stress və həyacan keçirməsi ilə əsaslandıraraq ona cavabdeh tərəfindən maddi və mənəvi zərər vurulmasını iddia edir və tələbinin maddi əsasları kimi Azərbaycan Respublikasının Konstitusiyasının 29, 33, 43, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, *** **** və Avropa İnsan Hüquqları Konvensiyasının 6, 8,13-cü maddələrinə istinad edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Məhkəmə iddia tələblərinə qiymət verərək hesab edir ki, iddiaçının ona cavabdeh tərəfindən maddi və mənəvi zərər vurulması ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, işin materiallarından görünür ki, Cavabdehlər "xxxx" MTK və Ədalət Qənbərova qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MTK-nın ünvan 3 ünvanında inşa etdirdiyi yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 144,5 kv.m. olan 172 saylı və 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 144,5 kv.m. olan 177 saylı mənzillərin alınaraq iddiaçıya təhvil verilməsi, həmçinin vurulmş zərərə görə 108.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılma tələbi barədə» iddiası təmin edilərək cavabdehin ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının İİİ mərbəsindəki 3 otaqlı 172 saylı mənzilin ailə üzvləri ilə birlikdə çıxarılmasına dair iddia tələbi irəli sürmüşdür. Məhkəmə aktları ilə müəyyən edilmişdir ki, yaşayış binasında mənzil tikintisi haqqında müqavilə əsasında maraqlı şəxsə satılmış və iddiaçı Cavabdeh ilə cavabdeh "xxxx" MTK arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı öz öhdəliyini icra etsə də, cavabdeh müqavilə öhdəliyini pozmuş, yəni mənzilləri təhvil verməmişdir. Hazırki iş üzrə məhkəmə qeyd edir ki, sözügedən mübahisəli mənzillə bağlı qəbul edilmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş halların hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməsinə baxmayaraq iddiaçı hazırki iddia tələbində yenidən Cavabdeh həmin mənzillə bağlı sənədlərinin qanunsuz və saxta yolla əldə edilməklə sözügedən mənzilin ona məxsus olmasını və bu mənzili saxta yollarla zəbt etməyə çalışmasını göstərir, bununla bağlı icra məmurunun iştirakı ilə Cavabdeh onun mənzildən çıxarılması barədə tələblərini qanunsuz və hüquqazidd əməllər olmasını, bu əməlləri ilə ona və ailəsinə birbaşa zərər vurması kimi qiymətləndirir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Məhkəmə iddia tələblərinin maddi zərərlə bağlı hissəsinə qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunvericiliyə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə əsasən hüquq pozuntusunun, qanunsuz hərəkətin mövcudluğu artıq mənəvi ziyanın, sarsıntının mövcud olmasının təsdiqidir. Bütün fiziki və hüquqi şəxslər məhkəmə müdafiəsi üsullarından istifadə etmək hüququna malikdirlər və buna görə onların məsuliyyətə cəlb olunması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası məhkəmə icraçıları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçsının tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş (iddiaçının hazırda ailəsi ilə birliklə yaşadığı mənzilə heç bir hüququ olmaması, mənzilin R.Əsədullazəyə təhvil verilməli olması və .s) hallara yenidən hüquqi qiymət vermir və hesab edir ki, Cavabdeh məhkəmə aktları əsasında icra hərəkətlərində iştirak etməklə sözügedən mənzilə gəlib icra məmurunun qətnamənin icrası ilə əlaqədar verilmiş icra sənədənin icrası tələbini müdafiə etməsində heç bir qeyri-qanuni və hüquqa zidd əməllər yoxdur. Məhkəmə iddia tələbinin iddiaçıya mənəvi zərərin vurulması hissəsi ilə bağlı qeyd edir ki, tələbin bu hissəsi o hallarda təmin edilə bilərdi ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusyon hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Bütün bu göstərilənlərə məcmu qaydada qiymət verən və qanunvericiliyin yuxarıda göstərilən tələblərini əldə rəhbər tutan məhkəmə hesab edir ki, cavabdehin məhkəmə qətnaməsi ilə bağlı icra məmurunun iştirakı ilə etdiyi hərəkətlərlə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməklə ona dəyən mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hüquq pozuntusu və qanunsuz hərəkət mövcud deyilsə, heç bir maddi və mənəvi ziyanın vurulmasından söhbət gedə bilməz, buna görə də iddia tələbləri əsassızdır. Məhkəmə bu nəticəyə mülki qanunvericilik müddəalarının tətbiqi (təfsiri) zamanı hər bir müddəanın hərfi mənasının deyil, onun normalar sistemindəki yeri, mülki qanunvericiliyin ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquq və azadlıqlarının sosial təbiəti, mülki münasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməli olmasını nəzərə almışdır. Beləliklə də, məhkəmə iddia tələblərinə hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “ maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar