Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-26/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi X12, Cavabdeh2 vəkili X15 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasına və Cavabdeh2 qarşı “mənzilin ayrılmasına dair protokol və çıxarışın etibarsız sayılması və s.” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasına və Cavabdeh2 qarşı “mənzilin ayrılmasına dair protokol və çıxarışın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında “xxxx" MMC tərəfindən inşa edilmiş binalardan AMEA-ya ayrılmış yeni 5 saylı tikilidə, 5-ci mərtəbədə yerləşən 27 saylı mənzilin Cavabdeh2 verilməsinə dair AMEA-nın mənzillərin bölüşdürülməsi komissiyasının 21.09.2017-ci il tarixli iclasının 3 nömrəli protokolunun və qərarının etibarsız sayılması (ləğv edilməsi), 13.06.2017-ci il tarixdə mənzillərin bölüşdürülməsi nəticəsində payına düşən həmin mənzilin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Milli Elmlər X1 2013-cü ildən elmi işçi vəzifəsində işləyir. İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Ailəlidir, 2 azyaşlı övladı vardır, həyat yoldaşı X34 2003-cü ildən AMEA-da texniki işçi işləyir. O şəkər diabetli xəstədir və ikinci qrup əlildir. 2003-cü ildən ünvan 2 ünvanda yerləşən AMEA-nın Aspirantlar yataqxanasının sakinləridir. Başqa yaşayış sahələri və ayrıca fərdi mənzilləri yoxdur. 2012-ci il tarixdən başlayaraq, AMEA-nın rəhbərliyinə, o cümlədən digər səlahiyyətli dövlət orqanlarına mənzil şəraiti olmayan alimlərin, elmi işçilərin, xüsusilə başqa, yaşayış sahəsi olmayan və yataqxanalarda məskunlaşmış alimlərin mənzil şəraitinin yaxşılaşdırılması və onlara mənzil verilməsi ilə bağlı edilmiş çoxsaylı müraciətlərə rəhbərlik tərəfindən baxılmışdır. Nəticədə həmin müraciətlər nəzərə alınaraq AMEA-nın rəhbərliyinin təşəbbüsü ilə AMEA-ya məxsus ünvan 3 ünvanda yaşayan sakinlərin - AMEA əməkdaşlarının siyahısı təsdiq edilmiş, ilk növbədə bu şəxslərin mənzillə təmin edilməsi, qərara alınmışdır. Belə ki, həmin siyahıda onun da ailə üzvləri və özü yer almışdır. Bundan sonra “Azərbaycan Milli Elmlər Akademiyasının aspirantlar yataqxanası binasının sökülüb, yenidən tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında’’ Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının 19.12.2012-ci il tarixli, 564 saylı sərəncamı qəbul edilmişdir. AMEA-nın mənzillərin bölüşdürülməsi komissiyası 13 iyun 2017-ci il tarixdə mənzillə təmin edilməli yataqxana sakinlərinin -alimlərin binada hansı mənzilin onlara verilməsi ilə bağlı püşkatma keçirmişdir. Həmin püşkatma iclasında 54 alim iştirak etmiş, nəticədə 54 mənzildən biri - 5ci mərtəbə, sahəsi 99 kv.m olan 2 otaqlı 27 saylı mənzil onun ailəsinin payına düşmüşdür. Belə ki, püşkatmanın keçirilməsinin meyarlarından biri aspirantlar yataqxanasının sakini olma faktı, başqa yaşayış yerinin olmaması, elmi dərəcə və ailə vəziyyəti əsas götürülmüşdür. Mənzillərin ilkin hüquqverici sənədlərinin (protokoldan çıxarışın və digər sənədlərin) verilməsi üçün 06 oktyabr 2017-ci ildə AMEA-nın komissiyasına, müraciət etdikdə ona bildirdilər ki, ona püşkatma nəticəsində ayrılmış 27 saylı mənzilin başqa bir şəxsə verilməsi nəzərdə tutulmuşdur. Ona görə də, ona ilkin hüquqverici sənədlərin verilməsi ləngiyir, bu məsələyə yenidən baxılacaqdır. Təbii o, bununla razılaşmayaraq, qanuni əsaslarla sahibliyinə verilmiş mənzilin sənədlərinin verilməsini istəsə də, bu müraciəti təmin edilməmişdir. Belə ki, 7-10 noyabr 2017-ci il tarixdə isə AMEA-nın İşlər İdarəsindən mənzilin yataqxana sakini olmayan başqa bir şəxsə - Cavabdeh2 verilməsini bilmişdir. Hesab edir ki, onun mənzil hüquqları pozulmuş, məhkəmə qaydasında müdafiə edilməsinə zərurət yaranmışdır. Belə ki, ilkin hüquqi sənədlərin tələbi ilə bağlı ərizəsinə AMEA-nın İşlər İdarəsi tərəfindən 07.11.2017-ci il tarixli cavab məktubunda göstərilir ki, AMEA-nın mənzillərin bölüşdürülməsi komissiyasının tərkibində AMEA-nın Rəyasət Heyətinin 05 iyul 2017-ci il tarixli 9/23 saylı yeni qərarı ilə komissiya tərkibi genişləndirmişdir. Şikayətlərlə əlaqədar yeni yaranmış komissiya mənzil bölgüsünə baxmış yataqxanada qeydiyyatı olub, müəyyən səbəblərdən yataqxanada otaq ala bilmədiyindən, kirayədə yaşayan ona görə də yataqxanada yaşayanlardan daha çox əziyyətlərə məruz qalmış 16 əməkdaşın da mənzillə təmin edilməsi barədə qərar qəbul etmişdir. Bu baxımdan əvvəlki bölgüyə dəyişiklik aparılaraq, yeni yaranmış komissiya əvəzçiliklə işləyən işçilərə (0,5 ştatla) mənzil ayrılmasının dayandırılması barədə qərar qəbul etmişdir. Bu əsasları sadalamaqla, onun artıq sahibliyinə verilmiş mənzilin ayrılma sənədlərinin verilməsindən imtina etmişlər. Hesab edir ki, bu əsaslandırma qanunun mövqeyini ifadə etmir, həmçinin bu komissiyanın qanundan kənar hüquq bərabərliyini pozan şəxsi mövqe kimi qiymətləndirilməlidir. Belə ki, o, 05 ştatla əmək müqaviləsi əsasında AMEA-nın İqtisadiyyat İnstitunun işçisidir və alimdir. Azərbaycan Respublikası Əmək Qanunvericiliyində 05 ştatla əmək funksiyalarını yerinə yetirmək əvəzçiliklə işləmək hesab olunmur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 19.12.2012-ci il tarixli Sərəncamında məhz aspirantlar yataqxanasının sökülməsi orda yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə sözügedən yaşayış binasının tikintisinə icazə verilir. Belə ki, bu sakinlərin də müraciəti əsasında Milli Elmlər Akademiyasının rəhbərliyi tərəfindən mənzillə təmin olunması zəruri olan şəxslərin təsdiqlənmiş siyahısında onun ailəsi artıq ilk növbədə təmin edilməli şəxslər sırasında olmuşdur. Belə ki, AMEA-nın Rəyasət Heyətinin 07 dekabr 2016-cı il tarixli 15/2 saylı qərarı ilə yaradılmış komissiya təsdiq edilmiş 16 may 2017-ci il tarixli arayışda 2-ci səhifədə, 2-ci bənddə ünvan 1 ünvanında “xxxx” MMC tərəfindən inşa edilən binalardan AMEA-ya ayrılmış mənzillərin ilk növbədə yataqxanada qeydiyyatda olan, orada yaşayan, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan AMEA əməkdaşlarına və onların ailə üzvlərinə verilməsi təklif edilmişdir. Bu təklif və siyahılar AMEA-nın 24 may 2017-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Hesab edir ki, AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli qərarı ilə yaradılmış AMEA-nın mənzillərin bölüşdürülməsi komissiyasının 13.06.2017-ci il tarixdə AMEA-ya ayrılmış mənzillərə köçürülmə üçün mənzillərin bölüşdürülməsi nəticəsində püşk atma ilə 5 saylı tikilinin 5-ci mərtəbəsində yerləşən 27 saylı mənzilin püşk atmada iştirak etməyən Cavabdeh2 verilməsinə dair protokol və qərar əsassız olduğu üçün etibarsız sayılmalı və ləğv edilməlidir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı üçün ayrılmış, lakin sonradan Cavabdeh2 qanunsuz və əsassız verilən mənzilə aid mənzil ayrılmasına dair protokol və çıxarışın etibarsız hesab olunması, İddiaçı mənzillə təmin olunmaq hüququnun bərpa olunması, ünvan 4 ünvanında “xxxx” MMC tərəfindən inşa edilən və Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmış binadan 2 otaqlı mənzilin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanda yerləşən AMEA-nın aspirantlar yataqxanasında məskunlaşan AMEA-da işləyən, İddiaçı da daxil olmaqla bir qrup əməkdaşın, 26.09.2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinə, Milli Məclisinə, Nazirlər Kabinetinə olunan rəsmi müraciətində, bundan öncə isə AMEA-nın Prezidentinin Azərbaycan Respublikası Prezidentinə ünvanladığı 22 fevral 2011-ci il tarixli məktubunda, aspirantlar yataqxanasında uzun illər yaşayan AMEA-nın alimlərinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı həmin sakinlərin mənzillə təmin olunması zəruriliyi bildirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin dəstəyi ilə AMEA-nın aspirantlar yataqxanası sökülüb, yenidən tikintisinin layihələşdirilməsinə dair icazə verilməsi haqqında Bakı şəhər İcra hakimiyyəti başçısının 19.12.2012-ci il tarixli, 564 saylı sərəncamı qəbul edilmişdir. Həmin sərəncam iş materiallarında mövcuddur və sərəncamın 1-ci bəndində də aydın şəkildə qeyd olunur ki, “14.11.2012-ci il tarixli müqaviləni nəzərə alaraq, Yasamal rayonu, 571-ci məhəllə, A.M.Şərifzadə küçəsi 12 saylı ünvanda yerləşən torpaq sahəsində aspirantlar yataqxanasının sakinlərinin mənzil şəraitinin yaxşılaşdırmaq məqsədilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin cəmiyyətə icazə verilsin”. Belə ki, AMEA-nın Rəyasət Heyətinin 07 dekabr 2016-cı il tarixli 15/2 saylı qərarı ilə yaradılmış komissiya tərəfindən təsdiq edilmiş 16 may 2017-ci il tarixli arayışda 2-ci səhifədə, 2-ci bənddə ünvan 6 ünvanında “xxxx” MMC tərəfindən inşa edilən binalardan AMEA-ya ayrılmış binaların ilk növbədə yataqxanada qeydiyyatda olan, orada yaşayan, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan AMEA əməkdaşlarının ailə üzvlərinə verilməsi təklif edilmiş, təklif və siyahılar AMEA-nın 24 may tarixli 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə mənzillərin bölüşdürülməsi yaradılmış “Azərbaycan Milli Elmlər Akademiyasının Mənzillərin bölüşdürülməsi Komissiyasına” tapşırılmışdır. 13 iyun 2017-ci il tarixdə mənzillə təmin olunacaq alimlər arasında mənzillərin bölüşdüriilməsiylə bağlı 54 alimin iştirakıyla püşkatma keçirilmiş və bunun nəticəsində İddiaçı payına 5-ci mərtəbədə, sahəsi 99 kv.m olan, 2 otaqlı 27 saylı mənzil düşmüşdür. Daha sonra heç bir qanuni əsası olmadan İddiaçı də daxil olmaqla 27 nəfərin mənzili əlindən alınaraq digər şəxslərə satıldığı qənaətinə gəlmək qaçınılmazdır. Baxmayaraq ki, mənzilin tikintisiylə bağlı münasibətləri tənzimləyən, “Sifarişçi” adlandırılan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun şəxsində bir tərəfdən və “Podratçı” adlandırılan “xxxx” MMC-nin direktoru Xalid Pənahovun şəxsində digər tərəfdən imzalanmış 01 noyabr 2012-ci il tarixli Podrat müqaviləsinin aşağıdakı bəndlərinə nəzər salsaq, bənd: - 1.3 “Podratçı” AMEA-ya məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan akademiya əməkdaşları və sakinləri üçün öz vəsaiti hesabına inşa etdiyi 1 (girişli) 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla “Sifarişçiyə” təhvil veməyi öz üzərinə götürür. Bənd: - 2.1.3. “Podratçı” güzəştli satış üçün tərəflər arasında müvafiq razılaşmaya əsasən göstərilən torpaq sahəsində inşa olunacaq mənzillərdən (Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinlər üçün ödənişsiz əsaslarla ayrılmış bir blokun mənzillərindən başqa) AMEA-nın mənzil hüququ olan əməkdaşlarına onların istəyinə uyğun əlavə sahə ayırır. Yuxarıda qeyd etdiyi kimi bütün rəsmi sənədlərdə aydın şəkildə təsdiq olunur ki, binanın tikintisi mənzillərin bölgüsündə ilk öncə yataqxanada qeydiyyatda olan və hal-hazırda da yaşayan əməkdaşlar üçün ilk öncəlik birmənalı şəkildə nəzərdə tutulmuşdur. Müqavilənin hüquqi qüvvəsi mövcud olduğu halda heç bir əsaslı səbəb olmadan İddiaçı mənzili 7-10 noyabr tarixində həmin yataqxanada yaşamayan Cavabdeh2 verilmişdir. Baxmayaraq ki, Cavabdeh2 da yataqxanada yaşamayan, lakin ev əldə etmək üçün qeydiyyatını saxlayan digər əməkdaşlar kimi öz adına olmasa da yaxınlarının adına əldə etdiyi mənzili mövcuddur və həmin mənzildə də yaşamağa davam etmişdir. İddiaçı isə həmin yataqxanada 22.5 kv.m sahəsi olan, şəraitsiz və təmirsiz yerdə 2 azyaşlı uşağı və ailəsi ilə 20 ildən çoxdur ki, yaşayır. İllərlə rəsmi müraciət edənlər arasında ümidlə mənzillə təmin olunacağı günü gözləyir. İş materiallarında AMEA-nın 24 may 2017-ci il tarixli 8/21 nömrəli qərarında aparılan araşdırma zamanı yataqxanada qeydiyyatda olub yaşayan 107 ailə olmasını, 71-i AMEA-da işləyən, 36 ailənin isə qeydiyyatda olub AMEAda işləməyənlərdən olduğunu, 71 ailənin 63-nün AMEA-da tam ştatla işləməsini, 8 nəfərin isə AMEA-da 0.5 ştatla işlədiyini və bu qərarın 3-cü bəndinə əsasən “AMEA-ya ayrılmış mənzillərin ilk növbədə yataqxanada qeydiyyatda olan və hazırda orda yaşayan, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan AMEA əməkdaşlarına və onların ailə üzvlərinə verilməsi, həmin ailələrin ehtiyacı ödənildikdən daha sonra qalan mənzillərin AMEA-da işləyən və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlara verilməsinin qərarlaşdırıldığı öz təsdiqini tapmışdır” və bu qərara təsdiq olunmuş arayış və siyahı əlavə olunmuşdur, lakin AMEA siyahını təqdim etməkdən yayınmışdır. Növbəti dəfə gülünc və gülməli addım ataraq 05 iyul 2017-ci il tarixli 9/23 saylı qərarı ilə komissiya tərkibini genişləndirmiş ki, yeni tərkib 0.5 ştatla işləyən 6 əməkdaşı bu səbəbə əsaslanaraq mənzillə təmin etməkdən yayınmağa çalışmışdır. Halbuki, İddiaçı AMEA X29 tərəfindən həmin yataqxanada Mənzil Komissiyasının 08 yanvar 2003-cü il tarixli 01 nömrəli Protokola əsasən verilmiş 29.12.2003-cü il tarixli 45 nömrəli orderlə AMEA İqisad İnstitutunun kiçik elmi işçisi kimi 2 nəfər ailə üzvü ilə yaşamaq üçün sahəsi 22.5 kv.m olan, 21 “a” saylı mənzil ayrıldığı mübahisələndirilməyən hal kimi iş materiallarına əlavə olunan digər mübahisə predmeti ilə bağlı məhkəmə qətnamələrində də öz təsdiqini tapmışdır. İddiaçı həyat yoldaşı da 2003-cü ildən tam ştatlı vahidlə AMEA-da işləyir və həmin yataqxanada məskunlaşmışdır. Bu qərarın qəbulundan sonra 0.5 ştatla işləmələri bəhanəsiylə mənzil almaq hüququnda məhrum edilən AMEA-nın 6 nəfər əməkdaşı Azərbaycan Respublikası Prezidentinə rəsmi məktub ünvanlamış və cənab Prezidentin dəstəyi ilə 0.5 ştatla işləyən 6 əməkdaşın da evlə təmin olunması təsdiq olunmuşdur. İş materiallarında olan sənədlərlə tanış oduqda, AMEA-nın X17 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hümanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya 10.01.2019-cu il tarixli cavab məktubunda da qeyd olunur ki, “Komissiyanın növbəti iclaslarında yataqxanada yaşayan və qeydiyyatı olub yaşamayan 12 AMEA əməkdaşlarına, o cümlədən qeydiyyatda olub yaşamayan 1 elmlər doktoruna və AMEA-da 0.5 ştatla işləyən elmi dərəcəsi olan 6 ailədən 5 ailəyə mənzil ayrılmışdır. Bu 5 ailədən ikisinə Buzovna qəsəbəsindən ayrılan mənzillər verilmişdir. İddiaçı da bu təklif edilmiş, lakin o yalnız Şərifzadə küçəsində inşa edilən mənzil istədiyini bildirmişdir”. Rəsmi şəxs tərəfindən yazılan cavab məktubuna nəzər salanda görürük ki, 2003-cü ildən həmin yataqxanada yaşayan İddiaçı bütün ailə düzənini uşaqlarının yaşayış rutinini pozub şəhərdən kənara məskunlaşmağı qəbul etməliymiş, halbuki Cavabdeh2 kimi əməkdaşlar üçün həmin ərazidə yaşamadıqlarına görə şəhərdən kənarda əlavə mənzillərinin olması heç bir maneə deyildir. Sonda isə qeyd edilir ki, İddiaçı mənzil məsələsinə məhkəmədə baxılır. Halbuki, İddiaçı üçün nəzərdə tutulmuş mənzil ondan qanunsuz olaraq alınaraq digər yataqxana yaşamayan əməkdaşa verildiyinə görə o, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bunlar azmış kimi İddiaçı AMEA-nın İqtisad İnstitutundan 03 yanvar 2019-cu il tarixində heç bir səbəb olmadan müqavilə müddəti uzadılmamış və işdən azad olunmuşdur. Mənzil təminatı hüququnun bərpa olunması üçün apardığı mübarizə onun işdən kənarlaşdırılması ilə nəticələnmişdir. Belə olan halda, AMEA Rəyasət Heyətinin 8/21 nömrəli 24 may 2017-ci il tarixli qərarında da qeyd olunduğu kimi heç bir bəhanəsi qalmayan AMEA-nı təmsil edən Sərdar Əliyev adlı əməkdaşı məhkəmə iclasında həddini aşan mövqe nümayiş etdirmiş, İddiaçı pozulmuş hüquqlarının müdafiəsini təmin etmək üçün məhkəməyə müraciət etməkdə günahlandırmış, “müraciət etməsəydi mənzillə təmin edilə bilərdi” deyə bildirmişdir. İş icraatında olan digər hakim barışıq əldə olunması üçün AMEA-nın əməkdaşına İddiaçı də nəzərdə tutulmuş mənzillə təmin olunması üçün danışıqlar aparılmasını bildirmişdir. İddiaçı vəkilin iştirakı ilə növbəti gün Sərdar Əliyevin qəbulunda olmuş, lakin Sərdar Əliyev “get mənzili məhkəmədən al” deyə qeyri etik şəkildə rəftar etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında Bakı şəhəri İcra Hakimiyyətinin normativ xarakterli aktında, eyni zamanda Milli Elmlər Akademiyasının rəhbərliyi tərəfindən mənzillə ilk növbədə təmin olunmalı şəxslər arasında İddiaçı adı ilk sıradadır. Keçirilən püşkatmanın nəticələrinin qanunsuz və əsassız olaraq ləğv olunması belə, həmin ünvanda tikilən binanın mənzillərinin orada faktiki yaşayan sakinlərə ilk öncə verilməsi növbəliliyini pozmur. Bunun AMEA əməkdaşları tərəfindən Prezidentin dəstəyi ilə inşa olunan binanın mənzillərinin AMEA-nın bəzi rəhbər əməkdaşları tərəfindən mənimsənilməsi, mənzillərin faktik yataqxanada yaşamayan şəxslərə satılması, bunun ört basdıq olunması üçün müxtəlif tarixlərdə fərqli “Qərar”lar verilməsi, İddiaçı mənzil hüququ kimi konstitusiyon hüququnun kobud şəkildə pozulması hesab olunmalıdır. Təəssüflər olsun ki, AMEA-nın müxtəlif bəhanələrlə məhkəməyə təqdim etməkdən boyun qaçırdığı püşkatmanın nəticəsini təsdiq edən Protokol və digər sənədləri, eyni zamanda AMEA-nın əməkdaşları tərəfindən iddia olunan püşkatmanın hansı əsasla, nə vaxt, kim tərəfindən ləğv olunmasını təsdiq edən sənədləri məhkəməyə sübut kimi təqdim etməkləri onların imkanları xaricindədir. Lakin bu püşkatmanın keçirildiyini təsdiq edən, belə ki, püşkatmada şəxsən iştirak edən əməkdaşların izahatları əlavə olunur. Bütün bunlara baxmayaraq hər bir halda AMEA-m təmsil edən əməkdaşlar da məhkəmədə İddiaçı adının mənzil almalı olan əməkdaşlar arasında ilkin növbədə olduğunu təsdiq edir. Bunun əksini bildirən hər hansı sənədin təqdim olunması isə mümkün deyildir. Belə ki, AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli 8/21 nömrəli və 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış “Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi komissiyasının” 4 nömrəli, 11 may 2018-ci il tarixli Protokoldan çıxarışdan da aydın görünür ki, İddiaçı ilə eyni vaxtda AMEA-nın digər institutunda 0,5 ştatla işləyən X2, qalan digər 5 əməkdaş da həmin binada mənzillə təmin olunmuşlar. Bu özlüyündə onu təsdiq və sübut edir ki, İddiaçı qarşı xüsusi qərəzli yanaşma mövcud olduğuna görə o, gah 0.5 ştatlı işçi olması bəhanəsiylə, gah da AMEA-nın digər institutunun əməkdaşı olması bəhanəsiylə onun üçün ayrılmış mənzildən məhrum olunmuşdur. Halbuki, AMEA rəhbərliyi püşkatmanın keçirilməsi nəticəsini təsdiq edən və ya iddia etdikləri kimi püşkatmanın nəticəsinin ləğv olunduğunu təsdiq edən heç bir rəsmi sənədi təqdim etməmiş, iş materiallarında bu barədə hətta məhkəmənin 17 yanvar 2019-cu il tarixli rəsmi sorğusu olmasına baxmayaraq, AMEA rəhbərliyi hörmətsizlik göstərərək sorğuya cavab verməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi X19 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, AMEA-nın mərhum prezidenti AMEA-da çalışan alimlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və ünvan 7 ünvanında yerləşən AMEA-ya məxsus olan aspirantlar yataqxanasının ərazisində yaşayış binasının tikilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət etmişdir. “Sifarişçi” adlanan AMEA ilə “podratçı” adlanan “xxxx” MMC arasında 14 noyabr 2012-ci il tarixində podrat müqaviləsi bağlanmışdır. Müqavilədə AMEA-ya məxsus 0,66 ha torpaq sahəsində bir ədəd 4 girişli 16 mərtəbəli yaşayış binasının tikilməsi və həmin binanın 1 girişli 16 mərtəbəli yaşayış sahəsinin ödənişsiz əsaslarla 2 il ərzində (2014-cü ildə) inşa edilib AMEA-ya təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin həmin müqavilədə AMEA-ya veriləcək mənzillərin sayı, yaşayış sahələrinin kvadrat metri və hər mərtəbədə neçə mənzilin olması göstərilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti AMEA və “xxxx” MMC-nin müraciətlərini və onlar arasında bağlanmış podrat müqaviləsini nəzərə alaraq, AMEA-nın aspirantlar yataqxanasının binasının sökülüb yenidən tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında 19 dekabr 2012-ci il tarixli 564 nömrəli sərəncam qəbul etmişdir. Lakin buna baxmayaraq, yataqxana bu günə qədər sökülməmişdir. “Sifarişçi” adlanan AMEA ilə “podratçı” adlanan “xxxx” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli podrat müqaviləsinin şərtlərinə əsasən “xxxx” MMC tərəfindən inşa edilərək AMEA-ya ayrılmış mənzillər AMEA-ya, AMEA-nın timsalında isə dövlətə məxsusdur. Həmin mənzillərin bölüşdürülməsi isə AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli 8/21 nömrəli və 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış “Azərbaycan Milli Elmlər Akademiyasının Mənzillərin bölüşdürülməsi Komissiyası”na tapşırılmışdır. Komissiya Şərifzadə küçəsi 12 ünvanında yerləşən AMEA-nın yataqxanasında qeydiyyatda olub AMEA-da daimi və uzun müddət çalışan və mənzil şəraitini yaxşılaşdırmağa daha çox ehtiyacı olan şəxslərin elmi dərəcələri də nəzərə alınmaqla onlara həmin binadan mənzillər ayrılması barədə qərar qəbul etmişdir. Həmin Komissiyanın 15 sentyabr 2017-ci il tarixli iclasının qərarı ilə AMEA-nın aspirantlar yataqxanasında yaşayan, lakin AMEA-da işləməyən və ya əvəzçiliklə (0,5 ştat) işləyən əməkdaşlara, o cümlədən 03 oktyabr 2013cü dən AMEA-da əvəzçiliklə (0,5 ştat) işləyən X8 mənzil ayrılmaması qərara alınmışdır. Sözügedən mənzil İddiaçı xüsusi mülkiyyətinə aid deyil və o, 5 saylı tikilinin 5-ci mərtəbəsində yerləşən 27 saylı mənzilin ona ayrılması və ona məxsusluğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hazırda AMEA-ya məxsus olan 5 saylı tikilinin 5-ci mərtəbəsində yerləşən 27 saylı mənzil AMEA Rəyasət Heyətinin 24 may 2017ci il tarixli 8/25 nömrəli və 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış “Azərbaycan Milli Elmlər Akademiyasının Mənzillərin bölüşdürülməsi Komissiyası”nın 3 nömrəli qərarı və “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli “Müqavilə 08 A” əsasında Cavabdeh2 ayrılmışdır. O, həmin mənzili aldığı oktyabr 2017-ci il tarixdən hazıradək kommunal xərcləri ödəyir. Bildirirlər ki, Cavabdeh2 2000-ci ildən AMEA sistemində işləyir. O, hal-hazırda AMEA-nın Fəlsəfə İnstitutunda aparıcı elmi işçisidir. Cavabdeh2 2005-ci il tarixdən ünvan 8 ünvanında yerləşən AMEA-nın yataqxanasında qeydiyyatdadır, siyasi elmlər üzrə fəlsəfə doktorudur, 5 nəfərdən ibarət ailə üzvü var, yoldaşı X13 2-ci qrup ümumi səbəbdən əlildir. Həmçinin İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “mənzilə aid hüquq sənədlərinin verilməsi, öhdəliyin yerinə yetirilməsi və mənzilin X14 ayrılması barədə protokolun və çıxarışın etibarsız hesab edilməsi” barədə iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi 29 iyun 2018-ci il tarixli, 2(009)- 678/2018 nömrəli qətnaməsi ilə bu iddianı təmin etməmişdir. İddiaçı öz növbəsində sözügedən qətnamədən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli 2(103)-10248/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti də təmin edilməmişdir. Cavabdeh2 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2012-ci ildə AMEA rəhbərliyinə və digər səlahiyyətli dövlər qurumlarına müraciət edənlər sırasında guya o, da AMEA-nın əməkdaşı olmuşdur. Bu iddia isə yalandır. Bu fakt Ali Məhkəmənin müvafiq qərarında da təsdiq olunmuşdur ki, Şərifzadə küçəsi 12 ünvanında yaşayan AMEA əməkdaşlarının siyahısının təsdiq olunması ilə 2011-2012-ci illərdə AMEA ilə “xxxx” MMC arasında 14 noyabr 2012-ci il tarixli müqavilə məhz Akademiya əməkdaşlarını mənzillə təmin etmək məqsədilə bağlanmış və həmin vaxt İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının işçisi olmamış və orada çalışmamışdır. Bununla belə “AMEA-nın aspirantlar yataqxanası binasının sökülüb, yenidən tikilməsinin layihələşdirilməsinə icazə verilməsi haqqında” Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən 19 dekabr 2012-ci il tarixli, 564 saylı sərəncam verilərkən İddiaçı AMEA-nın əməkdaşı olmamışdır. Lakin saxta orderdən bilə-bilə istifadə edərək, hətta onu əsas gətirərək özünü AMEA əməkdaşı kimi təqdim etmiş, mənzil iddiası qaldırmışdır. Halbuki o, həmin vaxt Azərbaycan Dövlət İqtisad Universitetinin işçisi olmuşdur. Ali Məhkəmənin müvafiq qərarında bunların hamısı öz əksini tapmışdır. İddiaçı 2013-cü ildən mənzil almaq məqsədi ilə 0,5 ştatla AMEA-da əmək fəaliyyətinə başlamış, daha sonra azad edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, İddiaçı iddia etdiyi mənzilin onun payına düşməsinə dair AMEA-nın hec bir qərarı yoxdur, olmamışdır. Həmin mənzil AMEA-nın 21 sentyabr 2017-ci il tarixli 3 nömrəli protokol qərarına əsasən onun 5 nəfərdən ibarət ailə üzvlərinə verilmiş, həmin qərar AMEA-nın Rəyasət Heyətinin 22 sentyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş, mənzilə dair onunla “xxxx” MMC arasında müvafiq müqavilə bağlanmış və o, öz vəsaiti hesabına mənzildə təmir işləri apararaq 2018-ci ilin fevral ayından ailəsi ilə birlikdə hal-hazırda həmin mənzildə yaşayır. Cavabdeh2 iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi İddiaçı, ona və AMEA-ya qarşı "mənzilə aid hüquqi sənədlərin verilməsi və mənzilin Cavabdeh2 ayrılması barədə protokolun və çıxarışın etibarsız hesab edilməsi "tələbinə iddia tələbinin rədd edilməsinə dair 2(009)-678/18 saylı, 29 iyun 2018-ci il tarixli qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsindən narazı qalan iddiaçı tərəf, qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.10.2018-ci il tarixli, 2(103)-10248/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən iddiaçı tərəf kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli, 2(102)-2375/2019 saylı qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin 17.10.2018 tarixli, 2(103)-10248/2018 saylı qətnaməsi qismən ləğv edilərək, işə yenidən baxılmasından ötrü Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.08.2019-cu il tarixli, 2(103)- 8397/2019 saylı qətnaməsi ilə, iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/18 saylı, 29 iyun 2018 tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. O, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.08.2019-cu il tarixli, 2(103)-8397/2019 saylı qətnaməsi qanunsuz olduğundan, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2(102)-7213/2019 saylı qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.08.2019-cu il tarixli, 2(103)-8397/2019 saylı qətnaməsi qismən ləğv edilərək, işə yenidən baxılmasından ötrü Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmış və sonrakı məhkəmə prosesləri də iddia tələbinin təmin edilməsi üçün əsas tapa bilməmişdir. Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi X19 iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı, AMEA-ya və Cavabdeh2 qarşı "mənzilə aid hüquqi sənədlərin verilməsi və mənzilin Cavabdeh2 ayrılması barədə protokolun və çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir, iddia ərizəsi məhkəmənin icraatına daxil olduğu vaxtdan bir neçə ay sonra, iddiaçı tərəf eyni iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə yenidən müraciət etmiş və əvvəlki iddia ərizəsinə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək, hazırki iddia tələbinin dayandırılmasına dair məhkəməyə ərizə vermiş və məhkəmə də, öz növbəsində işin icraatını dayandırmışdır. Həmin mülki işin məhkəmə baxışı yekunlaşmış, iddia tələbi rədd edilmişdir. Hazırki iddia tələbinin araşdırılmasının davam etdirilməsi üçün yenidən məhkəməyə ərizə vermişdir. Odur ki, əvvəlki iddia tələbi üzrə aşağıdakı məhkəmə qərarları qəbul edilməklə, iddiaçının iddia tələbi rədd edilmişdir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi iddia tələbinin rədd edilməsinə dair 2(009)-678/18 saylı, 29 iyun 2018 tarixli qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsindən narazı qalan iddiaçı tərəf, qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.10.2018-ci il tarixli, 2(103)-10248/2018 saylı qətnaməsi ilə, Bakı şəhərinin Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən iddiaçı tərəf kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli, 2(102)-2375/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 17.10.2018-ci il tarixli, 2(103)-10248/2018 saylı qətnaməsi qismən ləğv edilərək, işə yenidən baxılmasından ötrü Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.08.2019-cu tarixli, 2(103)- 8397/2019 saylı qətnaməsi ilə, iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/18 saylı, 29 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.08.2019-cu il tarixli, 2(103)-8397/2019 saylı qətnaməsi qanunsuz olduğundan, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2(102)-7213/2019 saylı qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.08.2019-cu il tarixli, 2(103)-8397/2019 saylı qətnaməsi qismən ləğv edilərək, işə yenidən baxılmasından ötrü Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmış və sonrakı məhkəmə prosesləri də iddia tələbinin təmin edilməsi üçün əsas tapa bilməmişdir. İddiaçı tərəf, yenidən məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirmişdir. Lakin iddiaçı heç bir son məhkəmə qərarlarına istinad etmədən məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini (dəqiqləşmə nəzərə alınmaqla) müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi X19 iddia tələblərini qəbul etməyərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili X23 iddia tələblərini qəbul etməyərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin başçısının Azərbaycan Milli Elmlər Akademiyasının aspirantlar yataqxanası binasının sökülüb, yenidən tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında 19.12.2012-ci il tarixli 564 nömrəli sərəncamından görünür ki, Azərbaycan Milli Elmlər Akademiyasının 14.11.2012-ci il tarixli, 06-10-230 saylı razılıq məktubunu, «xxxx» MMC-nin 07.12.2012-ci il tarixli, 01/0712 saylı müraciətini və tərəflər arasında bağlanmış 14.11.2012-ci il tarixli müqaviləni nəzərə alaraq, ünvan 9 ünvanda yerləşən torpaq sahəsində aspirantlar yataqxanasının sakinlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin cəmiyyətə icazə verilmişdir. - Cavabdeh1 Rəyasət Heyətinin 07 dekabr 2016-cı il tarixli, 15/2 nömrəli qərarından görünür ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə “xxxx” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, "xxxx” MMC tərəfindən AMEA-nın tabeliyində olan, ünvan 10 ünvanda yerləşən yataqxanaya aid torpaq sahəsində yeni yaşayış binalarının inşa edilməsi, yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin köçürülməsi üçün həmin yerdə inşa edilən binalardan 1 bloklu, 16 mərtəbəli binanın AMEA-ya ayrılması nəzərdə tutulmuşdur. Lakin həmin ərazidə “xxxx” MMC tərəfindən inşa edilən binalardan AMEA-ya ayrılmış mənzillərin sayı yataqxanada yaşayan elmi işçilərin köçürülməsi üçün yetərli deyildir. Bununla əlaqədar olaraq bir sıra problemlər yaranmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının ünvan 10 ünvanda yerləşən yataqxanasında yaşayan və AMEA-da işləyən elmi işçilərin köçürülməsində yaranan çətinliklə əlaqədar məsələnin araşdırılması məqsədilə aşağıdakı Komissiya yaradılmışdır. - Azərbaycan Mili Elmlər Akademiyasının İşlər İdarəsindən Azərbaycan Milli Elmlər Akademiyasının iqtisadiyyat institutunun kiçik elmi işçisi İddiaçı ünvanlanmış 07.11.2017-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə “xxxx” MMC arasında bağlanmış müqaviləyə əsasən “xxxx” MMC tərəfindən AMEA-ya ayrılmış mənzillərin bölüşdürülməsi məqsədilə AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli 8/21 nömrəli qərarı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi komissiyası” yaradılmışdır. Komissiya tərəfindən ünvan 10 ünvanında “xxxx” MMC tərəfindən inşa edilmiş binalardan AMEA-ya ayrılmış mənzillərin Aspirantlar yataqxanasında qeydiyyatda olan və hazırda orada yaşayan, qanunvericiliyə müvafiq qaydada mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan AMEA əməkdaşlarına və onların ailə üzvlərinə ilkin bölgüsünə baxılmış, lakin bölgü müvafiq qaydada rəsmiləşdirilməmişdir. Bu bölgüdən sonra komissiyanın işindən narazı qalan vətəndaşlar tərəfindən respublikanın dövlət və hökümət orqanlarına, eyni zamanda AMEA-nın rəhbərliyinə ünvanlanmış haqlı-haqsız, əsaslı-əsassız çoxsaylı şikayətlər olmuşdur. Qeyd olunanları nəzərə alaraq, AMEA-ya ayrılmış mənzillərin bölgüsünün komissiya tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada aparılmasının bir daha müəyyən edilməsi, vətəndaşların şikayətlərinə baxılması və onların cavablandırılması məqsədilə Azərbaycan Milli Elmlər X11 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarı ilə əvvəlki komissiyanın tərkibinə gənc alimlərdən, veteranlardan və həmkarlar komitəsinin üzvlərindən ibarət 6 nəfər əlavə edilərək 13 nəfərə çatdırılmışdır. Eyni zamanda komissiyanın iclaslarında, AMEA-nın prezidentinin rəsmi müraciətinə əsasən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən ayrılmış nümayəndələrin də iştirakı təmin edilmişdir. Yeni yaranmış komissiya mənzil bölgüsünə yenidən baxmış, yataqxanada qeydiyyatı olub müəyyən səbəblərdən yataqxanada otaq ala bilmədiyindən kirayələrdə yaşayan, ona görə də yataqxanada yaşayanlardan daha çox əziyyətlərə məruz qalmış 16 əməkdaşın da mənzillə təmin edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, elmi dərəcəsini və ailə tərkibini nəzərə alaraq həmin ailələri də yerləşdirərkən əvvəlki bölgüyə xeyli dəyişiklik edilmişdir. Yeni yaranmış komissiya əvəzçiliklə işləyən (0,5 ştatla) işçilərə mənzil ayrılmasının dayandırılması barədə də qərar qəbul etmişdir. - Azərbaycan Milli Elmlər X18 İttifaqının Azərbaycan Milli Elmlər X18 İttifaqı, yataqxana və mənzil komissiyasının 08 yanvar 2003-ci il tarixli iclasının protokolundan 29 dekabr 2003-cü il tarixli 45 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Milli Elmlər Akademiyasının iqtisadiyyat institutunun kiçik elmi işçisi İddiaçı 2 nəfər ailə üzvi ilə birlikdə AMEA-nın 2 nömrəli yataqxanasına daimi qeydiyyata götürülmüşdür. - Azərbaycan Milli Elmlər X18 İttifaqının Azərbaycan Milli X6 küçəsi - 12 ünvanda yerləşən yataqxanasına məskunlaşma barədə 29.12.2003-cü il tarixli, 45 nömrəli orderindən görünür ki, Bakı şəhəri, Şərifzadə küçəsi, ev 12, mənzil 11 AMEA-nın iqtisadiyyat institutunun kiçik elmi işçisi İddiaçı verilmişdir. - Azərbaycan Milli Elmlər X18 İttifaqının Azərbaycan Milli X6 küçəsi - 12 ünvanda yerləşən yataqxanasına məskunlaşma barədə 11.10.2005-ci il tarixli, 30 nömrəli orderindən görünür ki, Bakı şəhəri, Şərifzadə küçəsi, ev 12, mənzil 11 AMEA-nın fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutunun elmi işçisi olan Cavabdeh2 verilmişdir. - Azərbaycan Milli Elmlər X11 sentyabr 2017-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Milli Elmlər X11 24 may 2017-ci il tarixli 8/21 nömrəli və 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış “Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi komissiyası”nın 21.09.2017-ci il tarixli, 3 nömrəli protokolundan çıxarışdan görünür ki, AMEA-nın ünvan 10 ünvanda yerləşən Aspirantlar yataqxanasında qeydiyyatda olan və yaşamayan, AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavabdeh2 5 nəfərdən ibarət ailəsinə (özü, arvadı-X13, qızı - X24 və 2 oğlu-X20, X21) yataqxananın ərazisində yeni inşa edilən yaşayış evindən, “xxxx” MMC tərəfindən AMEA-ya ayrılmış 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 99 kv.m olan, 2 otaqlı, 27 nömrəli mənzil verilməsi qərara alınmışdır. - Azərbaycan Milli Elmlər X3 aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavabdeh2 ilə “xxxx” MMC arasında bağlanmış 12.10.2017-ci il tarixli, 08 A nömrəli müqavilədən görünür ki, “xxxx” MMC və Azərbaycan Milli Elmlər Akademiyası arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli podrat müqaviləsinə, eyni zamanda 08 iyul 2015-ci il tarixli podrat müqaviləsinə əlavələr protokoluna əsasən, Cavabdeh2, “xxxx” MMC-nin Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında inşa etdiyi 5 girişli, 16 mərtəbəli yaşayış evinin 5-ci girişi, 5-ci mərtəbəsi, ümumi sahəsi 99 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 27 saylı mənzilin “Sifarişçi”si olaraq qəbul edilir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-952/2020 saylı, 15.01.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2018 saylı, 29 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 22.09.2020-ci il tarixli, 2(102)-3956/2020 saylı qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(103)-952/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin araşdırılmış hallarından görünür ki, AMEA X28 tərəfindən həmin qurumun yataqxana və Mənzil Komissiyasının 08 yanvar 2003-cüil tarixli 01 nömrəli protokoluna əsasən verilmiş 29.12.2003-cü il tarixli 45 nömrəli orderlə AMEA İqtisadiyyat İnstitutunun kiçik elmi işçisi İddiaçı (ailə tərkibi 2 nəfər) AMEA-nın ünvan 11 ünvanında yerləşən yataqxanasında yaşayış sahəsi 22,5 kv.m olan 21 “a” saylı mənzil ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “AMEA Aspirantlar yataqxanası binasının sökülüb, yenidən tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 19.12.2012-ci il tarixli 564 nömrəli Sərəncamına əsasən AMEA-nın 14.11.2012-ci il tarixli 06-10-280 saylı razılıq məktubu, “xxxx” MMC-nin 07.12.2012-ci il tarixli 01/07.12 saylı müraciəti və tərəflər arasında bağlanmış 14.11.2012-ci il tarixli müqavilə nəzərə alınaraq, Yasamal rayonu, 571-ci məhəllə, A.M.Şərifzadə küçəsi 12 saylı ünvanda yerləşən torpaq sahəsində aspirantlar yataqxanasının sakinlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə yaşayış binasının tikintisinin layihələşdirilməsi həmin cəmiyyətə icazə verilmişdir. Sifarişçi AMEA ilə podratçı “xxxx” MMC arasında bağlanmış 14.11.2012-ci il tarixli podrat müqaviləsindən aydın olur ki, podratçı, ünvan 3 ünvanında AMEA-ya məxsus yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinləri üçün həmin yataqxanaya aid olan ərazidə yaşayış binasının inşası üçün BŞİH-nin sərəncamı əsasında AMEA-ya məxsus 0.66 ha torpaq sahəsində 1 ədəd 4 girişli 16 mərtəbəli yaşayış binasının layihə sənədlərinə və müqavilənin şərtlərinə uyğun olaraq tikintisini öz öhdəsinə götürmüş, müqavilənin 1.2-ci bəndində binanın layihə- smeta sənədlərinin hazırlanmasını və binanın tikintisini podratçının öz hesabına həyata keçirəcəyi, 1.3-cü bəndində AMEA-ya məxsus qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinləri üçün öz vəsaiti hesabına inşa etdiyi 1 girişli 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla sifarişçiyə təhvil verməyi üzərinə götürdüyü, 1.4-cü bəndində mənzillərin tikintisi başa çatdıqdan sonra BŞİH tərəfindən təsdiq olunmuş ayrıc aktı əsasında ayrılmış 0,66 ha torpaq sahəsinin və podratçının vəsaiti hesabına inşa olunmuş bütün tikinti sahələrinin müvafiq dövlət orqanlarında özəlləşdirilməsi üçün tələb olunan sənədlərin verilməsinin sifarişçi tərəfindən həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. 14.11.2012-ci il tarixli podrat müqaviləsində sifarişçiyə ayrılacaq mənzillərin sayı və girişin nömrəsi göstərilmədiyindən tərəflər arasında yaranmış anlaşılmazlıqların tənzimlənməsi məqsədilə müqavilənin ayrılmaz hissəsi hesab edilən podrat müqaviləsinə 08.07.2015-ci il tarixli əlavələr protokolu tərtib edilmiş, protokolun 1-ci bəndinə əsasən müqavilədə qeyd olunan ünvanda “xxxx” MMC-nin vəsaiti hesabına tikilməkdə olan yaşayış kompleksində 5000 kv.m- in ödənişsiz əsaslarla AMEA-ya verilməsi, 2-ci bəndinə əsasən AMEA-ya veriləcək mənzillərin yerləşdiyi mərtəbə, otaqların sayı, ümumi və yaşayış sahələri göstərilməklə təsdiq edilmiş siyahısının MMC tərəfindən AMEA-ya təqdim edilməsi qərara alınmışdır. Adı çəkilən yataqxanada yaşayan bir sıra şəxslərin tərtib etdikləri akta görə, AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, yataqxanada qeydiyyatda olan və yaşayan İddiaçı həqiqətən 54 AMEA əməkdaşı ilə birlikdə 13.06.2017-ci il tarixində AMEA ilə “xxxx” MMC arasında bağlanmış 14.11.2012-ci il tarixli müqaviləyə əsasən ünvan 4 ünvanındakı yataqxananın ərazisindəki yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsində iştirak etmiş, ona püşkatma zamanı Şərifzadə ünvanındakı bir bloklu yeni 5 saylı tikilinin 5-ci mərtəbəsində yerləşən 99 kv.m sahəyə malik 27 saylı mənzil düşmüşdür. Azərbaycan Milli Elmlər X11 24 may 2017-ci il tarixli 8/21 nömrəli və 05.07.2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış “Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi komissiyasının 15 sentyabr 2017-ci il tarixli 2 nömrəli protokolundan Çıxarış”dan görünür ki, mənzil qanunvericiliyinin tələblərinə əsasən AMEAnın ünvan 4 ünvanında yerləşən aspirantlar yataqxanasında qeydiyyatda olan daimi və fasilələrlə yaşayan, mənzillə təmin edilməməsi qərara alınan sakinlərin siyahısında İddiaçı da adı qeyd olunmuşdur. AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli 8/21 nömrəli və 05.07.2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış “Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi komissiyasının 21 sentyabr 2017-ci il tarixli 3 nömrəli protokolu”ndan görünür ki, AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli 8/21 nömrəli və 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış “AMEA ilə “xxxx” MMC arasında AMEA-nın ünvan 4 ünvanında yerləşən Aspirantlar yataqxanasının ərazisində yeni yaşayış evlərinin tikintisi barədə bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə uyğun olaraq, “xxxx” MMC tərəfindən AMEA-ya ayrılmış mənzillərin mənzil qanunvericiliyinə uyğun olaraq AMEA-nın Aspirantlar yataqxanasında qeydiyyatda olan və yaşamayan tam ştatla işləyən əməkdaşlarına bölüşdürülməsi qərara alınmışdır. AMEA Rəyasət Heyətinin AMEA-nın əməkdaşlarının mənzil təminatı haqqında 22 sentyabr 2017ci tarixli 10/12 saylı qərarına əsasən “AMEA-nın 24 may 2017-ci il tarixli, 8/21 nömrəli və 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış AMEA-nın mənzillərin bölüşdürülməsi komissiyası”nın “xxxx” MMC tərəfindən ayrılmış mənzillərin AMEA-nın Aspirantlar yataqxanasındakı qeydiyyatda olan, yaşayan və qeydiyyatda olub yaşamayan əməkdaşlarına bölüşdürülməsinə dair 07 sentyabr 2017-ci il tarixli 1 nömrəli və 21 sentyabr 2017-ci il tarixli 3 nömrəli protokolları təsdiq edilmişdir. AMEA-nın Rəyasət Heyətinin 24.05.2017-ci il tarixli 8/21 nömrəli və 05 iyul 2017-ci il tarixli 9/23 saylı qərarları ilə yaradılmış Mənzillərin bölüşdürülməsi Komissiyasının 15.09.2017-ci il tarixli iclasının qərarına əsasən Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında yerləşən Aspirantlar yataqxanasında qeydiyyatda olan, daimi və fasilələrlə yaşayan, AMEA-nın elmi müəssisə və təşkilatlarında 0,5 ştat vahidi ilə işləyən sakinlərin (ailələrinin) mənzillə təmin edilməməsi qərara alınmış, adıçəkilən komissiyanın 21.09.2017-ci il tarixli 3 nömrəli qərarına görə isə, “xxxx” MMC tərəfindən AMEA-ya ayrılmış 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 99 kv.m olan 2 otaqlı, 27 nömrəli mənzil Cavabdeh2 5 nəfərdən ibarət ailəsinə ayrılmış, həmin qərar Azərbaycan Milli Elmlər X5 22.09.2017-ci il tarixli 10/12 saylı qərarı ilətəsdiq edilmiş və mənzilə dair Cavabdeh2 ilə “xxxx” MMC arasında müvafiq müqavilə bağlanılmışdır. İddiaçı məhz sözügedən püşkatmanın nəticələrinə istinadla həmin püşkatma nəticəsində onun ailəsinin payına düşmüş 27 saylı mənzilə aid sənədlərin ona verilməməsinin, habelə mənzilin digər şəxsə ayrılmasının qanunsuz olduğunu göstərərək 2018-ci ildə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına (AMEA) qarşı iddia ərizəsi, sonradan isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binalardan AMEA-ya ayrılmış yeni 5 saylı tikilinin 5-ci mərtəbəsində yerləşən 27 saylı mənzilin ilkin hüquqi sənədlərinin (protokoldan çıxarış qərarın) ona verilməsi öhdəliyinin yerinə yetirilməsinin AMEA-nın (AMEA mənzillərin bölüşdürülməsi komissiyasının) üzərinə qoyulması, habelə həmin mənzilin Cavabdeh2 verilməsinə dair protokol və çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia üzrə işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçıya həmin yataqxanada otaq verilərkəno, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin işçisi olmuş, yalnız 2013-cü ildə AMEA İqtisadiyyat İnstitutunda işləməyə başlamışdır. İddiaçı qeyd edilən iddiaları üzrə qəbul edilmiş Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(009)-678/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2(103)-10248/2018 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(009)- 678/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli, 2(102)-2375/2019 nömrəli qərarı ilə İddiaçı kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmasıüçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli 2(103)-8397/2019 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(009)- 678/2018 nömrəli qətnaməsi ləğv edilərək, iddia təmin edilmiş, ünvan 12 ünvanında “xxxx” MMC tərəfindən inşa edilmiş binalardan Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına ayrılmış yeni 5 saylı tikilinin, 5-ci mərtəbəsində yerləşən 27 saylı mənzilin ilkin hüquqi sənədlərinin (protokoldan çıxarış qərarı) İddiaçı verilməsi öhdəliyinin yerinə yetirilməsinin Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının (Mənzillərin Bölüşdürülməsi Komissiyasının) üzərinə qoyulması və həmin mənzilin Cavabdeh2 verilməsinə dair protokol və çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2019cu il tarixli, 2(102)-7213/2019 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və üçüncü şəxs Həsənov Sənam Səməndər oğlunun kasasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(103)-952/2020 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(009)- 678/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2020ci il tarixli, 2(102)-3956/2020 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(103)-952/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçının, ünvan 4 ünvanında “xxxx” MMC tərəfindən inşa edilmiş binalardan AMEA-ya ayrılmış yeni 5 saylı tikilinin 5-ci mərtəbəsində 27 saylı mənzilin ilkin hüquqi sənədlərin (protokoldan çıxarış qərarının) ona verilməsi öhdəliyinin yerinə yetirilməsinin AMEA-nın (AMEA mənzillərin bölüşdürülməsi komissiyasının) üzərinə qoyulması və sözügedən mənzilin Cavabdeh2 verilməsinə dair protokol və çıxarışın etibarsız hesab edilməsi kimi tələblərinə hüquqi qiymət verilərək bu iddiaların əsassız olması müəyyən edildiyi halda, iddiaçı hazırki tələbində Cavabdeh2 qanunsuz və əsassız verilən mənzilə aid mənzil ayrılmasına dair protokol və çıxarışın etibarsız hesab olunması, özünün mənzillə təmin olunmaq hüququnun bərpa olunması, ünvan 13 ünvanında “xxxx” MMC tərəfindən inşa edilən və Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmış binadan 2 otaqlı mənzilin verilməsini iddia etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzilə dair Cavabdeh2 qanunsuz və əsassız verilən mənzilə aid mənzil ayrılmasına dair protokol və çıxarışın etibarsız hesab olunması kimi tələbi üzrə artıq yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə aktı olduğu üçün bu hissədə onlar hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb edir. Belə ki, yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirilən mənzillə əlaqədar hər hansı hüquqları yaranmadığından, ona dair üçüncü şəxs Cavabdeh2 verilmiş sənədlərin mübahisələndirilməsi üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə aktları bu hissədə hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olduğu üçün məhkəmə tələbin bu hissəsinə yenidən hüquqi qiymət verilməsini mümkün saymır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu norma ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını inztizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Həmçinin preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Həmçinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi, prosessual qanunvericilik yalnız qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hər hansı faktların preyudisiallığını mümkün hesab edir. Məhkəmə hazırki iddia tələblərinin İddiaçı mənzillə təmin olunmaq hüququnun bərpa olunması, ünvan 4 ünvanında “xxxx” MMC tərəfindən inşa edilən və Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmış binadan 2 otaqlı mənzilin verilməsi hissəsi ilə bağlı qeyd edir ki, bu tələblər eyni tərəflər arasında əvvəlki məhkəmə işlərində iddia predmeti olmasa da, bu tələbin əsaslandırıldığı hallar üzrə əvvəlki məhkəmə mübahisəsi zamanı müəyyən edilmiş bəzi diqqətəlayiq və mühüm məqamlar nəzərə alınmalıdır. Belə ki, iddiaçı qeyd edilən tələblərinin əsası kimi AMEA-nın aspirantlar yataqxanasında 22.5 kv.m sahəsi olan, şəraitsiz və təmirsiz yerdə 2 azyaşlı uşağı və ailəsi ilə 20 ildən çoxdur ki, yaşamasına, sözügedən yataqxananın sökülüb, yenidən tikintisinin layihələşdirilməsinə dair icazə verilməsi haqqında Bakı şəhər İcra hakimiyyəti başçısının 19.12.2012-ci il tarixli, 564 saylı sərəncamının «14.11.2012-ci il tarixli müqaviləni nəzərə alaraq, Yasamal rayonu, 571-ci məhəllə, A.M.Şərifzadə küçəsi 12 saylı ünvanda yerləşən torpaq sahəsində aspirantlar yataqxanasının sakinlərinin mənzil şəraitinin yaxşılaşdırmaq məqsədilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin cəmiyyətə icazə verilsin» məzmununda İ bəndinə istinad etmişdir. Həmçinin, iddiaçı AMEA-nın Rəyasət Heyətinin 07 dekabr 2016-cı il tarixli 15/2 saylı qərarı ilə yaradılmış komissiya tərəfindən təsdiq edilmiş 16 may 2017-ci il tarixli arayışda 2-ci səhifədə, 2-ci bənddə ünvan 1 ünvanında “xxxx” MMC tərəfindən inşa edilən binalardan AMEA-ya ayrılmış binaların ilk növbədə yataqxanada qeydiyyatda olan, orada yaşayan, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan AMEA əməkdaşlarının ailə üzvlərinə verilməsinin təklif edilməsinə, təklif və siyahıların AMEA-nın 24 may tarixli 2017ci il tarixli qərarı ilə təsdiq edilmiş və 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə mənzillərin bölüşdürülməsinin yaradılmış “Azərbaycan Milli Elmlər Akademiyasının Mənzillərin bölüşdürülməsi Komissiyasına” tapşırılmasına da istinad etmişdir. Başqa sözlə, iddiaçı bütün rəsmi sənədlərdə binanın tikintisinin mənzillərin bölgüsündə ilk öncə yataqxanada qeydiyyatda olan və hal-hazırda da yaşayan əməkdaşlar üçün nəzərdə tutulmasının aydın şəkildə təsdiq olunmasını qeyd edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.2-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Qeyd edilən maddi hüquq normalarından göründüyü kimi yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulmuşdur. İşin materiallarından, eləcə də əvvəlki məhkəmə qərarlarından da görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən 19 dekabr 2012-ci il tarixli, 564 saylı sərəncam verilərkən İddiaçı AMEA-nın əməkdaşı deyil, Azərbaycan Dövlət İqtisad Universitetinin işçisi olmuşdur. İddiaçı 2013-cü ildən 0,5 ştatla AMEA-da əmək fəaliyyətinə başlamışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin: - 36-cı bəndinə əsasən X9 mərkəzi aparatı və onun strukturuna daxil olan elmi müəssisə və təşkilatları, regional elmi bölmə və mərkəzləri, elmi, elmi xidmət, xidmət və sosial xidmət müəssisələri Akademiyanın vahid sistemini təşkil edir; - 39-cu bəndinə əsasən Akademiyanın ali idarəetmə orqanı X7; - 62-ci bəndinə görə isə, X16 Akademiyanın vəzifələrini və funksiyalarını həyata keçirən kollegial icra orqanıdır. Əvvəlki məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçıya həmin yataqxanada otaq verilərkən Akademiyanın vəzifələri və funksiyaları ilə bağlı qərar qəbul etmək səlahiyyəti Rəyasət Heyətinə məxsus olmaqla Rəyasət Heyətinə rəhbərliyi Akademiyanın prezidenti həyata keçirir. X9 müvafiq qərarı ilə AMEA-nın işçilərinə tikiləcək binadan mənzillərin ayrılması məsələlərinin həll edilməsi ilə bağlı mənzillərin bölüşdürülməsi komissiyası yaradılmış, komissiya tərəfindən yataqxana sakinlərinin mənzillə təmin edilməsi üçün püşkatma keçirilsə də, həmin püşkatma ilə bağlı komissiya tərəfindən hər hansı qərar qəbul olunmamış və belə qərar X16 tərəfindən təsdiq edilməmişdir. Həmçinin işin materiallarından görünür ki, sözügedən Komissiya Şərifzadə küçəsi 12 ünvanında yerləşən AMEA-nın yataqxanasında qeydiyyatda olub AMEA-da daimi və uzun müddət çalışan və mənzil şəraitini yaxşılaşdırmağa daha çox ehtiyacı olan şəxslərin elmi dərəcələri də nəzərə alınmaqla onlara həmin binadan mənzillər ayrılması barədə qərar qəbul etmişdir. Həmin Komissiyanın 15 sentyabr 2017-ci il tarixli iclasının qərarı ilə AMEAnın aspirantlar yataqxanasında yaşayan, lakin AMEA-da işləməyən və ya əvəzçiliklə (0,5 ştat) işləyən əməkdaşlara, o cümlədən 03 oktyabr 2013-cü ildən AMEA-da əvəzçiliklə (0,5 ştat) işləyən X8 mənzil ayrılmaması qərara alınmışdır. Beləliklə də, məhkəmə baxışı zamanı iddiaçının mənzil hüququ kimi konstitusiyon hüququnun cavabdehlər tərəfindən kobud şəkildə pozulması halı müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı mənzillə təmin olunmaq hüququnun bərpa olunması cavabdehlərə aid olmadığı üçün ünvan 4 ünvanında “xxxx” MMC tərəfindən inşa edilən və Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmış binadan 2 otaqlı mənzilin verilməsi kimi tələb də əsaslı sayıla bilməz. Belə ki, cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının iddiaçı qarşısında belə bir öhdəliyinin olması və bu öhdəliyi də pozması kimi halların mövcudluğu öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının özünün də göstərdiyi kimi, onun və digər mənzil ayrılmayan əməkdaşların çoxsaylı müraciətlərinin nəticəsi olaraq onlardan ikisinə Buzovna qəsəbəsindən ayrılan mənzillər verilmişdir. İddiaçı da bu təklif edilmiş, lakin o yalnız Şərifzadə küçəsində inşa edilən mənzil istədiyini bildirmişdir. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasına və Cavabdeh2 qarşı “mənzilin ayrılmasına dair protokol və çıxarışın etibarsız sayılması, onun mənzillə təmin olunmaq hüququnun bərpa olunması, ünvan 4 ünvanında “xxxx” MMC tərəfindən inşa edilən və Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmış binadan 2 otaqlı mənzilin verilməsi” tələbinə dair iddia tələbləri əsassız olduğu üçün rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasına və Cavabdeh2 qarşı “mənzilin ayrılmasına dair protokol və çıxarışın etibarsız sayılması, onun mənzillə təmin olunmaq hüququnun bərpa olunması, ünvan 4 ünvanında “xxxx” MMC tərəfindən inşa edilən və Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmış binadan 2 otaqlı mənzilin verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-26/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-26/2021
29.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver