Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2633/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli, İddiaçı - Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı - Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməyərək verildiyi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı tərəfindən isə cavabdehin Bakı şəhəri Səbail rayonunda qeydiyyatda olduğunu təsdiqləyən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Əlavə olaraq “Elektron Məhkəmə” informasiya sistemində cavabdehin Bakı şəhəri Səbail rayonunda qeydiyyatda olmaları ilə bağlı məlumat aşkar edilməmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə iddiaçı tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat məbləğində olmalıdır. İddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4.-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı - Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2633/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2633/2024
06.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver