Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2647/2025 12.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı – cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərərə görə sığorta haqqının ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərərə görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 43,140 manat zərərin, mənəvi zərər kimi isə 7,000 manat pulun və dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 17-30 radələrində Goranboy rayon Qazanbulaq qəsəbəsi ərazisində özümə məxsus idarə etdiyim BMW markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman avtomobilin salon bölməsini tüstü bürüdüyünü, dərhal avtomobili yolun kənarında saxlayaraq mühərrikxananm qapağını açdıqda mühərrik bölməsində yanğın hadisəsinin baş verdiyini görmüşəm. Köməyə gələn ətrafdakı insanlarla birlikdə yanğını söndürməyə çalışmışam, lakin buna nail ola bilməmişik. Yanğınsöndürmə xidmətinə zəng edərək yanğın hadisəsi barədə məlumat verilmiş, bir müddətdən sonra gələn yanğınsöndürənlər tərəfindən yanğını söndürülmüşdür. Yanğın hadisəsinə səbəb avtomobilin elektrik nanillərində texniki nasazlığın yaranması olmuşdur. Yanğın hadisəsi nəticəsində avtomobilim yanaraq yararsız vəziyyətə düşmüş və mənə 43000 manat məbləğində maddi ziyan dəymşdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Hadisə olan zaman sığorta şirkəti tələb elədi ki, maşın hadisə yerində qalsın. Bakıdan gəlib nümunə götürəcəklər Bir həftə sonra maşından oğurluq oldu. Sığorta şirkəti dedi ki, maşını götür, artıq loboratoriyadan gəlib nümunə götürüblər. Zərərin ödənilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişəm. Qeyd edim ki, "xxxx" MMC-nin 08 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyindən göürünür ki, "5351" markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobildə yanğın izlərinin nisbi avtomobilin və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi, mühərrik bölməsinin daxilində olmuş və yanğın mənbə zonasından yanar materialların üzəri ilə yüksələn xətt istiqamətində genişlənərək avtomobilin bütün hissələrinə yayılmışdır. İş materiallarında olan məlumatları, hadisə ərəfəsində avtomobilin hərəkətdə olduğunu, müəyyən edilmiş mənbə zonasında isitlik ixrac edə bilən texniki qurğulardan elektrik naqillərinin yerləşdiyini nəzərə aldıqda, yanğın, elektrik naqillərində hansısa qəza (qısa qapanma, yüksək keçid müqaviməti və s.) halının yaranması nəticəsində əmələ gəlmiş yüksək temperaturdan bilavasitə yaxınlıqda yerləşən yanar materialların alışmasından baş verməsi üçün xarakterikdir. Hadisə ərəfəsində avtomobilin hərəkətdə olduğunu, avtomobilə hər hansı kənar müdaxilənin, həmçinin avtomobilin istismarı zamanı texniki nasazlığın olmadığını nəzərə aldıqda, baş vermiş yanğın hadisəsində qüvvədə olan normativ aktların tələblərinin hər hansı şəxs tərəfindən pozulması halı müəyyən olunmamışdır. Qeyd edim ki, “Bakı Ekspertiza Mərkəzinin” xx.xx.2025-ci il tarixli, “QS-25/008” saylO ekspert rəyinə əsasən 2014-cü buraxılış ili olan, BMW markalı, **-LC-*** d.q.n-li avtomobilə, ekspert baxışına təqdim olunan BMW markalı avtomobilə hazırkı vəziyyədə ümumi qiymət təxminən 43140 (Qırx üç min yüz qırx) manat müəyyən olunur, (ehtiyyat hİssələri 36840 azn, görülən İşlər 6300 AZN, CƏMİ 43140 AZN). Qeyd edim ki, hadiəsi nəticəsində güclü əsəb, stres və sarsıntı keçirmişəm. Odur ki, hesab edirəm ki, mənə mənəvi zərərə görə cavabdeh Qala Sığorta» ASC-dən mənim xeyrimə 7000 manat mənəvi zərin əvəzi kimi təzminat ödənilməlidir. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd olunmuşdur ki, AR Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin Aran Regional X4 İdarəsinin 10 iyun 2025-ci il tarixli “X7’nın 7-ci bəndində açıq şəkildə qeyd olunur ki, nəqliyyat vasitəsi avtomobil sahibinin özü tərəfindən qəza törətmək təhlükəsi olan vəziyyətdə, xüsusilə elektrik naqillərində mövcud nasazlıqlarla idarə olunmuş və bu nasazlıq yanğının yaranmasına birbaşa səbəb olmuşdur. Aktda İddiaçı yanğının baş verməsində təqsirli şəxs kimi qiymətləndirilmişdir. Həmin aktın 8-ci bəndində belə yanğınlara yol verilməməsi üçün avtomobil sahibinin X2 ilə bağlı təkrar təlimatlandırılması tələbi İddiaçı yanğın zamanı lazımi tədbirlər görmədiyi və yanğının qarşısını almadığı faktını təsbit edir. Nəticədə yanğın aktından göründüyü kimi, İddiaçı ona məxsus “BMW” markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yanğın törədə biləcək vəziyyəti bildiyi və bilinəli olduğu halda qanunvericiliklə üzərinə qoyulmuş öhdəliklərə riayət etməmiş, yanğının baş verməsinə birbaşa öz qeyriqanuni əməli ilə səbəb olmuşdur. Yanğın hadisəsi baş verdiyi zaman İddiaçı yanğını vaxtında söndürmək, əfnlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün mümkün tədbirlər görməli idi. İddiaçı sığorta araşdırması çərçivəsində Cəmiyyətimizə verdiyi xx.xx.2025-ci il tarixli video izahatının {qoşma 2) 31:37 dəqiqəsində yanğını söndürməyə cəhd belə etmədiyini və ona yaxınlaşan insanlardan da kömək istəmədiyini (dəqiqə 33:25) aydın şəkildə bildirir. Buna baxmayaraq o, cinayət işinin rədd edilməsi haqqında qərarda və iddia ərizəsində yanğının söndürülməsinə cəhd göstərdiyini, həmçinin ətrafdakı insanlardan da kömək aldığını bildirmiş, bununla da ifadələri arasında açıq ziddiyyət yaratmışdır. xx.xx.2025-ci il tarixli vİddiaçının video izahatından göründüyü kimi, yanğın birdən-birə şiddətli şəkildə başlamamışdır. Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixində gecə saatlarında Bakıdan Gəncəyə gedərkən yolüstü Qazanbulaq (Goranboy rayonu) qəsəbəsindəki hamama getmiş, oradan çıxıb cəmi 2 km uzaqlaşdıqdan sonra maşının mühərrikinin qapağının tüstülədiyini görmüşdür. Bundan sonra o maşını saxlamış və mühərrikin qapağını açdıqda mühərrikin sağ tərəfində ön alın şüşəsinə yaxın hissədə arxa hissəsində (ön güzgüyə yaxın hissə) tüstülənmə görmüşdür. Daha sonra həmin nahiyədən alışma baş vermişdir {qoşma 2, dəqiqə 27:40). Video izahatda özünün də iddia etdiyi kimi, o avtomobili saxladıqda yanğın demək olar ki. heç başlamamışdı. Sadəcə mühərrikin qapağında tüstülənmə hiss eləmişdi. Bu izahdan belə aydın olur ki, heç də bir göz qırpımında başlayan bir yanğından söhbət getmir, prosses bir neçə dəqiqə uzanır. Hətta iddiaçı avtomobilin mühərrik hissəsinin sağ tərəfinin salona yaxın hissəsində xırda bir yerdə baş verən tüstülənmənin tədricən atışmasına və alovlanmasına bir müddət “tamaşa” etmiş və hər nədənsə bu qədər müddət ərzində kiçik bir su həcmi və ya torpaqla söndürülə biləcək yanğına müdaxilə etməmişdir. Yanğın ilkin mərhələdə intensiv və təhlükəli xarakter daşımamış, yüngül partlayışlar şəklində müşahidə olunmuş, onun qarşısının alınması real və mümkün olduğu halda, cavabdeh qəsdən heç bir tədbir görməmiş və bununla zərərin artmasına şərait yaratmışdır. Nəzərə alsaq ki, hadisə asfalt olmayan tək tənha bir ərazidə baş vermişdir, fotoşəkil və videolardan da göründüyü kimi yanğını (tüstülənməni) söndürmək üçün torpaq və ya toz çox rahat təmin edilə bilərdi. İddiaçının yanğın hadisəsi ilə bağlı müxtəlif instansiyalara verdiyi izahatlar arasında müəyyən ziddiyyət mövcuddur. Belə ki, sığorta şirkətinə hadisə günü - xx.xx.2025-ci il tarixli video izahatda {qoşma 3) 00:15 dəqiqədə yanğının ilkin mərhələdə zəif xarakter daşıdığını, əvvəlcə tüstülənmə, daha sonra isə yüngül partlayış baş verdiyini və partlayışın şiddətli olmadığını bildirdiyi halda, məhkəməyə ünvanladığı iddia ərizəsində salon bölməsinin tüstü ilə tam büründüyünü və mühərrik qapağını açarkən artıq aktiv yanğın olduğunu qeyd etmişdir. Bu ziddiyyət hadisənin gedişatının süni şəkildə dəyişdirildiyini və faktların sonradan uyğunlaşdırıldığını göstərir. İddiaçı yanğının ilk anlarından etibarən hadisəni video görüntüyə aldığını əməkdaşlarımıza bildirmişdir. Lakin hadisənin real gedişatını təsdiq edə biləcək mühüm sübut olan ilk video görüntüləri nədənsə Cəmiyyətimizə təqdim etməmiş, sadəcə yanğının söndürülməsi zamanı çəkilmiş video görüntüləri təqdim etmişdir, (qoşma 4) Halbuki sığorta araşdırmasının əvvəlində Cəmiyyətimizin əməkdaşlarına yanğının ilk görüntülərini də təqdim edəcəyi barədə söz vermişdi. Hər halda o. sığorta araşdırmasının detallarının belə əhatəli olacağını düşünmürdü. xx.xx.2025-ci il tarixli video izahatın 33:45 dəqiqəsində bunun təsdiqi vardır. Digər maraqlı məqam ondan İbarətdir ki, iddiaçı xx.xx.2025-ci il tarixli video izahatın 31:11 dəqiqəsində mühərrikin qapağını bağlamadığını bildirsə də, yanğın söndürülməsi zamanı çəkilmiş videolarda və avtomobilin foto görüntülərində mühərrik qapağının bağlı olduğu açıq- aşkar görünür, (qoşma 4,5). Sığorta araşdırması çərçivəsində müəyyən edilən diqqət çəkici başqa bir məqam avtomobilin və sürücünün sənədlərinə yanğın nəticəsində heç bir ziyan gəlməməsi olmuşdur. İddiaçı bu halı sənədləri evdə saxlaması ilə izah etməyə çalışmışdır. Halbuki, o xx.xx.2025-ci il tarixli video izahatının 32:17 dəqiqəsində Bakı şəhərindən birbaşa Gəncə şəhərinə yola düşdüyünü, yolüstü də hamama getdiyini bildirir ki, bu qədər məsafədə avtomobili müvafiq təsdiqedici sənədlər olmadan idarə etməyin mümkünlüyü qanuni olmamaqla yanaşı, real da görünmür. İddiaçı avtomobilin 43000 azn olduğu iddiasındadır. Halbuki xx.xx.2025-ci il tarixli video izahatının (qoşma 6) 03:59-cu dəqiqəsində bunun belə olmadığım “37-38 min manat bu maşınlıq deyil, 34 min manata yerləşdirək, 32-33 min manata da satarıq” deməklə, habelə xx.xx.2025-ci il tarixli video izahatının 19:50-ci dəqiqəsində “maşına olunan əlavələr satılanda nəzərə alınmır” ifadələri ilə açıq etiraf edir. İddia ərizəsində avtomobilinin tam məhv olmasını iddia edən və onun tam dəyəri olaraq 43000 azn tələb edən və bunun üçün oxşar avtomobillərin avtomobil satış saytlarından elanlarını dəlil kimi təqdim edən iddiaçı 2025-ci ilin yanvar ayından etibarən sözügedən avtomobilini satmağa çalışmış və həmin tarixdən hadisə baş verən tarixədək periodik olaraq avtomobil satış saytlarında elanlar yerləşdirmişdir {qoşma 7 ). Nədənsə bu qədər müddət ərzində avtomobilini sata bilmədikdə onu sığortalamış və sığortaladıqdan cəmi 20 gün sonra sözügedən yanğın baş vermişdir. xx.xx.2025-ci il tarixli video izahatından göründüyü kimi Bakı şəhərindən Qazanbulaq qəsəbəsində yerləşən hamama qədər birbaşa yol gedən avtomobilin heç bir naqili isinməmiş, yalnız maşın bu məsafəni qət edib 2 saat dayandıqdan və demək olar kİ mühərrik hissə tam soyuduqdan sonra, təkrar hərəkətə başlayıb (hamamdan sonra) cəmi 2 km yol gedincə (40-50 km ona sürətlə hesablasaq soyuduqdan sonra cəmi 3-4 dəqiqə yenidən yol gedincə) naqillər isinmiş, hətta bu müddətdə salona qədər tüstü vermiş və sonra iddiaçının hərəkətsiz müşahidəsi altında alışıb yanmışdır. Yuxarıda sadalanan səbəblərdən sonra sığorta araşdırması çərçivəsində iddiaçıya sığorta ödənişindən imtina barədə bildiriş verilmişdir. Bununla bağlı olaraq, Azərbaycan Respublikasının “Mərkəzi Bank haqqında” Qanunu ilə sığorta şirkətlərinin nəzarət orqanı olan və həmin Qanunun 46-cı maddəsinə əsasən onların fəaliyyətinə nəzarət həyata keçirən Mərkəzi Banka şikayət ərizəsi ilə müraciət etmişdir. Mərkəzi Bank məsələni araşdırmış və Cəmiyyətimizin gəldiyi qərarla razılaşmışdır. Əks halda Cəmiyyətimizə sığorta ödənişinin həyata keçirilməsi barədə Təqdimat təqdim edilərdi. İddiaçının növbəti qeyri səmimi cəhdi isə bütün bunlardan sonra AR Qiymətləndiricilər Palatasının üzvü olan "xxxx" MMC-yə üz tutmaq olmuşdur. Belə ki, yanğın hadisəsinin səbəbləri barədə həmin qiymətləndirmə mərkəzi tərəfindən səlahiyyətinə aid olmayan, yalnız subyektiv mülahizələrə əsaslanan, heç bir texniki avadanlıq ölçmə və laboratoriya təhlil və analiz nəticələrinə əsaslanmayan rəy hazırlanaraq həm Cəmiyyətimizə, həm də məhkəməyə təqdim edilmişdir. Həmin ekspertiza rəyi və onu tərtib edən şirkət barəsində AR X1 Heyətinə Cəmiyyətimiz tərəfindən müvafiq müraciət ünvanlanmışdır. (Qoşma 8). Əlavə olaraq qeyd etmək istəyirik ki, yanğın hadisələrinin araşdırılmasının və yanğının baş verməsində təqsirli şəxsin müəyyən edilməsinin AR Fövqəladə Hallar Nazirliyinin təbii inhisarında olduğu halda, qiymətləndirici şirkətin belə bir araşdırma aparması və rəy verməsi sual doğurur. Həmçinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 4-cü maddəsi qiymətləndirmə fəaliyyətinin istiqamətlərini aydın şəkildə sadalamışdır. Həmin qanunun l.l.l.-ci maddəsinə görə isə qiymətləndirmə fəaliyyəti - bu qanunla müəyyən edilmiş hallarda, habelə sifarişçinin müəyyən etdiyi məqsədlər üçün qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirici tərəfindən müəyyən edilməsi üzrə fəaliyyətdir. Qiymətləndiri şirkət tərəfindən səlahiyyətinə daxil olmayan sahə üzrə hadisənin baş verməsi səbəblərinin və təqsirkarın müəyyən edilməsi səlahiyyətini tamamilə aşma hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən görünür ki, BMW 535i markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də avtomobil nəqliyyat vasitələrinin tam sığortası növündə sığorta edilmişdir. xx.xx.2025-ci il tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayonu, Qazanbulaq qəsəbəsində baş vermiş yanğın hadisəsi nəticəsində İddiaçı məxsus BMW 535i markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobil tam məhv olmuşdur. 10 iyun 2025-ci il tarixli yanğın haqqında aktda qeyd edilir ki, BMW 535i markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi tərəfindən idarə olunan vəziyyətdə saat 17:41 radələrində tüstüləyərək alışmağa başlamış və İddiaçı tərəfindən müdaxilə olunaraqsaat 17:45 radələrində 101-ə telefonla xəbər vermişdir. Saat 18:02 radələrində hadisə yerinə gələn Goranboy rayon yanğınsöndürənləri tərəfindən su vuruluraq saat 18:10 radələrində tam söndürülmüşdür. Hadisə yerinə keçirilən baxışdan və şahidlərin izahatlarından güman olunur ki, yanğın avtomobilin elektrik naqillərində baş verən elektrotexniki qəza səbəbindən baş vermişdir. Avtomobilin sahibi tərəfindən elektrik naqilləri qəza törədə biləcək vəziyyətdə idarə olunmuş və yanğına səbəb olmuşdur. Gələcəkdə bir daha belə yanğınlara yol verməməsi üçün avtomobil sahibi təkrar təlimatlandırılmışdır. 31 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarda qeyd edilir ki, müəyyən edilmişdir ki, 02 iyun 2025-ci il tarixdə saat 17 radələrində İddiaçı özünə məxsus idarə etdiyi BMW 535i markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Goranboy rayonu, Qazanbulaq qəsəbəsi ərazisində hərəkətdə olarkən avtomobildə yanğın hadisəsi üzərinə yanğın təhlükəziliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində deyil, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, yəni avtomobildə baş vermiş elektrotexniki qəzanın yaranmasından baş vermiş, yanğın kənar müdaxilə nəticəsində yaranmamış, həmçinin yanğın zamanı xəsarət alan olmamışdır. Cavabdeh tərəfindən təqdim olunmuş videoçəkilişdən görünür ki, İddiaçı cavabdeh ASC-yə vermiş olduğu izahatda yanğını söndürməyə cəhd etmədiyini və həmin zaman ərazidə olan digər şəxslərdən kömək istəmədiyini bildirir. O, izahatında eyni zamanda qeyd edir ki, yanğın ilkin mərhələdə zəif olmuş, əvəlcə tüstülənmə, daha sonra yüngül partlayış baş vermiş və partlayış şiddətli olmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ona məxsus idarə etdiyi BMW 535i markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Goranboy rayonu, Qazanbulaq qəsəbəsi ərazisində hərəkətdə olarkən avtomobildə yanğın hadisəsi baş vermiş və nəqliyyat vasitəsi tam yanmışdır. Sığorta şirkəti hadisəni sığorta hadisəsi kimi qiymətləndirməyərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. İşin hallarından aşkar göründüyü kimi, mübahisə sığorta hadisəsinin mövcudluğu ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883-cü maddəsinə əsasən sığortalı sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsi üçün sığorta haqqı ödəməsi müqabilində sığorta müqaviləsi bağlayır. 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. 935.1.4-cü maddəsinə əsasən, sığortaçı sığorta ödənişinin verilməsindən sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi halında imtina edə bilər; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olar. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının 23.1.4-cü bəndinə əsasən sığortaçı o halda sığorta ödənişinin verilməsindən imtina edə bilər ki, sığortalı sığortalanmış avtomobilə dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün zəruri və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görmədikdə; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin məbləği həmin həcmdə azalmış olardı. “Yol hərəkəti haqqında” AR Qanunun 6-cı maddəsinin İİ bəndinə əsasən onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifəsidir. Azərbaycan Respublikasında Yanğın təhlükəsizliyi qaydalarının 1.10.2-ci bəndinə əsasən öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıq saxlamaq fiziki şəxslər qarsışında qoyulmuş tələblərdəndir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus avtomobil cavabeh şirkətdə nəqliyyat vasitələrinin tam sığortası növündə sığorta edilmişdir. Həmin sığorta əqdi üzrə iddiaçının əşyasının sığortalandığı risklərdən biri də yanğın hadisəsi olmuşdur. Qeyd olunan sığorta növü üzrə sığorta hadisəsinin baş verməsinin mühüm şərti ondan ibarətdir ki, hadisə təsadüf nəticəsində baş verməli, başqa sözlə sığorta olunan şəxsin qəsdi yaxud səhlənkarlığı nəticəsində baş verməməlidir. Hazırki mübahisədə görünür ki, baş vermiş yanğın hadisəsinə sürücünün həm səhlənkarlığı, həmçinin də qanunla onun üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməməsi səbəb olmuşdur. Belə ki, işdə olan yanğın haqqında aktdan da görünür ki, yanğın avtomobilin onun sahibi tərəfindən elektrik naqilləri qəza törədə biləcək vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində yanğın hadisəsi baş vermişdir. Bu o deməkdir ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsinin istismarı qaydaları pozulmuş və bu səbəbdən hadisə baş vermişdir ki, bu səbəb iddiaçının hərəkətləri nəticəsində yaranmışdır. Bundan başqa iddiaçının iddia ərizəsində yanğının baş verməsi ilə bağlı qeyd etdikləri həm də o səbəbdən qeyri-səmimi görünür ki, iddiaçı cavabdeh şirkətə vermiş olduğu izahatında hadisə baş verdikdən sonra yanğını söndürməyə cəhd belə etmədiyini bildirsə də, məhkəməyə vermiş olduğu izahatda köməyə gələn insanlarla birlikdə yanğını söndürməyə çalışdığını, lakin bunu bacarmadığını qeyd etmişdir. İddiaçının səsləndirdiyi bu 2 fikir isə bir-birinə zidd olmaqla iddiaçının hadisənin qarşısını almaqda nə dərəcədə istəkli olduğunu şübhə altına salır. İddianın dəlillərinin əsassızlığına dair olan əsaslardan biri də odur ki, iddiaçı avtomobildə yanğın hadisəsi baş verdikdən sona kimi hadisəni videolentə aldığını və həmin çəkilişi cavabdehə təqdim etdiyini bildirsə də, həmin çəkiliş cavabdehdə aşkar edilməmiş və məhkəməyə də təqdim edilməmişdir. Halbuki, həmin çəkiliş hazırki iş üzrə mötəbər və əsas sübutlardan biri ola biləcəyi halda iddiaçı özünün bildirdiyinə görə çəkilişi cavabdehə təqdim etdikdən sonra özünə məxsus mobil telefonun yaddaşında saxlamamış və silmişdir. Sığortaçının sığorta ödənişi etməkdən imtina etməsinə səbəb olacaq əsaslardan biri sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi halıdır. İşdən görünür ki, avtomobilin ön qapaq hissəsində başlayan tüstülənmə ümumilikdə avtomobilin tam yanması ilə nəticələnmişdir ki, bu da onu deməyə əsas verir ki, iddiaçı yüngül şəkildə başlayan yanğının genişlənməməsi üçün lazimi tədbirləri görməmiş, sadəcə sübutlardan göründüyü kimi polisə xəbər verməklə kifayətlənməmişdir. Bundan başqa iddiaçının yanğının qarşısını almaq üçün lazımi və mümkün tədbirləri görmədiyini eyni zamanda bu faktdan da ehtimal etmək mümkündür ki, iddiaçı avtomobilin qapağını açdıqda tüstüləmə görmüş və həmin tüstüləmə avtomobilin tam məhv olmasına qədər gətirib çıxarmışdır. Halbuki həmin ilkin vəziyyətdə sürücü müəyyən önləyici tədbirlər görməklə (su tökmək, qumla yaxud torpaqla örtmək kimi) yanğının avtomobilin bütün hissəsini əhatə etməsinin qarşısını ala bilərdi. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, baş vermiş yanğın hadisəsi iddiaçının kobud səhlənkarlığı və avtomobilin onun tərəfindən saz vəziyyətdə saxlanmaması nəticəsində baş verdiyindən sığorta hadisəsi sayıla bilməz və bu səbəbdən cavabdehin sığorta ödənişi etməkdən imtina etməsi barədə mövqeyi əsaslı hesab edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi təmin olunmadığı halda, hazırkı iş üzrə çəkilmiş xərclər iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-2647/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2647/2025
12.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver