Məhkəmə qərarları › İş №2(009)-2700/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2700/2021

07.10.2021 · Yayılması qanunla qadağa edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2700/2021 07.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Leyla Mirfazil qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Hüseynzadə Ləman Akif qızının iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin “internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması” barədə ərizəsi üzrə (maraqlı şəxs “Maraqlı şəxs internet informasiya ehtiyatının sahibi göstərilən) mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti “internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması” barədə ərizə ilə (maraqlı şəxs “Maraqlı şəxs internet informasiya ehtiyatının sahibi göstərilən) məhkəməyə müraciət edərək “www. etopazaz.com” internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasında "xxxx" QSC adından və “Topaz” əmtəə nişanından istifadə edərək yaradılmış və qanunsuz mərc oyunlarının təşkili üçün istifadə edilən “Maraqlı şəxs” internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə 20 sentyabr 2021-ci il tarixli 63/21 nömrəli məktubla Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyinə müraciət ünvanlanmışdır. "xxxx" QSC Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunaraq 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. "xxxx" QSC-nin ticarət nişanı olan “Topaz” 2011 -ci ildə Azərbaycanda qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlamışdır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. Bununla yanaşı, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Qanun eyni zamanda yayılması qadağan edilən informasiyaların siyahısını müəyyənləşdirir. Bildiririk ki, qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar, o cümlədən əqli mülkiyyət hüquqlarını pozan məlumatlar yayılması qadağan edilən informasiyalar hesab olunur (Qanunun 13-2.3.7-ci və 13-2.3.10-cu maddələri).Qanunun 13-2.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı, fiziki şəxsdirsə adı, soyadı və atasının adı və elektron poçt ünvanı həmin internet informasiya ehtiyatında aydın oxuna bilən yerdə və formada yerləşdirilməlidir. Bununla əlaqədar bildiririk ki, “Maraqlı şəxs” internet informasiya ehtiyatında yerləşdirən internet informasiya ehtiyatının və onun domen adının sahibinə dair məlumatlar, eləcə də e-poçt ünvanı həmin internet informasiya ehtiyatına və domen adına məxsus deyil. Qanunun 13-2.4 və 13-2.5-ci maddələrinə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir, host provayder isə öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”yə uyğun olaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında müəyyən etmək, yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etmək və onlardan bu cür halların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsini tələb etmək, eləcə də yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmasını həyata keçirmək Xidmətin vəzifələrindəndir. Xidmət həmçinin Azərbaycan Respublikasında idman mərc oyunlarının operatorunun məlumatı əsasında, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatoru ilə müqavilə bağlanılmadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün tədbirlərin görülməsini təmin edir. “Maraqlı şəxs” internet informasiya ehtiyatına host provayder xidməti göstərən “Cloudflare” şirkətinə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13- 3.1 -ci maddəsinə (müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir) uyğun olaraq xəbərdarlıq edilmişdir. Maraqlı şəxsin internet informasiya ehtiyatının və onun domen adının sahibinə, eləcə də elektron poçt ünvanına dair məlumatların əldə edilməsi mümkün olmadığından host provayderə (Cloudflare şirkətinə) Elektron Təhlükəsizlik Xidməti tərəfindən müvafiq xəbərdarlıq edilmiş, buna baxmayaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Hüseynzadə Ləman Akif qızı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun məzmunda izahat verib, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış 20.09.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" QSC (bundan sonra - Cəmiyyət) hazırda Azərbaycan Respublikasının ərazisində idman mərc oyunlarının operatoru qismində qanuni fəaliyyət göstərən yeganə hüquqi şəxsdir. Azərbaycan Respublikasının ərazisində qanunvericiliyə əsasən akkrediiasiyadan keçərək idman mərc oyunlarının operatoru qismində qanuni fəaliyyət göstərən qurum olaraq. “Caspian Tech" QSC (bundan sonra Cəmiyyət) tərəfindən miitəmadi olaraq idman mərc oyunları bazarında qanunsuzluqlartn müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır. Tərəfimizdən aparılan araşdırmalar nəticəsində xüsusən müxtəlif internet informasiya ehtiyatlarında qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatların yerləşdirilməlinə rast gəlinir. Bildirmək istərdik ki, hazırda qanunsuz olaraq Cəmiyyətin adından və “Topaz” əmtəə nişanından istifadə edərək etoııazaz.com internet İnformasiya ehtiyatı yaradılmış və qanunsuz mərc oyunlarının təşkili üçün istifadə edilməkdədir. Cəmiyyətin əqli mülkiyyət hüquqlarını pozan və ona maddi zərər vuran bu cür əməlin törədilməsi itə eyni zamanda “İnformasiya, mformasiyaiaşdmna və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqdadır. Belə ki, həmin Qanunun 13-2.3-cü maddəsinə müvafiq olaraq internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən həmin informasiya ehtiyatında i informasiya-telekommunikasiya şəbəkəsində) yayılması qadağan edilən informasiya növlərinə qumar v? digər qanunsuz mərc ovuntumun təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar (13- 2.3. "-ci macidə), eləcə də əqli mülkiyyət hüquqlarım pozan məlumatlar (13-2.3. JO-cu maddə) daxildir. Göstərilənləri nəzərə alaraq, yayılması qadağan edilən məlumatların qarşısının alınması üçün etopazaz-cont informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmasını və qanunvericiliklə tələb olunan digər tədbirlərin görülməsi barədə göstəriş verməyi xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziriliyi tərəfindən “www. etopazaz.com” internet saytının mail ünvanına göndərilmiş 30 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3.7-ci bəndinə əsasən qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar yayılması qadağan edilən məlumatlardır. Bildirirlər ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatında yayımlandıqda həmin Qanunun 13.3-cü maddəsinə əsasən xəbərdarlıq edildikdən 8 saat ərzində həmin internet informasiya ehtiyatından yayılması qadağan edilən informasiyalar götürülmədikdə internet informasiya ehtiyatına girişin məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirirlər ki, "Maraqlı şəxs" internet informasiya ehtiyatından qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən reklam banerlərinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə götürülmədiyi təqdirdə həmin internet informasiya ehtiyatlarının Azərbaycan Respublikası ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 53-1.6 cı maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində idman mərc oyunlarının satıcısı idman mərc oyunlarının operatoru ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərir. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 147 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatorunun məlumatı əsasında, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının İnternet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılmışdır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 19.06.1998-ci il tarixli 729 nömrəli Fərmanına əsasən həmin Qanunun 133.1-ci və 13-3.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X1 fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2018-ci il tarixli 276 nömrəli Fərmanının 2.5-ci maddəsinə əsasən, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə Azərbaycan Respublikasında idman mərc oyunlarının operatorunun məlumatı əsasında, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatoru ilə müqavilə bağlanılmadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün tədbirlərin görülməsini təmin etmək səlahiyyəti verilmişdir. Maraqlı şəxsə domen adının sistemdən əldə olunmuş qeydiyyat məlumatlarında göstərilən elektron poçt ünvanlarına müraciətlər nəticəsiz qalmış, xəbərdarlıq məktubundan sonra heç bir tədbir görülməmişdir. Müəyyən edilmişdir ki, "xxxx" QSC (bundan sonra - Cəmiyyət) hazırda Azərbaycan Respublikasının ərazisində idman mərc oyunlarının operatoru qismində qanuni fəaliyyət göstərən yeganə hüquqi şəxsdir. İdman mərc oyunları "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 53-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs tərəfindən keçirilə bilər və yalnız Cəmiyyət Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bu cür akkreditasiyadan keçmişdir. İdman mərc oyunlarından əldə edilən dövriyyədən dövlət büdcəsinə vergilər, bədən tərbiyəsi və idmanın inkişafına vəsaitlər, iştirakçılara uduşlar və ticarət nümayəndələrinə komissiyalar ödənilir. Beləliklə, idman mərc oyunlarının həyata keçirilməsindən əldə olunan vəsaitlər hesabına dövlət büdcəsinə və bədən tərbiyəsi və idmanın inkişafına maliyyə mənbəyi yaradılmışdır. Buna baxmayaraq, ölkədə qanunsuz mərc oyunlarının təşkili və təşviqi ilə bağlı hallara tez-tez rast gəlinir. Xüsusən də qanunvericiliklə tələb olunan icazəsi olmadan əsasən xaricdən idarə edilən mərc saytları vasitəsilə kütləvi şəkildə pul qoyuluşları edilir. Bu cür hallar nəinki cinayət qanunvericiliyi ilə qadağan olunan idman mərc oyunlarının qanunsuz təşkilinə gətirib çıxarır, eyni zamanda son mülkiyyətçiləri bəlli olmayan mərc saytlarının sahiblərinin qanunsuz şəkildə mənfəət əldə edilməsinə səbəb olur. Azərbaycan ərazisində yaradılmış internet informasiya ehtiyatları vasitəsilə qeyri-qanuni idman mərc oyunları təşkil edən şəxslərin reklamları yayımlanmaqdadır. Aparılmış araşdırma nəticəsində ölkə ərazisində bu cür qanunsuz mərc saytlarını reklam edən və onlara pul qoyuluşlarını təşviq edən bir sıra internet informasiya ehtiyatları müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, "Maraqlı şəxs" internet informasiya ehtiyatından qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən reklam banerlərini yerləşdirilmişdir. Qanunsuz mərc oyunlarını reklam etməklə, həmin internet informasiya ehtiyatlarının sahibləri "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozurlar. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən idman mərc oyunlarının, lotereyaları (stimullaşdırıcı lotereya istisna edilməklə) reklamının sifarişçisi qismində müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi) orqanı tərəfindən akkreditasiya olunmuş idman mərc oyunlarının operatoru və ya maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş lotereya təşkilatçısı çıxış edir. Həmin Qanunun 32.7-ci maddəsinə əsasən keçirilməsi “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş idman mərc oyunlarının və “Lotereya haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş lotereyalarının reklamına yol verilmir. Həmçinin bu cür məlumatların yerləşdirilməsinə yol verilməməsi "İnformasiya, informasıyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri ilə də müəyyən edilmişdir. Belə ki, həmin Qanunun 13-2.3-cü maddəsinə müvafiq olaraq İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən həmin informasiya ehtiyatında (informasiyatelekommunikasiya şəbəkəsində) yayılması qadağan edilən informasiya növlərindən biri də qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlardır (13-2.3.7-ci maddə). "Reklam haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-İVQ nömrəli Qanununun tətbiqi və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2015-ci il tarixli 554 No-li Fərmanına əsasən "Reklam haqqında" Qanunun 34.2-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasında reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi çıxış edir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Forması ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi"nə əsasən reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək Xidmətin fəaliyyət istiqamətlərinə daxildir. Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2016-cı il tarixli 414 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na daxil edilmişdir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən kütləvi informasiya vasitələrində reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanır və yayılır. “Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 19-1ci maddəsinə əsasən isə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması “informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunu ilə tənzimlənir. Həmçinin “informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-3.1-ci və 13-3.2-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir. Məhkəmə eyni zamanda qeyd edir ki, yuxarıda qeyd edilən internet informasiya ehtiyatına – “www. etopazaz.com” saytına müraciətin məhdudlaşdırılması yalnız Azərbaycan Respublikası ərazisində tətbiq edilir və həmin müraciətlərin məhdudlaşdırılması hər hansı şəxsin Konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 50-ci maddəsinə əsasən, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Digər tərəfdən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 25.12.2001-ci il tarixli 236-İİQ№-li Qanununa əsasən ölkəmizin qoşulduğu həmin Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs (öz fikrini - tərc.) ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. İstinad olunan Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Konvensiyanın tələblərindən də göründüyü kimi, fikir və söz azadlığı həyata keçilməsi digər hallarla yanaşı mənəviyyatın mühafizəsi, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün də məhdudlaşdırıla bilər. Bundan başqa məhkəmə qeyd edir ki, «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»a görə, insanın fikir və söz azadlığı hüququ digər şəxslərin hüquqlarına və adına hörmət edilməsi və dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, mənəviyyatının qorunması məqsədilə yalnız qanun çərçivəsində məhdudlaşdırıla bilər (19-cu maddə). Azərbaycan Respublikası MPM-nın 355-20.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziriliyi) internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir. Həmin Məcəllənin 355-20.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziriliyi) yerləşdiyi yer üzrə verilir. Həmin Məcəllənin 355-22.1-ci maddəsinə əsasən İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. 355-22.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir. İşdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-22.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-22.4. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 355-22.5. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. Beləliklə məhkəmə hesab edir ki, "www. etopazaz.com" internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna əsasən informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yayılması qadağan edilən informasiya növlərindən biri olan qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar-reklamlar banerlərinin mar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən reklam banerlərinin yerləşdirilməsi, bununla da yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərinin pozulması halı təsdiq olunduğundan, qanunun tələbləri baxımından yuxarıda qeyd edilən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması ilə bağlı verilmiş ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 355-22-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Maraqlı şəxs” internet informasiya ehtiyatına müraciətlərin edilməsi məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar