Məhkəmə qərarları › İş №2(009)-2716/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2716/2021

24.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2716/2021 24.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, cavabdeh «Təhsil Şurası» İctimai Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «Təhsil Şurası» İctimai Birliyinə qarşı İdarə Heyətinin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli protokollarının etibarsız hesab edilməsi və həmin iclasların nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, «Təhsil Şurası» İctimai Birliyinin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli protokollarının etibarsız hesab edilməsi və həmin islasların nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təməli 20 il öncə "Azərbaycan Müəllimlərinin 11-ci Qurultayında" qoyulan "Təhsil Şurası" İctimai Birliyi - Ümummilli lider, mərhum prezident Heydər Əliyevin tövsiyə və təşəbbüsü ilə yaradılmışdır. Birlik 25.05.2001ci il tarixdə Ədliyyə Nazirliyində rəsmi qeydiyytdan keçərək, qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarış almışdır. Birliyin yaradılmasında əsas məqsəd - respublika təhsil sisteminin bütün pillə və mərhələlərində təlim və tərbiyə işinin, ictimai tərbiyənin, ixtisasartırma və yenidənhazırlamanın və təcrübi naliyyətlərin inkşafına nail olmaq, o cümlədən təhsilin inkşafına kömək etmək olmuşdur. Belə ki, Birliyin Nizamnaməsinə əsasən 22.11.2013-cü il tarixdə keçirilmiş Ümumi yığıncağında X1 X21, X7 idarə heyətinin sədr müavini və X3 idarə heyətinin katibi vəzifələrinə 5 il müddətinə olmaqla seçilmişlər. Həmin vaxt Birlik üzvlərinin sayı cəmi 144 nəfərdən ibarət olmuş və onların adlı siyahısı təsdiq olunaraq Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınmışdır. Lakin Birliyin bir neçə üzvü əlbir olaraq təşkilatı qanunsuz yolla ələ keçirmək məqsədilə 2 saxta protokol tərtib ediblər. Bunlardan biri 27.01.2018-ci il tarixli 1 nömrəli, digəri isə 12.11.2018-ci il tarixli 2 nömrəli protokoldur. Hər iki protokolun qanunsuz olması qanuni qüvvəyə minmiş məhkəmə qətnamə və qərarları ilə təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4454-2020 nömrəli iş üzrə 08.10.2020-ci il tarixli qərarında qeyd edilir: "Birliyin Nizamnaməsinin 5.10-cu bəndindən görünür ki, X21, müavinləri və katibi Birliyin ümumi yığıncağı tərəfindən 5 il müddətinə seçilirlər. Cavabdeh "Təhsil Şurası" İctimai Birliyi tərəfindən 54 üzvün qəbul edildiyi iddia olunan İdarə Heyətinin 27.01.2018-ci il tarixli 1 nömrəli protokolundan görünür ki, protokol Ümumi Yığıncağın qərarına əsasən 22.11.2013-cü il tarixdə 5 il müddətinə katib seçilməsinə və həmin tarixdə keçirilən İdarə Heyətinin iclasında iştirak etməsinə baxmayaraq X3 həmin protokolu imzalamamış, Sədrin təklifi ilə katib olaraq Şura üzvü olan Yaqut Həsənovanın namizədliyinin səsə qoyulduğu və yekdilliklə qəbul edildiyi göstərilmiş, protokol da Yaqut Həsənova tərəfindən imzalanmışdır. Halbuki Nizamnamənin 5.8-ci bəndində katib kollegial icra orqanına daxil olan şəxs kimi göstərilmişdir. Şihid qismində dindirilmiş X3 da 27 yanvar tarixində keçirilən iclasda 54 nəfərin üzvlüyə qəbul edilmədiyini bildirmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 27.01.2018-ci il 1 nömrəli protokoldan çıxarışda adları qeyd olunan 54 nəfərin üzvlüyə qəbul edilməsi göstərilsə də, həmin siyahı 27.01.2018-ci il 1 nömrəli protokolda öz əksini tapmamışdır.» Digər qanunsuz tərtib edilmiş sənəd - 12.11.2018-ci il tarixli 2 nömrəli protokol barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında qeyd edilir: "Cavabdeh tərəfindən üzvlərin qəbul edildiyi iddia olunan digər bir sənəd isə İdarə Heyətinin 12.11.2018-ci il tarixli protokoludur. Həmin protokolda isə Ümumi Yığıncaq tərəfindən seçilən nə sədr, nə də ki, katib iştirak etməmiş, lakin buna baxmayaraq iclas aparılmış və əlavə olaraq 36 üzvün qəbulu məsələsi həll edilmişdir. Bundan başqa, 12.11.2018-ci il tarixli protokoldan çıxarışda 36 üzvün adı göstərilsə də, 12.11.2018-ci il tarixli protokolda 35 şəxsin adı qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, X6 və ya Katibin iştirak etmədiyi halda onun səlahiyyətlərinin başqa şəxsə ötürülməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır". Mülki qanunvericilikdə protokolun etibarsız hesab edilməsi ilə bağlı konkret norma nəzərdə tutulmasa da Mülki Məcəllənin 11.5-ci maddəsində qeyd olunur ki, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Beləliklə, «Təhsil Şurası» İctimai Birliyinin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli protokollarının Birliyin Nizamnaməsinin və qanunvericiliyin tələblərinə uyöun qəbul edilməməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə sübut edilmişdir, ona görə də, etibarsız hesab edilməlidirlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «Təhsil Şurası» İctimai Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul edərək, məhkəməyə müraciətlə müraciət edərək bildirmişdir ki, «Təhsil Şurası» X13 üzvü İddiaçı X12 27.01.2018-ci il 1 nömrəli və 12.11.2018-ci il 2 nömrəli protokollarının etibarsız hesab edilməsi və həmin iclasların nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsində göstərilən faktları qəbul edərək, iddianı etiraf etdiyini məhkəmənin diqqətinə çatdırır. Belə ki, Birliyin bir qrup sabiq üzvünün qanunvericiliyin və Birliyin Nizamnamə tələblərinə zidd olaraq tərtib etdikləri hər iki protokolun qanunsuz və saxta məlumatlar əsasında tərtib edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sübut edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolleciyasının 2(102)-4454-2020 nömrəli iş üzrə 08.10.2020-ci il tarixli qərarı ilə həmin protokollara hüquqi qiymət verilmiş, protokolların qanunvericiliyin və təşkilatın nizamnaməsinə zidd tərtib edildiyi təsdiqini tapmışdır. Qeyd edilənləri və iddianın tərəflərindən etiraf edildiyini nəzərə alaraq qanuni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə, işə baxıb, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarından görünür ki, qeyri-hökumət təşkilatı olan “Təhsil Şurası” İctimai Birliyi 2001-ci ildə yaradılmış və 25.05.2001-ci il tarixdə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçərək qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarış almışdır. Həmin qurumun ictimai birlik kimi qeydiyyatı onu təsdiq edir ki, həmin ictimai birlik öz fəaliyyətində “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında ”Azərbaycan Respublikasının Qanununa və özünün Nizamnaməsinə əsaslanmalıdır. Birliyin Nizamnaməsindən göründüyü kimi birliyin yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasında təhsil sisteminin bütün pillə və mərhələlərində təlim və tərbiyə işinin, ictimai tərbiyənin, ixtisasartırma və yenidən hazırlamanın və təcrübi nailiyyətlərin inkşafına nail olmaq, o cümlədən təhsilin inkşafına kömək etmək olmuşdur. Birliyin Nizamnaməsinin 4.4-4.5-ci maddələrinə əsasən Birliyə üzvlərin qəbulu Birliyin icra orqanı tərəfindən aparılır. Birliyə daxil olmaq istəyən şəxslər icra orqanına yazılı şəkildə müraciət edir. Ərizə bir ay müddətində baxılır. Səsvermə nəticəsində icra orqanının üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir. Nizamnamənin 5.1-5.3-cü maddələrinə əsasən Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır. X18 icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilir. Nizamnamənin 5.5-ci maddəsinə əsasən Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. Nizamnamənin 5.6-cı maddəsinə əsasən Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnamənin 5.7-ci maddəsinə əsasən Birliyin fəaliyyətinə cari rəhbərliyi icra orqanı həyata keçirir. Nizamnamənin 5.8-ci maddəsinə əsasən İcra orqanı Birliyin Sədrindən, onun müavinlərindən, katibdən və digər şəxslərdən ibarət olan İdarə Heyətidir. Nizamnamənin 5.10-cu maddəsinə əsasən X21, müavinləri və katibi birliyin Ümumi Yığıncağı trəfindən açıq səsvermə yolu ilə 5 il müddətinə seçilir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli, 2(009)-1877/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi işə cəlb edilməklə cavabdehlər Əli-zadə Hikmət Abdul oğlu, «Təhsil Şurası» İctimai Birliyi, X20 və Axundova Sevda Hidayət qızına qarşı «16.02.2019-cu il tarixli protokolun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.01.2020-ci il tarixli, 2(103)-677/2020 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli, 2(009)-1877/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, «Təhsil Şurası» X14 Yığıncağının 16.02.2019-cu il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi, iclasın nəticələrinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08.09.2020-ci il tarixli, 2(102)-4454/2020 saylı qərarından görünür ki, cavabdehlər «Təhsil Şurası» İctimai Birliyi, X20 və Axundova Sevda Hidayət qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22.01.2020-ci il tarixli, 2(103)-677/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunan məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, «Təhsil Şurası» İctimai Birliyinin 27.01.2018-ci il və 12.11.2018-ci il tarixdə keçirilmiş ümumi yığıncaqlarında birliyə üzvlər qəbul edilməsi zamanı birliyin nizamnamə qaydalarına riayət edilməmişdir. Belə ki, Birliyin Nizamnaməsinin 5.10-cu bəndindən görünür ki, X19, müavinləri və katibi Birldiyin ümumi yığıncağı tərəfindən 5 il müddətinə seçilirlər. Cavabdeh “Təhsil Şurası” İçtimai Birliyi tərəfindən 54 üzvün qəbul edildiyi iddia olunan İdarə Heyətinin 27.01.2018-ci il tarixli 1 nömrəli protokolundan görünür ki, protokol Ümumi Yığıncağın qərarına əsasən 22.11.2013cü il tarixdə 5 il müddətinə katib seçilməsinə və həmin tarixdə keçirlən İdarə Heyətinin iclasında iştirak etməsinə baxmayaraq X4 həmin protokolu imzalamamış, Sədrin təklifi ilə katib olaraq Şura üzvü olan Yaqut Həsənovanın namizədliyinin səsə qoyulduğu və yekdilliklə qəbul edildiyi göstərilmiş, protokol da Yaqut Həsənova tərəfindən imzalanmışdır. Halbuki Nizamnamənin 5.8-ci bəndində katib kollegial icra orqanına daxil olan şəxs kimi göstərilmişdir. Həmçinin 27.01.2018-ci il tarixli 1 nömrəli protokoldan çıxarışda adları qeyd olunan 54 nəfərin üzvlüyə qəbul edilməsi göstərilsə də, həmin siyahı 27.01.2018-ci il tarixli protokolda öz əksini tapmamışdır. Yuxarıda qeyd olunan məhkəmə aktları ilə eləcə də müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən üzvlərin qəbul edildiyi iddia olunan İdarə Heyətinin 12.11.2018-ci il tarixli protokolunda Ümumi Yığıncaq tərəfindən seçilən nə sədr, nə də ki, katib iştirak etməmiş, lakin buna baxmayaraq iclas aparılmış və əlavə olaraq 36 üzvün qəbulu məsələsi həll edilmişdir. Bundan başqa, 12.11.2018-c il tarixli protokoldan çıxarışda 36 üzvün adı göstərilsə də, 12.11.2018-ci il tarixli protokolda yalnız 35 şəxsin adı qeyd edilmişdir. X6 və ya Katibin iştirak etmədiyi halda onun səlahiyyətlərinin hər hansı başqa şəxsə ötürülməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli və “Təhsil Şurası” İctimai X10 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokolları etibarsız hesab edilməli və həmin iclasların nəticələri ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Təhsil Şurası İctimai X10 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokolları etibarsız hesab edilsin və həmin iclasların nəticələri ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi“gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar