Məhkəmə qərarları › İş №2(009)-2724/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2724/2024

24.12.2024 · Yayılması qanunla qadağa edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2724/2024 24.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maraqlı şəxs Azərbaycan Respublikasının Maraqlı şəxsnə qarşı internet informasiya ehtiyatına müraciətin edilməsinə qoyulmuş məhdudlaşdırmanın aradan qaldırılması haqqında tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maraqlı şəxs Azərbaycan Respublikasının Maraqlı şəxs qismində cəlb edilməklə məhkəməyə ərizə ilə müraciət edərək, “www.sport.ru” internet informasiya ehtiyatlarına müraciətin edilməsinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1550/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qoyulmuş məhdudlaşdırmanın aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti www.sports.ru internet informasiya ehtiyatının mülkiyyətçisidir. Maraqlı şəxs Azərbaycan Respublikasının Maraqlı şəxs ərizəsinə əsasən çıxarılmış Səbail rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2(009)4550/2023 nömrəli qətnaməsi ilə www.sports.ru internet informasiya ehtiyatına müraciət məhdudlaşdırılmışdır. Məhkəmə hesab etmişdir ki, Saytda "informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunu ilə yayılması qadağan edilən informasiyaların yerləşdirilməsi müəyyən edilmiş və bu səbəbdən Sayta müraciətin məhdudlaşdırılması Qanuna uyğundur. Hal-hazırda Saytda Qanunla qadağan edilmiş məlumatlar silinmiş və bütün pozuntular aradan qaldırılmışdır. Azərbaycan Respublikası MPM-nin 355-20.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir. «informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanununun 1-ci maddəsinə əsasən bu Qanun informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya proseslərində iştirak edən subyektlərjn hüquqlarını müəyyən edir. MPM-ntn 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd edilməlidir ki, Səbail rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2(009)-1550/2023 nömrəli qətnaməsi əsaslı olmuş və bu səbəbdən İddiaçı qətnamədən apelyasiya şikayəti verməmişdir. Sonradan, pozuntular aradan qaldırılsa da, apellyasiya şikayətinin verilməsi müddəti ötürülmüş və bu səbəbdən həmin qətnamədən apellyasiya şikayətinin verilməsi mümkün olmamışdır. Qanunvericilikdə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı hər hansı mexanizm nəzərdə tutulmamışdır. Hər hansı mexanizm nəzərdə tutulmadığından və apellyasiya şikayətinin verilməsi üçün müddət ötdüyündən, ərizəçi hesab etmişdir ki, o, məhdudiyyətin aradan qaldırılması məqsədilə yenidən məhkəməyə müraciət etməlidir. İddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.7-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 1550/2023 nömrəli qətnaməsindən görünür ki, Azərbaycan Respublikasının Maraqlı şəxs ərizəsi təmin edilərək, www.sports.ru internet informasiya ehtiyatına müraciət edilməsinin məhdudlaşdırılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Maraqlı şəxs tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-27-101/2-226/2023 saylı məktubdan görünür ki, xx.xx.2023cü il tarixli, 2(009)-1550/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “www.sport.ru” internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmasının aradan qaldırılması və yenidən bərpa edilməsi ilə bağlı müraciət edilməsi, qeyd olunan məsələdən irəli gələrək, sözügedən internet informasiya ehtiyatına müraciətin bərpası ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı Elektron Təhlükəsizlik Xidmətinə təqdim olunduğu təqdirdə, məsələ ilə bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan sübutlardan görünür ki, saytda qanunla qadağan edilmiş məlumatlar silinmiş və bütün pozuntular aradan qaldırılmışdır. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nın 355-20.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir. Həmin Məcəllənin 355-20.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir. Azərbaycan Respublikası Konstitusiyanın 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanununun 1-ci maddəsinə əsasən bu Qanun informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edir. Beləliklə məhkəmə hesab edir ki, www.sports.ru internet informasiya ehtiyatına informasiya ehtiyatına müraciətə qoyulmuş məhdudlaşdırmaya əsas olmuş hallar aradan qalxdığından ərizə təmin edilməklə məhdudiyyət götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 355-22-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “www.sport.ru” internet informasiya ehtiyatlarına müraciətin edilməsinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1550/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qoyulmuş məhdudlaşdırma aradan qaldırılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar