Məhkəmə qərarları › İş №2(009)-2748/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2748/2025

19.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2748/2025 19.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500 manat pulun, 30 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan 500 manat borc pul alıb. Pulun alınma səbəbi odur ki, nəvəsi X2 hava limanında ətir mağazasında nəzarətçi işləyir. Cavabdeh iddiaçının nəvəsinə yaxınlaşaraq iddiaçıdan ona 1500 manat borc verməsini xahiş etmişdir. Nəvəsi ilə birlikdə işlədiyinə görə iddiaçı cavabdehlə görüşərək 500 manat pulu ona borc vermişdir. Bir neçə aydan sonra borcludan pulun qaytarılmasını istəməyinə baxmayaraq cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onu aldadırdı. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. 10 dekabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsinə bildirmişdir ki, iddiaçı onun babasıdır. Cavabdeh əvvəllər onunla eyni yerdə işləyirdi. Bir gün cavabdeh ondan xahiş etmişdir ki, babası cavabdehə 1500 manat borc versin. O, bunu babasına dedikdən sonra babası 500 manat borc verə biləcəyini bildirmişdir. Bundan sonra babası cavabdehlə görüşmüş və ona 500 manat borc vermişdir. Cavabdeh ahzırki vaxta kimi borcunu qaytarmamışdır. AR Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında razılaşdırılmış əqddən yaranmış öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməmiş, borc alan almış olduğu ümumilikdə 500 manat məbləğində pul vəsaitini borc verən İddiaçı qaytarmamış və bununla da üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 500 manat məbləğində borc pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının hazırkı iddia ərizəsi və izahatından məlum olur ki, onu hazırkı tələbinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddədə təsbit edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şahid ifadəsinin iddiaçının tələbində istinad etdiyi halın mövcudluğunu təsdiq edə biləcək sübut kimi qəbul olunmasının mümkünlüyü barədə məhkəmə qeyd edir ki, prosessual qanunda şahid ifadəsinə dair tələblər nəzərdə tutulmuşdur ki, bu da prosessual qanunvericiliyin normalarının tələblərinə cavab verir. Bundan başqa cavabdeh tərəf məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə iclasları barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməyərək, məhkəmə iclaslarından yayınmaqla iddiaçının istinad etdiyi yazılı sənəddə qeyd edilənlərin təkzib etmək imkanından istifadə etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə bu onun vəzifəsi olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin prosessual qanunvericiliklə üzərinə düşüən vəzifəni yerinə yetirməməsi (etməli olduğunu etməməsi), sübutetməyə dair məsələdə heç bir halda iddiaçının əlavə “yüklənməsi” üçün əsas ola bilməz. Məhkəmə həmçinin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 500 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar