Məhkəmə qərarları › İş №2(009)-2749/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2749/2025

01.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2749/2025 01.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və əmlakına vurulmuş ziyanın tam həcmdə ödənilməsi, uzun illərdir kirayədə yaşamağa məcbur edilmiş şəxs kimi, kirayə haqlarının mövcud bazar qiymətlərinə uyğun tam şəkildə qarşılanması, habelə ona dəymiş maddi və mənəvi zərərlərin tam həcmdə ödənilməsi, 1993-cü ilin 28 dekabrından etibarən Bakı şəhəri, ünvan 1 ünvanında, mənzilini içərisində olan əmlakı ilə birlikdə zor gücünə zəbt edərək, bu günə qədər qeyri-qanuni şəkildə məskunlaşmış Zəngilan qaçqınları - Cavabdeh1 və onun ailə üzvləri: Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh4 üzərinə hüquqi və maddi öhdəlik kimi qoyulmalı və o, hüquqları kobud surətdə pozulmuş, zərərçəkmiş İddiaçı dəymiş bütün zərərin tam şəkildə ödənilməsi təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. - 149.2.2 və 149.2.3-cü maddələrinin tələbinə müvafiq olaraq, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. - 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Qeyd edir ki, iddiaçı ona və əmlakına vurulmuş ziyanın tam həcmdə ödənilməsi, uzun illərdir kirayədə yaşamağa məcbur edilmiş şəxs kimi, kirayə haqlarının mövcud bazar qiymətlərinə uyğun tam şəkildə qarşılanması, habelə ona dəymiş maddi və mənəvi zərərlərin tam həcmdə ödənilməsi, 1993-cü ilin 28 dekabrından etibarən Bakı şəhəri, ünvan 1 ünvanında, mənzilini içərisində olan əmlakı ilə birlikdə zor gücünə zəbt edərək, bu günə qədər qeyri-qanuni şəkildə məskunlaşmış Zəngilan qaçqınları - Cavabdeh1 və onun ailə üzvləri: Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh4 üzərinə hüquqi və maddi öhdəlik kimi qoyulmalı və o, hüquqları kobud surətdə pozulmuş, zərərçəkmiş İddiaçı dəymiş bütün zərərin tam şəkildə ödənilməsi təmin edilməsini xahiş edir. Lakin, iddiaçı iddia ərizəsində maddi və mənəvi zərərin məbləğini göstərməmişdir. Beləliklə, iddiaçı iddia ərizəsinin müəyyən olunmuş forma və məzmununa dair tələblərə riayət etməmişdir. Həmçinin, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1, 152.1.2 və 152.1.5-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş ərizə qanunvericilikdə nəzərdə tutulmuş müəyyən olunmuş formaya və məzmuna riayət edilməməklə tərtib edildiyindən, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü madəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar