Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-278/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 29 saylı evin 84 saylı mənzilini notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən dəyərini ödəməklə almışdır. Həmin mənzilə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixdə iki otağa (yaşayış sahəsi 35,2 kv.m.) çıxarış verilmişdir. Mənzil lazımi qaydada alqı-satqı edildikdən sonra cavabdeh bütün əşyalarını götürərək mənzili ona təhvil verib başqa ünvana getmişlər. Lakin həmin vaxt mülkiyyətinə verilmiş evə iş üzrə olan cavabdehlər qeydiyyatda qalmışlar. Cavabdehlərin kim olduğunu və onların neçə onun mülkiyyətinə qeydiyyata düşdüyü ona məlum deyildir. Cavabdehlərin hazırda harada yaşamaları və kimlər olduğu ona məlum deyil. Neçə müddətdir ki, cavabdehlər formal olaraq qeydiyyatda qalmışlar. Cavabdehlər onun evində pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Ona görə də mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da onun mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Cavabdehlərin mübahisəli mənzildə yaşamamasına baxmayaraq həmin mənzildə pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Cavabdehlər Cavabdeh1 Rüslan qızının, Cavabdeh2 və X3 Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 29 saylı evin 84 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab olunması və qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 yaşayış yeri məlum olmadığından onları məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onların axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 29 saylı evin ümumi sahəsi 69,3 kv.m. olan 84 saylı mənzilində ona məxsus yaşayış sahəsi 35,2 kv.m. olan 2 otağını X6 almışdır. İş materiallarına əlavə edilmiş 4Ə-793 nömrəli notariat işinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 və X2 xx.xx.2018-ci il tarixdə notarial qaydada ərizə yazaraq X8 məxsus ünvan 1 ünvanında yerləşən 84 saylı mənzilin satılmasına etiraz etmədiklərini göstərmişlər. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 29 saylı evin 84 saylı mənzili paylı mülkiyyət hüququ üzrə X5 (1 otaq, y/s 12,2 kv.m.- xx.xx.2017-ci il tarixdən) və İddiaçı (2 otaq, y/s 35,2 kv.m.xx.xx.2018-ci il tarixdən) adlarına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 29 saylı evin 84 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, etibarnamə əsasında payçısı olduğu İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Emil oğlunun göstərilən ünvandan qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməsi məqsədə müvafiqdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 29 saylı evin 84 saylı mənzilində yaşayış sahəsi 35,2 kv.m. olan 2 otağı alqısatqı müqaviləsi əsasında X6 almışdır və həmin mənzil hal-hazırda iddiaçının paylı mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər həmin mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvləri olub və mübahisəli mənzildə qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar, mənzil iddiaçı tərəfindən alınarkən cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının saxlanılması nəzərdə tutulmamış və bu barədə heç bir razılaşma olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 29 saylı evin 84 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaları onun mülkiyyət hüququnu pozur və bu səbəbdən cavabdehlərin həmin mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddəsinin rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 29 saylı evin 84 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-278/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-278/2025
16.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver