Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-289/2021 24.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzilinin həbsdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X23- Mamed oğluna məxsus olan Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 5 saylı evin, 33 saylı mənzilinin üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuşdur. Mənzil üzərinə səhvən həbs qoyulmuşdur. Belə ki, mənzil onun xüsusi mülkiyyətindədir, yuxarıda qeyd olunmuş şəxsə məxsus deyildir. O, CPM-nin 253-cü maddəsinə uyğun olaraq cinayət prosesini həyata keçirən orqana (Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsi) müraciət edərək Mənzilin həbsdən azad edilməsini xahiş etmişdir. Cinayət prosesini həyata keçirən orqan onun müraciətini təmin etməyərək mənzili həbsdən azad etməmişdir. O, bu səbəbdən, yəni cinayət prosesini həyata keçirən orqan mənzilin həbsdən azad edilməsi barədə müraciətinin təmin etməsindən imtina etdiyinə görə, MPM-nin 253-cü maddəsinin müddəalarına müvafiq olaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək, oğlu İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzilinin həbsdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 308.2 və 309.1-ci maddələri ilə cinayət işi başlanmış, xx.xx.2016-cı il tarixdə X7 Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həmin tarixlə axtarış elan edilmiş, xx.xx.2019-cu il tarixdə isə X5 Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə ittiham elan edilmişdir. İstintaqın gedişi zamanı təqsirləndirilən şəxs X5 məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzilinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuşdur. Qeyd olunan mənzil təqsirləndirilən şəxs X5 məxsus olmuş olduğundan, sonradan mənzilin kimə satılmasının əhəmiyyəti olmadığından mənzilin üzərinə həbs qoyulmuşdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işə materiallarına əlavə edilmiş xx xxxxxxx 2015-ci il tarixli qərar ilə Azərbaycan Respublikasının CM-nin 308.2 və 309.1-ci maddələri ilə cinayət işi başlanmışdır. İşə əlavə olunmuş xx xxxxxx 2016-cı il tarixli qərardan görünür ki, X7 Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İşə əlavə olunmuş xx xxxxxx 2016-cı il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X7 barəsində axtarış elan edilmişdir. İşə əlavə olunmuş xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 193-1.3.2, 318.1, 320.1 və 320.2-ci maddələri ilə yenidən ittham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 13 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş xx xxxx 2013-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı Müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə X8 adından etibarnamə ilə çıxış edən X9 Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzili Həsənov X1. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzili xx.xx.2013-cü il tarixdə X3 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı “Asan” Xidmət Mərkəzi Notariat Kontorunda rəsmiləşdirilmiş xx xxxx 2017-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı Müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə Rüstəmzadə Şölə Zülfüqar qızının əvəzinə X14 Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzilini İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzili xx.xx.2017-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi X11 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanda yerləşən həyətyanı torpaq sahəsi, 2015-ci il buraxılışlı, ban nömrəsi SAJAA22A7E8V86307 olan “Jaquar XJ” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, ban nömrəsi WDD2120591A993075 olan “Mercedes Benz E- 350” markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı avtomaşınların, həmçinin təqsirləndirilən şəxs X5 məxsus olan ünvan 5 mənzil 33, Bakı şəhəri, Səbail rayonu, X13 küçəsi, ev 19, mənzil 11, arvadı Larisa Həsənovanın adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, X13 küçəsi, ev 19 mənzil 005 a ünvanında yerləşən mənzillərin üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş, cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Rüstəm-zadə Şölə Zülfüqar qızının Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair istintaq idarəsində verdiyi xx.xx.2017-ci il tarixli izahatından görünür ki, Sübahir Qurbanov, Erkin Qurbanzadə, Cəmşid Novruzov, Adil Atakişiyev, Valeriy Vəliyev adlı şəxsi tanımadığını, Elçin Həsənovu tanıdığını, onun həyat yoldaşı Larisa Qoldfayn ilə rəfiqə olduğunu, hazırda onun Almaniyada yaşadığını, X17 bacısı Afət Həsənovanın həyat yoldaşı, Rəna Rzayevanın isə Elçinin bacısı qızı olduğunu bildirmişdir. Bildirmişdir ki, ünvan 3 mənzil 33 ünvanında yerləşən mənzili təxminən 2015ci ildə görmüşdür. Həmin vaxt X10 toyuna gəlmişdir. Elə həmin vaxt da bir dəfə Larisa ilə birlikdə onlara məxsus ünvan 3 mənzil 33 ünvanında yerləşən mənzilə baxmışdır. Mənzil 12-ci mərtəbədə yerləşməklə iki otaqdan ibarət idi. Təxminən 2016-cı ilin payız aylarında Larisa ilə əlaqə saxlayan vaxt o, həmin evi satmaq istədiklərini bildirmiş və tanışlarına bu barədə məlumat verməyini xahiş etmişdir. O, da ilk olaraq həmin evi özü almaq istəmişdir. Hazırda yaşadığı mənzili sataraq həmin evi almağı düşünmüşdür. Larisa ilə razılaşmışlar ki, mənzilin alqı-satqısı ilə bağlı çəkiləcək bütün xərcləri, ödəniləcək bütün rüsumları onlar ödəyəcək, o, heç bir xərc çəkməyəcək, hər şey onların hesabına həyata keçiriləcəkdir. Ancaq sonradan mənzilini sata bilib-bilməyəcəyi ilə bağlı tərəddüd etdiyi üçün bu barədə Larisaya məlumat vermişdir. Larisa da narahat olmamağını, 4-5 il ərzində evin pulunu yavaş-yavaş ödəməyini bildirmişdir. Onunla həmin mənzili 250.000 ABŞ dollarına razılaşmışlar. 2016-cı ilin noyabr ayında həmin mənzil onun adına alqı-satqı olunmuşdur. Alqı-satqı zamanı Elçinin bacısı Afət və qızı Rəna da gəlmişdir. Ancaq bir müddət sonra o, öz mənzilini yaxşı qiymətə sata bilmədiyini görüb Larisa ilə danışmış və həmin evi ala bilməyəcəyini bildirmişdir. Mənzilin də özlərinin və ya başqa şəxsin adına rəsmiləşdirilməsini bildirmişdir. O, özünə məxsus ünvan 4 mənzil 16 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar hər hansı addım atmamışdır. Belə ki, mənzillərin qiyməti aşağı düşdüyü üçün o, öz mənzilini satmaq üçün heç kəsə yazılı və ya şifahi müraciət etməmiş, bu sahə ilə məşğul olan şəxslərlə əlaqə saxlamamışdır. Ancaq iş yoldaşları, rəfiqələrinə evini satmaq istədiyini bildirmişdir. Evin dəqiq qiymətini bilmədiyi üçün qiymətlə bağlı onların fikirlərini də öyrənmək istəmişdir. Ancaq onlar ona evini almaq istəmələri ilə bağlı heç bir fikir bildirməmişlər. O, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzillə bağlı heç kəsə hər hansı məbləğdə pul vəsaiti verməmişdir. O, ilkin mərhələdə düşünmüşdür ki, həmin mənzili almaq üçün öz mənzilini satıb, pulunu onlara verəcəkdir. Pulun qalan hissəsini isə aylıq olaraq yavaş-yavaş ödəyəcəkdir. Ancaq sonradan evini yaxşı qiymətə sata bilməyəcəyini görüb həmin evi faktiki almaqdan imtina etmişdir. O, həmin mənzilin alqı-satqısı ilə əlaqədar notariat kontorunda hər hansı məbləğdə pul ödəməmişdir. O, həmin evin alınması ilə bağlı hər hansı məbləğdə pul vəsaiti ödəməmişdir. Həmin pul vəsaitinin kimə məxsus olmasını da bilmir. Notariat kontorunda olduğu zaman Afət Həsənova və ya Rəna Rzayevada böyük məbləğdə pul vəsaitinin olub-olmamasını xatırlamır. Onun əvəzinə kimin 360.000 manat pul ödəməsini bilmir. Ola bilsin ki, Afət və ya Rəna ödəmişdir. Həmin pulu kimin ödədiyini, hansı məbləğdə ödənildiyini bilmir. O, öz mənzilini yaxşı qiymətə sata bilməyəcəyini görüb, Larisaya bildirmişdir ki, İstiqlaliyyət küçəsində yerləşən mənzili ala bilməyəcək və mənzil üçün başqa müştəri tapsınlar. Larisa da narahat olmamağını, mənzili satışa çıxaracaqlarını, birbaşa alan adamın adına rəsmiləşdiriləcəyini bildirmişdir. Bir müddət sonra Larisa Whatsap və ya Skype vasitəsi ilə ona bildirmişdir ki, artıq həmin mənzilə müştəri tapmışdır. O, da vaxtının çox az olduğunu, notariat kontorunda çox vaxt itirmək istəmədiyini bildirmişdir. Larisa da Baba adlı şəxsin oraya gələcəyini, onun adından həmin şəxsə etibarnamə veriləcəyini, onun əvəzinə sənədləşməni Babanın həyata keçirəcəyini bildirmişdir. X21 xidmət mərkəzində yerləşən notariat kontoruna hansı vaxtda gələcəyini bildirmiş, onun da həmin saatda oraya getməyini söyləmişdir. O, da deyilən vaxtda Asan xidmət mərkəzinə getmişdir. Həmin vaxt Baba ilə telefonla danışıb-danışmadığını dəqiq xatırlamır. Ancaq orada Baba ilə görüşmüşdür. Asan xidmət mərkəzində alıcı və oğlu, eyni zamanda Valeriy və ya Vitali adlı hündür boylu kişi də olmuşdur. O, Babanın adına etibarnamə verdikdən sonra oradan çıxıb getmişdir. Daha sonra isə alqı-satqı prosesindən hər hansı məlumatı olmamışdır. Hazırda İddiaçı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə əsaslanaraq cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzilinin həbsdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bununla bağlı bir neçə dəlilə istinad etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM- 157.4) Azərbaycan Respublikasının MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzili xx.xx.2013-cü il tarixdə X3 adına xüsusi mülkiyyət kimi qeydə alınmış, sonradan X3 həyat yoldaşı vasitəsilə hər hansı bir məbləğdə pul ödənilmədən 2016-cı ilin payız aylarında Rüstəm-zadə Şölə Zülfüqar qızının adına rəsmiləşdirilmiş və xx xxxx 2017-ci il tarixdə Rüstəmzadə Şölə Zülfüqar qızının əvəzinə (etibarnamə ilə) X14 tərəfindən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzilini İddiaçı satılmış və xx.xx.2017-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, xx xxxxxxx 2015-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 308.2 və 309.1-ci maddələri ilə cinayət işi başlanmış, xx xxxxxx 2016-cı il tarixdə X7 Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə onun barəsində axtarış elan edilmiş, xx xxxx 2019-cu il tarixdə X5 Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 193-1.3.2, 318.1, 320.1 və 320.2-ci maddələri ilə yenidən ittham elan edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə X5 məxsus olan ünvan 5 mənzil 33, Bakı şəhəri, Səbail rayonu, X13 küçəsi, ev 19, mənzil 11, arvadı Larisa Həsənovanın adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, X13 küçəsi, ev 19 mənzil 005 a ünvanında yerləşən mənzillərin üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuşdur. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, həmin sübutları iddiaçının dəlilləri ilə müqayisəli şəkildə təhlil edərək, qanunvericiliyin tələbini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı iddia ərizəsində göstərdiyi kimi, ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzilinin üzərinə səhvən həbs qoyulması halı öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddiaçının bununla bağlı dəlillərinin əsassız olması qənaətinə gəlir və ünvan 5 mənzil 33 ünvanında yerləşən mənzilin həbsdən azad edilməsini mümkün hesab etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırda Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzilin üzərinə səhvən həbs qoyulması halı öz təsdiqini tapmadığından müvafiq mənzilin üzərindən həbsin götürülməsi ilə bağlı məsələ mülki mühakimə icraatı qaydasında deyil, həmin cinayət işi üzrə cinayət təqibini aparan orqana müraciət etməklə həll edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-289/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-289/2021
24.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver