Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2894/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh “Dünya Göz” Klinikasına qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Dünya Göz” Klinikasına qarşı maddi və mənəvi ziyana görə 156.250 (yüz əlli altı min iki yüz əlli) manat məbləğində pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Hakim qeyd edir ki, iddiaçı tərəfindən dövət rüsumu müəyyən edilmiş məbləğdə ödənilməmişdir. “Dövlət rüsumu haqqında” AR Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda dövlət rüsumunun məbləği 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi kimi hesablanır. İddiaçı tərəfindən irəli sürülmüş tələb 156.250 manat məbləğində pulun tutulması ilə bağlı olduğu üçün, ödənilməli olan dövlət rüsumu 446,25 (dörd yüz qırx altı manat, iyirmi beş qəpik) manat təşkil edir. Lakin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, onun tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən dövlət rüsumu qanunla müəyyən olunmuş məbləğdə ödənilmədiyi üçün, iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Hakim eyni zamanda qeyd edir ki, iddiaçı eyni zamanda AR MPM-nin 149-cu maddəsinin tələblərini də riayət etməmişdir. Belə ki, AR MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı da göstərilməlidir. Lakin, iddiaçı tərəfindən iddia ərizəsində ona əlavə edilən sənədlərin siyahısı konkret göstərilməmişdir. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən Məcəllənin tələblərinə riayət etmədiyindən və qaldırılan iddia tələbi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152-ci maddəsinin rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh “Dünya Göz” Klinikasına qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2894/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2894/2021
10.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver